Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə17/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   13   14   15   16   17   18   19   20   ...   234

52

mərhələlərinin nisbəti ilə müəyyən olunur. Parazitlərin 3 kateqo-

riyası ayırd edilir: obliqat, fakültativ və təsadüfi. Həqiqi-obliqat 

parazitlər yalnız sahibin orqanizmi ilə bağlıdır, onlar digər qida-

lanma tipləri ilə qidalanma qabiliy yətini itirmişlər, ona görə də 

ət raf mühitdə məskunlaşa bilmirlər. Bu qrupa insana hemokon-

takt,  cinsi,  transplasentar,  laktasiya  yolu  ilə  ötürülən  parazitlər 

da xildir.

Fakültativ  parazitlər  sahibin  orqanizmi  ilə  yanaşı,  sirkul ya-

siya  prosesində  ətraf  mühitdə  də  yaşaya  bilər.  Bu  qrupa  insan 

üçün patogen olan mikroorqanizmlərin əksəriyyəti aiddir.

Təsadüfi parazitlər qrupunu “həqiqi” sapronozların törə dici-

lə ri  təşkil  edir  ki,  onlar  üçün  ətraf  mühit  növün  sax lan masını 

təmin  edərək  təbii  şərait  sayılır  və  parazitlər  üçün  insan  orqa-

nizmi  vacib  olduğu  kimi,  bu  mühit  də  təsadüfi  parazitlər  üçün 

labüd dür.

Fakültativ  və  təsadüfi  parazitizm  arasında  keçid  törədi cilər 

qru pu mövcuddur.

İnsanın  fəaliyyəti  nəticəsində  mikroorqanizmlərin  xassələ-

rinin dəyişilməsi baş verir. Məsələn, əhalinin kütləvi immun laş-

dı  rıl ması, dezinfektantların, antibiotiklərin, stimulyatorların g e niş 

tətbiqi,  həmçinin  infeksiya  mənbəyinə,  yoluxma  m e xa  niz mi nə 

təsir  göstərən  digər  tədbirlər  ona  gətirib  çıxarır  ki,  mikroor-

qanizmlər daha davamlı, yüksək virulentli olur, törət dik lə

  

 

 



ri xəs-

təliklər isə zəif manifestdirlər.



İnfeksion xəstəlik – infeksion prosesin təzahürü olub, onun 

in ki  şafının son səviyyəsidir. Bu, yoluxmuş orqanizmdə baş v e-

rən bü tün funksional və morfoloji dəyişikliklərdir. V. D. Bel yakov 

qeyd  edir ki, yoluxucu xəstəlik – canlı törədici tərə fin dən törə di-

lən  patoloji prosesdir. Lakin illər keçdi və müəyyən edil di ki, elə 

xəs   təliklər  (süngərəbənzər  ensefalopatiya)  vardır  ki,  onlar  canlı 

orqanizmlərlə deyil, spesifik zülallar – prionlar tərəfindən tö rə di lir. 

Gedişinin müddətinə görə infeksion proses aşağıdakı mər hə-

lə lərə bölünür: kəs kin, yarımkəskin (uzunsürən), xronik (fasi lə-

siz  və ya residivləşən variant).



Persistensiyaedəninfeksionproses (törədicinin orqanizmdə 

kəs kin mərhələyə nisbətən daha çox qalması) yoluxucu xəstə lik-




53

lərin latent, xronik və ləng variantlarının əsasında durur. Persis-

ten  siyanın səbəbləri çox vaxt qeyri-spesifik müdafiə amillərinə və 

immun sistemin müdafiəsinə qarşı mikroorqanizmin davamlılığı, 

törədicinin özünəməxsus xassələri, makroorqanizmin im mun sis-

teminin defisiti sayılır.



Qarışıq (mikst, assosiativ)  infeksion  proseslər  iki  və  daha 

çox  törədicilərlə  şərtlənir,  bu  zaman  orqanizmə  iki  törədicinin 

təsiri  sadəcə,  effektlərin  cəmlənməsi  ilə  başa  çatmır.  Müasir 

dövrdə  narkomaniya  ilə  xəstələrdə  B+C  tip  viruslu  hepatitlərlə 

eyni  anlı  yoluxma  geniş  yayılmışdır.  Qarışıq  infeksiya  İİV/

QİÇS-li  xəstələr  üçün  olduqca  səciyyəvidir,  bu  zaman  virusla 

şərtlənən  ikincili  immundefisitin  fonunda  viruslar,  bakteriyalar, 

göbələklər, ibtidailər qrupundan olan 2-4 patogenlə superinfek-

siya baş verir.

Herminativ infeksion proses – bətndaxili yaranan və ya d o-

ğuş  dan  sonra  anadangəlmə  yoluxucu  xəstəliyin  inkişafı  nəti cə-

sində  meydana  çıxan  prosesdir.  Virus  infeksiyalarından  İİV-in-

feksiya,  sitomeqalovirus  infeksiyası,  məxmərək,  sadə  her pes, 

bak  terial infeksiyalardan – anadangəlmə sifilis, listerioz, cüzam, 

protozoy invaziyalardan – toksoplazmoz tipik xəstəliklərdir. Bu 

qrup xəstəliklər yayılmış və ağır gedişatı ilə səciyyələnir.

Autoinfeksion proses yalnız orqanizmin öz mikroflorası hesa-

bına  inkişaf  edir  ki,  bununla  da  qarışıq  formadan  fərqlənir  və 

adətən,  qeyri-spesifik  müdafiə  amillərinin  və  makroorqanizmin 

immun sisteminin zəifləməsinə şərait yaradan kimyəvi preparat-

ların və kortikosteroidlərin səmərəsiz istifadəsi ilə bağlıdır.

Yoluxucu xəstəliklərin strukturunda konvension (əvvəlki adı 

“karantin”) xəstəliklər ayırd edilir. Onlar bəzi yoluxucu xəs tə lik-

lərlə təmsil olunmuşdur ki, bu zaman məlumatlandırma sistemi 

və profi laktika tədbirləri beynəlxalq konvensiyalarla (razılaş ma-

lar) müəyyən edilir. Konvension xəstəliklərlə yanaşı, xü susi təh-

lü kəli  infeksiyalar  qrupu  da  ayırd  edilir.  Buraya  qəfl ə tən   ya  ra-

nan, sürətlə yayılan və əhalini geniş şəkildə əhatə et məyə qabil 

olan insanın bir çox xəstəlikləri daxildir. Onların ha mısı ağır g e-

dişi  və  yüksək  letallığı  ilə  səciyyələnir.  Bu  xəs tə lik lər  bey nəl-

xalq sanitar-epidemioloji nəzarətə götürülür. Birinci razılaşmaya 



54

(1952-ci il) əsasən karantin xəstə liklərinə xüsusi təhlükəli infek-

si ya qismində taun, vəba, sarı qızdırma və təbii çi çək daxil edil-

miş dir.  Elə  həmin  vaxtda  beynəlxalq  tibbi-sanitar  qaydaları 

qüvvəyə  mindi,  onun  əsas  məqsədi  ölkə  ərazisinə  xəstəliklərin 

g ə ti ril mə sindən  dövlətlərin  əksepidemik  müda fiə sinin  təmin 

edil  məsi  idi.  Qaydalar  Milli  səhiyyə  orqanları  tərə fin dən  kon-

vension xəstə lik lərin əmələ gəlməsi haqqında ÜST-ə təcili xəbər 

ver məyi və öl kə də yaranmış epidemioloji vəziyyət haqqında a r-

dıcıl məlumat lan dırmağı tələb edir. ÜST öz növ bə sin də alınmış 

məlumatların  tezliklə  yayılmasına  cavabdehdir.  Müasir  dövr  də 

kon vension xəstəliklərə taun, sarı qızdırma və və ba aid dir.

Beynəlxalq səviyyədə yoluxucu xəstəliklərin yayılması üzə-

rin  də ən effektiv nəzarət daima mövcud olan qlobal epi demio loji 

nəzarət  sisteminə  arxalanmaqdır.  O  həm  yoluxucu  xəs təliklər 

yayılmış  əra zi lərin  aşkarlanmasına  və  sərhədlərinin  kiçildil mə-

sinə, həm də xaricdən gətirilən xəstəliyin yayılma riskinin azal-

dıl masına  imkan  verən  ək sepidemik  tədbirlərin  tək mil ləş-

dirilməsinə yönəldilmişdir. Yoluxucu xəstəliklər üzərində qlobal  

epidnəzarət  infeksiyanın  nəinki  bir  ölkə  hüdudunda,  həm çi nin 

öl kələr  ara sında  yayılmasının  öyrənilməsini  nəzərdə  tutur.  Öl -

kədə qüvvədə olan qaydalar xüsusi təhlükəli infeksion və p a ra -

zitar  xəstəliklərə  –  vəba,  taun,  sarı  qızdırma;  Lass,  Marburq, 

Ebol virus hemorra gik qızdırmaları; malyariya və ağca qa nad lar  la 

yayılan insan üçün təhlükəli digər yoluxucu xəstəliklərə (De n ge, 

Çikunqunya,  Qərbi  Nil  qızdırması;  qərbi,  şərqi,  venesuela  e n-

sefalomielitləri; yapon, Kaliforniya, San-Lui, Murrey va  di si e n-

sefalitləri) şamil olunur.

Yoluxucu xəstəliklərin populyasiya səviyyəsində insanlar a r a  -

sında  yayılması  epidemik  prosesdir.  Epidemik  proses  –  bir-

birinin ardınca davam edən infeksion hallar zənciridir, xəstəliyin 

simp  tomsuz formasından manifest formasına qədər təzahür edir 

ki, bu da kollektivdə dövr edən xəstəlik törədiciləri ilə şərtlənir. 

O, bir və ya bir neçə xəstəlik halları və ya törədicigəzdirənlik aş -

kar edilən epidemik ocaqlar şəklində təzahür edir. Epidemik pro-

ses – sosial-bioloji hadisədir.




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə