Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə19/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   15   16   17   18   19   20   21   22   ...   234

58

para zitologiya  kur sun da  baxılır.  Hazırda  hamı  tərəfindən  qəbul 

olunmuşdur ki, infek sion xəstəlik törədiciləri qrupuna daxil olan 

digər mikroorqanizmlər də (viruslar, xlamidiyalar, mikoplazma, 

bakteriyalar) parazitlərə aiddir. Mikozları törədən göbələklər də 

para zitlərə aid edilir. İnfeksiyaların, mikozların, invaziya və i n-

fes tasiyaların  əmələ  gəlməsi  və  yayılması  qanunauyğunluqları 

müəyyən dərəcədə uyğun törə dicilərin həyat fəaliyyəti ilə bağlı-

dır. Bu nöqteyi-nəzərdən, bütün sadalanan qrupları infeksiya ter-

mini ilə adlandırmaq qanunauy ğundur.

Parazitizm  üçün  çoxsaylı  təzahürlər  xarakterdir.  Bəzi  para-

zitlər öz sahibindən müvəqqəti qida mənbəyi kimi istifadə edir 

(qansoran buğumayaqlılar) – bunlar müvəqqəti parazitlərdir.

Parazitik qidalanma tipinə görə obliqat (onlar təbiətdə yalnız 

para zitik qidalanma tipinin hesabına mövcuddurlar) və fakül ta tiv   

(saprofit qidalanma tipinə malikdirlər) parazitlər ayırd edi lir.

Orqanizmdə xəstəlik törətmə qabiliyyətindən asılı olaraq p ara -

zit lər patogen, qeyri-patogen və şərti patogenlərə bölünürlər.

İnfeksion xəstəlik törədiciləri daimi obliqat patogen para zit-

lə rə  aiddir.  Son  illərdə  daimi  obliqat  şərti-patogen  parazitlər, 

həm çinin fakültativ parazitlər tərəfindən törədilən xəstəliklər b ö-

yük əhəmiyyət daşımağa başlamışdır.



Patogen obliqat parazitlər. Bütün obliqat daimi parazitlərin 

həyat tsiklində mütləq 2 faza olur:

1. sahib orqanizmdə yaşama fazası (qidalanma və çoxalma);

2. bir orqanizmdən digər orqanizmə keçmə fazası.

İkinci  faza  olmadan  obliqat  parazitlərin  bioloji  növ  kimi 

möv cud olması mümkün deyildir. Çünki fərdi sahibin həyatı h ə-

mişə məhduddur. İnfeksion proses parazitizmin I fazası ilə m ü-

əy  yən edilir, epidemik proses isə əsasən II faza ilə əla qə dar dır.  

Buna görə də epidemiologiyanı daha çox paratizm probleminin 

ekoloji tərəfi maraqlandırır.

Bəzi obliqat parazitlər (birsahibli və ya monopatogen para zit lər) 

yalnız bir sahibin – insanın orqanizmində qidalanmağa uyğun  laş-

mışdır. Onlar tərəfindən törədilən xəstəliklər antro ponozlar a d lanır. 

İnsanların  infeksiya  mənbəyi  olduqları  xəs təliklərə  antroponoz



xəstəliklər deyilir.


59

Digər  obliqat  parazitlər  təbii  şəraitdə  heyvanların  bir  növü-

nün və ya məhdud növlərinin nümayəndələri arasında sirkulya-

siya etməklə mövcuddurlar. Birincilərdən fərqli olaraq, bu para-

zit lər heyvanların digər növlərində (parazitizmin əlavə təzahürü )  

və  ya  insanda  müvəq qəti  çoxala  bilərlər.  Buna  görə  də  onları 

çox sahibli və ya polipatogen parazitlər adlandırırlar. Heyvanlar 

infek siya  mənbəyi  olduqda,  belə  xəstəliklər  zoonoz xəstəliklər 

ad lanır.  Əsl  zoonozlara  belə  tərif  verilir:  təbii  şəraitdə  onurğalı 

hey   vanlar  və  insanlar  arasında  yayılan  infek si yalar  zoonozlar 

adlanır. Parazitlərin müəyyən hissəsi steno biontdur, yəni təbii ş ə-

raitlərdə yalnız heyvan orqanizmində yaşamağa adaptasiya olun-

muşlar. Genetik olaraq insan bu törədi cilərə qarşı həssas deyildir 

(iribuynuzlu qaramalın taunu, buzovların dizenteriyası, pul loroz).



Fakültativ (yalançı) parazitlər. Parazitizm tarixi baxımdan 

ikin cili hadisədir. Parazitlərin ilkin əcdadları saprofitlər olmuşdur. 

Tə kamül  prosesində  parazitlərin  saprofitlərdən  inkişaf  et məsi, 

yəni parazi tizm dən saprofitizmə keçid baş verir. Bu za man, təbii 

ki, aralıq qruplara aid olan orqanizmlər də əmələ gəlir.

Fakültativ  mikroorqanizmlər  məhz  belə  orqanizmlərdəndir. 

Bun lar elə orqanizmlərdir ki, digər canlı orqanizmlərin hesabına 

olan  qidalanma  tipi  yeganə,  bəzən  isə  əsas  deyildir.  Təbiətdə 

belə  orqa nizmlərin  mövcud  olması  əsasən  saprofit  qidalanma 

yolu ilə təmin edilir. Fakültativ parazitlərin bəziləri (klostridiya-

lar, bəzi göbələklər) insanlarda xəstəlik törədə bilər. Bu törə di ci-

lə rin  həyat  fəaliyyətinin  bioloji  xüsusiyyətlərinə  uyğun  olaraq, 

onlar tərəfin dən törədilən xəs təliklər sapronozlar adlanır. Onla-

rın törədiciləri ətraf mühitdə sərbəst yaşayırlar. Sapronozların ti -

pik  nümayən dəsi  legionelyoz  xəstəliyidir.  Legionellalar  üçün 

təbii  mühit  su  hövzələridir.  Onlar  amöblərdə  və  yosunlarda,  su 

mən  bələrində, kondisionerlərin rütubə tində top la nırlar. Lakin xü -

susi sapronoz infeksiyaların mövcud olması şüb həlidir. Saprofit 

qidalanma  tipinə  malik  törədicilərin  qeyri-patogen  parazitizm 

fazası  vardır  (çox  zaman  heyvan  orqanizmində).  Buna  görə  də 

f a kültativ parazitlər tərəfindən törədilən xəstəliklər öz mahiy yə ti nə 

görə  zoonozdur  (və  ya  sapronozdur).  İnfeksion  xəstəliyin  ə mə  lə 

gəlməsini isə törədicinin parazitik qidalanma tipi olmadan t ə səv-

vür etmək mümkün deyildir.




60

Mikroorqanizmlərin bəzi  nümayəndələrində hər  üç  qida lan-

 ma tipinin əlamətləri vardır. Məsələn, klostridiyalar toksin ifraz 

edir,  onunla  zəhərlənmə  yoluxmuş  şəxsin  ölümünə  səbəb  olur. 

Deməli, saprofitizm (meyitlərdə çoxalma) və parazitizmin (bağır -

saqda  və  yara da  çoxalma)  əlamətlərindən  başqa,  onlar  yırtıcılıq 

əlamətlərinə  də  malikdirlər  (sahibi  toksinlə  öldürmək). Adətən, 

fakültativ parazitlər insanlarda yalnız müəyyən şəraitdə xəstəlik 

törədir.  Məsələn,  tetanus  törədicilərinin  bağırsağa  deyil,  məhz 

yaraya  düşməsi  xəstəliyin  inkişafına  səbəb  olur.  Buna  görə  də 

onlar şərti-patogen törədicilər qrupuna daxil edilmişdir.

Qeyri  -  patogen  (şərti  -  patogen)  obliqat  parazitlər.  Son 

zamanlar  törədicinin  orqanizmdə  uzun  müddət  qalmasını  ifadə 

etmək üçün persistensiya termini daxil edilmiş, latent infeksiya 

termini  meydana  gəlmişdir.  Latent  infeksiyalara  1,  2,  5  tipdən 

olan  adenoviruslar  tərəfindən  törədilən  sadə  herpesi  misal  gös-

tərə bilərik. Xəstəlik yalnız latent infeksiya bioloji tarazlıq vəziy-

yətini pozduqdan sonra əmələ gəlir. Latent infeksiyanın kəs kinləş-

mə si nə gətirib çıxaran spesifik və daxili təsirlərin xarakteri müx  təlif 

xəstəliklər  zamanı  eyni  deyildir.  Bu  zaman  endogen  infeksiya 

fəallaşır. Baş verən fenomen özü isə törədici üçün bir uyğun laş-

madır.  İnfeksiyanın  kəskin  mərhələsində  onun  disseminasiyasını 

təmin edir.

Parazit  və  sahibin  qarşılıqlı  uyğunlaşmasının  ən  son  həddi 

qeyri-patogen  parazitizmdir.  Hazırda  məhz  təbii  şəraitdə  qeyri-

patogen olan mikroorqanizmlər tərəfindən törədilən pato lo gi yalar 

daha çox əhəmiyyət qazanmışdır. İnsanın daimi sakinləri – bağır-

saq çöpü, difteroidlər, Klebsiella cinsindən olan bak te riyalar və s. 

bu  cür  xəstəliklərin  törədiciləridir.  Belə  törədicilər  tərəfindən 

törədilən xəstəliklər yalnız müəyyən şəraitdə – orqanizmin rezis-

tentliyi  aşağı  düşdükdə,  orqanizmin  reaktivliyinin  dəyişildiyi 

şəraitlərdə  (bu  zaman  təbii  qeyri-patogen  mikroorqanizmlər 

pato gen təsir göstərir) əmələ gəlir. Buna radiasion şüalanma, ağır 

travma  və  yanıqlar,  soyuqlama,  kortikosteroidlər  və  anti bi o tik-

lərin  qəbul  edilməsi  aiddir.  Orqanizmin  rezistentliyi  ley ke miya 

və diabet kimi xəstəliklərdə də aşağı düşür. Təbii ş ə ra itdə     insa-

nın  patologiyasında  qeyri-patogen  mikro orqa nizm lər   tərə fin dən 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə