Aynurə paşayeva


Məni nə vədə Şuşaya yetirərsən?



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
63 
Ə. Haqverdiyevin nəsr  əsərlərindəki  mənfi surət-
lər  də,  çox  maraqlı  və  orijinal  bir  silsilə  təşkil  edir. 
Ədib əsərə keçməzdən əvvəl bir neçə söz olan hissədə 
qeyd edir: ««Cəhənnəm məktubları» adlandırdığım bu 
əsərim «Marallarım»ın mabədi olaraq, bir para mənfi 
tiplərdən və mövhumatdan bəhs edən bir əsərdir» (31, 
s. 26). 
Ədib bütün eybəcərlikləri, dövrünün qanunsuzlu-
ğunu  mənfi  tiplərin  simasında  təsvir  edir.  Olduqca 
satirik surətlərlə bol olan povest Xortdanın dili ilə ifşa 
olunur.  Mənfi  tiplərin  də  özlərini  də  bu  cür  qrup-
laşdırmaq olar:  
1) Fırıldaqçı din xadimləri, tacirlər.  
2) Yerli dövlət məmurları (xan, bəy və s.). 
3) Çar məmurları. 
Ədib «Xortdanın cəhənnəm məktubları»nda tacir-
lərin və ruhanilərin heç birinin ayrı-ayrılıqda müfəssəl 
portretini  yaratmamışdır.  Bununla  belə  əsərdə  tacir-
lərin ən səciyyəvi cəhətləri dəqiq açılmış və onlar çox 
mükəmməl rüsvay edilmişdir. 
Ədib Bərdə və Ağdam bazarlarının təsvirini verən 
zaman  buradakı  tacirlərdən,  hacıların  fırıldaqçılığına, 
acgözlüyünə, dələduzluğuna aid kinayəli işarələr ver-
mişdir. Tədricən  bu ümumi kinayələr  konkretləşir və 


Aynurə  Paşayeva 
 
 
64 
hacı  Mehdiqulunun  müamiləçiliyindən,  Məşədi  Sün-
bənin  fırıldaqçılığından,  «imarətlər»,  gəmiləri,  kar-
vansarası olan Hacının ifrat xəsisliyindən özünün zir-
və nöqtəsinə çatır. 
Ədib  Hacı  Mehdiqulunun  digər  hiyleyi-şəriyyə-
sindən  danışanda  yazır:  «Tutalım,  bir  nəfər  bəy  gəlib 
hacıdan beş yüz manat qərz istəyir, hacı da bəyi mötə-
bər  bilib  razı  olur.  Gərək  altı  ayını  vədəsinə  altı  yüz 
əlli veksel yazılsın. Hacı əl qatıb qəfəsdən bir ədəd bir 
abbasılıq yaylıq götürüb deyir:  
– Bəy, siz bu yaylığı məndən yüz əlli manata al-
mağa razısınızmı ki, pulunu da altı aydan sonra verə-
siniz? 
Bəy  razı  olur,  veksel  altı  yüz  əlli  manata  yazılır. 
Beş  yüz  manat bəyin  borcu  və  yüz  manat  da  altı ay-
dan sonra verəsiniz!» (31, s. 35). 
Digər din xadim Ağ Molla yenə pul qazanmaqdan 
ötrü  islam  dinin  qanunlarına  zidd  gedir.  Çünki  islam 
dinində  o  biri  dünyaya  gedib  qayıtmaq  yoxdur.  Əgər 
bir  insan  öz  istəyi  ilə  belə  etsə,  cəhənnəmi  gəzdirsə, 
bunun  müqabilində  müəyyən  məvacib  alırsa,  əlbəttə, 
bu böyük cinayətdir. 
Digər  din  xadimi  Məşədi  Sünbədir.  O,  gördüyü 
əməllərində  heç  bir  günah  iş  görmür.  Ancaq  Məşədi 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
65 
hamıya  pul  verərdi,  hamıya  kömək  edirdi,  hamının 
əlindən  tutardı.  Əlbəttə,  yaxşı  insan  olduğuna  görə 
yox, sələmçi olduğuna görə. Ona görə də cəhənnəmdə 
onun  iki  ayaqlarını  sifətinə  bağlayıb  bir  aşağı-yuxarı 
sürüyürlər. 
Başqa  bir  Hacını  da  hədər  yerə  görə  cəhənnəmə 
salmayıblar.  Çünki  Hacı  kəndlərdən  on  girvənkəlik 
yağı  yeddi  manata  yığırmış.  Amma  hamının  Hacıya 
inamı vardı. Çünki bir dəfə Hacı alıcının beş manatını 
əskik qaytardığına görə onun pulunu özünə  geri qay-
tarmışdı. 
Ədib Hacı obrazının daxili aləmini həm bədii psi-
xoloji portretlə, həm də monoloqu və dialoqlarla açıb 
göstərir.  Ədib  onun  portretini  yaradan  zaman  xarici 
görkəminə üstünlük vermir. Birbaşa onun xarakterinə 
keçir: «Hacı Bakıda bir məşhur kişi idi. İstər dövlətdə, 
istər  xəsislikdə  neçə  ədəd  böyük  imarətləri,  gəmiləri, 
karvansaraları  var  idi.  Bununla  belə,  gündə  iki  abba-
sıdan  artıq  xərc  etməzdi.  Yol  uzaq  olanda  faytona 
minməzdi, çünki beş şahı fayton pulu xərc hesab edər-
di.  Həmişə  qonyaka  minərdi.  Haraya  istəsəydi,  bircə 
şahı manata aparardılar» (31, s. 85). 
Hacının xəsisliyi bununla bitmir, həkimə pul ver-
məyin dərdindən ömrünün axırına kimi tək gözlə gəz-


Aynurə  Paşayeva 
 
 
66 
məyə  razı  olur.  Hacı  komandirin  gəminin  batmasın-
dan ötrü on manat nəzirini eşidəndə «üç gün oruc tut-
ması»  bundan  yaxşı  hesab  edir.  Düzdür,  Hacı  şəriət 
qaydalarını  yaxşı  bilirdi.  Cəhənnəmdə  Xortdana  rast 
gələn Hacı real dünyaya qayıdacağını fikirləşir. Çünki 
Hacının min bir əziyyətlə yığdığı pulu onun oğlu axı-
rına  çıxmışdır.  Hacıdan  qalan  bütün  paraxodlar,  kar-
vansaraların  hamısını  qumarda  uduzmuşdur.  Hacı 
bunları  eşidəndə  ürəyi  gedir.  Hacı  cəhənnəmdə  də 
mal-dövlətinin  taleyini  fikirləşir.  Çünki  mal-dövlət 
onun üçün bu dünyada hər şeydən, hətta öz doğma ca-
nından  belə  üstündür.  Hacıya  cəhənnəmdə  cəza  kimi 
törətdiyi  əməllərin  müqabilində  odlu  pullar  saydırır-
lar. 
Xortdan  Odabaşı  ilə  cəhənnəmi  süpürən  Hacı 
Mirzə Əhməd ağa ilə rastlaşır. Hacı Mirzə Əhməd ağa 
ilə  bağlı  əhvalat  «Odabaşının  hekayəsi»  adlanır.  Bu 
hekayədə öz mənfəətlərini fikirləşən din xadimlərinin 
dövrün  günahsız,  bir-birini  böyük  məhəbbətlə  sevən 
gənclərinin bədbəxt taleyinə səbəb olmasından danışı-
lır. 
Qeyd  etmək  lazımdır  ki,  «Odabaşının  hekayə-
si»ndə  mövzusu  mənəvi  eşq  və  maddi  eşq  qarşıdur-
ması  əhatə  edir.  Əsərdə  ideyanın  bədii  həllinə  yazıçı 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
67 
orijinal bir şəkildə, süjetin Gövhərtac ətrafında qurul-
masıyla  həyata  gerçəkləşdirir.  Gövhərtac  pak  və  mü-
qəddəs eşqin rəmzidir. Ətrafındakılar isə Gövhərtacın 
məhəbbətinə maddiyyat baxımından  yanaşırdılar. Ha-
cı  Kamyab,  Gövhərtacın  anası,  Hacı  Mirzə  Əhməd 
ağa insani münasibətlərə varlanmaq ehtirası ilə yana-
şan obrazlardır. 
Hekayənin  əvvəlində  Hacı  Kamyabın  xarakteri 
bədii  təhkiyədə  aydınlaşır:  «İbrahim  Hacı  Kamyab 
adlı bir qardaşı var idi. Hacı Kamyab şəhərdə ən zən-
gin  tacir  sayılırdı.  Onun  ticarəti  nəinki  öz  məmləkə-
tində,  hətta  əcnəbi  ölkələrdə  də  işləyirdi.  İstanbulda, 
Bakıda,  Tiflisdə,  Batumda  onun  amilləri  var  idi.  Ru-
siyanın hər şəhərində  onun  malı işlərdi. İldə  bir dəfə 
Hacı özü səyahətə çıxıb, təftiş və bazarların tələbatına 
bələd  olmaq  üçün  Rusiyanı,  Türkiyəni  gəzib  qayı-
dardı... 
Hacı  Kamyabın  qapısı  hər  gələn  üçün  açıq  idi. 
Hər  il  məhərrəm  ayının  birindən  onunadək  imam 
ehsanı verərdi. Şəhərin cəmi tüccarı, üləma və soldatı 
onun ehsanından cəm olurdular. Aşura günündən baş-
lamış imamın qırxınadək təkyə saxlardı. Təkyələrində 
çay  və  qəndab  sel  kimi  axardı.  Bununla  belə,  Hacı 
Kamyab  qardaşı  İbrahimin  əlini  tutmazdı  və  deyərdi: 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə