Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

 
92 
O  dövrdə  daha  bir  məsələ  bütün  xristian  dünyasının  diqqət 
mərkəzində  idi.  Bu  ikonalara  (yunanca  ―eikon‖)  münasibət  məsələsi  idi. 
Xristianlığın  Roma  imperiyasında  yayılmasından  sonra  müqəddəslərin 
Ģəkillərinin çəkilməsi  və onlara edilən ehtiram və sayqı  kütləvi hal almıĢdı. 
Bu sayqı bir çox hallarda onlara sitayiĢə çevrilirdi. 
Bu  ehtiram  və  sitayiĢə  qarĢı  etirazlar  da  mövcud  idi.  Ġkonalara  qarĢı 
çıxıĢ  edənlər  onları  bütpərəstliyin  əlaməti  hesab  edirdilər.  Onların  arasında 
məĢhur  kilsə  tarixçisi  Kesariyalı  Yevseviy  də  olmuĢdur.  Qərbdə  isə  305-ci 
ildə  yığılan  bir  Kilsə  Məclisi  ikonaların  kilsələrdə  yerləĢdirilməsini 
yasaqlamıĢdı. Bundan sonra ikonalara qarĢı çıxıĢ edənlərin sayı artmıĢdı. 
VIII əsrdə bu məsələ  ilə bağlı  ixtilaflar daha da gərginləĢmiĢdir. Bir 
çox tədqiqatçılar bunun səbəbini Ġslamın yaranması və surətlə yayılmasında  
görürdülər.  Ġslamın  vahid  Allaha  Ģəriksiz  və  vasitəsiz  ibadət  edilməsi 
ideyaları  xristian  aləminə  təsir  göstərmiĢdir.  Bundan  sonra  ikonaların 
əleyhdarlarının çıxıĢları  daha da ĢiddətlənmiĢdir. Onlar, Konstantinopolisdə 
754-cü  ildə  öz  Kilsə  Məclisini  yığaraq  ikonaları  yasaq  etmiĢdilər.  Daha 
sonra  onlar,  hətta  Bizans  imperatorlarının  siyasətinə  təsir  edə  bilmiĢdilər. 
Ġkona  əleyhdarlarını  dəstəkləyərək,  imperatorlar  xristian  ruhaniyyətinin  və 
rahiblərinin  həddindən çox artmıĢ  ictimai və siyasi  nüfuzuna zərbə vurmaq, 
onları  zəiflətmək  məqsədini  güdürdülər.  Faktiki  olaraq  onlar  klerikalizmlə 
mübarizəyə qədəm qoymuĢdular. 
Ġkona əleyhdarları hərəkatına dəstək verən ilk Bizans imperatoru Leo 
Ġsaurus  (716-741)  olmuĢdur.  Sonra  bu  siyasəti  onun  oğlu  Konstantine 
Kopronimus  (Constantine  Copronimus)  (741-770)  və  nəvəsi  Leo  Xəzər 
(770-775)  davam  etmiĢdilər.  Sonra  imperatriça  Ġrina  (Eirene)  (775-802)  və 
ondan sonra gələn imperatorlar Nikiforus (Nikiphorus) (802-811) və Mixael 
(811-813)  ikonaların  tərəfdarlarının  mövqeyini  dəstəkləmiĢdirlər.  Lakin 
bunlardan  sonra  hakimiyyətə  gələn  imperatorlar  Leo  (813-820),  Mixael 
(820-829)  və  Teofilos  (829-842)  yenidən  ikona  əleyhdarlarının  mövqeyini 
dəstəkləmiĢdirlər.  Yalnız  843-cü  ildə  ikona  tərəfdarları,  son  olaraq, 
imperator Teodorusun zamanında qələbə çalmıĢdırlar. 
Ġkona əleyhdarlarının üç qrupa bölünmüĢdü: 
1.  Bəziləri  ikonaları  kilsədə  saxlamaq  Ģərti  ilə,  onlara  sitayiĢə  qarĢı 
çıxıĢ edirdilər. 
2.  Digərləri  ikonaları  rədd  edərək,  baĢqa  müqəddəs  kilsə  əĢyalarını 
inkar etmirdilər. 
3. Üçüncü qrup isə,  ikonalarla birlikdə bütün  müqəddəs əĢyaları rədd 
edirdilər. 


 
93 
           Ġkona  əleyhdarların  Müqəddəs  Kitabdan  gətirdikləri  dəlillər 
aĢağıdakılardır: 
- «Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aĢağıda – 
yerdə,  nə  də  yerdən  aĢağıya  yığılan  sulardakı  Ģeylərin  heç  birinin  surətini 
düzəltmə» (Qanunun təkrarı, 5: 8). 
-  «Və  fani  olmayan  Tanrının  izzətini,  fani  olan  insana,  quĢlara, 
dördayaqlılara  və  yerdə  sürünənlərə  bənzəyən  bütlərə  əvəz  etdilər» 
(Romalılara, 1: 23). 
-  Onlar  Tanrının  həqiqətini  yalana  dəyiĢdir-
dilər  və  Xaliq  əvəzinə  məxluqa  pərəstiĢ  və  ibadət 
etdilər.  O  Tanrı  ki,  əbədi  olaraq  mübarəkdir»  (Ro-
malılara, 1: 25).  
Buna  cavab  olaraq,  ikonaları  müdafiə  edən, 
DəməĢqli  Yohannes
194
  (Ioannes  Damaskenos)  ki-mi 
məĢhur  xristian  ilahiyyatçıları  deyirdilər  ki,  Ġlahilik 
insan  Ģüurundan  və  hissiyyatından  xaric  olsa  belə,  o 
müəyyən  qədər  mad  di  aləmdə  özünü  göstərir  və 
görünməyən Ģeyin  obrazı,  təcəssümü ola  bilər.  Ġnsan 
isə həm maddi və həmdə  ruhi bir varlıq olduğu  üçün, 
duyulan Ġlahi  simvollara  onun  
 
DəməĢqli Yohannes 
ehtiyacı  vardır.Onların  vasitəsi  ilə  o,  Ġlahiyə  yüksələ  bilər.  Ġsanın  isə  Ġlahi 
mahiyyətindən baĢqa  insani  mahiyyəti  də  vardır və  buna  görə  də  onu  təsvir 
etmək olar. Əgər o öz tələbələrinə görsənibsə, deməli Ģəkil vasitəsi ilə  baĢqa 
adamlara  da  görsənə  bilər.  Lakin  onların  opponentləri  ikonalara  sitayiĢi 
bütpərəstliyin  əlaməti sayaraq onların dəlillərini  rədd edirdilər.  
754-ci ildə keçirilən Kilsə Məclisindən sonra ikona tərəfdarlarına qarĢı 
təqiblər baĢlanmıĢdı. Bu hadisələr imperiyada hətta vətəndaĢ qarĢıdurmasına 
gətirib  çıxarmıĢdı.  Bizans  imperiatorları  tərəfindən  dəstəklənən  ikona 
əleyhdarlarını  Roma  papazları  II  Qreqorios  və  ondan  sonra  III  Qreqorios 
pisləmiĢdir.  Onlar  artıq  Bizans  imperatorlarına  tabe  olmamaları  haqqında 
bəyanatlarla çıxıĢ etmiĢdilər və onları bütün Ġtaliya  dəstəkləmiĢdi. 
VIII  əsrin  axırlarında  ikona  əleyhdarlarının  hərəkatı  zəifləmiĢdir. 
Bundan  istifadə edən Bizans  imperatriça Ġrena (Eirene) ikona tərəfdarlarını 
dəstəkləyərək  VII  Ümumdünya  Kilsə  Məclisinin  yığılması  haqqında 
                                                 
194
  DəməĢqli  Yohannes  (675-753)  -  DəməĢqli  Yəhya.  ġərq  Kilsəsinin  ən  tanınmıĢ 
ilahiyyatçılarından  biridir.  Əməvi  xəlifəsi  Müaviyənin  yaxın  adamlarından  biri  idi 
və onun saray adamı olmuĢdur. Lakin sonra sarayı tərk edərək, rahib oldu. DəməĢqli 
Yəhyanın  bəzi  əsərləri  rus  dilinə  tərcümədə  burada  yerləĢdirilmiĢdir: 
http://www.orthlib.ru/John_of_Damascus/index.html 


 
94 
təĢəbbüslə  çıxıĢ  etmiĢdir.  Bu  məclis  786-cı  ildə  Konstantinopolisdə 
yığılmıĢdır.  Orada  ikona  tərəfdarları  ilə  əleyhdarları  arasında  Ģiddətli 
ixtilaflar  baĢ  vermiĢdi.  Buna  görə  Məclis  öz  iĢini  dayandırıb,  növbəti 
iclaslarını  yalnız  bir  ildən  sonra  davam  etdirə  bilmiĢdir.  Nəticədə  ikona 
tərəfdarları qalib gəldilər. Ġkona əleyhdarlarının mövqeyi heres elan edildi. 
802-ci  ildə Ġrina hakimiyyətdən devrilib sürgün edildi. Bundan sonra 
patriarx  Teodotus  (Theodotus)  yenidən  ikona  əleyhdarlarının  mövqeyini 
dəstəklədi.  Bundan  sonra  yenidən  ikona  tərəfdarları  təqib  edildi.  Bu 
hadisələrə  son  qoyan  növbəti  patriarx  Metodius  (Methodius)  oldu.  843-cü 
ildə  o,  yeni  Kilsə  Məclisini  yığmıĢdır  və  orada  VII  Ümumdünya  Kilsə 
Məclisinin qərarları təsdiq edildi. 
 
Ümumdünya Kilsə Məclisləri 
 
Bütün 
Kilsə 
adından 
çağrılan 
yığıncaqlara  Ümumdünya  Kilsə  Məclisi  de-
yilir.  Bu  məclislərdə  dini  əqidə  ilə  bağlı  ya-
ranan  problemlər  həll  olunurdu.  Ümum-
dünya  kilsə  məclislərindən  yalnız  ilk  yed-disi 
həm  Ortodoks  (Pravoslav),  həm  də  Katolik 
kilsələri  tərəfindən qəbul olun-maqdadır. 
I  Ümumdünya  (I  Nikeya)  Kilsə 
Məclisi  (325-ci  il).  Roma  imperatoru  I 
Konstantinus  tərəfindən  Nikeya  Ģəhərində 
çağırılmıĢdır.  Bu  məclisdə  xristian  imanı-nın 
simvolu
195
  tərtib  edildi.  Burada  Roma, 
Ġsgəndəriyyə,  Antakiya  və  Qüds  yepiskop-
larının  Kilsə  üzərində  xüsusi  səlahiyyətləri 
təsdiq edildi.  Daha sonra bu məclisdə 
  
V. Surikov.  
I Ümumdünya Kilsə 
Məclisi
 
presviter  Ariusun  təlimi  pislənib,  rədd  edildi.  Belə  ki,  Arius  hesab  edirdi  ki, 
Tanrının  oğlu  (Ġsa)  Atanın  ən  yüksək  məxluqudur  və  Ondan  mahiyyətcə 
fərqli  mahiyyətə  malikdir.  Onun  fikrincə,  Ġsa  mahiyyətinə  görə  deyil,  yalnız 
oğulluğa  götürüldüyünə  görə  Tanrının  oğlu  adlandırılmalıdır.  Bu  fikri  rədd 
edən  məclisə  yığıĢmıĢ  318  yepiskop  isə,  Atanın  oğul  ilə  mahiyyətcə  eyni 
olması  fikrini  dəstəklədilər  və  bundan  sonra  bu  inanc  rəsmi  Xristian 
doktrinasına çevrildi.  Ariusun ardıcıllarını  arianlar adlandırırlar. 
                                                 
195
 Dini təlimin  əsasını təĢkil edən qısa ehkamlar  toplusudur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə