|
Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov
|
səhifə | 54/159 | tarix | 30.12.2023 | ölçüsü | 2,41 Mb. | | #165822 |
|
257. Allahın Rəsulu (s): Qiyamət günü mənim ümmətimdən bir nəfəri (məhşərə) çağırarlar. Onu behiştə getməyə ümidvar edən heç bir əməli yoxdur. Amma Allah-təala buyurar: "Onu behiştə aparın. Çünki, ailəsi ilə mehriban davranardı."2
258. "Müsnədi-Təyalisi": Ənəs rəvayət edir: Allahın elçisi (s) ailəsi ilə mehriban idi.3
259. "Tarixi-Dəmeşq": Ənəs rəvayət edir: Allahın rəsulu (s) xalq arasında, ailəsinə və üşaqlara qarşı, ən mehriban şəxs idi.4
260. İmam Əli (ə): Ailənin kiçikləri ilə mehriban ol və böyüklərinə hörmət et.5
3\1
Övladlarınızı sevin
261. Allahın rəsulu (s): Övladları sevmək, (cəhənnəm) atəşinə sipər, onlarla birlikdə yemək-yemək isə oddan qurtuluş, onlara ehtiram göstərmək, sirat körpüsündən keçməyə səbəb olar.6
262. İmam Əli (ə): (Ona misbət verilən hikmətnamədə) Sənin övladlarına olan şəfqətin, onların sənə olan şəfqətindən daha çox olmalıdır.1
263. İmam Sadiq (ə): Allah-təala öz bəndəsinə, övladını çox sevdiyi üçün, rəhm edər.2
4\1
Övladlarınızı öpün
264. Allahın Rəsulu (s): Mömin Allahın dostudur və övlad ona ilahi hədiyyəsidir. Hər kimə Allah-təala övlad nəsib etsə, onu çox öpsün.3
265. İmam Sadiq (ə): Bir kişi Peyğəmbərin yanına gəlib, dedi: Mən heç zaman bir uşağı (övladımı) öpməmişəm.
Kişi getdikdən sonra Allahın rəsulu (s) buyurdu: "Mənim yanımdakı bu kişi, cəhənnəm əhlindəndir."4
266. "Səhihi-Buxari": Allahın elçisi (s) Həsən ibn Əlini öpdü. Peyğəmbərin (s) yanında əyləşən Əqrə ibn Haməs Təmimi dedi: Mənim on övladım var, amma bu günədək, onların birini belə öpməmişəm."
Allahın elçisi (s) buyurdu: "Rəhm etməyənə, rəhm olunmaz."5
267. "Əl-Mənaqib": Allahın elçisi (s) Həsən və Hüseyni öpdü. Peyğəmbərin (s) yanında əyləşən Üyeynə, başqa bir rəvayətdə Əqrə ibn Haməs Təmimi dedi: Mənim on övladım var, amma bu günədək, onların birini belə öpməmişəm."
Allahın elçisi (s) buyurdu: "Rəhm etməyənə, rəhm olunmaz."
Həfz Fərranın rəvayətində deyilir: Allahın elçisi (s) elə qəzəbləndi ki, (mübarək) surətinin rəngi dəyişdi. O, kişiyə dedi: "Allah-təala sənin qəlbindən rəhm və mərhəməti alıbsa, buna mən nə edim? Kiçiklərimizlə mehriban olmayan və böyüklərimizə ehtiram qoymayan, bizdən deyil."1
Dostları ilə paylaş: |
|
|