Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə138/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   134   135   136   137   138   139   140   141   ...   208

“Xüsusilə xoşuma gələn və nəyinsə böyük məharətlə təsvir olunduğu, yaxud

da hansısa bir xüsusi qüvvənin və ya möhtəşəm üslubun hiss olunduğu kitabı,

yaxud abzası oxuyanda mən dərhal stolun arxasına oturur və özümü həmin

ustanı yamsılamağa məcbur edirdim. Bu, mənə müyəssər olmurdu və bunu

bilirdim. Mən hər şeyi təzədən başlayır və yenə də uğursuzluğa düçar olurdum.

Mənim bəxtim həmişə gətirmirdi. Lakin əbəs səylərə baxmayaraq, mən, hər

halda, əsərin ayrı-ayrı hissələrinin ritmikası, harmoniyası və kompozisiyası

sahəsində müəyyən təcrübə əldə etdim.

Bu minvalla mən Hezliti, Lemi, Vorsvortu, cənab Tomas Braunu, Defonu,

Hotornu, Monteni böyük səylər bahasına təqlid edirdim.

Bu, bizə xoş olsa da, olmasa da, əsər yazmağı öyrənməyə aparan yol bu

cürdür; bunun mənə faydası oldu və ya olmadı, amma bu məhz o yoldur. Kits

məhz bu cür öyrənib, ədəbiyyatda isə ondan incə duyğulu və temperamentli

yazıçı heç vaxt olmayıb.

Bu təqlidetmələrin möhtəşəm mahiyyəti bundan ibarətdir ki, şagirdin nail

olduğu hədlərin arxasında təkrarolunmaz nümunə parlayır. Qoy o, ona xoş

olduğu kimi başlasın. O, ola bilsin ki, uğursuzluğa düçar olsun, lakin köhnə və çox

düzgün məsəl mövcuddur ki, uğursuzluq – uğura aparan ən yaxşı yoldur”.

Adlar və konkret əhvalatlar kifayətdir. Sirr aydındır. Linkoln uğurlu vəkil

olmağı ehtirasla arzulayan cavan oğlana yazmışdı: “Uğura aparan yeganə yol

kitabları əldə etmək və onları diqqətlə oxumaq və öyrənməkdən ibarətdir.

İşləmək, işləmək, işləmək – əsas olan budur”.

Hansı kitabları? Başlayaq Arnold Bennetin “Sutkada iyirmi dörd saatı necə

yaşamalı” kitabından. O, sizə sizin üçün bütün predmetlərdən ən çox maraqlı

olanı haqqında danışır – özünüz haqqında. Kitab sizə hər gün nə qədər çox vaxtı

boş-boşuna itirdiyinizi, bu məqsədsiz itkilərlə necə mübarizə aparmağı və qənaət

edəcəyinizi necə istifadə etməyi açacaq. Kitabın vur-tut yüz üç səhifəsi var. Onu

asanlıqla bir həftəyə oxumaq olar.

Hər gün səhər ondan iyirmi səhifə qoparın və onları cibinizə qoyun.

Bundan sonra səhər qəzetlərini oxumağa əvvəlki iyirmi və ya otuz dəqiqənin

yerinə yalnız on dəqiqə sərf edin.

“Mən qəzetlərdən onları Tasitə və Fukididaya, Nyutona və Evklidə

dəyişməklə imtina etdim, – deyə Tomas Cefferson yazırdı. – Və özümü qat-qat

daha bəxtəvər hiss edirəm”. Yəni siz Ceffersonun nümunəsini təkrar etməklə

(heç olmasa, qəzetlərin oxunmasına sərf etdiyiniz vaxtın iki dəfə azaldılması

məsələsinə toxunan hissəsiylə bağlı) elə də uzaqda olmayan gələcəkdə özünüzü

daha bəxtəvər hiss edəcəyinizi, doğrudan da, zənn etmirsiniz?

Yəni siz, doğrudan da, bunu heç olmasa bir ay ərzində etməyə və bu minvalla

boşalan vaxtı faydalı işə – yaxşı kitabın mütaliəsinə sərf etməyə cəhd

etməyəcəksiniz? Siz lifti, avtobusu, sifariş etdiyiniz təamları və ya görüşlərinizi

gözləyəndə özünüzlə götürdüyünüz səhifələri niyə də oxumayasınız?

Siz bu iyirmi səhifəni oxuyub qurtarandan sonra onları qaytarıb kitaba

qoyun və növbəti iyirmisini qoparın. Siz onların hamısını oxuyandan sonra

kitabın cildinin üstündən rezin lent çəkin ki, qoparılan səhifələri itirməyəsiniz.

Kitabı bu şəkildə eybəcər hala salmaq və onda olan fikirləri əxz etmək ona əl

downloaded from KitabYurdu.org




vurmadan və oxumadan öz kitabxananızın rəflərində saxlamaqdan yaxşı

deyilmi?


“Sutkada iyirmi dörd saatı necə yaşamalı” kitabını oxuyandan sonra sizi

həmin müəllifin başqa kitabı da maraqlandıra bilər. “İnsan maşını” kitabını

oxumağa çalışın. Bu kitab sizə insanlarla daha həssas davranmağı öyrədəcək. O,

sizdə təmkin və özünü ələ almağı formalaşdıracaq. Adıçəkilən kitablar burada

yalnız onlarda deyilənlərlə bağlı yox, həm də onların sizin söz ehtiyatınıza

mütləq göstərəcəyi zənginləşdirici və saflaşdırıcı təsirinə görə məsləhət olunur.

Biz həm də bir neçə başqa faydalı kitab təklif edirik: Frenk Norisin “Sprut” və

“Birja” kitabları. Bunlar Amerikada nə vaxtsa yazılmış ən yaxşı iki romandır.

Birinci kitabda Kaliforniyanın buğda zəmilərində baş verən təlatümlər və insan

faciələri, ikincidə isə Çikaqo birjasında “ayılar” və “öküzlər”

58

arasında gedən



döyüşlər qələmə alınır. Tomas Hardinin “D’Erbervillər nəslindən olan Tess”

romanı özü ilə ən gözəl əsərlərdən birini təcəssüm etdirir. Həmçinin də Nyuell

Duayt Hillisin “İnsanın cəmiyyət üçün dəyəri” kitabını və professor Uilyam

Ceymsin “Müəllimlə söhbət” işini oxumaq lazımdır. Andre Moruanın “Şellinin

həyatı”, Bayronun “Çayld Harold” və Robert Luis Stivensonun “Eşşəklə səyahət”

kitabları da sizin siyahınıza daxil edilməlidir.

Ralf Uoldo Emersonu özünüzün gündəlik yol yoldaşınız edin.

Ona ilk növbədə əmr edin ki, sizə özünün məşhur “Özünə etibar” essesini

versin. Qoy o, sizin qulağınıza aşağıda verilənlər kimi rəvan ifadələri pıçıldasın:

“Qəlbinin dərinliklərində doğulmuş əqidəni dilə gətir və o, özündə hamı üçün

məna kəsb edəcəkdir, zira vaxt ötür və qəlbin dərinliklərində doğulan ümumun

olur və qiyamət gününün neyləri bizdəki qığılcımlanmış fikri aləmə car çəkir.

Bizlərdən hər birimiz qəlbin səsinə nə qədər etibar etməsək də, hər halda,

Moiseydə (Musa peyğəmbər), Platonda, Miltonda bizi hər şeydən çox heyran

edən məhz elə budur ki, onlar kitab müdrikliyinə və ümumun rəyinə saymazyana

yanaşa bilir və onları əhatə edən insanların deyil, özlərinin fikirləşdiklərini

deyirdilər. İnsana bardlar

59

və öncəgörənlər kəhkəşanından gələn şüaları yox,



öz qəlbini daxildən nurlandıran işığın saçaqlarını tutmağı və tanımağı öyrənmək

gərəkdir. Biz isə öz fikirlərimizin sönməsinə yalnız buna görə biganəliklə imkan

veririk ki, həmin fikirlər bizim beynimizə özləri gəlib. Dahinin hər bir sözündə

biz özümüzün əldən qaçırdığımız həmin fikirləri tanıyırıq; onlar bizim özümüzə

soyuq möhtəşəmliyin çələngi altında qayıdır. İncəsənətin əzəmətli yaradıcılıq

nümunələrinin bizə verə biləcəyi ən ibrətamiz dərs məhz bundan ibarətdir: onlar

bizi özündənrazılıq hissi olmayan, lakin mətanətli tərsliklə özümüzdə yaranıb

əmələ gələn təəssüratlardan instinktiv surətdə yapışmağı öyrədir – və ələlxüsus

da xorla düz onun əksini yeritdikləri halda. Əgər biz bu təəssüratdan imtina

edəriksə, bizim, necə olmuşdusa, özümüzün fikirləşdiyimiz və ya duyduğumuzu,

sabah tanımadığımız bir kimsə həmin şeyi fövqəladə dərəcədə inandırıcı surətdə

dəqiqliklə sübut edəcək və biz öz şəxsi, lakin başqasının ərz etdiyi fikrimizi o

vaxtdan etibarən utanıb-qızarmadan rəhbər tutacağıq.

Hər bir insanın mənəvi həyatında belə bir məqam gəlib çıxır ki, o, bu əqidəyə

çatır: paxıllıq cahillikdən doğur; yamsılama – özünəqəsddir; insan özü bunu

istəsə də, istəməsə də, özü üçün təyin olunmuş tale ilə olduğu kimi, özü ilə də

barışmalıdır; kainat onu nə kimi nemətlərlə ərköyünləşdirsə də, əgər o, özü üçün

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə