Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə35/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   31   32   33   34   35   36   37   38   ...   208

manerası ilə, görünür, fəxr edirdi. O, dəqiq və aydın tərzdə bildirdi: “Henri

Sauven (pauza), 18-ci mərtəbə (pauza), 1816-cı otaq”. Mən liftə tərəf

yönəlmişdim, lakin sonra qayıtdım və dedim: “Sizi mənim sualıma verdiyiniz

cavabın möhtəşəm üslubu ilə təbrik etmək istəyirəm. Cavab aydın və dəqiqdir və

siz bunu, sadəcə olaraq, artistliklə edirsiniz. Beləsi çox rast gəlmir”.

O, məmnunluqdan işıqlanaraq pauzaları nə üçün etdiyini və hər bir ifadəni

nə üçün başqa cür yox, məhz belə səsləndirdiyini mənə izah elədi. Mənim bir

neçə sözüm onu başını bir qədər də dikəltməyə məcbur etdi. Mən isə on

səkkizinci mərtəbəyə qalxa-qalxa belə hiss keçirirdim ki, insan sevincinin ümumi

cəminə bu gün kiçicik bir zərrə əlavə etdim.

İnsanın əhəmiyyət kəsb etməsini etiraf etmək fəlsəfəsini həyata keçirməyə

başlamaq üçün nə vaxtsa Fransaya səfir təyin ediləcəyinizi, yaxud “Elk-klub”da

dəniz sahilində qonaqlıqlar keçirilməsi komitəsinin sədri seçiləcəyinizi

gözləməyə lüzum yoxdur. Siz onun köməyi ilə hər gün möcüzələr yarada

bilərsiniz.

Məsələn, əgər ofisiant sizə sifariş etdiyiniz fransızca qızardılmış kartof

əvəzinə kartof püresi gətirirsə, gəlin deyək: “Narahat etdiyim üçün bağışlayın”...

“Siz mərhəmət göstərib”... “Siz zəhmət çəkib”... və s. – bu kiçik lütfkarlıqlar

gündəlik həyatın monoton işləyən mexanizmini yağ kimi yağlayır və hər şeydən

başqa, yaxşı tərbiyənin əlamətidir.

Gəlin başqa bir illüstrasiyanı götürək. Siz nə vaxtsa Holl Keynin “Xristian”,

“Hakim”, “Men adasından olan adam” kitablarını oxumusunuz? Onun romanlarını

milyonlarla adam oxuyur, milyonlarla. O, dəmirçi oğlu idi. Onun məktəb təhsili

səkkiz siniflə məhdudlaşmışdı, ancaq ölümü məqamında o, dünyanın nə vaxtsa

tanıdığı ən varlı ədib idi.

Onun tarixçəsi belədir: Holl Keyn sonetləri və balladaları sevirdi, o, Dante

Q.Rossettinin əsərlərinin hamısını, hərfi mənada, udmuşdu. O hətta onun qələmi

altından çıxan şedevrlərə tərif oxuduğu kiçik bir əsər də yazdı və onun surətini

Rossettinin özünə göndərdi. Rossetti heyran qalmışdı. “Mənim qabiliyyətlərimlə

bağlı bu qədər yüksək rəyi olan cavan oğlan, – deyə Rossetti, çox güman,

fikirləşmişdi, – özü gərək əsl ləl-cəvahir ola”. Beləliklə, Rossetti həmin dəmirçi

oğlunu yanına, Londona dəvət elədi və onu öz katibi etdi. Bu, Holl Keynin

həyatında dönüş nöqtəsi oldu, çünki öz yeni yerində o, tanınmış yazıçılarla hər

gün görüşməyə başladı. Onların məsləhətini, öyüd-nəsihətini alan və onların

dəstəyindən ilhamlanan Holl Keyn öz adını göyün yeddinci qatına qaldıran yazıçı

karyerasına başladı.

Onun Men adasının Qrib Kestldəki evi Yer kürəsinin hər yerindən gələn

turistlər üçün əsl Məkkə oldu və o, özündən sonra iki milyon beş yüz min dollar

həcmində varidat qoydu. Ancaq, kim bilir, o, heç kimin tanımadığı dilənçi kimi də

ölə bilərdi, əgər məşhur bir insanın qarşısında öz heyranlığını ifadə etdiyi esseni

yazmasaydı.

İnsanın səmimi-qəlbdən etiraf etməsinin heyrətamiz gücü bax

bu cürdür.

Rossetti özünü əhəmiyyət kəsb edən adam hesab edirdi. Bu, qəribə də deyil.

Demək olar, hər kəs özünün əhəmiyyətli və özü də çox əhəmiyyətli olduğunu

hesab edir.

downloaded from KitabYurdu.org



Bu, istənilən xalqda eynilə belədir.

Siz özünüzün yaponlar qarşısında üstünlüyünüzü hiss edirsinizmi? Ancaq

eynilə bu qədər də şübhə yoxdur ki, yapon sizin qarşınızda, sözsüz, üstün

olduğuna əmindir. Köhnə nəsildən olan yapon ağ adamla yapon xanımının rəqs

etdiyini görsə, cin atına minər.

Siz zənn edirsiniz ki, indusdan yüksəkdə durursunuz? Bu, sizin hüqu-

qunuzdur. Ancaq azı bir milyon indus sizin üzərinizdə elə bir həddi olmayan

üstünlük hiss edir ki, üstünə sizin kafir kölgənizin düşməsiylə murdarlanan

yeməyə heç əlini də vurmaz.

Siz özünüzün eskimoslar qarşısında üstünlüyünüzü hiss edirsiniz? Yenə də

bu, sizin ayrılmaz hüququnuzdur. Ancaq eskimosların sizin haqqınızda nə

düşündüklərini bilmək sizə, çətin ki, xoş gələcək. Eskimosların arasında

anadangəlmə avara, heç nəyə gərək olmayan avaralar, ümumiyyətlə, işləmək

istəməyənlər nadir hal deyil. Eskimoslar onları “ağ adamlar”, yəni onları son

dərəcə nifrət ifadə edən sözlərlə adlandırırlar.

Hər bir xalq başqa xalqlar qarşısında özünün üstün olduğuna əmindir.

Patriotik hisslər və müharibələr öz başlanğıcını bu əminlikdən götürür.

Mübahisəolunmaz həqiqət budur ki, rastlaşdığınız hər bir kəs nədəsə sizin

qarşınızda öz üstünlüyünü hiss edir. Və onun qəlbinə ən düzgün yol – ona incə

şəkildə anlatmaqdır ki, siz onun öz kiçik dünyasında əhəmiyyət kəsb etdiyini

etiraf edirsiniz və bu etiraf tamamilə səmimidir.

Emersonun sözlərini xatırlayın: “Rast gəldiyim hər bir adam hansısa bir

sahədə məni üstələyir və mən ondan öyrənməyə hazıram”.

Lakin bu təzahürün qəmli tərəfi bundan ibarətdir ki, hansısa bir insana

münasibətdə üstün olduğuna hamıdan az haqqı olan adi adamlar öz içində

özündən aşağıda olduqlarını hesab etdikləri kəslərə qarşı uyuşmazlıq hissini hər

vəchlə qızışdırmağa çalışır; özündən aşağıda olanlarla ünsiyyət faktının onları

alçaltdığını, bundan az qala ürəklərinin bulandığını büruzə verərək, bunu

hamının eşidəcəyi şəkildə xitablar və hisslərinin gur təzahürü ilə nümayiş

etdirirlər.

Şekspirin bunun haqqında dediyi kimi: “Məğrur insan, hətta xırda müvəqqəti

hakimiyyət verilmiş insan Tanrının göyləri qarşısında elə bir ağlasığmaz tamaşa

oynayır ki, mələkləri göz yaşları tökməyə məcbur edir”.

İşgüzar adamların – mənim kurslarımın dinləyicilərinin – mənimsədikləri

prinsipləri praktikada tətbiq etmələri və çox gözəl nəticələrə nail olduqları ilə

bağlı sizə üç əhvalat danışmaq istəyirəm. Gəlin birinci olaraq Konnektikutdan

olan vəkilin başına gələn hadisəni götürək. O, qohumlarına görə adının

çəkilməməsinə üstünlük verib.

Kurslara qəbul ediləndən bir qədər sonra cənab R. həyat yoldaşı ilə onun qo-

humlarına baş çəkmək üçün öz avtomobilində Lonq-Aylendə yollanmışdı. Ərini

öz qoca xalası ilə söhbət etməyə qoyub, qadın özünün nisbətən cavan

qohumlarıgilə gedir. Cənab R. isə qərara alır ki, məhz qoca xanım ilə söhbət

bundan bir qədər əvvəl kurslarda haqqında söhbət gedən etiraf etmək prinsipini

tətbiq eləmək üçün pis olmazdı. O, nəyi səmimi olaraq tərifləyə, nəyə heyran qala

biləcəyi barədə fikirləşə-fikirləşə ətrafa göz gəzdirdi.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə