Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə178/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   174   175   176   177   178   179   180   181   ...   208

Spokana şəhəri polis rəisinin məktubu var, burada deyilir: “Bir neçə il əvvəl

Uilyam Folkaber – Spokanoda bir kafenin altmış səkkiz yaşlı mülkiyyətçisi – ona

görə həlak oldu ki, aşpazın qəhvəni mütləq onun fincanından içmək istədiyindən

bərk hiddətlənmişdi. Kafenin sahibi elə qəzəblənmişdi ki, revolveri qapıb aşpazı

qovmağa başladı və ürəktutmasından ani olaraq öldü. Onun əli isə hələ də

revolveri sıxırdı. Müstəntiqin gəldiyi qənaətə görə, qəzəb ürəktutmasına səbəb

olmuşdu”.

İsa Məsih “Öz düşmənlərinizi sevin” deyəndə eyni zamanda bizə öz xarici

görkəmimizi necə yaxşılaşdırmağı göstərib. Mən (elə siz də) belə qadınlar

tanıyıram ki, nifrətdən üzlərini qırışlar örtüb, qaşqabaqlı sifət ifadəsi qazanıblar

və kin saxlamaqdan eybəcər hala düşüblər. Yer üzündə heç bir kosmetik vasitə

onların görkəmini hər şeyi bağışlayan, nəvaziş və sevgi ilə dolu ürəyin edə

biləcəyinin heç yarısı qədər də yaxşılaşdıra bilməz.

Nifrət bizi hətta dadlı yeməkdən həzz almaqdan da məhrum edir. İncildə

deyilir: “Göyərti xörəyi və yanında da sevgi yağlı öküz və yanında da nifrətdən

yaxşıdır”.

Düşmənlərimiz, işdir, bilsəydilər ki, onlara olan nifrətimiz bizi taqətdən salır

və əsəbi edir, görkəmimizi pisləşdirir, bizə ürək xəstəlikləri gətirir və çox güman,

ömrümüzü qısaldır, sevincdən əllərini bir-birinə sürtərdilər. Elə deyilmi? Əgər

biz öz düşmənlərimizi sevə bilmiriksə də, gəlin heç olmasa özümüzü sevək. Gəlin

özümüzü o qədər sevək ki, düşmənlərimizə xoşbəxtliyimizi, sağlamlığımızı idarə

etmək və görkəmimizi pisləşdirmək imkanı verməyək. Şekspirin dediyi kimi: “Öz

düşmənləriniz üçün sobanı elə də bərk odlamayın, əks-təqdirdə, özünüz onda

yanarsınız”.

İsa Məsih deyəndə ki, biz öz düşmənlərimizi “yeddi dəfə yetmiş sayda”

bağışlamalıyıq, o həm də sağlam işgüzar düşüncə öyrədirdi. Mən sizə aşağıdakı

nümunəni göstərim: qarşımda İsveçdə yaşayan Georq Rona tərəfindən yazılmış

məktub var. Çox illər əvvəl Georq Rona Vyanada vəkil olub, lakin İkinci Dünya

müharibəsi dövründə o, İsveçə qaçıb. Onun pulu yox idi, işə kəskin ehtiyacı var

idi. O, bir neçə dili bildiyi üçün idxal və ya ixracla məşğul olan hansısa bir firmada

kargüzar işinə düzəlmək istəyirdi. Firmaların əksəriyyəti cavab verdi ki, onların

belə bir mütəxəssisə ehtiyacları yoxdur, çünki müharibə gedir. Amma onlar vəd

edirdilər ki, onun familiyasını öz kartotekalarına daxil edəcəklər... və sair və

ilaxir. Bir firmanın sahibi isə Georq Rona aşağıdakı məzmunda məktub göndərdi:

“Mənim firmamın nə ilə məşğul olduğunu siz özünüzə düzgün təsəvvür

etmirsiniz. Siz heç nədən xəbəri olmayan və axmaq adam təəssüratı yaradırsınız.

Mənə heç bir kargüzar-filan lazım deyil. Amma mənim ona ehtiyacım olsaydı

belə, sizi işə qəbul etməzdim, çünki siz İsveç dilində heç düzgün yazmağı da

bacarmırsınız. Məktubunuzda səhv doludur”.

Georq Rona bu məktubu oxudu, o, qəzəbdən özündən çıxmışdı. Bu isveçli

niyə bu qənaətə gəlib ki, mən İsveç dilində yaza bilmirəm? Axı isveçlinin

məktubunda da səhv çox idi. Və budur, Georq Rona həmin adamı “öldürməli”

olan məktub yazır. Sonra dayanır. Və özünə deyir: “İndi isə bir dəqiqə gözlə.

Birdən bu adam haqlıdır? Mən İsveç dilini öyrənmişəm, bu isə mənim doğma

dilim deyil. Bəlkə mən elə səhvlər edirəm ki, onlardan heç xəbərim də yoxdur.

Əgər belədirsə və əgər mən iş almaq istəyirəmsə, onda dili daha inadla

downloaded from KitabYurdu.org



öyrənməliyəm. Bu adam, çox güman, mənə minnət edib, hərçənd onun belə bir

niyyəti heç olmayıb da. Onun öz iradını yaraşmayan formada ifadə etməsi öz-

özlüyündə mənim ona borclu olduğuma təsir eləmir. Deməli, mən ona məktub

yazmalı və ona öz təşəkkürümü bildirməliyəm”.

Georq Rona yazdığı qəzəbli məktubu cırdı və başqasını yazdı. Bunda

deyilirdi: “Siz mənə münasibətdə böyük iltifat göstərmisiniz. Firmanıza kargüzar

lazım olmadığına baxmayaraq, əziyyət çəkib mənə məktub yazmısınız. Təəssüf

edirəm ki, firmanızın fəaliyyətiylə bağlı düzgün təsəvvürüm olmayıb. Sizə ona

görə yazmışdım ki, məlumatlar toplamışdım və sizin adınız mənə fəaliyyət

göstərdiyiniz sahədə liderlərdən biri kimi çəkilmişdi. Mən bilmirdim ki, öz

məktubumda bu qədər qrammatik səhvlər etmişəm. Bununla bağlı

təəssüflənirəm. Bundan məyusam və xəcalət çəkirəm. İndi İsveç dilinin

öyrənilməsiylə daha ciddi məşğul olacağam və səhvlərimi düzəltməyə

çalışacağam. İzin verin sizə təşəkkür edim ki, mənə özünükamilləşdirmə yoluna

qədəm qoymağa kömək etdiniz”.

Bir neçə gündən sonra firmanın rəhbərindən onun Georq Rona ilə görüşmək

arzusu ifadə olunan cavab məktubu gəldi; Rona onunla görüşdü və işə qəbul

olundu. Georq Rona şəxsi təcrübəsində əmin oldu ki, “mülayim cavab qəzəbi

söndürür”.

Biz öz düşmənlərimizi sevə bilmək qədər müqəddəs olmaya da bilərik, lakin

öz sağlamlığımız və xoşbəxtliyimiz naminə gəlin heç olmasa onları bağışlayaq və

onların varlıqları barədə unudaq. Bu, çox güman, edə biləcəyimiz ən müdrik

hərəkətdir. “Sizi incidiblərsə və ya qarət ediblərsə, – demişdi Konfutsi,

– əgər bunu daim xatırlamayacaqsınızsa, heç nə demək deyil”.

Bir dəfə mən general Eyzenhauerin oğlundan, Condan atasının kinli olub-

olmadığını soruşdum: “Xeyr, – o cavab verdi. – Atam xoşuna gəlmədiyi adamlar

haqqında heç vaxt heç bir dəqiqə də fikirləşmir”.

Qədim məsəl mövcuddur ki, axmaq adam qəzəblənməyi bacarmayandır,

amma müdrik adam hirsli olmaq istəməyəndir.

Nyu-Yorkun keçmiş meri, Uilyam C.Heynorun nöqteyi-nəzəri belə idi. Onu

sarı mətbuatda qərəzlə böhtanlamışdılar. Bundan sonra bir oğlan ona güllə atdı

və az qala öldürmüşdü. Xəstəxanada yatdığı və öz həyatı uğrunda var gücü ilə

mübarizə apardığı vaxt o demişdi: “Mən hər axşam düşüncələrimdə hamını və

hər şeyi bağışlayıram”. Vəcdə gəlmiş idealizm? Həddən artıq çox mərhəmət və

nurlu inam? Əgər belədirsə, onda gəlin məsləhət üçün dahi alman filosofu,

“Pessimizmin etüdləri” kitabının müəllifi Şopenqauerə müraciət edək. O hesab

edirdi ki, həyat faydasız və əzablı macəradır. Şopenqauer, elə bil ki, hər

addımında qəm-qüssə şüalandırırdı. Və bununla belə, öz ümidsizliyinin

dərinliklərindən Şopenqauer xitab etdi: “Əgər mümkündürsə, heç kimə qarşı

düşmənçilik hissi keçirməyin”.

Bir dəfə mən Bernard Baruhla, altı prezidentin: Vilsonun, Qardinqin,

Kulidcin, Quverin, Ruzveltin və Trumenin səlahiyyətli məsləhətçisi olmuş adamla

söhbət etmişdim. Mən ondan düşmənlərinin həmlələrinin onu bezdirib-

bezdirmədiyini soruşdum. O cavab verdi: “Məni heç kim nə alçalda, nə də bezdirə

bilməz. Mən buna yol vermərəm”.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə