Mən bu, üstündə “EAH” yazısı olan qovluqları çıxaranda və özüm haqqımda
yazdığım tənqidi qeydləri oxuyanda onlar mənə qarşımda duran ən mürəkkəb
problemi – Deyl Karnegini idarə etmək problemini həll etməyə kömək edir.
Mən öz çətinliklərimdə və alınmayan işlərimdə başqalarını ittiham eləməyə
adət etmişdim; lakin yaşa dolandan – ümid edirəm ki, ağıllanandan – sonra başa
düşdüm ki, bədbəxtliklərimin, demək olar, hamısı son nəticədə öz günahım
üzündən baş verib. Yaşlanandan sonra çoxları bu qənaətə gəlir. “Özümdən başqa
heç kim, – demişdi Napoleon Müqəddəs Yelena adasında, – mənim süqutumda
günahkar deyildir. Mənim ən qəddar düşmənim – özüməm, özüməm – faciəvi
taleyimin səbəbi”.
İzin verin sizə tanıdığım bir nəfər, özünəqiymət və özünüidarə tələb
olunanda hələ üstələnməyən bir məşhur usta haqqında danışım. Onun adı
H.P.Hauell idi. Onun Nyu-Yorkda “Ambassador” hotelinin aptekində qəfil ölümü
haqqında xəbər 1944-cü il iyulun 31-də ölkəyə ildırım sürəti ilə yayılanda Uoll-
Strit lərzəyə gəlmişdi. Axı o, Amerikanın maliyyə dünyasının aparıcı
xadimlərindən biri, Milli Kommersiya Bankının İdarə Heyətinin və vəkalət olun-
muş funksiyalar yerinə yetirən kompaniyanın sədri, həmçinin də bir sıra iri
kompaniyanın direktoru idi. Cavanlığında o elə də yüksək təhsil almamışdı.
Hauell öz fəaliyyətini kənd dükanında satıcı qismində başlamış, sonralar isə
“Y.S.Stil” iri poladtökmə kompaniyasının kreditlərinin sərəncamçısı olmuş və
yuxarı – yüksək vəzifələrə və qüdrətə doğru yolunu davam etdirmişdi.
“Artıq uzun illərdir mən gün ərzində baş tutan bütün görüşlərimin qeydlər
kitabını aparıram, – deyə cənab Hauell onun uğurunun səbəbinin nədə olduğunu
ondan soruşanda mənə danışdı. – Ailəm heç vaxt şənbə gününün axşamı
mənimlə bağlı bir plan qurmur, bilir ki, bu vaxtın bir hissəsini həmişə özümü
yoxlamağa, öz hərəkətlərimə yenidən baxmaq və yenidən qiymətləndirməyə
həsr edirəm. Nahardan sonra öz otağıma çəkilirəm, görüşlər kitabını açıram və
həftə ərzində baş tutmuş söhbətlərin, iclasların və toplantıların hamısını götür-
qoy edirəm. Özümdən soruşuram: bu dəfə mən hansı səhvlərə yol vermişəm?
Nəyi düzgün etmişəm və nəyə münasibətdə daha yaxşı hərəkət edə bilərdim? Bu
təcrübədən nə kimi dərs ala bilərəm? Hərdən elə olur ki, öz hərəkətlərimin bu,
həftəlik icmalı məni çox bədbəxt hala gətirir. Nadir hal deyil ki, yol verdiyim ko-
bud səhvlərə özüm heyrətlənirəm. İllər ötdükcə bu səhvlər, əlbəttə, daha az-az
təkrar olunur. Bu, ilbəil əməl etdiyim özünütəhlil sistemi mənə həyata keçirdiyim
istənilən hər şeydə çox kömək etdi”.
Ola bilsin ki, H.P.Hauell özünütəhlil haqqında ideyanı Ben Franklindən əxz
edib. Bircə Franklin şənbə gününün axşamına qədər gözləmirdi. O, öz üzərində
hər axşam intensiv surətdə işləyirdi. O, özündə on üç ciddi çatışmazlıq aşkar
etmişdi. Onlardan üçü bunlardır: boş yerə vaxt itirməyə meyil, boş şeylərə görə
hiddətlənmək, mübahisə etmək və söz güləşdirmək. Qoca müdrik Ben Franklin
başa düşdü ki, əgər o, bu çatışmazlıqları aradan qaldırmasa, onda həyatda uğur
qazana bilməyəcək. Buna görə də o, həftənin günlərindən hər birini öz
çatışmazlıqlarından biri ilə mübarizəyə həsr edir və həmin gün kimin kimə üstün
gəldiyini qeyd elədiyi gündəlik aparırdı. Növbəti gün o, çatışmazlıqlarından
başqa birini seçir, əlcəklərini taxır və qonq səsi gələndə boksçu kimi rinqə çıxırdı.
downloaded from KitabYurdu.org
Franklin öz çatışmazlıqları ilə həftənin hər günü iki il ərzində şiddətli mübarizə
aparmışdı.
Təəccüblü deyildir ki, o, Amerikanın nə vaxtsa ərsəyə gətirdiyi ən hörmətli
və nüfuzlu adamlardan biri oldu.
Elbert Habbard deyib: “Hər bir adam gün ərzində heç olmasa beş dəqiqə
ərzində başdan-ayağa axmaq olur. Müdriklik bundan ibarətdir ki, bu həddi
aşmayasan”.
İnsanı ən əhəmiyyətsiz tənqid də hiddət dalğasına qərq edir. Lakin müdrik
onu mühakimə edən və ona irad tutan, eləcə də ona “yol verməyən” adamlardan
nəyisə öyrənməyə can atır. Uolt Uitmen bu fikri aşağıdakı kimi ifadə edib: “Siz
yalnız özünüzə heyran qalanların, sizə simpatiyası olanların və sizə yol
verənlərin dərsini mənimsəyirsiniz? Bəs sizi inkar və nifrət edən və ya sizə yol
verməyənlərin möhtəşəm dərslərini mənimsəməyə cəhd etməmisiniz?”
Əleyhdarlarımızın bizi və ya bizim fəaliyyətimizi tənqid etmələrini gözləmək
nəyə lazımdır? Onları niyə də qabaqlamayaq. Gəlin özümüzün ən sərt tənqidçisi
özümüz olaq. Gəlin leyhdarlarımız bunu etməyə macal tapmazdan əvvəl öz
zəifliklərimizi özümüz müəyyən etməyə və onları düzəltməyə başlayaq. Çarlz
Darvin məhz bu cür hərəkət edirdi. Həqiqətən də, o, on beş il özünütənqidlə
məşğul olub – görün bu necə baş verib. Darvin özünün ölməz “Növlərin meydana
çıxması” kitabının əlyazmasını sona çatdıranda başa düşdü ki, həyatın meydana
çıxması ilə bağlı onun inqilabi konsepsiyasının dərc olunması intellektual və dini
dünyanı lərzəyə gətirəcək. Onda o, özünün tənqidçisi oldu və öz mülahizələrinin
gedişini şübhə altına ala-ala, öz əqli qənaətlərini tənqid edə-edə öz məlumat-
larını bundan on beş il sonra da çox ciddi yoxladı.
Tutaq ki, kimsə sizi “lənətə gəlmiş axmaq” deyə söyüb. Onda siz nə
edərdiniz? Hirslənərdiniz? Hiddətlənərdiniz? Baxın Linkoln necə hərəkət
etmişdi. Linkolnun hərbi naziri Edvard M.Stenton bir dəfə onu “lənətə gəlmiş
axmaq” adlandırmışdı. Stentonu hiddətləndirən Linkolnun onun işlərinə
qarışması olmuşdu. Linkoln bir eqoistik siyasətbazı razı salmaq üçün bir neçə
alayın yerinin dəyişdirilməsi haqda əmr imzalamışdı. Stenton təkcə onun əmrini
yerinə yetirməkdən imtina etmədi, həm də and içdi ki, Linkoln “lənətə gəlmiş
axmaqdır ki, bu cür əmrləri imzalayır”. Bəs nə baş verdi? Linkolna Stentonun nə
dediyi çatdırılanda o, sakitcə cavab verdi: “Əgər Stenton deyibsə ki, mən lənətə
gəlmiş axmağam, deməli, bu elə belədir də, axı o, demək olar, həmişə haqlıdır.
Mən bu məsələni özüm araşdırmalı olacağam”.
Linkoln Stentonun yanına yollandı. Stenton onu inandırmağa müvəffəq oldu
ki, əmr səhv idi və Linkoln onu ləğv etdi. Linkoln öz hərəkətlərinin tənqid
olunmasına, əgər onun səmimi, əsaslandırılmış və xeyirxah ruhda söyləndiyini
bilərdisə, təqdiredici münasibət göstərirdi.
Həm siz, həm də mən bu cür tənqidi alqışlamalıyıq, çünki dörd dəfədən
üçündə çox haqlı olduğumuza biz də ümid edə bilmərik. Hər halda, Teodor
Ruzvelt Ağ Evdə olanda o, belə hesab edirdi. Bizim dövrümüzün ən dərin dühası
olan Eynşteyn etiraf edirdi ki, onun qənaətləri doxsan doqquz faiz yanlışdır.
“Düşmənlərimizin rəyi həqiqətə, – demişdi Laroşfuko, – özümüzün şəxsi
qənaətimizdən qat-qat yaxındır”.
downloaded from KitabYurdu.org