3 0
qulaqları sivri, gözləri böyükdür. Sağa doğru getdi, amma siz yenə də, tələsin”.
Kelar tam çaşqınlıq içində bir anlığa donub-qaldı, sonra adamlarma işarə etdi və sağ tərəfdəki cığırla
üzüaşağı qaçdı. Qatırlarımız isə yoxuşu qalxmağa davam etdi. Maraqdan içimi gəmirirdim, amma Vilhelm
işarə ilə gözləməyimi və sual verməməyimi bildirdi. Doğrudan da, bir dəqiqədən sonra sevinc qışqırıqları
eşitdik, ardınca atın yüyənindən tutan rahiblər və xidmətçilər döngədə göründülər. Onlar çaşqınlıqla bizə
baxıb, yanımızdan ötüb-keçdilər və abbadığın darvazasından içəri girdilər. Düşünürəm ki, Vilhelm onların
baş verənləri danışmalarına vaxt vermək üçün miniyinin addımını qəsdən yavaşıtdı. Mən əvvəllər də
ustadımın hər sahədə fəzilət nümunəsi olduğunu görmüşdüm, yalnız bircə qüsuru vardı - fərasətini göstər-
dikdə çox qürrələnirdi. Onun incə, fəndgir ağlına bələd olduğumdan monastıra müdriklikdə şöhrət
qazanmış bir adam kimi girmək istədiyini anladım.
3 1
“İndi isə söyləyin, - daha dözməyib dedim, - bunu necə bildiniz?”
“Mənim mehriban Adsom, - ustadım cavab verdi, - səfərimiz boyunca dünyanın böyük bir kitab
kimi bizimlə söhbət edərkən, işlətdiyi əlamətləri tanımağı sənə öyrədirəm. Lilli Alan
41
deyirdi:
dünyadakı bütün məxluqat - bizim üçün sanki bir rəsm, kitab,
yaxud aynadır.
Və Tannnın xəlq etdikləri vasitəsilə ölümsüz həyatdan bizə söz etdiyini bildirən çoxlu sayda rəmzlər
olduğunu düşünürdü. Amma kainat, Alan hesab etdiyindən də söhbətcildir və yalnız uzaq şeylər (bunu
dumanlı şəkildə edər) haqqında deyil, ən yaxındakılar haqqında da danışır, həm də açıq-aşkar. Sənin bil-
məli olduğun şeyləri təkrarlamaqdan xəcalət çəkirəm. Yolayrıcında təzə qarın üstündə sol cığıra gedən at
dırnaqlarının izi aydın görünürdü. İzlər düzgün idi və bir-birindən eyni məsafədə yerləşirdi, dırnaqlar kiçik
və yumruydu. Atın dördnala getdiyi aydın idi. Beləcə atın cinsini və dəli kimi götürülməyib, sakitcə
getdiyini öyrəndim. Sonra. Şam ağaclarının təbii bir çardaq yaratdığı yerdə budaqlardan bir neçəsi
sınmışdı - həm də, kelara dediyim kimi, məhz beş fut hündürlüyündə. Sən yolayrıcında böyürtkənliyi
gördünmü? Burada at, gur tüklü quyruğunu yellədə-yellədə sağa dönmüş və qara rəngli uzun tüklərdən
bir neçəsi tikanlara ilişib qalmışdı... Nəhayət, o yolun zibilxanaya getdiyini bilmədiyini söyləməzsən. Axı
biz birlikdə dağın ətəyində, şərqdəki qüllədən axıb qarı çirklondirən tör-töküntünü gördük. Yolayrıcından
sağ tərəfə gedən cığır isə yalnız ora apara bilər”.
“Hə, - mən başımı tərpədib dedim, - amma kiçik baş, sivri qulaqlar, böyük gözlər...”
“Bunların belə olub-olmadığını bilmirəm. Amma rahiblərin buna inandıqlarına şübhəm yoxdur.
Sevilyalı İsidor
1
demişdir ki: “Yaxşı atın başı kiçik olmalı, dərisi tarım çəkilməlidir, qulaqları qısa və sivri,
gözləri böyük, bumu enli, boynu düz, yalı və quyruğu tüklü, nallanmış ayaqları yumru olmalıdır”. Əgər
mənim təsvir etdiyim at tövlədə ən yaxşı at olmasaydı, onu nəinki mehtərlərin, hətta kelar atanın da
axtardığını necə izah etmək olardı? Bir atın gözəl olduğunu hesab edən bir rahib, atın əslində necə
olduğuna diqqət etməyərək, onu yalnız təsvir edilən kimi görür. Xüsusən də əgər bu rahib, - bu zaman o,
mənə baxıb istehza ilə gülümsədi, - benediktçi alim olarsa”.
“Yaxşı, - mən dedim. - Bəs, nə üçün Kəhər?”
“Müqəddəs Ruh sənə ağıl ehsan etsin, oğul! - ustadım bərkdən dedi. - Əgər böyük Buridanın
42 43
özü
Parisdə rektor vəzifəsinə hazırlaşarkən nümunəvi at haqqında nitq söylədiyi zaman bundan yaxşı ləqəb
tapa bilmirsə, bəs bu at daha hansı başqa adı daşıya bilərdi?”
Ustadım belə idi. Təbiətin kitabını oxumağı bacarmaqla yanaşı, rahiblərin müqəddəs kitabları necə
oxuduqlarını və bu kitablar vasitəsilə necə düşündüklərini də bilirdi. Görəcəyimiz kimi, sonrakı günlərdə
bu qabiliyyət onun çox karına gələcəkdi. Vilhelmin dəlilləri mənə o qədər sadə göründü ki,
fəhmsizliyimdən ötrü xəcalət çəkmək əvəzinə, bu tapıntının iştirakçısı olduğumdan qürrələnirdim və
özüm özümü təbrik etməyə hazır idim. Həqiqətin gücü belədir, xeyirxahlıq kimi asanlıqla ürəyə yol tapır.
Mənə bu gözəl izahı bağışladığı üçün İsa Məsihin müqəddəs adına şükürlər olsun.
41
Lilli Alan (“Universal həkim”, 1128-1202) - orta əsrlərin görkəmli filosof və şairlərindən biri, benediktin (sistersianlı)
42
Sevilyalı İsidor (Hispalenli, 576-636) - ispan yepiskopu, görkəmli alim, siyasətə, fizikaya, tarixə və ilahiyyata aid əsərlərin müəllifi
43
Bııridan Jan (XIV əsr) - sxolast, Paris universitetinin rektoru, Okkamın tələbəsi, Aristotelin “Etika” əsərinə yazılmış şərhlərdən
birinin müəllifi, nominalizmin əsas nümayəndələrindən biri
3 2
Fəqət yoluna qayıt, ey mənim hekayəm, qocalmaqda olan bu rahib təfərrüatların üstündə çox dayanır!
Abbatlığın darvazasına yaxınlaşdığımızı, baş rahibin içi suyla dolu qızıl qab tutan iki gənc rahiblə birlikdə
bizi qarşıladığını, miniklərimizdən enincə baş rahibin Vilhelmin əllərini necə yuduğunu, sonra onu qucaq-
layıb ağzından öpərək xeyir-dua verdiyini, bu zaman keların məni qəbul etdiyini danış.
“Təşəkkür edirəm, Abbone, - dedi Vilhelm, - Zati alilərinizin məşhur dağların arasında yerləşən
monastırına ayaq basmaq, mənim üçün böyük bir sevincdir. İsa Məsih adına bir züvvar olaraq gəlmişəm,
belə olduğum üçün siz də mənə çox ehtiramlar göstərdiniz. Sizə verəcəyim bu məktubda göstərildiyi kimi,
eyni zamanda, yer üzündəki hökmdarımızın adından da buradayam. Məni yaxşı qarşıladığınız üçün onun
adından da sizə minnətdarlığımı bildirmək istəyirəm”.
Abbat imperatorluq möhürünü daşıyan məktubu aldı və Vilhelmin gəlişini rahib qardaşlarından
öyrəndiyini dedi (“bu bir daha sübut edir ki, bir benediktin rahibini hazırlıqsız yaxalamaq olmaz” deyə
qürurla düşündüm). Sonra mehtərlər qatırlarımızı apararkən, baş rahib otaqlarımızı bizə göstərməyi kelara
tapşırdı. Bunun ardından dincəldikdən sonra bizi ziyarət edəcəyini vəd etdi; beləcə, dağ doruğunu kəsən
kasaşəkilli çökəkliyi yumşaq otları ilə örtmüş, dörd bir yanına monastır tikililərinin yayıldığı bir düzənliyə
girdik.
Abbatlığın daxilini təfərrüatı ilə təsvir etməyə bir neçə dəfə imkanım olacaqdır. Daş divarlardakı tək
açıq yer olan darvazadan sonra, iki tərəfinə də ağaclar əkilmiş yol monastır kilsəsinə aparırdı. Yolun
solunda tərəvəz ləkləri vardı, onların arxasında isə, mənə sonralar izah etdikləri kimi, iki tikilini - demək
olar ki, divar boyunca tikilmiş hamamxananı və qurudulmuş bitkilərin də saxlandığı xəstəxanam
gözlərdən gizlədən gül bağçası uzanırdı. Geridə, kilsənin solunda, məzarlar olan sahə ilə kilsədən ayrılan
Bina yüksəlirdi. Kilsənin şimal qapısı Binanın cənub qülləsinə baxırdı, monastıra gələn ziyarətçilərin
gözünə ilk olaraq Binanın qərb qülləsi çarpırdı. Sol tərəfdə Binanın divarları monastırın hasarı ilə birləşir,
başqa qüllələr isə uçurumun
kənarında ucalırdı. Ən uzaqdakı şimal qülləsi isə çətinliklə görünürdü. Kilsənin sağında və arxasında
başqa tikililər vardı: şübhəsiz ki, abbatın evi, yataqxanalar və gözəl bir meyvə bağını keçdikdən sonra
Vilhelmlə birlikdə getdiyimiz zəvvar müsafirxanası. Yolun sağında, çəmənliyin ən ucqar tərəfində,
cənub divarları boyunca və kilsənin arxasından şərqə doğru uzanan çoxlu tikili vardı: tövlələr,
dəyirmanlar, yağxanalar, anbarlar, zirzəmilər və zənnimcə, rahibliyə hazırlaşan yeniyetmələr üçün olan
tikili. Əhəmiyyətsiz dərəcədə dalğalı olan sahənin düzlüyü qədim çağlarda bu müqəddəs binanı tikənlər
üçün tikililərin yerləşdirilməsi ilə bağlı istənilən qaydalara Avqustodunlu Honoriyin, yaxud Dyuranlı
Vilhelmin tələb etdiklərindən də daha yaxşı riayət etmək şəraiti yaratmışdı. Günün bu saatında günəş
şüalarına baxaraq giriş darvazasının tam qərbə tərəf açıldığının, xor və mehrabın şərqə tərəf baxdığının
fərqinə vardım. Beləcə, şəfəq şüaları öncə yataqxanalardakı rahibləri və tövlələrdəki heyvanları
yuxudan oyadırdı. Çox sonralar San-Qallonu, Klyunini, Fontenanı və daha böyük, amma daha az tikilisi
olan başqa monastırları da gördüm; amma bundan gözəl və bundan uyğun bir abbatlığa rast gəlmədim.
Onu başqa abbatlıqlardan xüsusilə fərqləndirən, Binanınfövqəladə böyüklüyü idi. Mən heç zaman
bənna olmamışam, amma bu Binanın ətrafındakı başqa tikililərdən daha qədim olduğunu dərhal
anladım. Bəlkə də əvvəlcə tamamilə başqa məqsədlərlə tikilmişdi, daha sonralar kilsə ilə Bina bir-birinə
uyğun olan ölçüdə, bütün tikililər isə onun çevrəsində qurulmuşdu. Çünki memarlıq bütün sənətlər
arasında qədim insanların kosmos, yəni “bəzədilmiş” adlandırdıqları, öz üzvlərinin mükəmməlliyi və