Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə10/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   6   7   8   9   10   11   12   13   ...   234

31

bizim dövrümüzə məhz tarixi mənbələr sayəsində gəlib çatmış-

dır. Tarixi metod yoluxucu xəstəliklərin təkamülü haqqında fikir 

yürütməyə də imkan verir.



Statistik metod.  Başqa  elmlərdə  olduğu  kimi,  epidemio lo-

giyada da geniş istifadə edilir. Statistik müayinə metodu xəs tə lər-

dən yığılmış ilkin məlumatlarla başlanır (məs.: ocağın epidemio-

loji müayinə kartası; təcili bildiriş vərəqəsi). Ocaqlarda m ü a   yinə 

apararkən və ya epidemiyanı təhlil edərkən toplanan mə  lumatlar 

cədvəllərdə  cəmlənir  və  statistik  üsullarla  işlənir.  Epide mi o-

logiyada çox vaxt sadə statistik üsullardan istifadə olunur. Əsas 

etibarilə  xəstələnmə,  ölüm,   letallıq  göstəriciləri  hesablanır  və 

o nların  vasitəsilə  xəs tələnmənin  operativ  və  retrospektiv  təh li li 

aparılır.



Mikrobiolojimetod. Müasir dövrdə mikrobioloji müayinə m e-

todundan nəinki yoluxucu xəstəliklərin etiologiyasının təyin edil-

məsində, həm də törədicinin yoluxmuş orqanizmdən ifraz e dil məsi 

yollarını, xaric edilməsinin vaxtını və şiddətini, törədi ci lərin xarici 

mühitdə davamlılığını və s. müəyyən etmək üçün i s tifadə olunur. 

Bu  zaman  bir  çox  epidemioloji  məsələlər  (infeksiya  mənbəyinin 

rolu, törədicinin yoluxma mexanizmi və s.) öyrənilir.

İmmunoloji metod.  Müasir  epidemiologiyada  geniş  istifadə 

edilən immunoloji müayinələrin əsas məqsədi əhalinin müxtəlif 

y o lu xucu  xəstəliklərə  qarşı  immunitetinin  vəziyyətini,  eləcə  də 

im munoloji  amillərin  epidemik  prosesdə  əhəmiyyətini  açıqla-

maqdan ibarətdir. Bundan başqa, bu müayinələrin (başlıca ola-

raq  seroloji)  köməyi  ilə  peyvənd  edilmiş  kollektivlər  arasında 

immunitetin səviyyəsi və vaksinasiyanın effektivliyi öyrənilir.

Eksperimental metod (eksperimental epidemiologiya). Epi-

demiologiyanın ən mürəkkəb məsələlərinin həllində istifadə olu-

nur. Müasir dövrdə peyvənd preparatlarının, immunoqlo bu lin lərin, 

dezinfeksiya, deratizasiya maddələrinin keyfiyyəti, y o lu xucu xəs-

tə lik törədicilərinin virulentliyi və s. eksperimental metodun vasi-

tə silə təyin edilir.

Eksperimentdə müşahidədən fərqli olaraq, hadisə (onun his-

sələri)  süni  yaradılır  və  ya  təbii  prosesin  gedişinə  süni  şəkildə 

m ü daxilə olunur.



32

Epidemiologiyada eksperiment dedikdə fərdin öyrənilən pro-

se sə süni müdaxilə edilməsi başa düşülür. Təbii şəraitdə həyat özü 

müəyyən  edir:  kim  amillərin  təsirinə  məruz  qalır,  kim  yox. 

Tədqiqatçının vəzifəsi ondan ibarətdir ki, bu əlamətə görə fərqi 

gör sün və nəticəni fərqləndirsin. Eksperimental tədqiqat za manı 

isə  tədqiqatçı  özü  müəyyən  edir:  kim  amillərin  təsirinə  məruz 

qalır,  kim  yox.  Epidemiologiyada  tətbiq  olunan  eksperimental 

müa yinənin müxtəlif variantları vardır: nəzarət olunan epidemi-

oloji eksperiment, nəzarət olunmayan epidemioloji eksperiment, 

təbii  eksperiment,  epidemik  prosesin  fiziki  modelləşdirilməsi, 

eks perimentin epizotologiyası.

V.D.Belyakov (1989) epidemioloji metodu yenidən işləyə rək 

aşağıdakı hissələrə bölmüşdür:

1. Epidemiolojimüayinəmetodu – məkan və zaman daxilində 

xəs tələn mənin paylanmasının təhlilinə əsaslanan metodik üsulla-

rın cəmidir. Bu, profilaktik və əksepidemik tədbirlərin aydınlaş-

dırıl ması və xəstəliyin əmələ gəlməsi mexanizmini müəyyən e t-

mək  üçün  əvəzedilməz  metoddur.  Əsas  məqsəd  xəstəliklərin 

pro  fi  lak ti ka sına  dair  həyata  keçirilən  tədbirlərin  elmi  cəhətdən 

əsaslan dı rılması və onların effektivliyinin qiymətləndirilməsidir. 

Epidemioloji metodun təcrübi səhiyyədə istifadə edilməsinə epi-

demioloji diaqnostika deyilir.

2. Təsviri-qiymətləndiricimetod aşağıdakıları nəzərdə tutur:

a) ilkin məlumatların toplanması – ilkin məlumatların qey diy-

yatı, hesabat məlumatları, götürülən nümunələrin müa yinələrinin 

nəticələri əsasında aparılır; 

b)  statistik  göstəricilərin  hesablanması  –  bu  zaman  ümumi 

qəbul edilmiş statistik göstəricilərdən istifadə olunur;

c) müxtəlif nozoloji formalarla xəstələnmənin təhlili nəti cə-

sin də meydana çıxan problemlərin qiymətləndirilməsi (ölüm s ə-

bəb lərinin  araşdırılması,  xəstələnmə,  ölüm,  əmək  fəaliyyətinin 

m ü vəqqəti itirilməsi, əlillik, iqtisadi zərər və s.);

d) hirpotezin yaranması. 




33

Epidemioloji metodun mahiyyəti

Epidemioloji müayinə metoduna epidemiologiyaya xas olan 

spesifik müayinə üsulları daxildir:

– Epidemioloji müayinə (epidemiological survey) əhalinin fi -

ziki inkişafını, ölüm göstəricisini, xəstələnmə göstəricisini, m ə i -

şət və əmək şəraitini öyrənmək üçün aparılır;

– Epidemioloji müayinə xəstəliyin yayılma dərəcəsinin, inki-

şaf qanunauyğunluqlarının və baş verən xəstəlik hallarının rast 

gəl mə tezliyinin aydınlaşdırmasına istiqamətlənmişdir.

Epidemioloji müşahidə (epidemiological surveillance) xəs tə lən-

mə nin  yayılması  və  inkişaf  meyli  üzərində  aparılır  və  mə lumatın 

sistemli toplanmasını, ölüm və xəstələnmə göstəriciləri haqqında və 

digər vacib məlumatların qiymətləndirilməsini nə zərdə tutur və epi-

demioloji eksperimentin qoyulması vasitəsilə hə yata keçirilir. Digər 

elm sahələrində (laborator, entomoloji, meteoroloji və s.) əldə edilən 

b i liklərdən epidemioloji məqsədlər üçün istifadə edir.



Epidemioloji metod – məkan və zaman daxilində xə s tə lik lə-

rin  yayılmasının  xüsusiyyətlərinin  təhlilinə  əsaslanmış,  xəs-

tələnmənin formalaşması mexanizmlərini, səbəblərini, şərait lə ri, 

o n ların profilaktikasının problemlərini aşkar etmək üçün nəzərdə 

tutulmuş metodik yanaşmaların cəmi olub, xəstəliklərin profilak-

tikasına dair tədbirlərin əsaslandırılması və onların səmə rə li li yi-

nin qiymətləndirilməsi məqsədilə tətbiq edilir. 

 Epidemioloji diaqnostika – məlumatların epidemioloji təhlili 

və sintezi olub, epidemioloji metodun üzvi komponenti sayılır. 

Klinik diaqnoz – ayrılıqda hər bir xəstənin xəstəliyinin mahiy-

yə ti barəsində həkimin rəyidir. 

Epidemiologiyada işlədilən anlayışlar və terminlər

Antropogen amillər – insanın fəaliyyəti nəticəsində törənən 

amillər olub, biosenotik əlaqələrin pozulmasına gətirib çıxarır.



İnfeksiya – makro- və mikroorqanizmin qarşılıqlı əlaqə sinin 

mürəkkəb  patofizioloji  prosesi  olub,  geniş  diapazonda  dəyişir, 

simptomsuz törədicigəzdirənlikdən yoluxucu xəstəliyin ağır for-



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə