95
II Ümumdünya (I Konstantinopolis) Kilsə Məclisi (381-ci il). Burada
Ata-Oğul cütlüyünə Müqəddəs Ruhu da əlavə etməklə, onların
substansional
196
vahidliyini
elan
edərək, Trinitar (Üçlük) inancın
formalaĢması baĢa çatdırıldı. Bu-
rada imperiyanın ġərqindən olan 150
yepiskop iman simvoluna da əlavələr
etdilər.
Ġmperator
Feodo-sius
tərəfindən çağrılan bu məclis əsasən
arianlığı pisləmək üçün çağ-rılmıĢdı.
Belə ki, bu məclisdə Mü-qəddəs
Ruhun
ilahililiyini
inkar
edən
qrupların fikirləri də rədd edildi.
Onların fikrincə Müqəddəs Ruh
Oğul tərəfindən yaradılmıĢdır. Bu
məclisdə həm çinin Konstanti-
nopolis yepiskopunun statusu Ro-
V. Surikov. Ġkinci
Ümumdünya Kilsə Məclisi.
ma yepiskopundan sonra nüfuzuna görə ikinci dərəcəli hesab oluması
haqqında qərar qəbul edildi.
III Ümumdünya (I Efes) Kilsə Məclisində (431-ci il) isə Ġsanın
mahiyyəti haqqında mübahisələr (xristiologiya) tarixinə qədəm qoyuldu.
Məsələ burasında idi ki, Konstantinopolis yepiskopu Nestorius hesab edirdi
ki, Məryəm adlı bir qadın Ġsanı doğmuĢdur. Sonra isə Tanrı onunla birləĢib,
onun içində yaĢamıĢdır. Deməli, Nestoriusun təliminə görə, Ġsada olan Ġlahi
və insani təbiət bir-birindən ayrıdır. Məclisə toplaĢmıĢ 200 yekiskop
Nestoriusun təlimini rədd edərək, həm Ġlahi, həm də insani təbiətin bir
Ģəxsdə (Ġsada) mövcud olması, baĢqa sözlə desək, Ġsada Ġlahilik və
insaniliyin vahid hipostasis təĢkil etməsi qənaətinə gəldilər.
451-ci
ildə IV Ümumdünya (Kalkedon) Kilsə Məclisi
Konstantinopolis arximandriti Evtixiyin təlimini rədd etmək üçün yığıĢdı.
Belə ki, Evtixiy Nestoriusun təlimini inkar edərək, onun əksi olan baĢqa bir
ifrat fikir irəli sürürdü. Evtixiyə görə, Ġlahi və insani təbiət Ġsada tam olaraq
bir-birinə qovuĢmuĢdur. Amma bu zaman Ġsadakı Ġlahi təbiət insani təbiəti
üstələyir. Evtixiyin təlimi monofizitlik adlandırıldı. Məclisə yığıĢan 630
yepiskop monofizitliyi rədd edərək qərara gəldilər ki, Ġsada olan iki təbiət
bir-biri ilə ―qovuĢmayaraq və mahiyyəti dəyiĢməyərək‖ (Evtixinin əleyhinə),
―bir-birindən ayrılmaq Ģərti ilə‖ (Nestoriusa qarĢı) birləĢmiĢdirlər
196
Substansiya (latınca ―substantia‖) – hər bir Ģeyin əsası və mahiyyətidir.
96
553-cü ildə isə imperator I Yustian tərəfindən V Ümumdünya Kilsə
(II Konstantinopolis) Məclisi çağırıldı. Buna səbəb elə monofizitlərin üsyanı
oldu. Belə ki, monofizitlər Kalkedon məclisinin tərəfdarlarını nestorianlığa
gizli meyllərdə ittiham edirdilər. Bunu sübut etmək üçün onlar üç Suriya
yepiskonun Teodorusun və Teodoretin əsərlərinə istinad edirdilər. Məclis
iĢtirakçıları monofizitlərin ortodoksal kilsəyə birləĢmələri prosesini
gücləndirmək üçün bu yekiskopların fikirlərini rəsmi olaraq rədd etdilər.
Bundan əlavə burada Origenusun təlimi də rədd edildi.
Növbəti VI Ümumdünya (III Konstantinopolis) Kilsə Məclisləri
(680-681; 692-ci illərdə) yenə də monofizitlərin təlimini rədd etmək üçün
yığıldı. Monofizitlərin Ġsada iki təbiətin olduğunu qəbul etmələrinə
baxmayaraq, onların vahid Ġlahi iradədə birləĢməsini iddia edirdilər. Bu fikrə
qarĢı çıxan 170 yekiskop Ġsanın Tanrı kimi və insan kimi iki iradəsinin
olduğunu iddia etdilər. Onların fikrincə, Ġsanın insani təbiəti Ġlahi iradə ilə
ziddiyyət təĢkil etmir, əksinə, insani təbiət Ġlahi iradəyə tabedir. Beləliklə də
Ġsa haqqında olan ortodoksal baxıĢ tamamlanmıĢ oldu. Bu tamamlanmıĢ
təlimi isə, on bir ildən sonra bu məclisin davamı olan Trull Kilsə Məclisi
təsdiq etmiĢ oldu.
VII Ümumdünya (II Nikeya) Kilsə Məclisi 787-ci ildə imperatriça
Ġrena (Eirene) tərəfindən ikonalara qarĢı çıxıĢ edənlərə cavab vermək üçün
çağırıldı. Belə ki, bu məclisdə ikonaların mahiyyəti açıqlanmıĢ və onlara
qarĢı çıxıĢ etmək küfr elan edilmiĢdir.
Katoliklər bu kilsə məclislərindən sonra da kilsə məclisləri
çağırmıĢdırlar. Belə məclislərin sayı 21-ə çatmıĢdır.
ġərq kilsələri (məs.
erməni, kopt, efiop kilsələri) birinci üç məclisin qərarını qəbul edir IV
(Kalkedon) məclisinin qərarlarını rədd edirlər. Protestantlar isə kilsələri
məclislərinin qərarlarını qəbul etmir.
«Korpus Areopaqitikum»
533-cü
ildə Kalkedon Ģəhərində monofizitlərlə rəsmi kilsə
nümayəndələri arasında barıĢıq məqsədi ilə konfrans keçirilmiĢdir. Lakin bu
konfransda da mübahisələr olmuĢdur. Monofizitlər öz mövqelərini sübut
etmək üçün Dionisius (Dionysius) Areopagita adlı bir Ģəxsin adı ilə
imzalanmıĢ 4 risalə və müxtəlif keĢiĢlərə ünvanlanmıĢ məktublar təqdim
etmiĢdilər. Bu əsərlərin hamısını birlikdə «Korpus Areopagiticum» (Corpus
Areopagitikum) adlandırırlar. Bu risalələrin adları:
97
Dionisius
Areopagita
1. «De divinis nominibus» (Ġlahi adlar
haqqında);
2. «De mystica theologia» (Mistik
197
ilahiyyat
haqqında);
3.
«De
coelesti
hierarchia»
(Göylərdə
hiyerarxiya
198
haqqında);
4.
«De
ecclesiastica
hierarchia»
(Kilsə
hiyerarxiyası haqqında)
199
.
Dionisius Areopagitanın adı isə Əhdi-Cədiddə
çəkilir
200
. Orada deyilir ki, o, Pavlusun tələbəsi olub.
Rəvayətlərə görə Dionisius Areopagita I əsrdə Afina
Ģəhərinin yepiskopu olmuĢdur. BaĢqa rəvayətə görə,
Paris yepiskopu olmuĢdur.
Dionisiusun bu dörd risaləsində kilsə xadimlərinə
çox əlveriĢli məqamların olduğuna görə, onlar tədricən
təkcə monofizitlərin deyil, həm də rəsmi kilsə xadimləri
tərəfindən qəbul edilmiĢ və on-
ların üzərində böyük bir ənənə yaranmıĢdır. Bu risalələrin, sonrakı
dövrlərdə, xristian ilahiyyatı və fəlsəfəsinin formalaĢmasında müstəsna rolu
olmuĢdur.
Eyni zamanda , risalələrin müəllifi Dionisius Areopagitanın olması
Ģübhə altına alınmıĢdır. Nəticədə onların saxtalaĢdırılması və baĢqa naməlum
müəllif tərəfindən yazılması haqqında əsaslı subutlar üzə çıxmıĢdır.
Məsələn, Rotterdamlı Erasmus
201
fikir
vermiĢdir ki,
«Korpus
197
Mistika (yunanca ―mystika‖) - insanın bilavasitə ilahi qüvvələrlə ünsiyyətin
saxlanmasının mümkün olmasına inanmaqdır. Bu söz gizli, anlaĢılmaz olan hər bir
Ģey mənasında da iĢlənir.
198
Hiyerarxiya [yunan sözləri ―hieros‖ (müqəddəs) + ―arche‖ (hakimiyyət)-dən
əmələ gəlmiĢdir] – bir Ģeyin hissələrinin və ya elementlərinin an yüksəyindən, ən
alcağına qədər, ardıcıllıqla düzülməsidir. Ġkinci mənada Hiyerarxiya - vəzəfələrin
bir-birinə tabe olunmuĢ halında düzülməsidir.
199
Dionisius Areopagitanın risalələrinin mətnləri ilə tanıĢ olmaq üçün bax:
Дионисий Ареопагит. О церковной иерархии. Послания. (Издание с
параллельными текстами) / Вст. ст., подг. греческих текстов и их русский
перевод Г.М.Прохоров, Ред. перевода иер. Григорий (В.М.) Лурье СПб.
Алетейя 2001 г. 281 с. http://www.krotov.info/history/05/3/areopagi.html
200
Həvarilərin iĢləri 17: 34.
201
Rotterdamlı Erazmus (Erasmus Roterodamus) (1469-1536) - məĢhur Holland
ilahiyyatçısı, filosofu, maarifçi-alimi, yazıçısı, filoloqu. Avropada Ġntibah dövrünün
ən görkəmli nümayəndələrindən biri olmuĢdur.
Dostları ilə paylaş: |