Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə34/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   30   31   32   33   34   35   36   37   ...   208

cəmiyyətə daxil deyil, həm də özünün qaynayıb-daşan entuziazmı sayəsində

onun prezidenti, həmçinin də Hotel Mülkiyyətçilərinin Beynəlxalq Cəmiyyətinin

prezidenti olmuşdu. Bu cəmiyyətlərin qurultaylarının harada keçirilməsindən

asılı olmayaraq, o, əgər bunun üçün ona dağları aşmaq və dəniz və səhralardan

keçmək lazım gələrdisə də, mütləq onlarda iştirak edirdi. Beləliklə, mən onu növ-

bəti dəfə görəndə həmin cəmiyyətin fəaliyyəti barədə söhbətə başladım. Necə

gur cavab reaksiyası doğurdu! Necə bir cavab! O, məftunluqdan, demək olar,

titrəyən səslə öz cəmiyyəti haqqında yarım saat danışdı. Həmin gün onun

təşkilatını tərk etməzdən əvvəl mən əyani surətdə əmin olmaq imkanı əldə etdim

ki, cəmiyyət onun hobbisi, onun həyatının əsas şövqü idi. Onu da deyim ki, bu

dəfə mən çörək barədə bir söz belə danışmadım. Amma üstündən bir neçə gün

keçəndən sonra onun hotelinin qulluqçusu zəng vurdu və məhsulun nümunələri

və qiymət siyahıları ilə gəlməyimi xahiş elədi.

“Bilmirəm, siz qocanın başına nə iş açmısınız, – dedi o, – lakin o, sizdən başqa

heç kəs barədə eşitmək belə istəmir”.

Buna yaxşı-yaxşı diqqət verin! Mən bu adamın qulağını dörd il ərzində ondan

sifariş almaq istəyim barədə söhbətlərlə doldururdum və bir o qədər də

dolduracaqdım, əgər zəhmət çəkib onun nə ilə maraqlandığı və nə barədə söhbət

etməyi xoşladığını öyrənməsəydim”.

Beləliklə, əgər siz adamları özünüzə yaxınlaşdırmaq istəyirsinizsə, 5-ci

qaydaya əməl edin:

Həmsöhbətinizin maraqları dairəsinə daxil olanla bağlı söhbət aparın!

Altıncı fəsil

İnsanları özünüzə dərhal

necə yaxınlaşdırmalı

Mən Nyu-Yorkda Üçüncü küçə ilə Səkkizinci avenyunun tinindəki poçtamtda,

sifarişli məktubu göndərmək üçün növbədə dayanmışdım. Diqqət yetirdim ki,

məktubların qeydiyyata alınması yerində oturan klerki öz işi bezdirib – zərflərin

çəkisini ölçmək, marka satmaq, qalığı qaytarmaq, qəbz yazıb vermək – ildən-ilə

eyni bir monoton darıxdırıcı iş. Özlüyümdə fikirləşdim: “Bu oğlanın mənə yaxşı

münasibət göstərməsinə çalışmalıyam. Bunun üçün ona xoşagələn nə isə

deməliyəm, öz barəmdə yox, onun haqqında. Beləliklə, özümdən soruşdum, –

onda nə var ki, buna səmimi heyran qalmaq olardı?”

Bu cür suallara bəzən cavab tapmaq çox da asan deyil, ələlxüsus da kifayət

edəcək qədər təcrübəyə malik olmayanda. Lakin haqqında danışdığım halda bu

heç bir çətinlik törətmirdi, çünki dərhal gözümə məndə hədsiz heyranlıq hissi

meydana çıxaran bir şey dəydi.

“Necə də istəyərdim ki, mənim də sizdəki kimi gözəl saçlarım olsun!” – deyə

o, mənim zərfimi tərəzidə çəkəndə dilləndim.

O, yüngülcə səksənib mənə baxdı, sifəti təbəssümlə nurlandı. “Siz nə

danışırsınız, – dedi, – indi onlar əvvəllər olduğu kimi yaxşı deyillər”. Mən onu

inandırdım ki, saçları keçmiş gözəlliyinin bir hissəsini itirmiş olsa da, bununla

belə, onlar hələ çox gözəldir. O, fövqəladə dərəcədə məmnun olmuşdu. Biz bir az

da söhbət etdik və onun mənə dediyi son sözlər bunlar oldu: “Mənim saçlarım

çoxlarının xoşuna gəlir”.

downloaded from KitabYurdu.org




Mərc kəsirəm ki, bu oğlan həmin gün lençə sanki havada addımlayırmış kimi

gedirdi. Mərc kəsirəm ki, axşam evə qayıdanda o, həyat yoldaşına bunu

danışmışdı. Mərc kəsirəm ki, o, güzgüdə özünə baxmışdı və demişdi: “Mənim,

həqiqətən də, gözəl saçlarım var”.

Bir dəfə mən bu əhvalatı tədbirdə danışdım və iştirak edənlərdən biri

məndən soruşdu: “Bəs sizə ondan nə lazım idi?”

Ondan mənə nə lazım idi!!! Mən ondan nə almağa çalışırdım!!!

Əgər biz yalnız özümüz üçün nə isə bir fayda əldə etmək lazım gələndə

mərhəmət və minnətdarlıq şüalandıra bilən qədər eqoistiksə, əgər bizim

qəlblərimiz bürüşmüş turş alma kimidirsə, onda bizi mütləq bizim tamamilə

layiq olduğumuz müflislik gözləyir.

Ah, əlbəttə, həmin oğlandan mən mütləq nəsə almaq istəyirdim. Lakin bu nə

isə qiyməti olmayan şey idi və mən onu aldım – bu hissi aldım ki, həmin oğlana

əvəzində onun mənə heç nə verə bilməyəcəyini verdim. Bu cür hiss onu həyata

gətirən hadisə keçəndən sonra hələ uzun müddət işıq saçır və mahnı oxuyur.

İnsan davranışının ən vacib bir qanunu var. Əgər ona əməl edəriksə, onda biz

heç vaxt xoşagəlməz vəziyyətə düşmərik. Çünki o, sizə saysız-hesabsız dost və

daimi firavanlıq təmin edəcəkdir. Lakin onu pozmağımıza bəndik ki, biz dərhal

sonsuz xoşagəlməz hadisələr zolağına düşürük. Həmin qanun deyir: həmişə elə

hərəkət et ki, başqasında özünün əhəmiyyət kəsb etdiyi ilə bağlı təəssürat

yaransın. Professor Con Dyüi demişdir: “Öz əhəmiyyətinin etiraf olunduğu ilə

bağlı ehtiraslı hiss insan təbiətinin ən dərin prinsipidir”. Mən artıq göstərmişəm

ki, məhz bu niyyət bizi heyvanlardan fərqləndirir, ona cavab olaraq meydana

çıxan sivilizasiyaya həyatı o verib.

Filosoflar insanlar arasında qarşılıqlı münasibətlərin qanunları üzərində min

illərlə düşünüblər və bütün bu dəllallıqlardan ortaya yalnız bir vacib prinsip

çıxarılıb. O, təzə deyildir. O, tarixin özü kimi qədimdir. İranda Zərdüşt ona əməl

etməyi öyrədirdi. Hələ 24 yüzillik əvvəl onu Çində Konfutsi bərqərar edirdi,

laoizmin banisi Lao-Tzı Xanya dərəsində öz şagirdlərinə bunu öyrədirdi. Budda

onu Məsihdən beş əsr əvvəl müqəddəs Qanqın sahillərində yayırdı. İnduizmin

müqəddəs kitabları insanlar arasında qarşılıqlı münasibətlərin qanunlarını İsa

Məsih bunu İudeyanın daşlı təpələrində yayandan min il əvvəl öyrədirdi.

İsa Məsih bunu dünyada ən vacib fikirdə cəmləşdirdi: “Adamların sizinlə

necə rəftar etməyini istəyərdinizsə, onlarla o cür də rəftar edin”.

Siz ünsiyyətdə olduğunuz adamlardan razılıq almaq istəyirsiniz? Siz istə-

yirsiniz ki, olduğunuz kimi qiymətləndiriləsiniz? Siz özünüzün kiçik dairənizdə

əhəmiyyət kəsb edən adam olmaq istəyirsiniz? Siz ucuz, yalançı, qulaq üçün xoş

mədhiyyə eşitmək istəmirsiniz, bunun yerinə əhəmiyyət kəsb etmənizin səmimi

etirafının həsrətindəsiniz? Siz istəyirsiniz ki, dostlarınız və işçiləriniz Çarlz Şvab

kimi “öz razılıqlarında səmimi və təriflərində səxavətli” olsunlar? Biz hamımız

bunu istəyirik.

Beləliklə, Qızıl qaydaya tabe olaq və insanlara özümüz üçün əldə etmək

istədiyimizi verək.

Necə? Nə vaxt? Harada? Cavab birdir! Həmişə və hər yerdə.

Məsələn, mən radiomərkəzdə bir işçidən Henri Sauvenin kabinetinin

nömrəsini soruşdum. Cavansayağı dəblə geyinmiş klerk özünün arayış vermək

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə