31
bizim dövrümüzə məhz tarixi mənbələr sayəsində gəlib çatmış-
dır. Tarixi metod yoluxucu xəstəliklərin təkamülü haqqında fikir
yürütməyə də imkan verir.
Statistik metod. Başqa elmlərdə olduğu kimi, epidemio lo-
giyada da geniş istifadə edilir. Statistik müayinə metodu xəs tə lər-
dən yığılmış ilkin məlumatlarla başlanır (məs.: ocağın epidemio-
loji müayinə kartası; təcili bildiriş vərəqəsi). Ocaqlarda m ü a yinə
apararkən və ya epidemiyanı təhlil edərkən toplanan mə lumatlar
cədvəllərdə cəmlənir və statistik üsullarla işlənir. Epide mi o-
logiyada çox vaxt sadə statistik üsullardan istifadə olunur. Əsas
etibarilə xəstələnmə, ölüm, letallıq göstəriciləri hesablanır və
o nların vasitəsilə xəs tələnmənin operativ və retrospektiv təh li li
aparılır.
Mikrobiolojimetod. Müasir dövrdə mikrobioloji müayinə m e-
todundan nəinki yoluxucu xəstəliklərin etiologiyasının təyin edil-
məsində, həm də törədicinin yoluxmuş orqanizmdən ifraz e dil məsi
yollarını, xaric edilməsinin vaxtını və şiddətini, törədi ci lərin xarici
mühitdə davamlılığını və s. müəyyən etmək üçün i s tifadə olunur.
Bu zaman bir çox epidemioloji məsələlər (infeksiya mənbəyinin
rolu, törədicinin yoluxma mexanizmi və s.) öyrənilir.
İmmunoloji metod. Müasir epidemiologiyada geniş istifadə
edilən immunoloji müayinələrin əsas məqsədi əhalinin müxtəlif
y o lu xucu xəstəliklərə qarşı immunitetinin vəziyyətini, eləcə də
im munoloji amillərin epidemik prosesdə əhəmiyyətini açıqla-
maqdan ibarətdir. Bundan başqa, bu müayinələrin (başlıca ola-
raq seroloji) köməyi ilə peyvənd edilmiş kollektivlər arasında
immunitetin səviyyəsi və vaksinasiyanın effektivliyi öyrənilir.
Eksperimental metod (eksperimental epidemiologiya). Epi-
demiologiyanın ən mürəkkəb məsələlərinin həllində istifadə olu-
nur. Müasir dövrdə peyvənd preparatlarının, immunoqlo bu lin lərin,
dezinfeksiya, deratizasiya maddələrinin keyfiyyəti, y o lu xucu xəs-
tə lik törədicilərinin virulentliyi və s. eksperimental metodun vasi-
tə silə təyin edilir.
Eksperimentdə müşahidədən fərqli olaraq, hadisə (onun his-
sələri) süni yaradılır və ya təbii prosesin gedişinə süni şəkildə
m ü daxilə olunur.
32
Epidemiologiyada eksperiment dedikdə fərdin öyrənilən pro-
se sə süni müdaxilə edilməsi başa düşülür. Təbii şəraitdə həyat özü
müəyyən edir: kim amillərin təsirinə məruz qalır, kim yox.
Tədqiqatçının vəzifəsi ondan ibarətdir ki, bu əlamətə görə fərqi
gör sün və nəticəni fərqləndirsin. Eksperimental tədqiqat za manı
isə tədqiqatçı özü müəyyən edir: kim amillərin təsirinə məruz
qalır, kim yox. Epidemiologiyada tətbiq olunan eksperimental
müa yinənin müxtəlif variantları vardır: nəzarət olunan epidemi-
oloji eksperiment, nəzarət olunmayan epidemioloji eksperiment,
təbii eksperiment, epidemik prosesin fiziki modelləşdirilməsi,
eks perimentin epizotologiyası.
V.D.Belyakov (1989) epidemioloji metodu yenidən işləyə rək
aşağıdakı hissələrə bölmüşdür:
1. Epidemiolojimüayinəmetodu – məkan və zaman daxilində
xəs tələn mənin paylanmasının təhlilinə əsaslanan metodik üsulla-
rın cəmidir. Bu, profilaktik və əksepidemik tədbirlərin aydınlaş-
dırıl ması və xəstəliyin əmələ gəlməsi mexanizmini müəyyən e t-
mək üçün əvəzedilməz metoddur. Əsas məqsəd xəstəliklərin
pro fi lak ti ka sına dair həyata keçirilən tədbirlərin elmi cəhətdən
əsaslan dı rılması və onların effektivliyinin qiymətləndirilməsidir.
Epidemioloji metodun təcrübi səhiyyədə istifadə edilməsinə epi-
demioloji diaqnostika deyilir.
2. Təsviri-qiymətləndiricimetod aşağıdakıları nəzərdə tutur:
a) ilkin məlumatların toplanması – ilkin məlumatların qey diy-
yatı, hesabat məlumatları, götürülən nümunələrin müa yinələrinin
nəticələri əsasında aparılır;
b) statistik göstəricilərin hesablanması – bu zaman ümumi
qəbul edilmiş statistik göstəricilərdən istifadə olunur;
c) müxtəlif nozoloji formalarla xəstələnmənin təhlili nəti cə-
sin də meydana çıxan problemlərin qiymətləndirilməsi (ölüm s ə-
bəb lərinin araşdırılması, xəstələnmə, ölüm, əmək fəaliyyətinin
m ü vəqqəti itirilməsi, əlillik, iqtisadi zərər və s.);
d) hirpotezin yaranması.
33
Epidemioloji metodun mahiyyəti
Epidemioloji müayinə metoduna epidemiologiyaya xas olan
spesifik müayinə üsulları daxildir:
– Epidemioloji müayinə (epidemiological survey) əhalinin fi -
ziki inkişafını, ölüm göstəricisini, xəstələnmə göstəricisini, m ə i -
şət və əmək şəraitini öyrənmək üçün aparılır;
– Epidemioloji müayinə xəstəliyin yayılma dərəcəsinin, inki-
şaf qanunauyğunluqlarının və baş verən xəstəlik hallarının rast
gəl mə tezliyinin aydınlaşdırmasına istiqamətlənmişdir.
Epidemioloji müşahidə (epidemiological surveillance) xəs tə lən-
mə nin yayılması və inkişaf meyli üzərində aparılır və mə lumatın
sistemli toplanmasını, ölüm və xəstələnmə göstəriciləri haqqında və
digər vacib məlumatların qiymətləndirilməsini nə zərdə tutur və epi-
demioloji eksperimentin qoyulması vasitəsilə hə yata keçirilir. Digər
elm sahələrində (laborator, entomoloji, meteoroloji və s.) əldə edilən
b i liklərdən epidemioloji məqsədlər üçün istifadə edir.
Epidemioloji metod – məkan və zaman daxilində xə s tə lik lə-
rin yayılmasının xüsusiyyətlərinin təhlilinə əsaslanmış, xəs-
tələnmənin formalaşması mexanizmlərini, səbəblərini, şərait lə ri,
o n ların profilaktikasının problemlərini aşkar etmək üçün nəzərdə
tutulmuş metodik yanaşmaların cəmi olub, xəstəliklərin profilak-
tikasına dair tədbirlərin əsaslandırılması və onların səmə rə li li yi-
nin qiymətləndirilməsi məqsədilə tətbiq edilir.
Epidemioloji diaqnostika – məlumatların epidemioloji təhlili
və sintezi olub, epidemioloji metodun üzvi komponenti sayılır.
Klinik diaqnoz – ayrılıqda hər bir xəstənin xəstəliyinin mahiy-
yə ti barəsində həkimin rəyidir.
Epidemiologiyada işlədilən anlayışlar və terminlər
Antropogen amillər – insanın fəaliyyəti nəticəsində törənən
amillər olub, biosenotik əlaqələrin pozulmasına gətirib çıxarır.
İnfeksiya – makro- və mikroorqanizmin qarşılıqlı əlaqə sinin
mürəkkəb patofizioloji prosesi olub, geniş diapazonda dəyişir,
simptomsuz törədicigəzdirənlikdən yoluxucu xəstəliyin ağır for-
Dostları ilə paylaş: |