Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə137/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   133   134   135   136   137   138   139   140   ...   208

haqqında əsas etibarilə bu nitq sayəsində xatırlayacaqlar. Bu peyğəmbərliyin

düzgünlüyünə kim şübhə edə bilər?

Edvard Everet Gettisburqda iki saat ərzində danışmışdı, lakin onun

dediklərinin hamısı çoxdan unudulub. Fotoqraf onun bu nitqi söyləyərkən

fotoşəklini çəkməyə cəhd etmişdi, amma Linkoln öz çıxışını həmin dövrlərin

primitiv fotoaparatını qurana və onun üzərinə yönəldənə qədər başa çatdırdı.

Linkolnun nitqi bürünclə tökülmüş və Oksfordda ingilis dili ilə nələr etməyin

mümkün olduğunun nümunəsi qismində kitabxanada yerləşdirilmişdir.

İctimaiyyət qarşısında çıxışları öyrənən hər bir kəs onu əzbərdən öyrənməlidir.

“Səksən yeddi il əvvəl bizim atalarımız bu kontinentdə azadlıq şəraitində

bəslənib böyüdülən və insanların hamısının bərabər yaradıldığı prinsipinə sadiq

olan yeni millətin əsasını qoyub. Biz hazırda bu və ya istənilən başqa, eyni ruhda

tərbiyə almış və eyni ideallara sadiq olan millətin öz mövcudiyyətini bundan

sonra da davam etdirə bilib-bilməyəcəyinin imtahana çəkildiyi Vətəndaş

müharibəsini aparırıq. Biz indi bu müharibənin ən möhtəşəm meydanlarından

birində görüşürük. Biz bura gəlmişik ki, bu meydanın bir hissəsini öz həyatlarını

bu millətin yaşaya bilməsi naminə qurban verənlərin uyuduqları son yer kimi

ayıraq. Çox düzgündür ki, biz bunu edirik. Lakin böyük hesabla götürülərsə, biz

deyilik bu torpağı müqəddəsləşdirən və ona şərəf gətirən. Burada döyüşən,

hazırda sağ olan və ya həlak olmuş cəsur insanlar onu artıq müqəddəsləşdirib və

ona şərəf gətiriblər və bunu bizdən qat-qat uğurla ediblər – biz öz miskin

qüvvəmizlə heç nəyi nə əlavə edə, nə də azalda bilirik. Onların burada nəyi

həyata keçirdikləri dünyanın nəzərinə, demək olar, çarpmayacaq və dünya bunu

uzun müddət yadda saxlamayacaqdır. Burada döyüşənlərin bu qədər nəcibliklə

həyata keçirdikləri başa çatdırılmayan işlərin həllinə biz, yaşayanlar, özümüzü

həsr etməliyik. Biz özümüzü qarşımızda hələ duran möhtəşəm vəzifənin həllinə

həsr etməliyik. Onların bu qədər sədaqətlə xidmət etdikləri işə dərin sadiqliyi biz

məhz onlardan, şərəflə həlak olanlardan ibrət götürməliyik. Biz burada

təmtəraqla bəyan etməliyik ki, onlar nahaq yerə həlak olmayıblar və bizim

millətimiz Tanrının xeyir-duası ilə azadlığın yeni yaranışını əldə edəcək və xalqın

özü tərəfindən idarə olunan və xalq üçün idarə edən xalq hökuməti yerin

üzündən heç vaxt yox olmayacaqdır”.

Adətən, hesab edirlər ki, bu çıxışın tamamlandığı ifadəni Linkoln özü

yaratmışdır, amma bu, belədirmi? Qrendon – onun vəkillik işləri üzrə tərəf-

müqabili, bu nitq söylənməzdən bir neçə il əvvəl Linkolna Teodor Parkerin

çıxışının bir nüsxəsini vermişdi. Linkoln həmin kitabı oxumuş və orada bu

sözlərin altından xətt çəkmişdi: “Demokratiya – bu, bütün xalqın üzərində, bütün

xalqın tərəfindən və bütün xalq üçün həyata keçirilən bilavasitə özünüidarədir”.

Ola bilsin ki, Teodor Parker bu ifadəni Vebsterdən əxz etmişdi ki, o, dörd il əvvəl

Heynə verdiyi öz məşhur cavabında demişdi: “Xalq üçün, xalqın özü tərəfindən

yaradılan və xalqın qarşısında məsul olan xalq hökuməti”.

Vebster bu ifadəni eynilə həmin ideyanı otuz ildən də çox əvvəl deyən

prezident Ceyms Monrodan əxz edə bilərdi. Bəs Ceyms Monro onu kimdən

götürə bilərdi? O doğulandan beş yüz əvvəl Müqəddəs Kitabın tərcüməsinin ön

sözündə Uiklif yazmışdı ki, “bu İncil xalq tərəfindən və xalqın naminə idarə

olunan xalq hökuməti üçündür”. Uiklif dünyaya göz açmazdan çox-çox qabaq,

downloaded from KitabYurdu.org



bizim eramızdan dörd yüz il əvvəl Afinanın vətəndaşları qarşısında çıxış edən

Kleon “xalqı və xalqın naminə idarə edən” hökmdar haqqında danışırdı. Kleonun

bu ideyanı hansı qədim mənbədən götürdüyünə gəlincə isə, bu sualın cavabı

qədim dövrlərin zülmətində itib-batmışdır.

Yeni olan necə də azdır! Hətta qüdrətli natiqlər də mütaliəyə və kitablara

necə çox borcludurlar!

Kitablar! Sirr bax bundadır! Öz söz ehtiyatını zənginləşdirmək və ge-

nişləndirmək istəyən ədəbiyyat xəzinəsini daim öyrənməlidir. “Kitabxanada

olarkən həmişə keçirdiyim yeganə təəssüf hissi, – deyirdi Con Brayt, – həyatın

həddən artıq qısa olduğu və qarşımda olan dəbdəbəli təamlardan doyunca həzz

ala biləcəyimə heç bir ümidimin olmadığı ilə bağlı idi”. Brayt məktəbi on beş yaşı

olanda atmış və pambıq-əyirici fabrikə işləməyə getmişdi və bundan sonra ona

öz təhsilini davam etdirmək nəsib olmamışdı. Bununla belə, o, öz nəslinin ən

parlaq, ingilis dilini istisnasız olaraq yaxşı bildiyi ilə məşhur olan natiqlərindən

birinə çevrilə bildi. O, Bayronun və Miltonun, Vordsvortun və Uityerin, Şekspirin

və Şellinin nəzmdə yazdıqları əsərlərindən uzun hissələri öz dəftərinə köçürür və

onları əzbərləyirdi. O, öz söz ehtiyatını zənginləşdirmək üçün hər il “İtirilmiş

cənnət”i təkrarən oxuyurdu.

Çarlz Ceyms Foks Şekspiri hündürdən oxuyurdu ki, öz üslubunu

yaxşılaşdırsın.

Qladston öz kabinetini “dünya məbədi” adlandırır və burada on beş min

kitab saxlayırdı. O etiraf edirdi ki, hamısından çox ona Müqəddəs Avqustinin,

yepiskop Batlerin, Dantenin, Aristotelin və Homerin əsərlərini mütaliə etmək

kömək etmişdi. “İliada” və “Odisseya” onu məftun edirdi. O, Homerin poeziyası və

onun dövrü haqqında altı kitab yazmışdı.

Yunan və ya latın dilində bir və ya iki səhifəni gözdən keçirmək, sonra isə

həmin parçanı öz doğma dilinə tərcümə etmək Pitt-oğulda vərdiş halını almışdı.

O, bunu on il ərzində hər gün edirdi və “öz fikirlərini əvvəlcədən düşünüb-

daşınmadan, yaxşı seçilmiş və bir-birinə yaxşı uyuşan sözlərlə ifadə etmək kimi,

demək olar, heç nə ilə müqayisə olunmayan imkana yiyələnmişdi”.

Fukididanın “Tarix”ini Demosfen səkkiz dəfə köçürmüşdü ki, bu məşhur

tarixçinin möhtəşəm və təəssüratlandırıcı frazeologiyasına yiyələnmiş olsun.

Nəticələr necə idi? Üstündən iki min il keçəndən sonra Vudro Vilson öz

üslubunu yaxşılaşdırmaq üçün Demosfenin işlərini öyrənirdi. Askvit hesab edirdi

ki, onun üçün ən yaxşı hazırlıq yepiskop Berklinin işlərini oxumaqdır.

Tennison hər gün İncili öyrənirdi. Tolstoy Yevangeliyanı o vaxta qədər

təkrar-təkrar oxudu ki, ondan böyük parçaları əzbər öyrəndi. Reskinin anası

daimi və gündəlik səylər yolu ilə onu İncildən uzun fəsilləri əzbərləməyə və hər il

bütün kitabı, “hər bir hecanı, çətin tələffüz olunan adları, hər şeyi – Həyat

kitabından tutmuş Apokalipsisə qədər” hündürdən oxumağa məcbur edirdi.

Reskin hesab edirdi ki, belə intizamın və əməyin sayəsində o, ədəbiyyatda öz

zövqünü və stilini inkişaf etdirə bilmişdi.

Deyirlər ki, ingilis ədəbiyyatında ən sevimli inisiallar R.L.S. olub. Robert

Lyuis Stivenson mahiyyət etibarilə yazıçılar üçün yazıçı idi. Ona özündə bu, onu

məşhur etmiş məftunedici stili inkişaf etdirmək necə müyəssər olmuşdu?

Xoşbəxtlikdən, bu haqda bizə özü danışır:

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə