Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə11/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   7   8   9   10   11   12   13   14   ...   234

34

malarına qədər. Bu termin həmçinin yoluxucu xəstəliyin törə di ci-

sini, onun makroorqanizmə daxil olmasını, orqanizmdə t ö rə dicinin 

lokalizasiyasını ifadə etmək üçün işlədilir.



İnfeksiya mənbəyi – patogen mikroorqanizmlərin çoxaldığı 

və  toplandığı  insan  və  ya  heyvan  orqanizmi  olub,  buradan 

törədicilər ətraf mühitə xaric edilə və həssas orqanizmə daxil ola 

bilirlər.



Yoluxucu  xəstəliklərin  törədicigəzdirənliyi  –  infeksion  pro-

sesin formalarından biridir, bu zaman törədicilərin insan və heyvan 

orqanizmində  parazitlik  etməsi  klinik  təzahürlərsiz  baş  verir  və 

törədicilərin ətraf mühitə ifraz olunması ilə müşayiət edilir; patoge-

nin növündən asılı olaraq “bakteriyagəzdirmə” (“basilgəzdirmə”), 

“virusgəzdirmə”, “helmintgəzdirmə” ayırd edilir.



Pandemiya (qlobal epidemiya) – dünyanın bir çox ölkələrində 

xəstəliyin yayılmasına deyilir



Skrininq  –  əhalinin  hamısının  və  ya  müəyyən  hissəsinin 

(kontingentinin, kollektivin) eyniadlı müayinəsidir.



Ekzotik  (gətirilmə)  infeksiyalar  –  epidemik  prosesin  sax-

lanması üçün labüd olan şəraitin olmaması üzündən həmin yerə 

xas olmayan yoluxucu (parazitar) xəstəliklərdir.

Təcili  profilaktika  – törədicinin daxil olduğu orqanizmdə i n-

feksion prosesin inkişafının qarşısının alınması məqsədilə qoru yucu 

preparatların (kimyəvi preparatların, faqların, zərdabların və s.) y e-

ri dilməsidir.



 Təcili bildiriş–yoluxucu (parazitar) xəstəliklərin qeydiy yatı 

zamanı əsas xəbərdaredici sənəddir, yoluxucu xəstəliklə xəstə və 

ya törədicigəzdirən aşkar edildikdə, həmçinin qida və ya kəskin 

peşə zəhərlənməsi olduqda sanitar-epidemioloji xidmət idarəsinə 

göndərilir.

 Endemik infeksiyalar–epidemik prosesin saxlanması üçün 

l a büd  olan  təbii  və  ya  sosial  şəraitlərin  yaranması  ilə  əla qədar 

müəyyən yer üçün xas olan yoluxucu (parazitar) xəstə liklərdir.

Epidemioloji məlumat– konkret ərazidə epidemioloji şəraiti 

və yoluxucu (parazitar) xəstəliklərlə mübarizə və profilaktika təd-

birlərinin vəziyyətini səciyyələndirən qeydiyyat və hesabat m ə lu-

matlarının, arayış, xəbər, icmal və s. kompleksidir.




35

Epidemioloji  situasiya  (şərait) – müəyyən  zaman  müd də-

tin də konkret ərazidə yoluxucu (parazitar) xəstəliklərin yayılma-

sının xarakteristikasıdır.

Əksepidemik (profilaktik) vasitə və tədbirlərin epidemioloji 

effektivliyi – hər  hansı  vasitə  (məsələn,  vaksin),  tədbir  və  ya 

on ların kompleksi vasitəsilə müəyyən qrupun müdafiəsinə və ya 

ümumilikdə  epidemik  prosesə  məqsədyönlü  təsirin  nəticəsində 

alınmış  effektdir.  Bu,  təcrübə  və  kontrol  qruplarında  xəstə lən-

mənin müqayisəsinin əsasında nəzarət olunan epidemioloji təc-

rü bə şəraitində təyin edilir.



Epidemioloji təhlil–epidemioloji diaqnozun qoyulması məq-

sədilə epidemik prosesin öyrənilməsi üçün spesifik üsul və m e-

todların işlədilməsidir.

Operativ epidemioloji təhlil – müəyyən ərazidə epidemioloji 

şəraitin öyrənilməsi olub, epidemik prosesin idarə edilməsi üzrə 

operativ qərarların qəbul edilməsi məqsədilə həyata keçirilir.

 Prospektiv (koqort) epidemioloji təhlil–determinə edən amil -

lərin aşkar olunması məqsədilə epidemik prosesin öyrənil məsidir.



Retrospektiv  epidemioloji  təhlil  –  tədqiqat  anından  əvvəlki 

müd dət ərzində həmin ərazidə epidemioloji şəraitin öyrənilməsi 

olub,  profilaktik  və  əksepidemik  tədbirlərin  təkmilləşdirilməsi 

və epidemioloji proqnozların işlənib hazırlanması üçün aparılır. 



Epidemioloji diaqnoz–öyrənilən zaman intervalında əha li-

nin müəyyən qrupları arasında konkret ərazidə epidemioloji ş ə-

raitin  və  onun  determinantlarının  (səbəblərinin)  qiymət lən di ril -

məsi olub, profilaktik və əksepidemik tədbirlərin plan laş dı rıl ması 

və həyata keçirilməsi və epidemioloji proqnozların i ş lənib hazır-

lanması məqsədilə aparılır.



Epidemioloji kontrol– profilaktik və əksepidemik təd bir lə-

rin ye rinə yetirilməsinə nəzarət vasitəsidir.



Epidemioloji metod–epidemik prosesin yaranması, in kişafı, 

məh  dudlaşdırılması və ləğv edilməsinə dair məlumatların təhlilini 

və sintezini təmin edən spesifik üsul və vasitələrin cəmidir.

Epidemioloji nəzarət (monitorinq)–müəyyən ərazidə yolu-

xucu xəstəliklərin epidemik prosesi üzərində dinamik (fasiləsiz) 

və kompleks izləmə sistemidir, buraya epidemioloji məlumatın 



36

top lanması, verilməsi, təhlili və qiymətləndirilməsi daxildir. O, 

p r o    filaktik  və  əksepidemik  tədbirlərin  təkmilləşdirilməsi  və  ef -

fek   tivli yinin  artırılması  üzrə  tövsiyələrin  işlənib  hazırlanması 

məq sə di lə aparılır.

 Epidemioloji proqnoz– yoluxucu xəstəliklərin yayılmasının 

yaxın və uzaq gələcəkdə inkişafı (və ya ləngiməsi) haqqında söy -

lənən proqnozdur.

Epidemioloji müayinə (epidemik ocağın müayinəsi)–epi-

demik ocağın yaranmasının səbəb və şərtlərinin aşkar edilməsi, 

onun məhdudlaşdırılması və ləğv edilməsi üzrə hazırlanmış təd-

bir lər sistemidir.



Yoluxucu xəstəliklərin epidemiologiyası – epidemik prose sin 

yaranması  və  inkişaf  qanunauyğunluqları  və  onun  məhdud laş -

dırılması və ləğv edilməsi haqqında elmdir.

Qeyri-yoluxucu  xəstəliklərin  epidemiologiyası  –  əhalinin 

sağ lamlıq vəziyyətinə təsir göstərən müxtəlif mənşəli qeyri-küt-

ləvi pozğunluqların və somatik xəstəliklərin yaranması və yayıl-

ma sının  qanunauyğunluqlarını  epidemioloji  metodun  vasitəsilə 

ö y rənən istiqamətdir.

Epidemik proses – əhali arasında spesifik infeksion halların 

(klinik  təzahür  edən  xəstəlik  və  ya  törədicigəzdirənlik)  yaran-

ması və yayılması prosesidir. Onun bioloji əsasını parazitar sis-

tem təş kil edir.



Epidemiya – epidemik xəstələnmənin bir forması olub, bütün 

əha  linin və ya onun ayrı-ayrı qruplarının yoluxucu (pa razitar) xəs  -

təliklərlə kütləvi yoluxmasıdır. Bundan başqa, epidemik alovlan-

malar və ya qrupşəkilli xəstələnmə (ailədə, məktəb, istehsalatda və 

s.) ayırd edilir.

“Epizootiya”,“panzootiya”və“enzootiya”terminləri törə di -

cinin heyvanlar arasında dövranı prosesində “epidemiya”, “pan-

demiya” və “endemiya” terminlərinə uyğundur. 



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə