Mən bilirəm ki, bu fikir çox vaxt düzgün çıxır. Lakin kimsə məni tənqid
etməyə başlayırsa, onda əgər özümə nəzarət etmirəmsə, dərhal avtomatik
surətdə – hətta tənqidçiyə nə demək niyyətimdə olduğum barədə azacıq da olsa
anlayışım olmadan müdafiə olunmağa başlayıram. Özümü bu şəkildə aparanda
hər dəfə özümə qarşı narazılıq hissi keçirirəm. Bizim hamımız – fərqi yoxdur ki,
tənbeh və ya tərifə layiqik – tənqiddən hiddətlənməyə və bizə tərif söyləyəndə
sevinməyə meyilliyik. Məntiq bizə xas deyil. Emosiyalar bizi ağuşuna alır. Dərin,
tutqun, təlatümlü emosiyalar dənizinin o yana və bu yana tulladığı qayığı xatır-
ladır bizim məntiqimiz. Bizim əksəriyyətimizdə öz şəxsiyyətimiz barədə – onun
hazırda olduğu kimi – rəyimiz kifayət qədər yüksəkdir. Amma qırx ildən sonra
hazırda olduğumuz üzərində, ola bilsin, özümüz də güləcəyik.
Uilyam Allen Uayt – “Amerikanın elə də böyük olmayan şəhərində tarixdə ən
məşhur qəzet naşiri” – özünün əlli il əvvəl olduğu cavan vaxtını xatırlayır və onu
təsvir edirdi: “...təmtəraqlı... dediyindən dönməyən axmaq... təkəbbürlü cavan
farisey... özündənrazı reaksioner...” İyirmi ildən sonra siz və mən indiki zamanda
olduğumuz özümüzü xarakterizə etmək üçün, ola bilsin, elə bu cür epitetlərdən
istifadə edəcəyik. Ola bilsin... Kim bilir?
Əgər sizi ədalətsiz tənqid edirlərsə, nə etmək lazım olduğu haqda mən
əvvəlki fəsillərdə danışmışdım. Bunu əlavə etmək istəyirəm: ədalətsiz tənqid
edildiyinizi hiss elədiyiniz üçün hirslənməyə başlayanda niyə də pauza etməyə
və özünüzə deməyəsiniz: “Bir dəqiqə dayan... Mən kamillikdən uzağam. Əgər
Eynşteyn doxsan doqquz faiz səhv etdiyini etiraf edirsə, bəlkə mən ən azı səksən
faiz səhv edirəm. Bəlkə mən bu tənqidə layiqəm. Belə olan halda tənqidə görə
minnətdar olmaq və bundan özüm üçün fayda götürməyə çalışmaq lazımdır”.
“Pepsodent” kompaniyasının prezidenti Çarlz Lakman hər il Bob Houpun
radio ilə çıxışlarının maliyyələşdirilməsinə bir milyon dollar xərcləyir. Ona bu
proqramla bağlı rəylər ifadə olunmuş çox sayda məktub gəlir. O, tərif qələmə
alınmış məktubları nəzərdən keçirmir, lakin təkid edir ki, tənqidi məktublar
haqda ona mütləq məruzə edilsin. O bilir ki, onlarda faydalı məsləhətlər tapmaq
olar.
Ford kompaniyasının rəhbərləri öz fəaliyyətlərində çatışmazlıqları üzə
çıxarmağa can atırdılar. Bu məqsədlə kompaniyanın əməkdaşları arasında bu
yaxınlarda sorğu keçirilmişdi: onlara kompaniyanın fəaliyyətində istehsal və
inzibati aspektlərin təşkili işini tənqid etmək təklif olunmuşdu.
Mən sabun satan bir agentlə tanışam ki, o, bir qayda olaraq, özünün tənqid
olunmasında təkid edirdi. O, “Kolqeyt” firması üçün sabun satmağa başlayanda
sifarişlər az idi. İşi itirməkdən qorxurdu. O, malın keyfiyyətinin əla və qiymətinin
məqbul olduğunu bilirdi, buna görə də bu qənaətə gəldi ki, səbəb onun
özündədir. O, satış müqaviləsi bağlamağa müvəffəq olmayanda, səhvin nədən
ibarət olduğunu başa düşməyə çalışaraq çox vaxt kvartalın ətrafında hərlənirdi.
Bəlkə o, həddən artıq dumanlı danışırdı? Və ya onda fəhm çatışmırdı? Hərdən elə
olurdu ki, ehtimal olunan alıcının yanına qayıdır və ona deyirdi: “Yenidən sizə sa-
bun təklif etmək üçün yanınıza qayıtmamışam. Qayıtmışam ki, məsləhətiniz və
tənqidinizə möhtacam. Əgər siz mənə bir neçə dəqiqə əvvəl sizə sabun satmağa
çalışanda nəyi düzgün etmədiyimi açıq desəniz, sizə çox minnətdar olardım. Sizin
təcrübəniz məndən qat-qat çoxdur və siz daha böyük uğur qazanmısınız. Lütfən,
downloaded from KitabYurdu.org
öz tənqidi fikirlərinizi deyin. Səmimi olun. İfadələrinizdə heç bir sıxıntı
keçirməyin”.
Bu cür davranış sayəsində o, çoxlu dost və qiymətsiz məsləhətlər
qazanmışdı.
Bu adamın sonrakı taleyi bəs necə oldu? Hazırda o, Kolqeyt-Palmoliv-Pit
Soup kompaniyasının prezidentidir. Bu kompaniya dünyada ən iri sabun
istehsalçısıdır. Onun adı E.H.Littldir. Keçən il ABŞ-da ondan çox gəlir gətirən
yalnız on dörd nəfər olub: 240 141 dollar. H.P.Hauell, Ben Franklin və E.H.Littl
kimi hərəkət etmək üçün gərək, həqiqətən, böyük insan olasan. İndi isə, nə qədər
ki heç kim görmür, siz niyə də güzgüyə baxmaya və bu şəxslərin kompaniyasına
yararlı olub-olmadığınızı özünüzdən soruşmayasınız?!
Tənqidə görə özünüzü narahatlıqdan qorumaq üçün üçüncü qaydaya riayət
edin:
Yol verdiyiniz axmaq hərəkətlərin siyahısını aparın və özünüzü tənqid edin.
Biz kamillikdən çox uzaq olduğumuzdan gəlin E.H.Littl kimi hərəkət edək:
başqalarından bizi qərəzsiz, faydalı, konstruktiv tənqid etməyi xahiş edək.
Xülasə
Qayda 1: Ədalətsiz tənqid çox vaxt üstüörtülü komplimentdir. Bu o deməkdir
ki, siz paxıllıq və qısqanclıq meydana çıxarırsınız. Yadda saxlayın ki, heç kim heç
vaxt ölmüş iti vurmur.
Qayda 2: Gücünüz çatan hər şeyi edin, sonra isə öz köhnə çətirinizi açın və
qoy yağış tənqidi yaxalığınızın arxasına düşmədən onun üstü ilə süzülüb getsin.
Qayda 3: Yol verdiyiniz axmaq hərəkətlərin siyahısını aparın və özünüzü
tənqid edin. Biz kamillikdən çox uzaq olduğumuzdan gəlin E.H.Littl kimi hərəkət
edək: başqalarından bizi qərəzsiz, faydalı, konstruktiv tənqid etməyi xahiş edək.
83 Qardemarin – hərbi dəniz məktəblərində yuxarı sinif şagirdi
VI Hissə
BU ALTI QAYDAYA RİAYƏT ETMƏKLƏ SİZ YORĞUNLUQ VƏ NARAHATLIĞINIZI
ARADAN QALDIRACAQ, YAXŞI ƏHVALİ-RUHİYYƏDƏ OLACAQSINIZ
İyirmi ikinci fəsil
Aktiv həyatınızın hər gününə bir saat necə əlavə etməli
Narahatlığın qarşısının alınmasına həsr olunan kitabda yorğunluğun
qarşısının alınması barədə niyə yazıram? Cavab sadədir: ona görə ki yorğunluq
çox vaxt narahatlığın səbəbindən baş verir və ya heç olmasa narahatlığa meyilli
olmağımıza şərait yaradır. İstənilən tələbə-həkim sizə deyər ki, yorğunluq
orqanizmin soyuqdəyməyə – yüzlərlə başqa xəstəlik haqqında hələ heç
danışmırıq – qarşı fiziki müqavimət qüvvəsini azaldır və istənilən psixiatr sizə
bildirər ki, yorğunluq həm də qorxu və narahatlıq emosiyalarına müqavimət
downloaded from KitabYurdu.org