olsam da, həmişə ona udmaq imkanı verirdim və bu, ona fövqəladə məmnunluq
gətirirdi”.
Gəlin Konstantdan bu unudulmaz dərsi götürək.
Gəlin öz müştərilərimizə, öz sevgililərimizə, öz həyat yoldaşlarımıza və öz
ərlərimizə bəzən meydana çıxan xırda diskussiyalarda bizə qalib gəlməyə imkan
verək.
Budda deyib:
“Nifrətin kökü heç vaxt nifrətlə kəsilməyəcək, yalnız sevgi ilə kəsiləcək”.
Anlaşılmazlıq mübahisənin köməyi ilə heç vaxt məhv olmayacaq, yalnız
ədəb-ərkanın, diplomatiyanın, barışığın və başqasının nöqteyi-nəzərini başa
düşməyə can atmağın köməyi ilə məhv olacaqdır.
Linkoln bir dəfə cavan zabitə onun öz həmkarları ilə həddən artıq alovlu
mübahisə etdiyinə görə töhmət vermişdi.
“Öz imkanlarını ən yaxşı surətdə istifadə etməyi qərara alan adam,
– demişdi Linkoln, – vaxtı şəxsi mübahisələrə israf etmək halında olmamalıdır.
Xarakterlərin pisləşməsinin və özünənəzarətin itirilməsinin də daxil olduğu
fəsadlara yol vermək halından çəkinməlidir. Öz şanslarınızın bərabər olduğunu
gördüyünüz məsələlərdə daha çox və əksinə, öz üstünlüyünüzü aydın dərk
etdiyiniz məsələlərdə daha az keçin. Yolu birinci keçmək hüququ uğrunda it ilə
mübahisəyə girib dişlənməkdənsə, küçədə itə yol vermək daha yaxşıdır. Hətta
onu öldürməklə belə siz aldığınız yaranı sağalda bilməyəcəksiniz”.
“Hissələr və deyimlər” məqaləsində söhbət (“Economic Press”) fikir ay-
rılıqlarının böyüyüb mübahisəyə çevrilməsinin qarşısını necə almaqdan gedir:
Fikir ayrılıqlarından qorxmayın. Bu kəlamı yadda saxlayın: “İki tərəf-müqabil
həmişə bir-biri ilə razılaşırsa, onda onlardan biri artıqdır”. Əgər siz problemin
hansısa bir aspektini gözdən qaçırmısınızsa, sizin diqqətinizi buna cəlb edən
adama minnətdar olun. Bu fikir ayrılığının meydana çıxması sizə öz səhvinizi, ola
bilsin ki, onu real olaraq edənə qədər düzəltmək şansı vermiş olsun.
Özünüzün birinci intuitiv təəssüratınıza tənqidi yanaşın. Fikir ayrılığına
bizim birinci təbii reaksiyamız – bu, müdafiədir. Ehtiyatlı olun. Təmkininizi
saxlayın və birinci reaksiyanın təhrikinə uymayın. O, sizə pis xidmət göstərə
bilər.
Əhvali-ruhiyyənizi nəzarət altında saxlayın. Yadda saxlayın ki, şəxsiyyətin
miqyası haqqında onu özündən nə qədər tez çıxarmaq mümkün olduğu ilə
mühakimə yürüdürlər.
Əvvəl dinləyin. Öz opponentinizə imkan verin ki, o demək istədiklərinin
hamısını danışsın. Onun sözünü kəsməyin. Müqavimət göstərməyin, müdafiə
olunmayın, diskussiyaya girişməyin. Bütün bunlar yalnız maneələr yaradır.
Qarşılıqlı anlaşma üçün yolları tutmağa çalışın. Bir-birinizin mövqelərinin tam
başa düşülməməsi ilə problemi daha da qəlizləşdirməyin.
Maraqlarınızın kəsişdiyi nöqtələri axtarın. Öz opponentinizi dinlədikdən
sonra qarşılıqlı maraqlar dairəsini, barəsində bir-birinizlə razılaşdığınız
məsələləri tapın.
Təmizürəkli olun. Öz səhvlərinizi etiraf edə biləcəyiniz sahələri tapın və
bunun haqda təmiz ürəklə danışın. Öz səhvlərinizə görə üzr istəyin. Bu,
downloaded from KitabYurdu.org
opponentinizi tərk-silah etməyə və onun müdafiə səviyyəsini aşağı salmağa
kömək edəcəkdir.
Opponentinizin ideyaları üzərində düşünəcəyinizə və onları öyrənəcəyinizə
söz verin. Və verdiyiniz sözə əməl edin. Opponentləriniz haqlı ola bilərlər. Bu
mərhələdə onların dəlilləri üzərində düşünəcəyinizə söz vermək mübahisəni
davam etdirərək belə vəziyyətə düşməkdən asandır ki, opponentləriniz deyə
bilsinlər: “Biz bunu sizə deməyə cəhd edirdik, amma siz qulaq asmırdınız”.
Məsələnin müzakirə olunmasına maraq göstərdiyinə görə opponentinizə
səmimi olaraq təşəkkür edin. Sizinlə razı olmadığını bildirmək üçün vaxtını sərf
etməyə razılıq verən istənilən adam haqqında söhbət gedən problemin həllində
sizdən az maraqlı deyildir.
Hərəkət etməzdən əvvəl tərəflərə problem üzərində düşünüb-daşınmağa
vaxt verin. Görüşü elə həmin gün bir qədər sonraya keçirməyi və ya növbəti günə
təxirə salmağı təklif edin ki, faktların hamısını əhatə etmək mümkün olsun.
Görüşə hazırlaşarkən öz qarşınızda bir neçə şərti sual qoyun:
Opponentinizin haqlı ola biləcəyi mümkündürmü? Qismən haqlı? Onun
mövqeyində və ya arqumentlərində ağlabatan nəsə varmı, onlar özlərində
hansısa müsbət məqamlar ehtiva edirlərmi? Mənim reaksiyam problemin
kəskinliyini azalda bilərmi? Mənim narazı olmağım problemin kəskinliyini aşağı
salırmı? Mənim reaksiyam opponenti yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?
Reaksiyam ətrafdakıların gözündə mənim barəmdə rəyi yüksəldəcəkmi? Mən
qələbə çalacağam, yoxsa məğlub olacağam? Qələbəmin bahasında mənə nə
qiymət ödəmək lazım gələcəkdir? Mənim hərəkətsizliyim halında bu ziddiyyət öz
həllini tapacaqmı? Bu çətin vəziyyət mənə şans verirmi?
Opera tenoru öz həyat yoldaşı ilə nikahda, demək olar, əlli il yaşamış Yen
Pirs bir dəfə demişdi: “Çox illər bundan əvvəl biz razılıq əldə etmişdik ki, bir-
birimizə hirslənməyimizin, qəzəblənməyimizin dərəcəsindən asılı olmayaraq,
bunlara riayət etməliyik: biri qışqıranda o biri susmalıdır, çünki əgər iki nəfər
qışqırırsa, nəticədə biz ünsiyyət yox, səs-küy və ziyanlı vibrasiyalar əldə edirik”.
Necə ki, 1-ci qaydada deyilir:
Mübahisədə qalib gəlməyin yalnız bir üsulu mövcuddur – bu, mübahisədən
yayınmaqdır.
İkinci fəsil
Düşmən qazanmağın sınanmış üsulu
və bundan necə qaçmalı
Teodor Ruzvelt Ağ Evdə olanda bir dəfə bildirmişdi ki, əgər yüz mübahisəli
vəziyyətdən 75-də birinci olmağı bacarsaydı, ümid edilə biləcək ən böyük
nailiyyət hesab olunardı.
Əgər bu, XX əsrin ən görkəmli adamlarından birinin fikirləri həddi idisə,
onda biz sizinlə nəyə ümid edə bilərik?
Yüz haldan heç olmasa 55-də düz ola biləcəyinizə əmin olan vaxt siz
cəsarətlə Uoll-Stritə yollana bilərsiniz – hər gün bir milyon dollar “götürmək”,
yaxta almaq və balerina ilə evlənmək üçün. Əgər siz yüz haldan 55-də düz
olacağınıza əmin deyilsinizsə, kim sizə hüquq verib ki, başqalarının haqlı
olmadığını deyəsiniz?
downloaded from KitabYurdu.org