Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə125/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   121   122   123   124   125   126   127   128   ...   208

idilər, lakin döyüşməyə nə üçün göndərildikləri barədə təsəvvürə onlardan çox

azı malik idi. Mən bu haqda bilirəm, çünki onlardan soruşmuşam. Bununla belə,

Lordlar Palatasının üzvü olan yepiskop həmin adamların beyninə “beynəlmiləl

dostluq” və “Serbiyanın günəş altında yerə haqqı olduğunu” yeridirdi.

Bəli də. Onların yarısı Serbiyanın nə olduğunu bilmirdi: bu, şəhərdir, yoxsa

xəstəliyin adı. Onun nitqinin yekunlarına gəlincə isə, o, eyni müvəffəqiyyətlə

nebulyar kosmoqonik nəzəriyyə

54

ilə bağlı da bəlağətli mədhiyyə söyləyə



bilərdi. Bununla belə, əsgərlərdən biri də zalı tərk etmədi: revolverlə silahlanmış

hərbi polislər onun nitqi ərzində hər qapıda dayanmışdı və heç kimi bayıra

buraxmırdılar.

Mən həmin yepiskopun qabiliyyətlərini kiçiltməyə hazırlaşmıram. İstisna

deyil ki, o, savadlı adamların qarşısında çıxış edəndə yaxşı natiq olduğu bəlli

olardı. Lakin bu əsgərlərlə o, uğursuzluğa düçar oldu, özü də tam uğursuzluğa: o,

öz dinləyicilərini tanımırdı və birmənalı ki, nə çıxışının dəqiq məqsədini bilir, nə

də onu necə çatdırmağı.

Çıxışın məqsədi deyəndə biz nəyi nəzərdə tuturuq? Bax bunu: hər bir çıxışın

qarşısında natiqin bunu dərk edib-etməməsindən asılı olmayaraq, dörd əsas

məqsəddən biri durur. Bu, nə məqsədlərdir belə?

1. Hansısa bir məsələni izah etmək.

2. Təəssürat yaratmaq və inandırmaq.

3. Hərəkətə nail olmaq.

4. Əyləndirmək.

İzin verin bu müddəanı bir neçə nümunə ilə aydınlaşdırım.

Mexanika ilə az və ya çox dərəcədə maraqlanan Linkoln vaxtilə təyinatı

gəmiləri dənizdəki dayaz qumsallıqdan çıxarmaq olan qurğu ixtira etmiş və onu

patentləşdirmişdi. O, öz vəkil kontorunun yaxınlığındakı mexaniki emalatxanada

işləyir, bu qurğunun modelinin hazırlanması ilə məşğul olurdu. Bu qurğu son

nəticədə yaramasa da, Linkoln onun imkanları ilə bağlı entuziazmla dolu idi.

Dostları modelə baxmaq üçün onun kontoruna gələndə Linkoln qurğunun iş

prinsipini izah etmək üçün vaxta heyifsilənmirdi. Bu izahların əsas məqsədi

aydınlıq gətirməkdən ibarət idi.

Linkoln Gettisburqda ölməz nitqini söyləyəndə, prezident postuna keçərkən

etdiyi birinci və ikinci nitqində, Henri Kley vəfat edərkən onun haqqında nitq

söyləyəndə – bütün bu hallarda Linkolnun əsas məqsədi təəssürat yaratmaq,

inandırmaq idi. İnandırmaq üçün o, əlbəttə, aydın danışmalı idi, lakin bu hallarda

onun əsas qayğısı aydınlıq gətirmək deyildi.

Andlılar məhkəməsi qarşısında çıxış edəndə o, özünə lazım olan qərarın

çıxarılmasına nail olmağa çalışırdı. Öz siyasi nitqlərində o, seçicilərin səsini

almağa can atırdı. Bu hallarda onun məqsədi hərəkət idi.

Linkoln prezident seçilməzdən iki il əvvəl ixtiralarla bağlı mühazirə hazırladı

və bu mühazirələrin məqsədi dinləyiciləri əyləndirmək idi. Hər halda, onun

qarşısında məhz belə bir məqsəd dayanmalı idi. Lakin o, burada böyük uğura

açıq-aşkar nail olmayıb. Populyar lektor qismində karyerası ona faktiki olaraq

ciddi məyusluq gətirdi. Bir şəhərdə onun mühazirəsinə heç gələn də olmadı.

Lakin o, başqa, haqqında artıq danışdığım çıxışlarında uğur, hətta böyük

uğur qazandı. Niyə? Ona görə ki bu hallarda o, öz məqsədini başa düşürdü və ona

downloaded from KitabYurdu.org




necə çatacağını bilirdi. O, hara getmək istədiyini və ora necə çatmaq lazım

olduğunu bilirdi. Bir çox natiq məhz bunu bilmədiyindən çox vaxt sözlərdə

dolaşır və çətin vəziyyətə düşür.

Məsələn, mən bir dəfə Nyu-Yorkun köhnə ippodromunda bir amerikalı

konqresmenin necə fitə basıldığını və onun tribunanı tərk etməyə məcbur

edildiyini görmüşəm. O, şübhəsiz ki, qeyri-şüuri, ağılsız seçim etmişdi. Bu,

müharibə vaxtında baş vermişdi və o, dinləyicilərinə Birləşmiş Ştatların

müharibəyə necə hazırlaşdığını danışırdı. Kütlə istəmirdi ki, ona nəyisə

anlatsınlar, kütlə istəyirdi ki, onu əyləndirsinlər. O, rabitəsiz şəkildə danışmaqda

davam edir, bir fikirdən başqasına atılıb keçirdi, dinləyicilərin səbri tükəndi və

onlar buna artıq dözə bilmirdilər. Kimsə istehza ilə alqışlamağa başladı. Başqaları

bu alqışları dəstəklədi. Bir dəqiqədən sonra isə minlərlə dinləyici fit çalır və

qışqırırdı.

Öz auditoriyasının əhvali-ruhiyyəsini başa düşməyi bacarmayan fərsiz natiq

çıxışını davam etdirməyi qərara aldı. Bu isə onları özündən çıxartdı. Döyüş

başlandı. Onların dözümsüzlüyü hiddətə keçdi. Dinləyicilər natiqi susmağa

məcbur etməyi qət elədilər. Narazılıq gurultusu getdikcə daha bərkiyir və

güclənirdi. Nəhayət, qəzəblənmiş kütlənin səs-küyü onun sözlərini batırdı və

hətta iyirmi fut məsafədə belə onu eşitmək artıq mümkün olmurdu. Onda o, geri

çəkilməyi, məğlubiyyətini etiraf etməyi və alçaldılmış surətdə mürəxxəs olmağı

qərara aldı.

Bu nümunəni yadda saxlayın. Çıxışınıza hazırlaşmağa başlamazdan əvvəl öz

məqsədinizi bilin, onu ciddi dəqiqliklə müəyyən edin. Siz həmin məqsədə necə

çatmalı olduğunuzu bilməlisiniz. Bundan sonra ona çatmaq üçün hərəkətə keçin,

incə və işi bilən adam tək işləyin.

Daha çox aydınlıq gətirmək üçün

müqayisələrdən istifadə edin

Aydınlığa gəlincə isə, onun nə qədər vacib olduğunu düşünərək ona çatmağın

çətinliyini olduğundan az qiymətləndirmək lazım deyil. Bir dəfə mən irlandiyalı

hansısa şairin tədbirdə öz əsərlərini oxuduğunu eşitmişdim. Onun nə haqda

danışdığını dinləyicilərin heç on faizi də müəyyənləşdirə bilmirdi. İctimaiyyət

qarşısında və ya intim şəraitdə çıxış edən natiqlərin bir çoxu həmin adamı

xatırladır.

Mən ictimaiyyət qarşısında çıxışların əsas prinsiplərini cənab Oliver Lodcla,

qırx il universitetlərdə və publika qarşısında mühazirələr oxuyan adamla

müzakirə edəndə o, birincisi, bilik və hazırlığın, ikincisi isə “asan başa düşülməyə

yönəlmiş səylərin” əhəmiyyətini qeyd etdi.

Fransa-Prussiya müharibəsinin əvvəlində general fon Moltke öz zabitlərinə

demişdi: “Cənablar, yadda saxlayın ki, düzgün başa düşülməyən istənilən əmr elə

düzgün də yerinə yetirilməyəcəkdir”.

Napoleon bu təhlükənin varlığını etiraf edirdi. Onun öz katiblərinə ən təkidli

surətdə və daha tez-tez təkrar etdiyi göstəriş bu idi:

“Bacardıqca aydın ifadə edin! Bacardıqca aydın ifadə edin!”

Şagirdləri Məsihdən onun adamları nə üçün hədislərlə öyrətdiyini soruşanda

o cavab vermişdi: “Onlar görə-görə görmürlər və eşidə-eşidə eşitmir və dərk

etmirlər”.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə