üzərində bükülmüş vəziyyətdə görür. Bir neçə dəqiqə keçəndən sonra İstmen
başını qaldırıb, eynəyini çıxarır və stolun arxasından qalxaraq onları salamlayır:
“Sabahınız xeyir, centlmenlər! Nə ilə qulluq edə bilərəm?”
Memar cənab Adamsonu təqdim edərək, onun gəlişinin məqsədini iki kəlmə
ilə ifadə edir. Bu vaxt cənab Adamson deyir: “Siz kağızlarla məşğul olduğunuz
vaxt, cənab İstmen, mən kabinetinizi gözdən keçirdim. Bilirsinizmi, mənim
ixtisasım – binanın daxildən ağac üzlüklərlə üzlənməsidir. Həyatım ərzində
gördüyüm interyer az olmayıb, lakin belə gözəl kabinet mən heç vaxt
görməmişəm”.
“Siz mənim yadıma, demək olar, artıq unutduğum şeyi saldınız, – deyə cənab
İstmen cavab verdi. – Siz hesab edirsiniz ki, bu, gözəldir? Bu kabinet ilk vaxtlar
mənim də çox xoşuma gəlirdi, amma indi beynimi dolduran uçurum qədər işlərin
arxasından mən bu gözəlliyi görməməyə başlamışam. Bəzən onu, ümumiyyətlə,
bütöv həftələr ərzində görmürəm”.
Adamson divara yaxınlaşır və əlini panelin üstündə gəzdirir: “Bu, ingilis
palıdıdır, elə deyilmi? O, teksturasına görə italyan palıdından bir az fərqlənir”.
“Bəli, – deyə İstmen cavab verdi, – bu, ixrac olunmuş ingilis palıdıdır. Onu
mənə dostum, qiymətli ağac növləri üzrə böyük mütəxəssis seçib”. Sonra İstmen
proporsiyalara, rənglərin çalarlarına, taxta üzərində əl işlərinə və onun
göstərişiylə yerinə yetirilən digər effektli detallara diqqəti cəlb edə-edə kabineti
ona göstərməyə başlayır.
Kabinetə Adamsonu tamamilə valeh edən baxış qurtarandan sonra onlar
pəncərənin qabağında dayandılar və İstmen özünə xas olan təvazökar və yumşaq
tərzdə nitqlə ona uzaqda görünən, onun tərəfindən inşa edilmiş və şəhərə yeganə
məqsədlə – əziyyət çəkən adamlara kömək etmək üçün bəxş edilmiş binalar
haqqında danışmağa başladı. Bunlar Roçester Universitetinin, Ümumşəhər
xəstəxanasının, Homeopatik xəstəxananın, Uşaq xəstəxanasının və Dostlar
Cəmiyyəti Evinin binaları idi. Cənab Adamson onu, insan əzablarını
yüngülləşdirmək naminə özünün nəhəng varidatını istifadə etmək ideyasını
rəhbər tutan cənab İstmeni xeyirxah idealizmi ilə bağlı ürəkdən təbrik etdi.
Sonra Corc İstmen şüşə vitrini açdı və oradan öz birinci övladını – bir ingilisin
ixtira etdiyi və İstmenin ondan aldığı fotokameranı götürdü.
Adamson ondan öz işini başlamaq üçün adlamalı olduğu ilk çətinliklər
barədə ətraflı danışmağı xahiş etdi. Və cənab İstmen hissə bərk qapılaraq uşaqlıq
dövrünün keçdiyi yoxsulluq haqqında, onun çox tez dul qalmış anasının pansion
saxlamaq məcburiyyətində qalması, özünün isə həmin vaxt günü əlli sentə
sığorta kontorunda klerk işlədiyi haqqında danışdı. Yoxsulluq dəhşəti onu gecə
və gündüz təqib edirdi və o qəti olaraq qərara almışdı ki, anasının ölən gününə
qədər öz sakinlərinə qulluq etmək məcburiyyətində qalmaması üçün kifayət
qədər pul qazanacaq. Cənab Adamson yeni suallarla onu söhbətini davam
etdirməyə şirnikləndirirdi və cənab İstmen quru fotoplastinlərlə bağlı
eksperimentləri barədə əhvalatı danışdığı vaxt çox diqqətlə qulaq asırdı. O, bütün
günü kontorda çalışır, sonra isə evdə bəzən bütün gecəni eksperimentlərin üzə-
rində işləyir və yalnız onun kimyəvi qarışıqlarının işlədiyi vaxt ərzində yatırdı.
Belə də olurdu ki, o, üç gün dalbadal işləyir və paltarını soyunmadan yatırdı.
downloaded from KitabYurdu.org
Ceyms Adamsonu İstmenin kabinetinə saat on birə on beş dəqiqə işləmiş
salmışdılar və xəbərdar etmişdilər ki, orada beş dəqiqədən çox ləngiməsin. Lakin
bir saat keçdi, iki saat keçdi, onlar isə söhbət etməkdə hələ də davam edirdilər.
Nəhayət, İstmen Adamsona müraciət edərək dedi: “Bu yaxınlarda mən
Yaponiyada olmuşdum, oradan bir neçə stul almışdım və onları evdə günəş
düşən verandada qoymuşdum. Lakin vaxt keçdikcə günəşin şüalarının təsirindən
stulların boyası tökülməyə başladı. Bunu görəndə növbəti gün şəhərə yollandım,
boya aldım və özüm onları rənglədim. İşin öhdəsindən necə gəldiyimə baxmaq
istəyirsinizmi? Gedək mənim evimə lençə və mən sizə onları göstərim”. Lençdən
sonra cənab İstmen Yaponiyadan aldığı stulları ona göstərdi. Onların ən
vurhavur qiyməti biri üçün bir dollar yarım olardı, lakin yüz milyon dollar
həcmində varidat toplamış Corc İstmen onlarla fəxr edirdi, çünki onları özü
rəngləmişdi.
Stullara sifarişin qiyməti 90 000 dollar idi. Siz necə zənn edirsiniz, sifarişi
kim aldı: cənab Adamson, yoxsa onun sənədləri?
O vaxtdan cənab İstmenin öldüyü günə qədər onları böyük dostluq telləri
bağlayırdı.
Etiraf olunmanın sehrli daşının qüvvəsini biz sizinlə harada sınaqdan
keçirməliyik? Niyə də düz elə öz evimizdən başlamayaq? Başqa elə bir yer
tanımıram ki, buna oradan çox ehtiyac olsun və orada buna hər yerdən çox
saymazyana yanaşılmasın. Sizin həyat yoldaşınız əvvəl-axır nə isə bir cəlbedici
keyfiyyətə malik olmalıdır axı. Hər halda, bir vaxtlar siz onda bu cəhətləri
görürdünüz, əks-təqdirdə, onunla ailə həyatı qurmazdınız.
Bəs deməzdinizmi ki, ona heyran olduğunuzu sonuncu dəfə həyat yoldaşınıza nə
vaxt bildirmisiniz. Necə, çoxdan? Deməli, çoxdan!
Bir neçə il əvvəl mən Nyu-Brensvikdə Mirimaçi qəbiləsinin mənzil-
qərargahında balıq tuturdum. Mən Kanada meşələrinin dərinliklərində tam
tənhalıqda idim. Oxumaq üçün məndə olan yeganə nə vardısa – bu, yerli qəzetin
bir nüsxəsi idi. Mən qəzetdə olan hər şeyi oxudum, o cümlədən də reklamları,
elanları və Doroti Diksin məqaləsini. O yazırdı ki, gəlinlər üçün sonsuz
mühazirələr oxumaqdan təngə gəlib. O bildirirdi ki, adaxlılara da öz tərəflərindən
bəzi şeyləri eşitmək və mənimsəmək mane olmazdı. Və Doroti onlara kiçik, lakin
müdrik məsləhət verir.
Heç vaxt Sığal Daşını öpməzdən qabaq evlənməyin. Evlənənə qədər qadını
tərifləmək və ya tərifləməmək – bu, sizin fərdi arzunuzun işidir. Lakin onu
evlənəndən sonra tərifləmək – bu artıq zərurətdir və hətta istəyirsinizsə, şəxsi
firavanlıq məsələsidir. Ailə həyatı birmənalılığın yeri deyil. Bu, diplomatiya
meydanıdır.
Əgər hər gün dəbdəbəli stolun arxasında əyləşmək istəyirsinizsə, ev
təssərrüfatının aparılması işində nöqsanlarına görə xanımınızı danlamayın və öz
ananızla onun arasında qəlbini qıran müqayisələr aparmayın. Əksinə, onun
zövqünü və ev rahatlığı yaratmaq bacarığını həmişə tərifləyin, açıq-açığına
özünüzü təbrik edin ki, Veneranın, Minervanın və Meri Eynin məziyyətlərini
özündə birləşdirmiş yeganə qadınla evlənmisiniz. Hətta çörək bir balaca yanmış
olanda, bifşteks isə gönü xatırladanda belə öz narazılığınızı üzə vurmayın. Sadəcə
olaraq, nəzərə çarpdırın ki, yemək bu gün həmişə olduğu kimi nəfis
downloaded from KitabYurdu.org