Az rbaycan Respublikas t hsil Nazirliyinin


İnfeksion prosesdə mikroorqanizmin rolu



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə18/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   14   15   16   17   18   19   20   21   ...   234

55

İnfeksion prosesdə mikroorqanizmin rolu

Mikroorqanizm  ilə  makroorqanizmin  görüşməsinin  nə ticəsi 

so nuncunun ümumi immunoloji reaktivliyindən əhəmiyyətli dərə-

cədə asılıdır.

İnfeksion xəstəliklərin inkişafını və gedişini öyrənərkən mak-

roorqanizmin  vəziyyətini  həmişə  nəzərə  almaq  lazımdır.  Tə bii 

rezistentliyin və spesefik immunitetin yüksək səviyyəsi orqaniz-

min  patogen  mikroba  münasibətdə  mütləq  və  ya  nisbi  davam-

lılığını təmin edir. Müəyyən vəziyyətlər, məsələn, dərman y u xusu 

və s. orqanizmin ümumi reaktivliyini aşağı saldığı üçün i n feksion 

prosesi dəf edir və hətta qarşısını alır.

Məlumdur ki, epidemiyalar zamanı və ya kollektivdə infek-

sion  xəstəlik  baş  verdikdə  heç  də  mikroorqanizmlə  görüş müş 

bütün  şəxslər  xəstələnmirlər.  Burada  orqanizmin  fərdi  həs sas-

lığının  böyük  əhəmiyyəti  vardır.  Fərdlik  amili  geniş  hüdudda 

variasiya  edir  və  infeksiyanın  xüsusiyyətlərindən  asılıdır. Təbii 

çiçək,  qızılca  və  s.  infeksiyalar  zamanı  kontagiozluq indeksi 

vahi də yaxınlaşır, törə di cilərlə yoluxmuş və immunizasiya olun-

mamış  şəxslər  tez  xəstələnirlər.  Əksinə,  poliomielit,  difteriya 

zamanı və ya digər xəstəliklərdə infeksiya mənbəyi ilə təmasda 

olmuş  şəxslərin  az  bir  hissəsi  xəstələnir  (kontagiozluq  indeksi 

0,01 – 0,1%) . Belə hallarda yalnız bəzi səbəblərə görə (həmin 

şəxsin mikrob və ya onun toksininə qarşı həssaslığının artmasını 

müəyyən  edən  səbəblərə  görə)  infeksiyaya  qarşı  daha  həssas 

olan  şəxslər  xəstələnirlər.  Şübhəsiz,  bu  zaman  orqanizmə  düş-

müş infeksion agentin dozası da mühüm rol oynayır.

İnfeksion  prosesin  gedişinə  təsir  göstərən  müxtəlif  amillərə 

mü qayisəli qiymət verərkən immunitetin həlledici rolunu bir daha 

qeyd etmək lazımdır.

İnfeksion  xəstəliklərin  törədiciləri  parazitlərə  aiddir  və  epi-

de  mik prosesin bioamili törədicilərin – parazitlərin xüsusiy yət-

lə ri ilə müəyyən edilir.



Parazit– digər orqanizmdən qida mənbəyi və yaşayış mü hi ti 

kimi istifadə edən orqanizmdir (başqa sözlə, parazit digər növün 

hesabına yaşayan orqanizmdir). Parazit öz həyatının az və ya çox 



56

hissəsini həmin orqanizmlə bioloji və ekoloji cəhətdən bağlı ş ə-

kil  də keçirir. Parazitlər sahib orqanizmdən daimi və ya mü vəq-

qəti yaşayış mühiti kimi istifadə edirlər. Parazitin yaşayış mühiti 

sa hibin orqanizmidir.

Sahib parazitin qida mənbəyi və ya yaşayış mühiti kimi isti-

fa də  etdiyi  orqanizmdir.  Parazitin  bioloji  növ  kimi  mövcud  o l-

ması üçün əhəmiyyətindən asılı olaraq spesifikvəqeyri-spesifik 

sahiblər ayırd edilir.

Yaşayış mühiti – bioloji növün həyat fəaliyyətini təmin edən 

şəraitlərin cəmidir. Bioloji növün saxlanmasında iştirakına görə 

i n feksion xəstəlik törədiciləri üçün əsas (spesifik), əlavə və təsa-

dü fi yaşayış mühiti fərqləndirilir.

Parazitizm – qida mənbəyi və yaşayış mühiti kimi bir canlı 

orqanizmin başqa orqanizm tərəfindən birtərəfli istifadə olunma-

sını xarakterizə edən növlərarası münasibətlər formasıdır.

Parazitar xəstəliklər

Bu  termin  bütün  sistematik  qruplardan  olan  parazitlər  tərə-

fin dən törədilən xəstəliklərin ümumi adıdır – orqanizmə pato gen 

törədicilərin daxil olması, çoxalması və həyat fəaliyyəti nəti cə-

sin də inkişaf edən xəstəliklərdir: protozoozlar, helmin tozlar.

Qeyd  etdiyimiz  kimi,  parazitin  təbii  yaşayış  mühiti  sahibin 

orqa nizmidir.  Ümumiyyətlə,  sahibin  orqanizmi  özünün  morfo-

loji, fizioloji və müdafiə xüsusiyyətləri ilə bərabər, parazit üçün 

bi rinci  xarici  mühit  sayılır.  Parazit  həmin  orqanizmə  təkamül 

prosesində adaptasiya olmuşdur. Bu mühit parazitlərə bilavasitə 

təsir edir. Xarici mühit isə (ikinci sıra xarici mühit) parazitlərə 

d o layı yolla, yeni sahib orqanizm vasitəsi ilə təsir göstərir.

Təbii təkamülün müxtəlif mərhələlərində canlı orqanizmlərin 

bəzi növləri parazit həyat tərzinə keçmişdir. Belə ki, bir çox s a p-

ro fit  mikroorqanizmlər  parazitlərə  çevrilmişlər.  Bunun  nəti cə-

sində onların orqanizmində maddələr mübadiləsində xeyli dəyi-

şik liklər baş vermiş və son nəticədə bu törədicilər yalnız digər o r-

qa nizmin hesabına yaşamağa qabil olmuş və həmin orqa niz m lər 

onlar  üçün  yaşayış  mühitinə  çevrilmişlər.  Parazitlər  sahibin 



57

təkcə fiziki-kimyəvi mühitinə adaptasiya olmamışlar, onlar həm 

də  müdafiə  qüvvələrinə  qarşı  müəyyən  dərəcədə  da vam lılıq 

qazanmışlar.  Parazit  mikroorqa nizmlərin  birincili  lokalizasiya 

yer ləri xarici örtüklər, tənəffüs və həzm yolunun selikli qişaları 

olmuşdur. Əksər mikroorqanizmlər indi də bu sistemlərdə yaşa-

yır.  Digər  parazitlər  sahib  orqanizmin  daha  dərin  qatlarına  – 

daxili mühit toxumalarına keçmişdir.

Parazitlərin  sahib  orqanizmə  sonrakı  adaptasiyası  ixtisas-

laşma yolu ilə getmişdir, yəni onlar müəyyən toxumalarda para-

zitlik etmək qabiliyyəti qazanmışlar: məsələn, dizenteriya törə di-

cisi yalnız bağırsaq divarında, quduzluq virusu sinir t o xu masında 

çoxalır.  Təka mül  prosesində  müəyyən  bir  parazit  formaları  bir 

və  ya  bir  neçə  növ  sahib  orqanizmə  (parazitlərin  dar  spesifik-

liyi), digərləri isə daha çox sahiblərə adaptasiya etmişlər (spesi-

fikliyin olmaması). Qızılca və qarın yatalağının törədicisi yalnız 

insanı zədələyir. Quduzluq virusu isə bütün məməliləri zədələyə 

bilər.


Xəstəlik törədicilərinin insan orqanizmində adaptasiyası müx-

təlif  yollarla  getmişdir.  Sərbəst  vəziyyətdən  parazitizmə  bila va-

si tə keçid vəba vibrionlarında baş vermişdir.

İnfeksion və invazion xəstəliklər sərbəst yaşayan bir növün 

(müxtəlif bitki və heyvan qruplarından) digər orqanizmlərdə p a-

ra  zitizmə keçməsi nəticəsində əmələ gələ bilər.



Parazit – təkcə başqa orqanizmdən qida mənbəyi və yaşayış 

mühiti kimi istifadə edən orqanizm deyildir. O həm də ona zərər 

yetirir.

Çox  zaman  parazitləri  yalnız  parazitik  qidalanma  tiplərinə 

görə bölürlər və ona görə infestasiyaları işarə etmək üçün indiyə 

qədər ümumi qəbul olunmuş termin yoxdur. Parazitozlar termini 

daha məqsədəuyğun hesab olunur.

Parazitizmin təzahürləri. İnfeksion xəstəlik törədiciləri o r-

qa   nizmlərin  müxtəlif  qruplarına  aid  edilir.  Bu  yaxınlara  qədər 

hesab  edirdilər  ki,  parazitlər  yalnız  heyvani  mənşəlidir.  Buna 

görə də parazitar xəstəliklərə ibtidailər, helmintlər, həmçinin b u-

ğum ayaqlılar  tərəfindən  törədilən  xəstəlikləri  daxil  edirdilər. 

Ənənəyə uyğun olaraq, bu xəstəliklərin epidemio lo giyasına tibbi 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə