76
Basiliosun kosmologiyasında göylərin çoxluğu ideyası vardır. Birinci
göy yeri əhatə edir. Ġkinci göydə ruhi varlıqlar yaĢayır. Bu məlakələr və ölən
möminlərin ruhlarıdır. Ġnsan mənəviyyatının mənbəyi məhz budur. Ġlk insan
da məlakələrə bənzər varlıq idi, baxmayaraq ki, bədənə malik idi. Lakin
onun günaha batması (qadağan olunmuĢ ağacın meyvəsini yeməsi), duyğular
aləmindən yerə endirilməsinə səbəb oldu. Lakin, insanda Tanrının obrazı
vardır. Tanrı ona əql verib. Buna görə də insan öz ruhunu bədənə
bağlılıqdan, ehtiraslardan təmizləyərək (katarsis), itirilmiĢ Ġlahi bənzərliliyini
özünə qaytarmalıdır. Üçüncü göy isə əqlin dərk etmədiyi Ġlahi bir məkandır.
«Üç göy» ideyası neoplatonizmin Vahid-Əql-Ruh üçlüyünü və onlar
arasında olan münasibətləri təkrarlayır.
Arianlığın əleyhinə yazılmıĢ «Eunomiuma qarĢı» əsərində, Basilios,
Eunomium adında bir arianın fikirlərini təkzib edirdi. Eunomiumun fikrincə,
bu dünyada Tanrının dərk edilməsi prosesi, onun yaratdığı məxluqat
haqqında düĢüncələrin əsasında, yaxud Onun təcəllilərinin vasitəsi ilə əldə
etmək olar. Lakin bu bilgi simvolik xarakter daĢıyır. Eunomiumun fikrincə,
Tanrı haqqında bilavasitə bilik də əldə etmək mümkündür. Buna Ġlahi
mahiyyəti olan əqlin təmizlənməsi və yüksəlməsi vasitəsi ilə nail olmaq olar.
Bu halda, Tanrının heç kəs tərəfindən doğulmaması bəlli olur. Ġsa da ondan
doğulmayıb, onun məxluqudur. Deməli o, Tanrı deyil.
Bu arian fikrinin əleyhinə çıxıĢ edən Basilios, Eunomiuma cavab
verirdi ki, insan əqli, Tanrının əsl mahiyyətini heç bir vaxt dərk edə bilməz.
Tanrı transsendental olaraq qalır. Dünyanı yaradanda isə o öz sözündən (Ġsa-
Loqosdan) istifadə etmiĢdi. Buna görə, bu dünyada Tanrı haqqında yalnız
simvolik deyil, həm də həqiqi biliklərə nail olmaq olar. Ġsanın doğulmuĢ
Oğul olması isə, onun məxluq olması demək deyil. Oğul Atadan
doğulmuĢdur. Onun yoxdan yaranması iddiası yanlıĢdır. O əbədi olaraq
doğulmuĢ Oğuldur.
«De Spir itu Sancto» adlanan kiçik risalədə, Basilios Müqəddəs
Ruhun Atadan və Oğuldan kiçik olmamasından söhbət açmıĢdır. Lakin onun
birbaĢa Tanrı olmasından danıĢmır. Bu inanc hələ onun dövründə
formalaĢmıĢdır və hətta Nikeya məclisinin qərarında öz əksini tapmamıĢdır.
Üçlük (trinitarizm) formulası bundan sonra formalaĢmıĢdır. Lakin Basilios
iĢarə edir ki, əgər Müqəddəs Ruh həyatverici baĢlanğıcdırsa, onda o
Tanrıdan fərqli bir Ģey deyil. Ġsa da hər bir Ģeyi Ruhun vasitəsi ilə etmiĢdir.
Beləliklə xristian üçlüyünün formalaĢmasında Basilios mühüm addım
atmıĢdır.
Nazianzlı Qreqorios (Gregorios Nazianzenos)
77
Nazianzlı Qreqorios (330-390) Basiliosun yaxın dostu olmuĢdur,
«Theologos» (Ġlahiyyatçı) adı ilə də tanınmıĢdır. O Nazianz və Sasima
Ģəhərlərinin yepiskopu olmuĢdur. Sonra isə imperator Feodosiusun
(Theodosius) (346-395) dövründə Konstantinopolisin arxiyepiskopu
olmuĢdur və 381-ci ildə II Beynəlxalq Kilsə Məclisinin Konstantinopolisdə
çağırılması təĢəbbüsündə imperatora dəstək vermiĢdi və bu məclisin fəal
iĢtirakçısı, sonra isə sədri oldu. Bu məclisdə o, arianlara və Nikeya Kilsə
Məclisində qəbul edilmiĢ xristian dininin simvolunun tərəfdarlarına qarĢı
çıxıĢ etdi. Məlum olduğu kimi, Nikeyada yalnız Atanın Oğulla eyni
mahiyyətə malik olduğu müddəası qəbul edilmiĢdi. Müqəddəs ruh hələ bura
daxil edilməmiĢdi. Məhz Konstantinopolis Kilsə Məclisində Xristianlığın
əsasını təĢkil edən trinitar (üçlük) simvolunun qəbul edilməsi prosesi sona
çatmıĢdır. Nikeya simvolunun tərəfdarlarını isə bu Məclisdə Ġsgəndəriyyəli
Pavlus təmsil etmiĢdi. Lakin onun mövqeyi rədd edilmiĢdi. Ġmperator
Feodosius kappadokiyalı ataların mövqeyini dəstəkləmiĢdir
Qreqorios bir neçə əsər müəllifi idi. Onların arasında «De
Theologia»
162
(Ġlahiyyat haqqında sözlər) adlı moizələr, poetik əsərlər,
məktublar vardır..
Öz əsərlərində Qreqorios ilk növbədə Tanrının dərk edilməsinin
mümkünsüzlüyü haqqında yazırdı
163
. Tanrı onun
əsərində neo-platonizmin vahidinə daha da ya-
xındır və yaradılıĢdan mütləq olaraq uca mə-
kanlardadır. Onun sözü olan Ġsa, dünyaya cisma-ni
Ģəkildə gəlmiĢdir. Onun gəliĢi bir qayaya bən-zəyir.
Bu qaya Tanrının hər Ģeyi dağıtmaq qüd-rətində
olan nurunun açıq parlanmasından dün-yanı
qoruyur. Yeni platoçular kimi, Nazianzlı Qreqorios
da hesab edirdi ki, Tanrı ruhdur. Ġn-sanda Onunla
rabitə yaradan Ġlahi ruhun his-səcikləri vardır. Bu
da insan ruhudur ki, onun vasitəsi ilə hər bir kəs
Tanrıya doğru yönələ bilər.
162
Bu əsərin bəzi hissələrinin rus dilinə tərcüməsi burada yerləĢdirilmiĢdir:
http://christianity.shu.ru/Authors/gregnaz.htm
163
Григорий Богослов. Слово 28. О богословии второе // Со брание творений: в
2т. Т.1. - Мн.: Харвест, М.: АСТ, 2000, с. 476-502.
http://www.abovo.net.ru/book/84108
78
Lakin Tanrının dərk olunmamasından danıĢan Qreqorios, eyni zamanda,
axirətdə möminlərin Tanrını görmək qabiliyyətində olması haqqında fikir
irəli sürmüĢdür.
Tanrının transsendentliyindən danıĢan Qreqorios, Onu duymağın,
Onunla görüĢün mümkün olmasını da təsdiq edirdi. Çünki Tanrı
Ģəxsiyyətdir, hər bir insan Onun varlığını duyur, lakin mahiyyətinə vara
bilmir.
Daha sonra Qreqorios Ata-Oğul cütlüyünə Müqəddəs Ruhu da əlavə
edərək, Tanrının bu üçlükdən ibarət olduğunu iddia etmiĢdi. Müqəddəs Ruh
da onlarla vəhdət təĢkil edir. Bu üçlüyün hər bir Ģəxsi hipostasis adlanır.
Onlar vəhdət təĢkil etsələr də, hərəsinin öz xüsusiyyətləri vardır. Yəni Ata,
Oğulun Atasıdır; Oğul, Atanın Oğludur; Ruh isə Atadan çıxan Oğulun
Ruhudur. Ruh məxluq deyil. Gələcəkdə Katolik Kilsə Müqəddəs Ruhun
―həm də oğuldan‖ (filioque) çıxmasını iddia etmiĢdir. Bu məsələ
ortodokslarla (pravoslavlarla) katoliklərin arasında böyük ixtilafa səbəb
olmuĢdur.
Qreqorios xristioloji problemlərə aid olan mübahisələrdə də iĢtirak
etmiĢdir. Ondan qabaq Ġsanın Loqos olması və Tanrı ilə vəhdət təĢkil etməsi;
onun Oğul olması haqqında ehkamlar qəbul olunmuĢdu. Lakin sonra, Ġsada
eyni zamanda insani və Ġlahi təbiətin necə, və hansı nisbətdə yer tutması
problemi ortalığa çıxdı. O zamanlar bir xristian ideoloqu - Laodikiyalı
Apolinarios, Ġsanı insan bədəninə girmiĢ Tanrı kimi təsəvvür edirdi. Lakin
ona qarĢı çıxıĢ edən Qreqorios, onun insan olduğu haqqında fikir irəli
sürmüĢdür. Yəni Ġsa əvvəl bədəni olmayan Tanrının oğlu idi, lakin sonra o
insan kimi dünyaya gəldi, insan oldu, lakin onda Ġlahi mahiyyət də var idi.
164
Nissalı Qreqorios (Gregorios Nysses)
Kappodokiyalı ataların üçüncü nümayəndəsi Nissalı Qreqorios (335-
394) olmuĢdur. O Kesariyalı Basiliosun kiçik qardaĢı idi və Nissa Ģəhərinin
yepiskopu olmuĢdur. 381-ci ildə o, Konstantinopolisdə keçirilən
Ümumdünya Kilsə məclisində iĢtirak etmiĢdir.
Nissalı Qreqorios bir neçə kitab müəllifi olmuĢdur. Onlardan bəziləri:
«De vita Moysis» (Musanın həyatı haqqında), «In Hexaemeron»
165
(Dünyanın altı günə yaranması), «De hominis opificio» (Ġnsanın quruluĢu
164
Presviter Kledoniusa Apolinariosa qarĢı // Григорий Богослов. Собрание
творений: в 2т. Т.2. - Мн.: Харвест, М.: АСТ, 2000, с. 9-18.
http://www.pagez.ru/lsn/bogoslov/049.php
165
Ġngilis dilinə tərcüməsi burada yerləĢdirilmiĢdir:
http://www.bhsu.edu/artssciences/asfaculty/dsalomon/nyssa/hex.html
Dostları ilə paylaş: |