Aynurə paşayeva



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

Aynurə  Paşayeva 
 
 
68 
«İkimiz  də  bir  atanın.  Bir  ananın  uşaqlarıyıq,  atamız 
ikimizə də bərabər irs qoyub gedib. Mən çalışıb qaza-
nan kimi o da qazansın» (31, s. 90-91). 
Hacı  Kamyab  öz  doğma  balasını  Xudayar  xana 
vermək  istəyəndə  səhərdən-axşama  kimi  qapısında 
nökər  kimi  işləyən  Fərmanı  da  başa  düşürdü.  Onun 
bütün  bunları  Gövhərtacdan  ötrü  elədiyini  də  bilirdi, 
amma  buna  icazə  verirdi.  Çünki  Hacı  Kamyab  tacir 
adam idi. Öz gəlir və çıxarlarını yaxşı fikirləşirdi. Fi-
kirləşirdi ki, qoy nə qədər işləyir, işləsin. Çünki nə qə-
dər çox işləsə, Hacı Kamyabın xeyrinə idi. Hacı Kam-
yab qızını Hacı Mirzə Əhməd ağaya da verməyə razı-
laşır. Ona görə ki, Hacı Mirzə Əhməd ağanın əmlakı 
və sərvəti Xudayar xanınkından artıq idi. Xanın pam-
bıq və ərzağını icarəyə götürüncə ağanınkını götürmə-
yi  fikirləşir,  həm  də  bunu  özünə  yüksək  rütbə  də  he-
sab  edirdi.  Hacı  Kamyabın  gözünü  mal-dövlət  həris-
liyi elə bürümüşdü ki, Gövhərtacla Fərmanı təmənna-
sız  və  fədakar  məhəbbətini  fikirləşmirdi.  Beləliklə, 
konflikt  maddi  maraqların  xeyrinə  həll  olur.  Ancaq 
sonda  maddiliyin  qalibiyyətini  zahiri  saymaq  olar. 
Çünki Hacı Kamyab nə qədər var-dövlət fikirləşib ha-
lının  yaxşılaşmasını  istəsə  də,  bir  o  qədər  də  qızının 
taleyini  uçuruma  aparırdı.  Bunu  biz  İbrahimin  nit-


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
69 
qində də görürük; «Gövhərtac da sən gedəndən naxoş-
dur.  Əmini  görsən,  tanımazsan.  Xiffətdən,  qüssədən 
müqəvvaya dönübdür. Mirzə Mehdi həkimbaşı gündə 
neçə dəfə ağanın evinə gedir. Hətta ağa  yazıb padşa-
hın  xüsusi  təbibini  gətirdi.  O  da  bir  neçə  gün  qalıb 
getdi.  Deyirlər,  mərəzi  vərəmdir,  sağalmayacaqdır» 
(31, s. 119). 
Hacı  Kamyabın  tamahkarlığı  yeganə  övladı  olan 
Gövhərtacın fəlakətli səhnəsində ən kəskin və sərrast 
ifşasını  tapmış  olur.  Lakin  Hacı  Kamyab  hekayənin 
ikinci yarısında göstərilmədiyindən bu obraz müəyyən 
dərəcədə natamam görünür. 
««Odabaşının  hekayəsi»ndə  Gövhərtacın  anasını 
bir  obraz  kimi  xarakterizə  edən  şərhlərdən  qaçılır. 
Qadının bir şəxsiyyət kimi ətraf aləmə, ailəsinə, nəha-
yət, öz doğma qızına münasibətini, fərdi mənəvi key-
fiyyətlərini, ancaq bircə detal – Ac Kamran xanın ar-
vadıyla  özünün  müqayisəsi  müəyyənləşdirir,  qızının 
nişan xəbəri onun üçün qızının xoşbəxt taleyi, səadəti 
ilə  bağlı  xəbər  deyildir.  Onun  üçün  qızının  taleyinə 
verilən  reaksiya,  yaranan  ovqat,  ancaq  bu  hissin  tə-
əssüratından  qaynaqlanır»  (46,  s.  87).  «O  günü  ha-
mamda  başıma  su  tökürəm,  gördüm  bir  nəfər  arvad 
yanımdakına deyir: 


Aynurə  Paşayeva 
 
 
70 
–  O  başına  su  tökən  kimdir?  Ona  deyin  bir  az 
kənara çəkilsin. Suyu üstümə sıçrayır. 
Yanındakı arvad ona deyəndə ki, bu Hacı Kamya-
bın arvadıdır, dedi: 
– Bah, bah! Böyük adamın arvadıdır! Baqqal İb-
rahimin qardaşı arvadı! Ona deyin kənara çəkilsin. 

 
Sonra  baxam,  görəm  kim?  Ac  Kamran  xanın 
arvadı... 
Bundan sonra, mən də bildiyimi elərəm. Mən ona 
özüm  çimib  çıxınca  hamama  girməyə  izn  vermə-
yəcəm. Qoy desinlər: 

 
Dayan, gözlə, Gəray xanın qayınanası içəridədir.   
Hacı Kamyab çıxandan sonra arvad qabaqca müc-
rünün qapağını açıb tamaşa elədi. Mücrü də  qiymətli 
cavahirat  az  deyildi.  Amma  arvadının  zənnincə,  bu 
mücrüdəki  cavahirat  Hacının  cəmi  dövlətinə  bərabər 
idi» (31, s. 94-95). 
Mücrüdəki cavahirat Gövhərtacın anasının əhval-
ruhiyyəsi  baxımından  qiymətləndirilir  və  özünün  bü-
tün mal-dövlətinə bərabər tutulur, çünki cəvahir dolu 
mücrü  onun  yeganə  məqsədinə,  arzusuna  çatmağın-
dan  xəbər  verir  və  ona  həmin  mücrüyə  Gövhərtacın 
nişan  mücrüsü  kimi  deyil,  ağlına  gətirmədiyi,  amma 
həsrətini çəkdiyi qələbəsinin rəmzi kimi baxır. 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
71 
Əslində  Gövhərtacın  anası  mənəviyyat  baxımın-
dan çox kasıbdır. O, həyatın xoşbəxtliyini yalnız dün-
yanın  cah-cəlalında  görürdü.  O,  qızının  sağaldığını 
eşidəndə  bunu  getdiyi  pirlərlə  əlaqələndirir.  Buradan 
onun  avamlığı,  cahilliyi  aydın  bilinir:  «Yox,  bu  dər-
man  işi  deyil.  Dünən  mən  gedib  imamzadədə  şam 
yandırdım.  İmamzada  mənim  qızıma  kömək  elədi. 
Bu, möcüzədir. Dərman bir gündə mərəzi sağaltmaz» 
(31, s. 102). 
Mənəviyyatında  olan elmsizlik  onun  nitqində bü-
ruzə  verir.  Əlbəttə,  bu  hadisə  o  dövrün  bir  çox  tacir 
arvadları  üçün  səciyyəvi  xüsusiyyət  idi.  Gövhərtacın 
Hacı  Mirzə  Əhməd  ağaya  verildiyini  eşidəndə  anası-
nın  ən  böyük  arzusunun  şahidi  oluruq:  «Arvad  bunu 
eşidəndə az qaldı durub evin içində oynasın. Öz-özü-
nə  deyirdi:  «Bundan  sonra  nəinki  Kamran  xanın  ar-
vadı, hətta tamam əyanın arvadları məclisində mənim 
ayağıma  duracaqlar.  Qoy  gözü  götürməyənlərin  can-
ları çıxsın» (31, s. 109). 
Dar  dünyagörüşlü  bu  xanım  ancaq  başqalarının 
fikrini  dəstəkləyir.  Onun  üçün  ancaq  var-dövlət  ma-
raqlıdır.  
Ədib Hacı Mirzə Əhməd ağanın ilk portret təsvir-
ləri,  əvvəlcə,  oxucuda  xoş  təəssürat  oyadır.  Oxucuya 


Aynurə  Paşayeva 
 
 
72 
elə gəlir ki, nəhayət ki, cəhənnəmdəki hacıların içəri-
sində bir etibarlısına da rast gəlindi: «Bir polis nəfəri-
nin, bir xanın, bir hakimin Hacı Mirzə Əhməd ağanın 
evindən  adam  çıxartmağa  hünəri  yox  idi.  Dəstə  ki, 
girdi,  qurtardı.  Hacı  Mirzə  Əhməd  ağanın  xanimanı 
qədim  zamandan  müqəddəs  bir  məkan  hesab  olunur-
du. 
Hacının  atası  və  babası,  həmçinin,  nüfuz  sahibi 
müctəhidlərdən olublar... Cəmi əhali Hacı Mirzə Əh-
məd  ağanı  müqəddəs  hesab  edirdi.  Hətta  belə  danı-
şardı  ki,  guya  ağa  çətin  məsələlərin  həlli  üçün  gecə 
yarısı bir xəlvət otağa çəkilib, orada peyğəmbərlə söh-
bət edib fitva alır. 
Ağanın  xüsusi  məvacibxor  agentləri  hər  yeri  do-
lanıb, belə  xəbərləri buraxırdılar  və  avam xalq da  bu 
agentlərin sözlərinə bavər edirdilər» (31, s. 105). 
Müəllif göstərir ki, Hacı Mirzə Əhməd ağaya ha-
mının  böyük  ehtiramı  vardı.  Hamı  onu  dindar  insan 
kimi tanıyardı. Çünki o, namaz qılmayanları, oruc tut-
mayanları,  xüms,  zəkat  verməyənləri  qapısına  qoy-
mazdı. Məhz bu xüsusiyyətlərinə görə də Hacı Mirzə 
Əhməd ağaya  Fərman  pənah  aparıb  Gövhərtacı  onun 
evinə qoyur. Çünki şəhərdə ən etibarlı adam o idi. Ha-
cı Mirzə Əhməd ağa da Fərmanın təklifinə icazə verir. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə