Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə16/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   12   13   14   15   16   17   18   19   ...   234

49

nizm lərdən  qorunmağa  yönəldilmişdir.  Praktiki  olaraq,  bütün 

mik ro orqanizmlər faqositoza uğrayırlar, əksər hallarda bu prose-

sin nəticəsində onlar məhv olurlar, yalnız az miqdar mikro orqa-

niz  m lər faqositlərin da xilində yaşamaq qabiliyyəti qazanmışlar. 

Faqositoz  prosesi  aşağıdakı  yollarla  baş  verir:  a)  xemotaksis 

(infeksion agentə doğru hərəkət), b) agentin tutulması və faqoso-

mun əmələ gəlməsi, c) faqolizosomun yaranması, d) bakterisid 

tə sir (killinq), e) mikroorqanizmin həzm edilməsi. Son iki mər-

hə lə nin  effektivliyi  prosesin  nəticəsini  müəyyən  edir,  ona  görə 

başa çatmış (tam) və natamam faqositoz ayırd edilir.

Əksər hallarda yoluxucu xəstəliklərin törədiciləri mikroor qa-

nizmlərdir. 1822-ci ildə Robert Kox Berlin fizioloji cəmiyyətinin 

ic la sında  mikroorqanizmlə  xəstəliyin  əlaqəsini  sübuta  yetirən 

müd dəaları səsləndirdi:

-  Mikroorqanizm  konkret  xəstəliyin  müxtəlif  formala rında 

mü va fiq  patoloji  dəyişikliklər  və  klinik  mənzərə  zamanı  aşkar 

edi  lir;

- Mikroorqanizm digər xəstəliklər (qeyri-infeksion, so matik) 

zama nı aşkar edilmir;

- Xəstədən ayırd edilən və təmiz kulturada alınan mikroorqa-

nizmi  sağlam  insana  və  ya  heyvana  yeritdikdə  xəstəliyin  tipik 

mənzərəsi inkişaf edir.

Mikroorqanizmləri  səciyyələndirmək  üçün  patogenlik,  viru-

lentlik və toksigenlik anlayışları qəbul olunmuşdur. Koxun müd-

də a larından  sonra  aydın  oldu  ki,  patogen  və  qeyri-patogen 

mikro orqanizmlərdən başqa, sahib və parazit arasındakı qarşı lıqlı 

əlaqəni səciyyələndirmək üçün əlavə kateqoriya – şərti-patogen 

mikroorqanizmlər  daxil  edilməlidir. Toplanmış  təcrübə  mövcud 

mikroorqanizmləri insanın patologiyasındakı roluna görə bir sıra 

qruplara təsnif etməyə imkan verdi.

Birinci  qrupu  yüksək  patogen  mikroorqanizmlər  (obliqat 

patogenlər)  təşkil  edir.  Onlar  insan  orqanizminə  daxil  olmağa, 

müx təlif orqan və toxumalarda çoxalmağa qadirdirlər. Mikro or-

qa  nizmlərin  patogenliyi  dedikdə  onların  xəstəlikləri  törətmək 

qabiliyyəti  başa  düşülür,  virulentlik  isə  patogenliyin  dərəcəsi 

( k ə miyyət  ölçüsü)  sayılır.  Bir  çox  hallarda  patogenlik  mikro-



50

orqa nizmin növ əlaməti deyildir. Patogen, şərti-patogen mikro-

or  qanizmlər və kommensallar arasındakı sərhəd isə kifayət q ə-

dər silinmişdir.

İkinci  qrupu  insan  orqanizminin  qeyri-steril  hissələrində 

yaşamağa  uyğunlaşmış,  ətraf  mühitlə  bağlı  olan  (dəri  örtüyü, 

mədə-bağırsaq yolu, tənəffüs yollarının yuxarı şöbələri) mikro-

orqanizmlər təşkil edir. Onlar insanın normal (endogen) mikro-

florasını  təşkil  edir  və  virulentliyinə  görə  fərqlənirlər.  Bəziləri 

(m ə sələn,  bifido-  və  laktobakteriyalar)  praktik  olaraq  xəstəlik 

törət mirlər, digərləri isə (Escherichia coli, Klebsiella pneumonia, 

Hae mophilus influenzae və s.) infeksiyaların tez-tez rast gəlinən 

eti oloji agentləridir və şərti-patogen mikroorqanizmlərə aid dir lər. 

Üçüncü  qrupa  sərbəst  yaşayan  mikroorqanizmlər  daxildir. 

Onlar bəzən insanın daxili mühitinə və ya epitelial səthlərinə d ü-

şür və immunsupressiyalı şəxslərdə yoluxucu xəstəlik törə dir lər 

(məsələn, Pseudomonas spp., Acinebacter spp.).

Nəhayət, dördüncü qrupu infeksion patologiyada elə bir əhə-

miy yət daşımayan mikroorqanizmlər təşkil edir, belə ki, insa nın 

orqanizmində  onların  yaşaması  üçün  şərait  yoxdur.  Onlara  tor-

paqda, havada və suda məskunlaşan əksər mikroorqanizmlər aid-

dir.


Patogenlik  törədicinin  təkamül  prosesində  parazitik  xas sə-

lə ri ilə bağlı olan bioloji xüsusiyyəti hesab edilir. Bu xüsu siy yə-

tinə görə mikroorqanizmlər insan üçün patogen və  qeyri-pato-

gen növlərə bölünür. Həmçinin şərti-patogen törə di ci lər də ayırd 

edilir ki, onlar yalnız “müəyyən şəraitlərdə”, yəni mak ro orqa niz-

min təbii rezistentliyinin zəifləməsi zamanı, im mun defisitli insan-

larda xəstəlik törətməyə qabildirlər.

Törədicinin patogenliyinin səciyyələndirilməsi infeksion pro-

sesin ümumi qiymətləndirilməsindən kənarda mümkün de yildir. 

Məsə lən, yüksəkpatogen təbii çiçək virusu qısa müddətdə xəs tə-

li yin yüksək letallığa malik ağır formalarını törədir. Lakin epide-

miya  zamanı  xəstələnənlərin  yalnız  1/3-i  ölür.  İnsanın  im  mun-

defisit virusu (İİV) bu cəhətdən xeyli geridə qalır, 7-10 il ərzində 

bu   virusla yoluxmuş şəxslər zahirən sağlam olaraq qalırlar. Lakin 

zaman keçdikcə xəstəlik bütün şəxslərdə 100% ölümlə nəti cə lə-




51

nən  QİÇS  mərhələsinə  keçir.  Xəstəliyin  nəticəsinə  əsasən  qiy-

mət ləndirdikdə İİV patogenlik həddinə çatmışdır və bütün yolu-

xan şəxslərin ölməsinə baxmayaraq, epidemik proses inkubasiya 

dövründən QİÇS mərhələsinə (illərlə sürən) qədər törədici tərə-

fin dən sahibin dəyişilməsi hesabına davam edir.



Virulentlik  –  mikroorqanizmlərin  patogenliyinin  kəmiyyət 

öl çü sü  və  ya  dərəcəsidir.  Onun  maddi  daşıyıcısı  mobil  genetik 

e le mentlərin (plazmidlər, transpozonlar, orta-bakteriofaqlar və s.)  

tər ki binə  daxil  olan  genlərdir.  Bir  qayda  olaraq,  virulentlik  hər 

han sı növün davamlı əlaməti sayılmır. Məsələn, korino bak te ri ya-

la rın, eşerixiyaların, stafilokokların, streptokokların və bir çox d i-

gər mikroorqanizmlərin toksin ifraz edən ştamları fenotipik və ya 

praktiki olaraq həmin növün avirulent ştam larından fər q lən mir. 

İnvazivlik  (makroorqanizmin  toxumalarında  törədicinin  ya -

yılma qabiliyyəti) və müxtəlif uyğunlaşma mexanizmləri (m ə sə lən, 

kapsulə mələgətirmə,  mimikriya  və  s.)  virulentliyin,  o  cüm   lədən 

patogenliyin amilləri sayılır. Mikroorqanizmlərin v  i  ru  lentliyi qeyri-

həssas or qa nizmlərdə passaj edildikdə artır, həssas orqanizmlərdə 

isə tamamilə əks hal baş verir.



Toksigenlik – mikroorqanizmlərin toksin hasil etmək qabiliy-

yətidir. Toksigenlik və virulentlik çox vaxt paralel baş verən ha -

di sələrdir. Bu zaman virulentlik daha çox törədicinin o r qa niz mə 

daxil  olmasını,  məskunlaşmasını  və  invaziyanı,  toksigenlik  isə 

infeksiyanın manifestliyini və ağırlığını müəyyən edir.

Makroorqanizmin  vəziyyətindən  və  mikroorqanizmin  viru-

lent  liyin dən asılı olaraq, parazitlə orqanizm arasındakı qarşılıqlı 

əlaqə müxtəlif cür nəticələnə bilər.



Parazitizm.  Makro-  və  mikroorqanizmin  müxtəlif  simbiotik 

– bir-birinə faydalı (mutualizm) və antoqonist (parazitizm) m ü-

na  sibətləri  vardır.  Parazit  –  digər  canlı  orqanizm lərdən  yaşayış 

mühiti  və  qidalanma  mənbəyi  kimi  istifadə  edən  orqanizmdir, 

parazitizm  isə  növarası  münasibətlərin  forması  olub,  bir  can lı 

orqanizmin digəri tərəfindən qidalanma mənbəyi və yaşayış m ü-

hiti  kimi  istifadə  etməsi  ilə  səciyyələnir.  “Parazit”  anlayışına 

eko   loji  baxımdan  müxtəlif  or qanizmlər  daxildir.  Parazitizmin 

dərəcəsi  onların  mövcud  olmasının  parazitik  və  qeyri-parazitik 



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə