3. Yuxu.
4. Pul və onunla alınan şeylər.
5. Öz gələcəyinə əminlik.
6. Seksual məmnunluq.
7. Öz övladlarının xoşbəxtliyi.
8. Özünün əhəmiyyət kəsb etməsi hissi.
Bu istəklərin hamısını qane etmək mümkündür – qida və yuxuya olan
ehtiyac qədər dərin və vacib olan biri istisna olmaqla. Freyd onu belə adlandırır –
“qüdrətli olmaq istəyi”, Dyün isə – “əhəmiyyət kəsb etmək istəyi”.
Linkoln bir dəfə məktubunu bu sözlərlə başlamışdı: “Hər kəsin xoşuna gəlir
ki, onu tərifləsinlər”. Uilyam Ceyms demişdi: “Öz dəyərinin etirafını qazanmaqla
bağlı ehtiraslı istək insan təbiətinin ən dərin prinsipidir”. Diqqət yetirin, o, “istək”
və ya “güclü istək” deməyib. O deyib “ehtiraslı istək”.
Bu, insanın ürəyinin işgəncə həddində doymaq bilməyən aclığıdır və onu
doyduran nadir adam qəlblərə yiyələnəcək və hətta “mürdəşir də onun öldüyü
gün məyus olacaqdır”.
Özünün əhəmiyyət kəsb etdiyini dərk eləmək tələbatı – bu, insan varlığı ilə
heyvanat arasında əsas fərqlərdən biridir. Misal üçün, mən kənd uşağı olanda
atam təmiz dyürok-cersey cinsli donuz və ağbaşlı cins inək yetişdirirdi. Biz öz
inəklərimizi və donuzlarımızı, adətən, Orta Qərbin bütün ərazisində keçirilən
kənd yarmarkalarına, eləcə də heyvan və heyvan inventarları sərgilərinə
çıxarırdıq. Biz təqribən iyirmi dəfə birinci mükafatı qazanmışdıq. Atam mükafat
alınmış mavi lentləri ağ muslindən olan uzun parçaya sancmışdı və evimizə
dostlar, yaxud qonaqlar gələndə onu çıxarıb göstərirdi. Parçanın bir ucunu atam
tuturdu, o biri ucunu mən; biz öz mavi lentlərimizi qonaqlara bu şəkildə nümayiş
etdirirdik.
Donuzlar özlərinin təltif olunduqları lentlərlə maraqlanmırdılar. Ancaq
mənim atam maraqlanırdı. Həmin mükafatlar onda özünün əhəmiyyət kəsb
etməsi hissini artırırdı.
Əgər bizim əcdadlarımız özünün əhəmiyyət kəsb etdiyini bilməklə bağlı
alovlu niyyətə malik olmasaydılar, sivilizasiyanın baş tutması qeyri-mümkün
olardı. Bunsuz biz heyvanlar kimi olardıq.
Baqqal dükanını işlədən savadsız və ehtiyac içində boğulan bir adamı 50
sentə aldığı, içərisində ev xırda-xuruşu olan çəlləyin dibində tapdığı hüquq
məsələləri üzrə kitabları öyrənməyə sövq edən məhz özünün əhəmiyyət kəsb
etdiyini hiss eləmək istəyi idi. Siz həmin baqqal dükanını işlədən adam haqqında,
çox güman, eşitmisiniz. Onun adı Linkoln idi.
Məhz özünün əhəmiyyət kəsb etdiyini hiss eləmək istəyi Dikkensi ölməz
romanlar yaratmağa ruhlandırdı. Bu hiss cənab Kristofer Reni özünün daş
haqqında simfoniyasını yaratmağa ruhlandırdı. Bu istək Rokfelleri onun heç vaxt
xərcləyib qurtara bilməyəcəyi milyonları yığmağa və sizin şəhərinizdə yaşayan
ən varlı adamı öz ölçülərinə görə onun ehtiyaclarını qat-qat üstələyən ev
tikdirməyə məcbur etdi.
Bu istək sizi son dəblə geyinməyə, ən son marka avtomobil sürməyə və nə
qədər valehedici övladlarınız olduğu ilə bağlı öyünməyə vadar edir.
downloaded from KitabYurdu.org
Məhz bu istək bir çox yeniyetmələri qanqster və quldur olmağa cəlb edir.
“İndiki gənc cinayətkar özü haqda düşünməkdən havalanıb deyirdi: Nyu-Yorkun
baş polis komissarı Malruney və həbs olunandan sonra xahiş elədiyi ilk şey
sensasiyalı məlumatlarla onu qəhrəmana çevirən qəzet olur. O, qəzet səhifəsini
La-Qradi, Eynşteyn, Lindberq, Toskanini və ya Ruzveltin portretləriylə bölüşən
öz şəklinə istənilən qədər tamaşa edir, “isti yerə” – elektrik stuluna düşmək
perspektivi ona hələ uzaqda olan və boş şey kimi görünür”.
Əgər siz mənə özünüzün əhəmiyyət kəsb etdiyiniz hissinə necə yiyə-
ləndiyinizi desəniz, mən sizin kim olduğunuzu deyərəm. Bu, sizin xarakterinizi
müəyyən edir. Bu, sizin ən əhəmiyyətli səciyyəvi əlamətinizdir. Misal üçün, Con
D.Rokfeller heç vaxt görmədiyi və heç vaxt da görməyəcəyi milyonlarla yoxsul
insanın qeydinə qalaraq Pekində müasir xəstəxananın inşa olunmasına pul ianə
edəndə özünün əhəmiyyət kəsb etdiyini hiss elədi. Dillinger isə, əksinə, özünün
əhəmiyyət kəsb etməsi hissini banditizmdə, bankların qarət olunmasında və
qətllər törətməkdə tapdı. Bir dəfə polis onu təqib edən vaxt o bir aptekə soxulur
və qışqırır: “Mən Dillingerəm!” O, bəşəriyyətin bir nömrəli düşməni olması ilə
fəxr edirdi. “Mən sizə toxunmayacağam”, – demişdi onda.
Dillinger və Rokfeller arasında əsas fərq özlərinin əhəmiyyət kəsb etdikləri
ilə bağlı fərdi hissə nəyin sayəsində yiyələnmələrindədir. Məşhur adamların
özlərinin əhəmiyyət kəsb etmələri hissini qazanmağa necə çalışdıqları
əhvalatları ilə tarix zəngindir. Hətta Corc Vaşinqton da istəyirdi ki, ona “Birləşmiş
Ştatların əlahəzrət prezidenti” titulu verilsin. Kolumb “Okeanın admiralı və
Hindistanın prezidenti” tituluna inadkarlıqla can atırdı. Qüdrətli Yekaterina
“İmperator Ülyahəzrətlərinə” yazılmayan məktubları açmaqdan imtina edirdi.
Xanım Linkoln Ağ Evin sahibəsi olanda xanım Qrantın üstünə aslan kimi atılaraq
çığırmışdı: “Siz mən olan yerdə mən bunu sizə təklif etməzdən əvvəl oturmağa
necə cürət edirsiniz?!”
Bizim milyonçularımız admiral Birdin Antarktidaya ekspedisiyasını maliy-
yələşdirməyə buz dağları silsiləsinə özlərinin adının veriləcəyi şərtilə kömək
edirdilər. Viktor Hüqo buna ümid bəsləyirdi ki, nə az, nə də çox, Parisin adı onun
şərəfinə dəyişdiriləcəkdir. Hətta Şekspir, möhtəşəmlərdən möhtəşəmi, öz adının
parıltısına, nəsli üçün gerb nişanı qazanmağa nail olmağa çalışırdı.
Bəzən adamlar diqqət cəlb eləmək və bununla da özlərinin əhəmiyyət kəsb
etdikləri hissinə yiyələnmək üçün özlərini çarəsiz xəstə kimi göstərirlər. Misal
üçün, xanım Mak-Kinli. O, özünün əhəmiyyət kəsb etməsi hissindən öz ərini,
Birləşmiş Ştatların prezidentini mühüm dövlət işlərini saya salmadan və onu
yatağının yanında dörd saat tərpənmədən oturmağa məcbur etməklə həzz alırdı.
Bu qadın onu daxildən yandıran özünə yüksək diqqət yanğısını diş həkimi
gələndə ərini yanında qalmağa vadar etməklə yatırdırdı. Bir dəfə isə Mak-Kinli
Con Qremlə təyin olunmuş görüşü keçirmək üçün onu dantistin yanında tək
qoyduğuna görə mərəkə qoparmışdı.
Meri Roberts Reynhard bir dəfə mənə çiçəklənən sağlam cavan qadın
haqqında danışmışdı ki, o, əhəmiyyət kəsb etdiyini hiss eləmək üçün özünü
əlacsız xəstə yerinə qoymuşdu. Günlərin birində həmin qadın, çox güman, yaşa
dolduğuna görə bu faktı etiraf etməli oldu ki, daha heç vaxt ərə getməyəcək.
Tənhalıq illəri uzanır, onun öz gözləntiləri ilə bağlı ümidləri azalırdı. O yatağa
downloaded from KitabYurdu.org