fəaliyyətlə doldurulmuşdu. Bu, adətən, təmiz havada keçirilirdi. Onlar balıq
tutmaqla, ovla, topla oynamaqla, qolf oyunu ilə, fotoşəkil çəkməklə, bağçılıq və
rəqslərlə məşğul olurdular. Yaşadıqları dəhşətləri xatırlamağa onların vaxtı
qalmırdı.
“Əmək terapiyası” – bu, psixiatriyada istifadə edilən, dərman qismində
əməyin təyin olunduğu termindir. Bu, yeni deyil. Qədim yunanıstanlı həkimlər
əmək terapiyasını bizim eramızdan hələ beş yüz il əvvəl təyin edirdilər.
Kvakerlər
68
əmək terapiyasını Filadelfiyada Ben Franklinin dövründə tətbiq
edirdilər. 1774-cü ildə kvakerlərin sanatoriyasını ziyarət edən bir nəfər ruhi
xəstə olan pasientlərin yun əyirdiklərini görəndə heyrətlənmişdi. O, bədbəxtlərin
istismar olunduğunu zənn etmişdi. Amma kvakerlər izah etdilər ki, pasientlər
gücləri çatan fəaliyyətlə məşğul olanda onların sağlamlığı, həqiqətən də,
yaxşılaşırdı. Bu, əsəbləri sakitləşdirirdi.
İstənilən psixiatr sizə deyər ki, iş – əmək fəaliyyəti – əsəb xəstəliyinə
tutulmuş adamlar üçün ən yaxşı dərmandır. Henri U.Lonqfello bunu cavan həyat
yoldaşını itirəndə başa düşmüşdü. Bir dəfə onun xanımı balaca surğuc tikəsini
şamın alovunda əritmək istəyəndə od qəfildən paltarına düşmüşdü. Lonqfello
həyat yoldaşının qışqırıqlarını eşitdi və onu xilas eləməyə çalışdı. Lakin artıq gec
idi. Qadın yanıqlardan vəfat etdi. Lonqfello bir müddət bu qorxunc hadisədən o
qədər sarsılmışdı ki, az qala havalanmışdı. Lakin, bəxtindən, üç uşağı onun
diqqətinə möhtac idi. Öz dərdinə baxmayaraq, Lonqfello onlar üçün həm ata, həm
də ana oldu. O, uşaqları gəzməyə aparır, onlara nağıllar danışır, onlarla oyunlar
oynayırdı. O, uşaqlarla ünsiyyətini özünün ölməz “Uşaq saatı” poemasında həkk
etdi. Eyni vaxtda da o, Danteni tərcümə eləməyə girişdi və bütün bu işlərin
sayəsində daim məşğul olurdu və öz dərdini tamamilə unutdu. Ruhi tarazlığını o
yalnız bu cür əldə edə bildi. Tennison ən yaxın dostu Artur Hallamı itirəndə
demişdi: “Mən özümü fəaliyyətdə itirməliyəm, əks-təqdirdə, xiffət məni
qurudacaqdır”.
Bizlərdən əksəriyyətimizə “özümüzü fəaliyyətin içində itirmək” çətin deyil,
axı biz bütün günü xidməti vəzifəmizi yerinə yetirir və dələ təkərdə olduğu kimi
fırlanırıq. Lakin bizim işdən sonrakı vaxtımız qalır, onlar isə ən qorxuludur. Biz
məhz dincəlməkdən həzz alanda və elə bil ki, özümüzü ən bəxtəvər insan
duymalı olanda pusquda duran narahatlıq iblisi bizim başımızın üstünü alır. Axı
həyatda heç nəyə nail olmadığımız, elə öz yerimizdə təpik döydüyümüzlə bağlı
düşüncələrə biz məhz elə həmin dəqiqələrdə dalırıq; bizə belə gəlir ki, rəis bizə
irad tutanda “nə isə demək istəyirmiş” və ya dazlaşmağa başlamağımızdan
pərişan oluruq.
Biz məşğul olmayanda beynimiz vakuum halına yaxınlaşmaq tendensiyasına
malikdir. Hər bir tələbə-fizik bilir ki, “təbiət boşluğa imkan vermir”. Bizim nə
vaxtsa görə biləcəyimiz vakuumun ən yaxın bənzəri – bu, qızma ilə yanan
elektrik lampasının içərisidir: bu lampanı sındırın – və təbiət nəzəri olaraq boş
olan bu məkanı doldurmaq üçün havanı güclə itələyib ora salacaq.
Heç nə ilə məşğul olmayan beyni dolduran da elə təbiətdir. Nə ilə? Bir
qanunauyğunluq kimi emosiyalarla. Niyə? Ona görə ki narahatlıq, qorxu, nifrət,
qısqanclıq və paxıllıq kimi emosiyalar ibtidai qüvvə və cəngəlliklərin dinamik
downloaded from KitabYurdu.org
enerjisi ilə hərəkətə gətirilir. Bu cür emosiyalar elə güclüdür ki, onlar bizim
qəlbimizdən sakit, xoşbəxt fikirlərin və hisslərin hamısını sıxışdırıb çıxarır.
Kolumbiya dairəsi, Müəllim Kollecində pedaqogika üzrə professor Ceyms
L.Mersell bu fikri aşağıdakı sözlərlə çox yaxşı ifadə edib: “Narahatlıq sizi xüsusilə
fəaliyyət göstərdiyiniz vaxt yox, günün işləri qurtarandan sonra gəmirib dağıdır.
Bu vaxt təxəyyülünüz guya məruz qaldığınız həyat uğursuzluqlarının sarsaq
mənzərələrini təsvir edir və ən xırdaca səhvi belə şişirdib böyüdür”.
“Həmin vaxt, – o davam edir, – beyniniz faydalı iş görmədən işləyən
mühərriki xatırladır. O, dəlisov sürətlə işləyir və diyircəkli yastıqların yanması və
ya onların tamamilə məhv olması təhlükəsi yaranır. Narahatlıqdan müalicə
olunmaq üçün konstruktiv nə isə bir iş görməklə özünü tamamilə məşğul etmək
zəruridir”.
Bu həqiqəti dərk etmək və onu praktikada tətbiq etmək üçün kollec
professoru olmaq mütləq deyil. Müharibə dövründə mən Çikaqodan olan bir
evdar qadınla tanış olmuşdum ki, o, özü üçün etdiyi kəşfi mənə danışmışdı:
“Narahatlıqdan ən yaxşı dərman – insanın bütün vaxtını və qüvvəsini alan
fəaliyyətdir”. Mən bu qadın və onun əri ilə Nyu-Yorkdan Missuridəki fermama
gedəndə qatarın vaqon-restoranında tanış olmuşdum (Əfsus ki, onların adlarını
soruşmadım – insanların adlarını və ünvanlarını göstərmədən nümunələr
göstərməyi xoşlamıram. Bu cür təfərrüatlar əhvalatın gerçək olduğuna dəlalət
edir.).
Bu cütlük danışdı ki, onların oğlanları silahlı qüvvələrə Perl-Harbordan
sonrakı gün daxil olmuşdu. Qadın öz yeganə oğlu barədə daim narahat olurdu,
bu, onun sağlamlığını, demək olar, sarsıtmışdı. O, indi haradadır? Təhlükəsiz
yerdədirmi? Yoxsa döyüşdədir? O, yaralı deyilmi? Həlak olubmu?
Öz narahatlığını necə üstələyə bildiyini ondan soruşanda qadın cavab verdi:
“Mən məşğul idim”. Demə, o, hər şeydən əvvəl, öz qulluqçusunu buraxır və bütün
ev işlərini özü etməyə başlayır. Lakin bunun o qədər də köməyi olmadı. “Bəla
bunda idi ki, – deyirdi o, – mən ev işlərini, demək olar, avtomatik surətdə
edirdim, beynim fəaliyyətsiz qalırdı. Buna görə də narahat olmaqda davam
edirdim. Yorğan-döşəyi səliqəyə salanda və qab-qaşığı yuyanda başa düşürdüm
ki, mənə başqa, günün hər saatında fiziki və zehni qüvvələrimin
cəmləşdirilməsini tələb edəcək iş lazımdır. Onda iri universal mağazada satıcı
işləməyə başladım”.
“Bu, mənə kömək elədi, dərhal aktiv fəaliyyətin burulğanına düşdüm: alıcılar
daim ətrafımda yığışır, qiymətləri soruşur, ölçülər və rənglərlə maraqlanırdılar.
Bilavasitə öz vəzifəmdən başqa nə isə barədə fikirləşməyə bir saniyə belə vaxtım
qalmırdı. Axşam düşəndə isə yalnız ayaqlarımdakı ağrılardan necə yaxa
qurtarmaq barədə fikirləşirdim. Şam yeməyindən dərhal sonra yatağa uzanır və
ölü kimi yuxuya gedirdim. Narahat olmaq üçün nə vaxtım, nə də halım var idi”.
O, özü üçün Con Kuper Pouisin yazdığı “Xoşagəlməzləri unutmaq sənəti”
kitabında haqqında danışdığını kəşf etmişdi: “Özünə tapşırılan işə büsbütün
aludə olanda insanın əsəblərini hansısa bir xoş təhlükəsizlik hissi, hansısa dərin
daxili rahatlıq, özünəməxsus bəxtəvər unutqanlıq sakitləşdirir”.
Bizim xoşbəxtliyimiz məhz elə bundadır. Dünyada ən məşhur səyahətçi
qadın olan Ousa Conson bu yaxınlarda mənə öz narahatlığını və qüssəsini necə
downloaded from KitabYurdu.org