Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə15/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   11   12   13   14   15   16   17   18   ...   234

46

çıxarmışdır.  Tədqiqatların  baş lanğıc  mərhə lə sində  ürək-damar, 

şiş, sinir, psixi, allergik, endokrin və digər xəstə liklərin epidemi-

ologiyasının  öyrənilməsinə  diferensiasiyalı  y a naş ma  sadalanan 

istiqamətlər üzrə işlərin məhdud şəkildə aparılmasını şərtlən dir-

miş dir.


QİXE-ni  kliniki  fənnlərdən  prinsipial  fərqləndirən  xü su siy-

yət  tədqiqat obyektinin fərdin sağlamlıq vəziyyəti deyil, popul-

yasiyanın sağlamlıq vəziyyətinin olmasıdır. Epidemioloji baxım-

dan  “populyasiya”  dedikdə  müəyyən  xüsusiyyətlərlə  fərqlənən 

əhalinin təbii yolla formalaşmış hissəsinin və ya ərazinin bütün 

əhalisi başa düşülür.

QİXE  bir  sıra  cəhətləri  ilə  infeksion  epidemiologiyadan 

fərqlənir.  QİXE-nin  latent  dövrü  infeksion  xəstəliklərin  latent 

dövrünə nisbətən daha uzunmüddətlidir və onun konkret müd də-

tini qabaqcadan söyləmək mümkün deyildir. Xroniki xəstəliklər 

təd ricən  inkişaf  edir  və  müayinə  olunan  şəxslərdə  xəstəliyin 

əlamətləri geniş diapozonda təzahür edə bilər ki, bu da səhv d i-

aq nostikanın verilmə ehtimalını artırır. QİX üçün etiologiya və 

p a togenizin çox amilliyi səciyyəvidir, dominant amil çox zaman 

müəyyən  olunmur.  İnfeksion  epidemio lo giyadan  fərqli  olaraq, 

burada populyasiyanın qeyri-həssas hissəsini ayırmaq və konk-

ret şəxsdə konkret xronik QİX-yə qarşı mütləq davamlılığı m ü-

əy  yən  etmək  mümkün  deyildir.  Xəstələnmənin  proqnozları  və 

pro filaktiki  tədbirlərin  effek tivliyi  ehtimal  xarakteri  daşıyır  və 

ü mu  miyyətlə, populyasiyaya münasibətdə təsdiq olunur.

QİXE-nin məqsədi əhalinin xroniki xəstəliklərlə xəs tələn mə-

si nin inkişaf qanunauyğunluqlarını müəyyən etmək və ona n  ə  za -

rət yollarını işləyib hazırlamaqdır. Müayinələrin əsas ob  yek ti və 

son  hədəfi  insandır,  onun  sağlamlıq  vəziyyəti  və  sağlamlığının 

qorunmasıdır.



47

 İNFEKSİYA HAQQINDA TƏLİM

İnfeksion Proses və Parazitizm 

Epidemiologiya  –  epidemik  prosesin  inkişafı  və  yaranması 

qanunauyğunluqlarını, metodlarını, yoluxucu xəstəliklərin yayıl-

masının qarşısının alınması və xəstələnmənin azaldılmasına y ö-

nəl dilmiş əksepidemik və profilaktik tədbirləri işləyib hazırlayan 

elmdir.

Demək  olar  ki,  hər  il  planetin  hər  üçüncü  sakini  minimum 



bir yoluxucu xəstəlik keçirir. Bir çox yoluxucu xəstəliklər qlobal 

ya yılmağa meyllidir.

Məlum  olduğu  kimi,  mikroorqanizmlərin  makro orqa nizmlə 

təma sı kommensializm, simbioz və ya infeksiyanın inkişafı şək-

lində təzahür edə bilər. Kommensializm zamanı mikrobun sahib 

orqa nizmdə  saxlanması  sonuncunun  zədələnməsi  ilə  müşayiət 

o lun mur,  lakin  spesifik  və  qeyri-spesifik  rezistentlik  sistemləri 

aktivləşir.

Simbioz (mutualizm) dedikdə o hal başa düşülür ki, həm mik-

rob,  həm  də  sahib  adaptiv  üstünlüklər  qazanır.  İnsan  orqanizmi 

üçün  vacib  olan  bir  sıra  qidalı  maddələr  endogen  mik roflora  

tərəfindən  sintez  olunur.  Mikroorqanizmlər  insan  o r qa  nizmində 

ətraf  mühitin  sabitliyini  (temperatur  göstə ricilərinə,  ion  tər ki-

bi nə, qidalı maddələrin miqdarına görə) əldə edir. Bakteriyaların 

və insanın birgə yaşayışı tamamilə bərabər hü quq ludur, özü də 

insan-mikrob  sistemində  insan  hücey rə lərinin  ümumi  miqdarı 

10

13

, mikrobların – 10



14

-10


15

 təşkil edir.



İnfeksionprosesvəyainfeksiya – törədici ilə həssas orqaniz-

min qarşılıqlı əlaqəsi olub, yoluxucu xəstəlik və ya simptomsuz 

t ö rə  di cigəzdirənlik şəklində təzahür edir. Törədicinin makro or q-

a  nizmə  daxil  olması  və  orada  çoxalması  nəticəsində  pozulmuş 

h o m e ostazın bərpasına yönəldilmiş uyğunlaşma reaksiyaları k o-

m p leksi  inkişaf  edir.  İnfeksion  prosesin  gedişində  insan  (və  ya 

hey  van) orqanizmində patoloji dəyişikliklər inkişaf edir. Mikro-

orqanizm ilə sahibin hü cey rəsi arasında təmas aşağıdakı pro ses-

lər lə səciyyələnir: a) mikro or qa nizmlərin sahibin epitel hü cey rə-



48

si nə  adheziyası;  b)  sahibin  or qanizminin  daxili  mühitinə 

mikroorqanizmlərin  invaziyası;  c)  sahibin  orqanizminin  daxili 

mühitində  mikroorqanizmlərin  proliferasiyası.  Bir  çox  infeksi-

yalar  üçün  hər  üç  prosesin  ardıcıl  inkişaf  etməsi  xarakterikdir, 

d  i  gərlərində isə yalnız adheziya baş verir.



İnfeksion xəstəlik  –  sahiblə  parazit  arasında  qarşılıqlı  təsir 

n ə ti cəsində meydana çıxan makroorqanizmlərin zədələnməsinin 

klinik təzahürləridir.

Persistensiya – o haldır ki, sahibin rezistentlik amilləri mik-

roorqanizmin eliminasiyasını təmin etmir, bu isə uzunmüddətli, 

lakin cüzi zədələnmə ilə müşayiət olunur.

Kolonizasiya  –  sahibin  yeni  mikroorqanizm  qazanmasının 

ardınca yaranan vəziyyətdir, sahib-parazitin qarşılıqlı əla qələ ri-

nin dinamikliyi və davamsız olması ilə səciyyələnir.

Adheziya. Mikroorqanizmlərin əksəriyyətinin təbii həyat tər zi  

hər  hansı  substratlarda  onun  möhkəmlənməsi  ilə  bağlıdır,  ona 

g ö  rə də bütün mikroorqanizmlər üzvi və qeyri-üzvi səthlərə ya  pış-

maq  qabiliyyətinə  malikdir. Adheziyanın  iki  qrup  me xa niz m ləri 

ayırd  edilir  –  qeyri-spesifik  və  spesifik.  Birincisi  bakteriyaların 

səthlərlə  fiziki-kimyəvi  qarşılıqlı  əlaqəsi  ilə  şərt lənir:  e l ek  tros ta-

tik, hidrofob, Broun hərəkəti və s. Qeyri-spesifik adheziya, adə tən 

geriyədönəndir.

İstənilən infeksion proses adheziya ilə başlanır. İnsan orqa-

niz mində  adheziyanı  məhdudlaşdıran  müdafiə  sistemi  mövcud-

dur. Ətraf mühitlə təmasda olan insan orqanizminin başlıca mü da-

fiə mexanizm lərində əsas yer normal mikrofloraya məxsusdur: o, 

pato gen  mikroorqanizmlərin  adhezinlərinin  sahibin  reseptorları 

ilə təmasda olmasına maneçilik yaradır.

İnvaziya infeksion prosesin ikinci mərhələsidir. İnvaziya d  e-

dikdə sahibin orqanizmində toxumaların hüceyrəarası sahə lə rin də 

mikro orqanizmlərin yayılması və hüceyrənin daxilinə o  n  ların n ü-

fuz etməsi başa düşülür. Hüceyrəarası sahələrdə m ik  ro   or qa nizm lə-

rin yayılması zülallar tərəfindən hasil edilən, fer   men tativ a k tivliyə 

malik və hüceyrəxarici matriksin tamlığını pozan mad  dələrlə təmin 

edilir.

Hüceyrənin  daxilinə  mikroorqanizmlər  passiv  və  ya  aktiv 



şə kildə keçirlər. Passiv yol – faqositoz prosesi olub, mikro or qa-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə