Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə127/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   123   124   125   126   127   128   129   130   ...   208

Riçard Hardinq Devis Nyu-Yorkda bir qrup dinləyicisinə məlumat vermişdi

ki, Müqəddəs Sofiya məscidi (Ayasofya məscidi, Türkiyə) Beşinci avenyudakı

teatrın zalı kimi böyükdür”.

O dedi ki, Brindizi “Lonq-Aylend-Sitinin görkəminə malikdir, əgər bura arxa

tərəfdən gələrsinizsə”.

Öz çıxışlarınızda bu prinsipdən həmişə istifadə edin. Əgər siz möhtəşəm

piramidanı təsvir edirsinizsə, onda öz dinləyicilərinizə əvvəl məlumat verin ki,

piramidanın hündürlüyü dörd yüz əlli bir futdur, ardınca isə bu hündürlüyü

onların günbəgün gördükləri hansısa bir binanın böyüklüyü ilə müqayisə edin.

Onun oturacağının sahəsində şəhərin neçə kvartalının yerləşə biləcəyini

deyin. Filan şeyin neçə qallon və ya filan qədər barel olduğunu göstərən

rəqəmlər işlətməzdən əvvəl dinləyicilərə həmin maye ilə çıxış etdiyiniz zal boyda

neçə tikilini doldurmaq mümkün olduğunu söyləyin.

Hansısa bir əşyanın hündürlüyünün iyirmi fut olduğunu demək əvəzinə,

onun bu zaldan bir dəfə yarım hündür olduğunu demək daha yaxşıdır. Məsafələri

millərlə göstərməyin yerinə, məsafəni, məsələn, dəmiryol qovşaq stansiyasına və

ya hansısa bir küçəyə qədər məsafə ilə müqayisə eləmək qat-qat ağıllı olardı.

Xüsusi terminlərdən qaçın

Əgər siz müəyyən peşənin nümayəndələrinə məxsussunuzsa – əgər siz

hüquqşünas, həkim, mühəndissinizsə və ya hansısa bir çox ixtisaslaşmış fəaliyyət

növü ilə məşğulsunuzsa – onda siz öz peşənizlə bağlı olmayan adamlarla söhbət

edərkən onlara hansı isə zəruri təfərrüatlar barədə məlumat verəndə ikiqat

ehtiyatlı olmalısınız.

Mən ikiqat ehtiyatlı olmaq zərurəti barədə danışıram, çünki peşəkar və-

zifələrimlə bağlı mən uğursuzluğa və məhz haqqında danışdığım məsələ ilə bağlı

qəddar uğursuzluğa düçar olmuş yüzlərlə çıxış dinləmişəm. Aydın oldu ki,

natiqlər öz konkret sahələriylə bağlı dinləyicilərin hazırlıqsız olduqlarını diqqətə

almırdılar. Bəs nə baş verirdi? Onlar rabitəsiz danışır, bir fikirdən başqasına

sıçrayır və ideyaları bilən adamlar üçün anlaşılan cümlələrlə ifadə edirdilər, lakin

onların nitqi Missurinin iyunda yağan yağışlardan sonra Ayova və Kanzas

ştatlarında təzəcə əkilmiş qarğıdalı sahələrini basan sular kimi bulanıq olurdu.

Bəs belə natiq nə etməlidir? O, İndiana ştatından keçmiş senator Bevericin

aşağıdakı məsləhətlərini oxumalı və yadda saxlamalıdır:

“Əgər siz auditoriyanızdan, görkəmindən ən hazırlıqsız adam təsiri

bağışlayan dinləyicini seçsəniz və onu öz çıxışınızla maraqlandırmağa çalışsanız,

bu çox rahat fənd olardı. Buna yalnız faktların aydın ifadə olunması və dəqiq

arqumentasiya yolu ilə nail olmaq mümkündür. Bundan yaxşı metod diqqətinizi

valideynləriylə birlikdə iştirak edən oğlan və ya qız uşağının üzərində

cəmləməkdir.

Özünüzə deyin və əgər istəyirsinizsə, bunu dinləyicilərinizə də hündürdən

deyin ki, nitqinizdə toxunduğunuz məsələlərlə bağlı izahlarınızda hətta uşaq da

anlaya və yadda saxlaya biləcək qədər aydın olmağa çalışacaqsınız. Və çıxış başa

çatandan sonra uşaq sizin dediklərinizi təkrar edə biləcəkdir”.

Mənim yadımdadır, bir həkim söhbət əsnasında bildirdi ki, “diafraqmal

tənəffüs, şübhəsiz, bağırsağın peristaltikasına kömək edir və sağlamlıq üçün çox

faydalıdır”. O, bu cümlə ilə izahını başa çatdırmaq və növbəti suala keçmək

downloaded from KitabYurdu.org



istəyirdi. Mən onu saxladım və diafraqmal tənəffüsün başqa növ tənəffüs

almalardan nə ilə fərqləndiyini, onun insan sağlamlığı üçün xüsusilə nəyə görə

faydalı olduğunu, həmçinin də peristaltikanın nə demək olduğu barədə aydın

təsəvvürü olan dinləyicilərdən əllərini qaldırmağı xahiş elədim.

“Referendumun” nəticələri həkimi heyrətləndirdi. O, həmin sualın izahına

yenidən qayıtdı və onu aşağıdakı kimi danışdı:

“Diafraqma özü ilə ağciyərlərin oturacağını və qarın boşluğunun üst hissəsini

təşkil edən nazik əzələ təcəssüm etdirir. Əgər diafraqma aktiv deyilsə və tənəffüs

sinə qəfəsi vasitəsilə həyata keçirilirsə, onda o, çevrilmiş çömçə kimi əyilmiş olur.

Qarınla nəfəsalmada çəkilən hər nəfəs günbəzəbənzər əzələni o vaxta qədər

aşağı düşməyə məcbur edir ki, o, demək olar, yastı şəkil alır və siz hiss etməyə

başlayırsınız ki, qarının əzələləri kəmərə sıxılmağa başlayır. Diafraqmanın bu cür

aşağıya istiqamətlənmiş təzyiqi qarın boşluğunun üst hissəsində yerləşən

orqanları: mədəni, qaraciyəri, mədəaltı vəzini, dalağı və günəş qovşağını

stimullaşdırır.

Siz yenidən nəfəsinizi buraxanda mədəniz və bağırsağınız diafraqmaya sıxılır

və yenə də masaj olunur. Bu cür masaj orqanizmin təmizlənməsi prosesinə

kömək edir.

Bağırsaq çox vaxt müxtəlif xəstəliklərin səbəbkarı olur. Əgər bizim mədəmiz

və bağırsağımız dərin diafraqmal tənəffüs sayəsində zəruri hərəkət məşqləri

alırsa, onda biz əksər hallarda həzmetmə pozuntuları, bağırsaq tutulmaları və

orqanizmin özünü zəhərləməsindən yaxa qurtara bilərik”.

Linkolnun çıxışlarındakı aydınlığın sirri

Linkolnda arqumentləri elə şəkildə demək meyli var idi ki, bunlar

dinləyicilərin hamısına dərhal aydın olurdu – bu, Linkolnda dərin və daimi kök

salmış peşəyə çevrilmişdi. Konqresə ilk ismarışında o, “qəndləşdirilmiş” ifadəsini

işlətmişdi. Hökumət tipoqrafiyasının müdiri və Linkolnun şəxsi dostu cənab

Defriz dedi ki, belə bir ifadə İllinoysda improvizə edilmiş çıxış üçün yarayardı,

lakin belə bir tarixi nitq üçün kifayət qədər uca deyil. “Bilirsən nə var, Defriz, –

deyə Linkoln cavab verdi, – əgər sən hesab edirsən ki, nə vaxtsa insanların bu

ifadəni başa düşməyəcəkləri zaman gələcək, onda mən onu dəyişim, hələlik isə o

qoy qalsın”.

Bir dəfə o, “Noks” kollecinin rəhbəri Qulliverə özündə sadə dilə “ehtirasın”

necə inkişaf etdiyini izah etmişdi:

“Uzaq xatirələrimin içərisində o yadımdadır ki, hələ lap balaca oğlan olarkən

mənimlə başa düşə bilmədiyim dildə danışanda bərk hirslənirdim. Mənə belə

gəlir ki, həyatımda başqa heç nəyə belə hirslənməmişəm, lakin bu, məni

əsəbiləşdirirdi və bu gün də əsəbiləşdirməkdə davam edir. Yadımdadır, axşam,

qonşularımızın atamla söhbətlərini eşidəndən sonra öz yataq otağıma çəkilirdim

və otaqda dala-qabağa gedib-gəlir, gecənin əksər hissəsini mənə aydın olmayan

ayrı-ayrı deyimlərin dəqiq mənasını başa düşməyə sərf edirdim. Yuxuya getmək

istəyirdim, amma bacarmırdım, çünki hansısa bir fikri tutmağa çalışırdım. Mənə

belə gələndə ki, axtardığım fikri tutmuşam, onda da onu dəfələrlə təkrar

etməyənə və onu kifayət qədər sadə, mənə belə gəlirdi ki, tanıdığım istənilən

oğlana aydın olacaq dillə ifadə etməyənə qədər sakitləşmirdim.

Bu, mənim qızğın ehtirasım oldu və məni indiyə qədər də rahat qoymur”.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə