Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

 
106 
bu  dünyaya  günahkar  gəlirlər.  Yalnız  Xristianlığı  qəbul  edəndən  və  xaç 
suyuna salınma mərasimindən çıxandan sonra bu günah silinir. 
«De  Trinitate»  (Üçlük  haqqında)  kitabı  Avqustinusun  daha  bir 
tanınmıĢ  əsərlərindən  biridir
221
.  Bu  əsərdə  o,  ilahiyyata  aid  fikirlərini 
açıqlamıĢdır.  Bundan  baĢqa  Avqustinus  «De  libero  arbitrio»  (Azad  iradə 
haqqında),  «De  magistro»
222
  (Müəllim  haqqında),  «Contra  academicos»
223
 
(Akademiklərə  qarĢı),  «De  immortalitate  aniniae»  (Ruhun  ölməzliyi 
haqqında) və baĢqa əsərlərin müəllifi olmuĢdur
224

Avqustinusun  fəlsəfəsində  Tanrı  hər  bir  ideyanın,  düĢüncənin 
mərkəzindədir.  Ona  görə  də,  onun  fəlsəfəsi  teosentrikdir.  Tanrının  hər 
Ģeydən  əvvəl  olması  fikri  Avqustinus  ruhun  bədən,  iradənin  düĢüncə 
üzərində  yüksəlməsi  fikrinə  gətirmiĢdi.  Bu  yüksəlmə  həm  metafirik,  həm 
qnoseoloji, həm də etik xarakter daĢıyır. 
Avqustinusun  fəlsəfəsində  Tanrı  ən  yüksək  varlıqdır  (summa 
essentia).  Yalnız  Onun  varlığı  onun  öz  təbiətindən  irəli  gəlir.  Dünyada  
mövcud olan baĢqa Ģeylər  isə Onun tərəfindən  yaradılıb və Onun  iradəsinə  
tabedir. Eyni zamanda, Tanrı,  hər bir varlığın mövcud  olmasının səbəbidir. 
O,  dünyanı  yaradıb  mühafizə  edir.  Onun  yaratmaq  qabiliyyəti  bununla  
kifayətlənmir. O hər an yaradılıĢı davam edir (creatio continua).
225
 
Plato  fəlsəfəsindən  fərqli  olaraq,  Avqustinus  Tanrını  bir  Ģəxsiyyət 
kimi  qəbul  edirdi.  Antik  dünyada  yayılmıĢ  taleyin  hər  Ģeyə  qadir  olması 
inancına  gəldikdə,  Avqustinus  onu  inkar  etmədən  tamamilə  Tanrının 
iradəsinə tabe edir
226
. Tanrının iradəsi isə onun mahiyyətinə aiddir
227

Hər  Ģeyin  Tanrının  iradəsindən  asılı  olması  fikri  Avqustinusu  bir 
tərəfdən  fatalizmə,  digər  tərəfdən  isə,  gerçəkliyin  irrasional  yozulmasına 
                                                 
221
 «Üçlük haqqında» əsərin ingilis dilinə tərcüməsi  burada yerləĢir:  
http://www.ccel.org/fathers2/NPNF1-03/TOC.ht m 
222
  Блаженный  Августин.  Творения.  Т.  1:  Об  истинной  религии.  СПб.;  Киев: 
Алетейа; УЦИММ-Пресс,  1998.  С.  264-312.   
http://antology.rchgi.spb.ru/Sanctus_Aurelius_Augustinus/teacher.html 
223
  Блаженный  Августин.  Творения.  Т.  1:  Об  истинной  религии.  СПб.;  Киев: 
Алетейа; УЦИММ-Пресс,  1998.  С.  5-85.   
http://antology.rchgi.spb.ru/Sanctus_Aurelius_Augustinus/academ.htm 
224
 Avqustinusun əsərlərinin siyahısı bu ünvanlarda yerləĢdirilmiĢdir: 
Ġngilis dilində:  http://www.ccel.org/fathers2/ 
Rus dilində: http://aleteia.narod.ru/august/august.htm#2 
225
 De civitate Dei XII  , 25.  http://www.newadvent.org/fathers/120112.htm 
226
 De civitate Dei IV  , 33.  http://www.newadvent.org/fathers/120104.htm 
227
 Confessiones  XI, 10. 


 
107 
gətirmiĢdi.  Ətraf  mühit  insan  əqli  ilə  dərk  edilməyən  möcüzələrlə  doludur. 
Bu möcüzələrin arxasında isə, Tanrı durur. 
Ümumiyyətlə  Avqustinus  əqlə  yox,  iradəyə  üstünlük  verirdi.  Onun 
fikrincə,  hər  bir  Ģeyin  mahiyyəti  onun  aktivliyindədir,  passivliyində  deyil. 
Deməli  insan mahiyyətini passiv olan əql deyil, aktiv olan  iradə təĢkil edir. 
Buna görə də ruhun  mahiyyətini azad  iradə təĢkil edir. Bu fikri Avqustinus 
Tanrıya  da  aid  edirdi  və  onun  mahiyyətində  iradənin  üstünlüyünü  qeyd 
edirdi.  Beləliklə,  onun  fəlsəfəsi  rasionallıqdan  uzaqlaĢaraq,  voluntarizmə
228
 
daha yaxındır. 
Avqustinusa görə, hər bir Ģeyi Tanrı yaratmıĢdır. Məxluq cismə malik 
ola  bilər,  olmaya  da  bilər.  Məlakələr  və  insanın  ruhu  olduğu  kimi 
yaradılmıĢdı. Onlar mənəvi aləmə aiddir. Bütün baĢqa Ģeylər isə materiya ilə 
bağlıdır. Materiyanın əsasını təĢkil edən dörd ünsür - yer, su, hava və od - 
olduğu  kimi,  Tanrı  tərəfindən  yaradılmıĢdır,  neoplatonizmdə  olduğu  kimi, 
emanasiyanın  nəticəsi  deyil.  Neoplatonizmdə  dünya  Vahidin  (Tanrının) 
emanasiyasıdırsa,  Avqustinus  fəlsəfəsində  o,  Tanrı  iradəsinin  məhsuludur. 
Avqustinusda  Tanrı  ilə  dünyanın  dualizmi  ideyası,  neoplatonizmin 
monizmini  (yəni  Tanrı  ilə  dünyanın  eyniliyi  ideyasını)  əvəz  etmiĢdi.  Eyni 
zamanda Tanrıda Platonun ideyaları cəmlənir və Onda gerçək dünyanın ideal 
nümunəsi  gizlənib. Beləliklə  həm Platoda, həm də Avqustinusda  iki dünya 
var. Biri Tanrıda olan ideal dünyadır. Digəri isə,  ideyaların Tanrının  iradəsi 
ilə materiyada əks olunan, yaradılan maddi dünyadır. 
Yaradılan  dünyada  inkiĢaf  proseslərini  Avqustinus  bu  dünyada 
mövcud olan  potensial səbəblərlə  izah edirdi. Yəni  insanların, heyvanların, 
bitkilərin  böyüməsi  və  tədricən  inkiĢaf  etməsi,  Onları  yaradan  Tanrı 
tərəfindən əvvəlcə nəzərdə tutmuĢdu və onlarda bu inkiĢafın səbəbləri Onun 
tərəfindən  yaradılmıĢdı.  Burada  Avqustinus  stoiklərin  təlimindən  istifadə 
etmiĢdir, lakin səbəblərin yaradılıĢını Tanrı ilə bağlayırdı. 
Tanrı  üç  hipostasisdən  (sifətdən)  ibarətdir.  Onlar  bir-birindən 
ayrılmazdır. Bunun necə baĢ verdiyini insan düĢüncəsi ilə dərk etmək olmaz. 
Üç insan bir insan ola bilməz, lakin Tanrının üç sifəti bir Ģəxsiyyətdir.
229
  
Avqustinusun fəlsəfəsində Tanrı yalnız xeyri yaradır. ġər ona məxsus 
deyil. Hələ mani  dinində olan dövrlərdə Ģərin təbiəti problemi Avqustinusu 
düĢündürürdü. Lakin onu manilikdəki kimi, ayrıca bir baĢlanğıc, substansiya 
                                                 
228
 Voluntarizm (latınca ―voluntas‖ - iradə) – iradəni varlığın ən yüksək prinsipi elan 
fəlsəfi təlim. 
229
 De Trinitate 15,  43.   
http://www.ccel.org/fathers2/NPNF1-03/npnf1-03-21.ht m#P1897_946543 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə