Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə92/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   87   88   89   90   91   92   93   94   95

Ki̇fayət  Ağayeva
282
belə davam edirdi, “mənim müşahidəm... şəhər ətrafında məskun-
laşmış yəhudi ailələrin həyatı haqqında apardığım araşdırmalardan 
bu nəticəyə gəlirəm... bütün böyük qərarları kişi, qalan xirda-xu-
ruş qərarları isə qadın verir”. Böyük qərar deyəndə... müharibə və 
sülh, sputnik və sateliti nəzərdə tuturam. Kiçik qərarlar deyəndə: 
uşaq böyütmək, onlar üçün məktəb seçmək, hansı sinoqoqa gedib 
dua etmək, hansı tərəfə köçüb yaşamaq və hansı evi almaq kimi 
məsələləri nəzərdə tuturam.
 Yəhudi qadın yeni mövqeyə sahib olur ... Beləliklə, o tama-
milə biznes işlərinə cəlb olunur ...  ər, ümumiyyətlə, evdə-ailədə 
dini və mədəni məsələlərə az diqqət edir. Ərin uğursuzluğu onun 
həyat yoldaşının yeni uğurlu statusuna gətirib çıxardı.
Məlum  olduğu  kimi,  boşanma,  kəbinsiz  ailə  qurmaq  kimi 
məsələlər yəhudilər üçün qəbulolunmaz haldır, elə Amerika yə-
hudiləri  də  harada  yaşamalarından  asılı  olmayaraq,  bu  ənənəni 
qoruyub saxlamağa çalışırlar, lakin son dövrlərdə amerikalı yə-
hudilər arasında təkvalideynli ailələrə də rast gəlmək olur. Artıq 
amerikalı  yəhudilərin  də  arasında  iki  valideyni  ilə  birlikdə  bö-
yüməyən uşaqlara təsadüf olunur və onların faizi son onilliklərdə 
yüksəlir. Ailə modellərində dəyişikliklər gözə dəyir (S.B. Fish-
man, 1994 :34).  
Şübhəsiz ki, yəhudi ailələrin yeni ailə modeli ikili karyeralı 
ailələrin inkişafı sayəsində olmuşdur. Son dövrlərdə ailəli olub iş-
ləyən qadınların faizi çox yüksəlmişdir. “Bu gün yəhudi qadınların 
karyera göstəricisi əvvəlki illərlə müqayisədə çox artmışdır. Hətta 
körpə uşaqları olan yəhudi qadınların arasında da işləyənlər çox-
dur. Bostonda, Baltimorda, San Fransiskoda və Vaşinqtonda körpə 
uşağı olan hər beş nəfər yəhudi qadından üçü işləyir”. Məsələn, 
1970-ci ildə professional potensialı olan 24 % qadın işləyirdisə, 
1990-cı ildə bu rəqəm artıq 44 %-ə çatmışdı (Yenə orada, s.17).
Məlum  olduğu  kimi,  yəhudi  ailələrində  məişət  zorakılığı, 
uşaqların seksual zorakılığa məruz qalma halları qəbuledilməz-
dir. Təəssüf ki, miqrant yəhudi ailələrində belə xoşagəlməz hal-


ABŞ-da gender m
əsələləri
283
lara tez-tez də olmasa, arabir təsadüf edilir. 1990-cı ildə “Yəhudi 
ailələrində cinsi istismara qarşıyıq” adlı bir məqalə dərc olundu 
və bununla, yəhudi ailələrində zorakılıq yoxdur mifinə son qoyul-
du. Amerikada yaşayan 161 yəhudi qadından alınan məlumatlar 
bu mifi təsdiqləmədi və bu da cəmiyyətdə böyük rezonansa səbəb 
oldu (Sharon R. Lowenstein,1990).  
Son dövrlərdə ailənin məqsəd və funksiyalarında mədəniyyət 
və irsin ötürülməsində gedən dəyişikliklər yəhudi identifikasiya-
sına da təsir etmişdir. 
S. Beym qeyd edir ki, XX əsrin ortalarında yuxarıdakı vəzifə 
yəhudi  məktəblərinə  həvalə  olundu.  “Biz  bu  gün  yəhudi  mək-
təblərindən təkcə yaxşı təhsil verməyi gözləmirik, biz onlardan 
yəhudi  identifikasiyasını  və  yəhudi  həssaslığını  uşaqlara  təlqin 
etməyi də gözləyirik. Əgər yəhudi ailələri ilə məktəblər arasında 
əməkdaşlıqda qüsur olarsa, yəhudi ailələrində də qüsur olacaq-
dır” (S. Bayme, 1989). 
Bununla da, Amerikada yaşayan yəhüdi qadınların timsalın-
da multikulturalizmin pozitiv xüsusiyyətlərindən ən çox yararla-
nan uğurlu miqrant qadınların həyat tərzi ilə tanış olduq. Ameri-
kada yaşayan yəhudi qadınların uğurunda orada yaşayan yəhudi 
kişilərin rolu danılmazdır. Bu gün dünyada hegemon millət kimi 
formalaşan yəhudi millətindən olan qadınların bu uğurlu inteq-
rasiya təcrübəsi, təəssüf ki, digər miqrant qadınlar üçün hələ də 
arzu olaraq qalır.  
ABŞ-da  etno-mədəni  dəyərlərin  nəsillərə  ötürülməsində 
dərsliklərin rolu. Multikulturalizm amili o qədər güclü amildir 
ki, onu cəmiyyətin bütün qurumlarının inkişafı üçün əsas götür-
mək lazımdır. Hətta ən aşağı siniflərin tədris sistemində, xüsusilə 
də, dərsliklərin tərtibatında multikulturalizm amili nəzərə alınma-
lıdır. Məktəblərin dərs proqramına milli azlıqların tarix, ədəbiy-
yat, coğrafiyasına bu vacib elementi daxil etmək vacibdir, çünki 
bu həmin məktəbdə təhsil alan milli azlığın nümayəndəsinə öz 
mədəniyyəti  ilə  tanış  olmaq  imkanı  verir. ABŞ-da  yaşayan  14-


Ki̇fayət  Ağayeva
284
24 yaş arası 46 milyon gənc əhali müxtəlif xalqların nümayən-
dələridir (Terese M. Volk, 2004:160). 2009-cu və 2010-cu illərdə 
Texasda dövlət kurikulum komitəsi azlıqların tələblərini yerinə 
yetirməkdən ötrü dərsliklərdə bir neçə dəfə dəyişiklik etmişdir.
ABŞ məktəblərin istifadə etdikləri dərsliklərdə, xüsusilə də 
tarix  kitablarında  “mədəniyyət  müharibələri”  olur.  1980-90-cı 
illərdə milli identifikasiya gündəmdən düşməyən bir mövzu idi 
və  bu  barədə  gedən  qızğın  debatlar  gündəmi  zəbt  etmişdi.  11 
sentyabr 2001-ci il hadisəsindən sonra bu problemlər daha kəs-
kin  xarakter  aldı.  Dərsliklər  Amerika  milli  identifikasiyasının 
konsensual  görüşünü  özündə  tam  əks  etdirmirdi.  “Mədəniyyət 
müharibələri”ni  dayandırmaqdan  ötrü  təcili  tədbirlərə  zərurət 
var idi və bu problemləri kökündən həll etmək lazım idi, qalan 
dünyanın, yəni dominant olmayan xalqların tarixini də Amerika 
məktəblərin dərsliklərinə daxil edilməsinə böyük ehtiyac var idi. 
Proqressiv  multikulturalistlər  çoxşaxəli  baxışları  özündə  ehtiva 
edən tədrisin tərəfdarı idilər və onlar ABŞ-da yaşayan, irqindən, 
dinindən, milliyyətindən asılı olmayaraq, onun tarixində mükəm-
məl izi olan böyük insanların həyat və fəaliyyətini bu dərsliklərə 
daxil olmasının vəkilliyini edirdilər. Düzdür, çoxsaylı konserva-
tiv düşüncəli insanlar bunun əleyhinə çıxış etdilər və multikultu-
ralistləri terrorçuları dəstəkləməkdə günahlandırdılar. Proqressiv 
multikulturalist təhsil adamları onları fundamental terrorçularla 
sülhsevər  Amerika  müsəlmanlarını  qarışdırmamağa  çağırdılar 
(“Aftermath: America’s educators reflect on the impact of Sep-
tember 11”, 2001). 

Bəzi nüfuzlu mühafizəkarlar bu yanaşmanı yersiz hesab et-
dilər və təkid etdilər ki, tarix vətənpərvərliyi, birliyi və daha uzaq 
keçmişin  qəhrəmanlarını,  eləcə  də  9/11  hadisəsini  olduğu  kimi 
təqdim  etsin  (Lynne  Cheney,  2001).  Bu  mühafizəkarlara  görə 
dərsliklərdə  Amerika  dəyərlərinin  üstünlüyü  təlqin  edilməlidir 
və yalnız Amerika cəmiyyəti öyrədilməlidir. Lakin multikultura-
listlər tələb edirdilər ki, 9/11 hadisəsi düzgün şəkildə dərsliklərə 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə