Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə13/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   9   10   11   12   13   14   15   16   ...   234

40

Bu  və  ya  digər  törədici  növünün  ləğvinə  səbəb  olan  mexa-

nizm 2 yolla təsir göstərir:

- xarici şəraitin yüksək sürətlə və intensivliklə baş verən də yiş-

məsi növün dəyişən şəraitdə adaptasiya qabiliyyətinə üstün gəlir;

- növün birbaşa məhvinə gətirib çıxarır.

Yoluxucu xəstəliklərlə mübarizə və onların ləğv edilməsi ü z rə 

keçmişdə müxtəlif cəhdlər göstərilmişdir:

- I və II əsrlərdə Avropada cüzamlı xəstələr üçün lazaretlər y a-

ra dılmışdır;

- XV əsrdə ingilis tərləmə qızdırmasına qarşı mübarizə apa-

rılmışdır;

- 1884-cü ildə Rusiyada manqo ilə mübarizəyə dair qanunve-

ricilik aktları qəbul olunmuşdur;

- Danimarkada 1893-cü və 1939-cu ildə səpgili yatalaq və q  a-

y ı dan yatalağa qarşı mübarizə həyata keçirilmişdir;

- XX əsrin 20-ci illərində Mərkəzi və cənubi Amerikada sarı 

qız               dırmaya qarşı mübarizə aparılmışdır;

- 1932-ci ildə SSRİ-də drakunkulyoza qarşı mübarizə və onun 

ləğv edilməsi planı işlənib hazırlanmış və müvəffəqiyyətlə həyata 

keçi rilmişdir;

- 1955-ci ildə ÜST tərəfindən dünya üzrə malyariyanın ləğv 

edilməsi proqramı qəbul olunmuşdur;

- 1958-ci ildə ÜST tərəfindən dünyada təbii çiçəyin ləğv edil-

məsi proqramı qəbul olunmuş və onun müvəffəqiyyətlə həyata k e-

çi rilməsi  sayəsində  1980-ci  ildə  xəstəlik  qlobal  miqyasda  ləğv 

edilmişdir.

Müasir şəraitdə ÜST bir sıra xəstəliklərlə mübarizə və onla-

rın ləğvi proqramını irəli sürmüşdür:

- poliomielitin ləğvi;

- qızılcanın ləğvi;

- difteriyanın ləğvi;

- malyariya ilə mübarizənin gücləndirilməsi və s.



41

Qeyri-infeksion xəstəliklərin epidemiologiyası (QİXE)

Son illər bütün xəstəliklərin populyasiya səviyyəsində öyrənil-

məsinin  ümumi  prinsipləri  və  metodiki  əsasları  işlənib  hazır lan-

mışdır. Bu məqsədlə epidemiologiya terminindən geniş isti fadə o l u -

nur.  Bakterioloji  kəşflərdən  sonra  bir  əsrlik  inkişaf  dövründə 

e p i   de miologiya – epidemik prosesin qanunauy ğunluq larını ö y rə-

nən bir elm kimi formalaşmışdır.

İ.S.Bezdenejnı  tərəfindən  epidemiologiyaya  belə  tərif  veril-

miş dir: “Epidemiologiya – tibb elminin müstəqil sahəsi olub, i n-

san cəmiyyə tində yoluxucu xəstəliklərin baş verməsi, yayılması 

qanuna uyğun luqlarını  öyrənməklə  yanaşı,  bu  xəstəliklərə  qarşı 

mübarizə və profilaktika tədbirlərini həyata keçirir”.

Profilaktikanın sərhədlərinin infeksion patologiyanın sər həd-

lə rindən kənara çıxması nəticəsində nəinki təkcə infeksion, həm 

də qeyri-infeksion xəstəliklərin öyrənilməsində populyasion y a-

naş  manın  tətbiqi  nəticəsində  “Qeyri-infeksion  epidemiologiya 

a n layışı”  meydana  gəlmişdir.  Bu  proqressiv  istiqamətin  inkişa-

fının  ilk  dövrlərində  hesab  edilirdi  ki,  burada  epidemiologiya 

termininin işlədilməsi yersizdir. Çünki epidemiologiya yoluxucu 

(parazitar) xəstəliklərin əmələ gəlməsi, yayılması və sönməsi q a-

nu  nauyğunluqları  haqqında  elmdir.  Qeyri-infeksion  xəs   təlik lərin 

epidemiologiyası isə somatik, qeyri-infeksion mən şəli kütləvi y a-

yılan xəstəlikləri epidemioloji müayinə metodu vasitəsilə öy rənir. 

Hazırda  bu  istiqamət  sürətlə  inkişaf  etmək dədir  və  yo lu xu cu 

xəstəliklərin epidemiologiyası ilə yanaşı, qey ri- infeksion xəs tə-

liklərin epidemiologiyası (QİXE) anlayışı tət biq olunur. 

QİXE-nin predmeti – epidemik xarakter daşıyan və həm mü -

əy yən bioloji tibbi amillərdən, həm də sosial şəraitdən asılı olan 

bir sıra somatik xəstəliklərin əmələgəlməsi səbəblərini və inki şaf 

q a nu na uyğunluqlarını öyrənməkdir. 

QİXE-nin müayinələrinin əsas vəzifəsi bu xəstəliklərin pato-

ge nezinə dair materialların toplanması və təhlilidir. Bunun əsa-

sında bədxassəli şiş, ürək-damar xəstəlikləri, sinir, psixi, aller gik 

və digər xəstəliklərin profilaktikası, onlarla xəstələnmə səviy yə-

sinin  azaldılması  və  ölümün  qarşısının  alınması  üzrə  mübarizə 



42

metodları işlənib hazırlanır və həyata keçirilir. QİXE-də aparılan 

müayinələr bir çox üsulları özündə birləşdirir ki, bunlar epi de mi-

ologiyada  tibbin  köməyi  ilə  konkret  səbəb  amillərini  aşkar  e t-

məyə, onların təsir mexanizmini qiy mət lən dir mə yə və pro fi lak  tik 

tədbirlər işləyib hazırlamağa imkan verir. Müayinələr kom p lek-

sinə həmçinin ayrı-ayrı ərazilərin geoloji, meteoroloji və coğrafi 

p a rametrləri ilə müqayisədə həmin əra zi lər  üçün atlasların tərtib 

edilməsi də daxildir. 

Ayrı-ayrı qitələrdə müxtəlif QİXE-i öyrənən zaman istifadə 

olu nan diaqnostik testlərin özünəməxsus cəhətləri vardır. Mə sə-

lən, qadın cinsiyyət üzvlərinin şişönü xəstəliklərini aşkar etmək 

üçün onlarda profilaktiki sitoloji müayinələrin, ağciyər və ürək-

damar sisteminin xroniki xəstəliklərini aşkar etmək üçün küt ləvi 

profilaktiki flüoroqrafiya və rentgenoloji müayinələrin a pa   rıl ması, 

həmçinin  ürək-damar  xəstəliklərinin  erkən  diaqnostikası  məq sədi 

ilə qan təzyiqinin ölçülməsi, göz dibinin və ziyyətinin öyrə  nil məsi, 

endokrin  sistemin  funksiyalarının  pozulmasına  qiy mət  vermək 

üçün  əhalinin  ayrı-ayrı  qruplarında  hormonal  balansın  müəyyən 

edilməsi və s. tətbiq edilir. 

QİXE-nin öyrənilməsində əsas rol retrospektiv müa yi nə lərin 

payına düşür. Bu müayinələr öyrənilən amillərin kompleks təsi-

rinə məruz qalmaları baxımından xəstə və sağlam şəxslərin kon-

trol qruplarının məlumatlarının tutuşdurulmasına əsaslan mışdır. 

He sab lama  texnikasından  istifadə  edilməsi  riyazi  analiz  apar-

mağa,  sağlam  və  xəstə  qruplar  arasında  fərqlərin  səbəblərini 

aş kar  etmək  üçün  bir  çox  göstəricilərin  müqayisə  edilməsinə, 

başqa  sözlə,  xəstələr  üçün  xarakterik  olan  və  kontrol  qrupun 

şəxs  lərində rast gəlinməyən və ya nadir hallarda rast gəlinən əla-

mət (amil) və onların komponentlərini aşkar etməyə imkan verir. 

QİXE-nin  tədqiqat  kompleksinə  bir  neçə  illər  ərzində  illik 

xəs tələnmə və ölüm haqqında olan məlumatların dinamikasının 

ana lizi, həmçinin göstəricilərin meylini qiymətləndirmək, proq-

nozların tərtibi və risk amillərini aşkar etmək məqsədi ilə bütün 

m ə lumat  mənbələrinin  diqqətlə  yoxlanması,  müxtəlif  ərazilərdə 

əha  linin seçmə qruplarının dərinləşdirilmiş göstəricilərinin hesab-

lan ması  daxildir.  Həmçinin  bu  kompleksə  istehsalat  və  məişət 



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə