79
haqqında), «Quod non sint tres Dii – ad Ablabium» (Tanrının üç olmaması
haqqında Ablabiya müraciət), «Logos katechetikos megas» (Böyük
katehesis
166
).
«Quod non sint tres Dii – ad Ablabium» əsəri
arianlara qarĢı yazılmıĢdır. Bu əsərdə Qree-qorios,
baĢqa kappadokiyalı atalar kimi, Ata, Oğul və
Müqəddəs Ruhun bir birindən fərqlən-məsinin zərüri
olması haqqında yazmıĢdır. Onun əsas məqsədi -
Ġsanın ilahi təbiətə malik olmasını sübuta yetirmək
idi. Yalnız bundan sonra o, Oğu-lun Ata ilə birlik
təĢkil etməsi ideyasını hallan-dırmıĢdır. Beləliklə
Tanrının
birliyi
Üçlüyün
möv-cudluğundan
çıxarılırdı. Qərbdə isə Avqustinus
Avrelius öz mülahizələrini əks istiqamətdə aparır dı.O əvvəl Tanrının
birliyini təsdiq edib, sonra isə ondan Üçlük ideyasını meydana gətirirdi.
Lakin Üçlük ideyasına görə kappodokiya atalarını üçtanrılıqda ittiham
edirdilər. Buna görə də Qreqorios «Quod non sint tres Dii – ad Ablabium»
əsərində yazırdı ki, əslində bu həqiqətə uyğun deyil. Onun fikrincə Tanrı
vahid enerjiyə malikdir. Eyni zamanda bu enerji üçə bölünür. Lakin Üçlüyün
hər bir üzvü baĢqasından müstəqil Ģəkildə heç nəyi yaratmır. Buna görə də
üç sifəti olan Tanrıya iman, üçtanrılılıq demək deyil. Üçlük vəhdət təĢkil
edir.
167
«Apolinariosa qarĢı»
168
risaləsində Qreqorios, Ġsanın eyni zamanda
ilahi və insani mahiyyətə malik olması haqqında yazmıĢdır. Ġsanın mahiyyəti
bir, təbiəti isə ikidir.
Dünyanın yaradılması məsələsində Qreqorios hesab edirdi ki, Tanrı
varlıqları yaradaraq, eyni zamanda, onların inkiĢaf imkanlarını
(potensiyasını) da təbiətlərinə salmıĢdı. Bu ideya platonizmə uyğundur,
çünki onlar da hesab edirdilər ki, hər Ģeyin inkiĢaf imkanı vardır, sonra isə
bu imkanlar gerçəkləĢir. Lakin bu imkanlar əvvəlcədən Loqosda , ona tabe
olunmuĢ Ģəkildə, yerləĢir. Bu imkandan gerçəkləĢən hər Ģey, Tanrı
tərəfindən əvvəlcədən təyin edilmiĢ məqsədə qulluğ edir. Tanrının altı günə
166
Katexesis (yunanca katechesis) – xristian təliminin sual-cavab formasında ifadə
edilməsidir.
167
Архимандрит Киприан (Керн). Золотой век святоотеческой письменности.
М.: Паломник, 1995. http://www.orthlib.ru/ Fathers/kern_5.html
168
Ġngilis dilinə tərcüməsi burada yerləĢdirilmiĢdir:
http://www.bhsu.edu/artssciences/asfaculty/dsalomon/nyssa/appolin.html
80
dünyanı yaratmasını, Qreqorios Müqəddəs Kitabın bir təvili, alleqoriyası
kimi baĢa düĢürdü.
«Logos katechetikos megas» əsərində Qreqorios insanı ən yüksək
məxluq hesab edir, o Tanrıya bənzər vucudda yaradılmıĢdır, ölməzdir
169
.
Ġnsan əvvəlcədən bütün Ġlahi nemətlərin daĢıyıcı kimi Tanrı tərəfindən
həyata gətirilmiĢdir. Lakin sonra o, günaha batmıĢdır və bu nemətləri
itirmiĢdir. Dünya yaradılanda, insan Tanrı ilə dünya arasında bir vasitəçi idi.
Ġnsanın günaha batmasından sonra isə dünya Tanrıdan təcrid olunmuĢdur.
Lakin günahdan sonra da insan Tanrıya bənzər surətini və onunla rabitəni
itirməmiĢdir. Bu rabitə onun azad olmasındadır.
«De hominis opificio» risaləsində Qreqorios Adəmi təkcə bir insan
kimi təsəvvür etmir. Adəm, eyni zamanda, bütün bəĢəriyyətin təcəssümüdür.
Ġsa isə yeni Adəmdir. Onun gəliĢindən sonra Kilsə yaranmıĢdır. Ġsa, Tanrının
obrazını gerçəkləĢdirən, Kilsənin baĢçısıdır. Bütün iman edən insanlar onun
bədənini təĢkil edir. Yalnız bu bədənin üzvləri olan insanlar, günah
nəticəsində itirilmiĢ Ġlahi obrazı yenidən özlərinə qaytara bilərlər. Qreqoriosa
görə Tanrı insanı kiĢi və qadın kimi ikili yaradıb. Lakin cənnət ağacından
meyvəni yeyib günaha batana qədər, Adəm və Həvva bir-biri ilə cinsi
yaxınlıq etməmiĢdilər. Yalnız bu günahdan sonra onlar cinsi fərqlərini dərk
etmiĢdilər.
Bizim yaĢadığımız dünya Tanrının nəzərdə tutduğundan və
planlaĢdırdığından fərqlənir. Bunun səbəbi yenə də ilk günahdadır.
170
Dünyada olan Ģəri Tanrı yaratmayıb. ġər - xeyrin olmamasıdır,
xeyrdən onun çəkilməsidir. Adəm və Həvva o günaha, öz azad iradələrini
düzgün istiqamətə yönəltmədiklərinə görə, batıblar. Tanrı onları buna
məcbur etməmiĢdir. Tanrı ölümü buna görə yaratmıĢdır, yəni ölüm də ilk
insanın günahının nəticəsidir. Ġnsanın xilası isə, insan Ģəklində dünyaya
gələn Tanrı tərəfindən təmin edilir (yəni Ġsa nəzərdə tutulur).
171
Beləliklə Qreqorios belə nəticəyə gəlir ki, bütün bəĢəriyyəti özündə
cəmləĢdirən Adəm, günah edərək onu tənəzzülə uğratmıĢdır. Yeni Adəm isə
Ġsadır. O, öz bədəni olan kilsə vasitəsi ilə, günaha batmıĢ bəĢəriyyəti xilasa
doğru aparır.
169
Logos katechetikos megas, 5. Ġngilis dilinə tərcüməsi burada yerləĢdirilmiĢdir:
http://www.ccel.org/fathers2/NPNF2-05/Npnf2-05-39.ht m#P3865_2535179
170
De hominis opificio 16. Rus dilinə tərcüməsi burada yerləĢdirilmiĢdir:
http://www.vehi.net/nissky/nissky.html
171
Logos
katechetikos megas
XXXII. Ġngilis
dilinə tərcüməsi burada
yerləĢdirilmiĢdir:
http://www.ccel.org/fathers2/NPNF2-05/Npnf2-05-39.ht m#P4008_2653883
81
Daha sonra, Qreqorios, çarmıxa çəkilən Ġsanın özünü qurban
verməklə, bəĢəriyyətin günahlarının bağıĢlanması haqqında maraqlı fikirlər
ifadə etmiĢdir. Onun fikrincə bu qurban Tanrıya deyil, Ģeytana verilmiĢdir.
Məsələ bundadır ki, Ģeytan, Adəmi aldadaraq, onu cənnət ağacından
meyvəni yeməyə təhrik etmiĢdir
172
. Buna cavab olaraq Ġsa özünü qurban
verməklə Ģeytanı aldatmıĢdır. Yəni Ģeytan, bu dünyanın hökmdarı olaraq, öz
hakimiyyətini daha da qiymətli bir Ģeyə dəyiĢdirə bilərdi. Bu daha da
qiymətli bir Ģey isə Ġsa olmuĢdur. Onun möcüzəvi Ģəkildə dünyaya gəlməsi,
göstərdiyi möcüzələri Ģeytan üçün dözülməz idi. O Ġsanı məhv etmək
istəyirdi. Lakin Ģeytan anlamamıĢdır ki, Ġsa ondan daha qüvvətlidir, çünki
əslində onun zahiri insan vücudu arxasında Tanrının qüdrəti vardır. Eyni
zamanda onu qeyd etmək lazımdır ki, rəsmi kilsə təliminə görə Ġsa
bəĢəriyyətin günahlarının bağıĢlanması üçün özünü Tanrıya qurban
vermiĢdir. Lakin buna baxmayaraq Qreqorios, Ġrineus, Origenus və
Avqustinusun əsərlərində ―ġeytanın aldadılması‖ ideyasına rast gəlmək
olar.
173
Beləliklə Tanrı bəĢəriyyəti qurban vasitəsilə xilas etmiĢdir. Xristian
təliminə görə, Tanrı insanı ən yüksək bir məxluq kimi yaratmıĢdı. O eyni
zamanda Tanrının oğlu və dostu olmalı idi. Lakin sonra insan bu təbii
rabitəni itirmiĢdi. Buna görə də Ümumdünya fəlakəti baĢ vermiĢdir və insan
Ģeytan tərəfindən əsarətə alınmıĢdır. Beləliklə Tanrı təhqir olunmuĢdur.
Buna görə də Ģeytan əsarətindən xilas olmaq iĢini Tanrının özü görmüĢdür.
O insanın azadlığını saxlamaq Ģərti ilə , onu əsarətdən qurtarmıĢdı. Bu fikirlər
qnostisizmə yaxındır.
Qreqorios hesab edirdi ki, insan həyatının məqsədi Tanrıya tərəf
yönəlmək, ona tərəf yüksəlməkdən ibarətdir. Bu yüksəlmə üç pilləlidir, lakin
onların biri-birinin arxasınca ardıcıl gəlməsi Ģərt deyil. Bu fikirlərini
Qreqorios «De vita Moysis»
174
kitabında ifadə etmiĢdir.
Birinci pillə təmizlənmədir (katarsis). Bu mərhələdə insan, özünü
Tanrıdan uzaqlaĢdıran hər bir Ģeydən təmizlənməlidir. Bu ideya stoitsizmdən
alınmıĢdır.
Ġkinci pillədə, ehtiraslardan təmizlənmiĢ Ģüur ətraf mühiti baĢqa
keyfiyyətdə görüb, dərk edir. Buna ―təbii görmə‖ qabiliyyəti deyilir.
172
YaradıĢ, 3.
173
Иоанн Мейендорф. Введение в светоотеческое богословие. Вильнюс -
Москва, ―Весть‖, 1992, Часть 2, гл. 4. http://www.klikovo.ru/db/book/msg/894
174
О жизни Моисея законодателя, или о совершенстве в до бродетели //
Антология. Восточные Отцы и учители Церкви IV века. Том II. Издательство
МФТИ, 2000, сс. 257-328. http://abovo.net.ru/book/82351
Dostları ilə paylaş: |