Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə25/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   21   22   23   24   25   26   27   28   ...   234

76

Törədicinin  yoluxmuş  orqanizmdən  sağlam  orqanizmə  ötü-

rül  məsinə  şərait  yaradan  və  epidemik  prosesin  fasiləsizliyini 

təmin edən ətraf mühit amilləri yoluxucu xəstəlik törədicilərinin 

yoluxma  amilləri  adlanır.  Onlara  cansız  yoluxma  amilləri  – 

ha va, su, torpaq, qida məhsulları, məişət əşyaları, əmək vasi tə-

lə ri və canlı keçiricilər – buğumayaqlılar aiddir. Tö rə di ci ni n ötü-

rülməsində  iştirak  edən  amillərin  cəmi  onun  yoluxma  yolunu 

təyin edir.

İ.İ.Yolkin (1973) qeyd edir ki, yoluxma amilləri əsasən fərdi 

və  konkret  olur.  Bəzi  yoluxucu  xəstəliklərin  törədicilərinin 

yayıl masında bir deyil, bir neçə amil iştirak edir, ancaq bu halda 

da  yoluxmada  əsas  rol  dominant  amilə  məxsusdur.  Məsələn, 

qarın  yatalağı  bakteriyalarının  yayılmasında  törədicigəzdirənin 

əlləri – mətbəx qabları – qida məhsulları (süd) və ya qarın yata-

lağı xəstəsinin ifrazatları ilə çirklənmiş ləyən – milçəklər – qida 

məhsulları iştirak edə bilər. Bu amillərdən ən əsası qida məh sul-

la rıdır. Digər şəraitdə qarın yatalağının yayılması fərqli yol la baş 

verə  bilər:  yoluxucu  xəstəxananın  zərərsizləş di ril mə mi ş   çirkab 

suları – açıq su hövzəsi – texniki su kəməri – sənaye sexində su 

duşu. Burada əsas yoluxma amili sudur. Beləliklə, yoluxucu xəs-

tə liyin  yayılması  yolu  epidemik  prosesin  saxlanmasını  təmin 

ed ən bütün başlıca yoluxma amillərinin birgə təsirinin nəti cə si dir. 

Patogen  parazitlərin  yoluxma  mexanizmi  və  amilləri  haq-

qın da müasir fikirlərə əsaslanaraq yoluxucu xəstəliklərin aşağı-

dakı yoluxma yollarını ayırd etmək olar: 1) hava-damcı və hava-

toz,  2)  transmissiv,  3)  su,  4)  qida,  5)  məişət  (istehsalat).  Bəzi 

yoluxucu  xəstəliklərdə,  məsələn,  bağırsaq  xəstəliklərində  törə-

dici  bir  neçə  yolla  yayılır  (su-qida,  qida-məişət).  Bunu  nəzərə 

ala   raq  qarışıq  yoluxma  yolunu  ayırd  etmək  məqsədəuyğundur. 

Belə olduqda əsas yoluxma amillərini digər amillərdən fərq lən-

dir mək lazımdır (İ.İ.Yolkin, 1978).

Törədicinin yoluxma mexanizmi maddi amillər – ətraf mühi-

tin abiotik və biotik elementləri vasitəsilə realizasiya olunur ki, 

bu amillər törədicinin infeksiya mənbəyindən həssas orq a nizmə 

daşın masını  təmin  edir.  Birincili,  son  və  bəzi  hallarda  aralıq 




77

yo luxma amilləri ayırd edilir. Birincili yoluxma amili törədicinin 

xaric edilməsində iştirak edən, son – törədicinin həssas or  qa niz mə 

ötürülməsini təmin edən, aralıq – birincili və son am illər ar asında 

y o luxmada iştirak edən amillərdir.

Abiotik (cansız) yoluxma amillərini hava, su, torpaq, toz, qida, 

insan fəaliyyətinin maddi məhsulları (əşyalar, qurğular, nəqliyyat 

vasitələri  və  s.)  təşkil  edir.  Buraya  həmçinin  tibb  alətləri,  qan 

preparatları,  transplantatlar  və  s.  aiddir.  Son  illərdə  venadaxili 

nar kotik vasitələrin istifadəçiləri arasında hemo kontakt infeksi-

yalar (B və C hepatitləri, İİV-infeksiya) geniş yayılmışdır. Biotik 

(canlı) yoluxma amillərinə buğumayaqlıların müx təlif nüma yən-

də ləri (ağcaqanadlar, bitlər, birələr, hünülər, gənələr, mil çək lər) 

aiddir. Bu amillər qrupu taun, rikketsiozlar, gənə ensefaliti, h e-

mo r ragik  qızdırmalar,  malyariya  xəs təlik lə ri nin   törədicilərinin 

ö tü  rülməsində iştirak edirlər.



Yoluxma yolları  –  yoluxma  amillərinin  cəmi  olub,  konkret 

epi demik  şəraitdə  törədicinin  bir  orqanizmdən  digərinə  ötürül-

məsini təmin edən ətraf mühit elementləridir. Belə ki, fekal-oral 

yo luxma  mexanizmi  su,  qida,  məişət  yolları  ilə  realizə  olunur. 

Aero zol  mexanizm  hava-damcı  və  hava-toz  yolu,  təmas  mexa-

niz mi – infeksiya mənbəyi ilə birbaşa fiziki təmas (Lass qızdır-

ması), o cümlədən heyvanlarla təmas – zədələnmə (dişləmə, cır-

maqlama,  quduzluq  zamanı  tüpürcəklə),  zədələnmədən  (Lass 

qız dırması), cinsi təmas (cinsi yolla ötürülən 20-dən çox infek-

siya) zamanı baş verir. Hemokontakt mexanizm tibbi əmə liy yat-

lar  və manipulyasiyalar zamanı həyata keçir.

Bioloji müharibədə meymun çiçəyi, boliviya hemorragik qız-

dırması,  Ebol,  Lass  qızdırması,  Rift  vadisinin  qızdırması,  həm-

çinin botulizm toksini də işlədilə bilər.



İnsanların və heyvanların xəstəliklərə qarşı  

h   ə   s                              sas  lığı və rezistentliyi. 

Həssaslıq – parazitin və sahibin təkamülü pro se sin də for ma-

la şan orqanizmin növ əlamətidir, törədicinin daxil olmasına qarşı 

orqanizmin infeksion proseslə cavab vermək qabiliyyətidir. Epi-




78

demioloji  nöqteyi-nəzərdən  insanların  populyasiyası  qeyri-həm-

cins olması (heterogenlik) ilə sə  ciy yə lə nir , istənilən vaxt o, h ə min 

infeksiyaya qarşı həssas və qeyri-həssas fərdlərlə təmsil olu nur.

Törədiciyə olan münasibət, həssaslıq səviyyəsi (və ya qeyri-

həs   saslıq) aşağıdakı əsas amillərlə şərtlənir: a) növ və fərdi re  zis -

tentlik; b) təbii (aktiv və passiv) və süni (aktiv və passiv) im  mu-

ni tet. Müəyyən edilmişdir ki, əgər populyasiyada immun təbəqə 

95% və ondan yuxarı təşkil edirsə, onda törədicinin dövr etməsi 

d a yanır, epidemioloji salamatlıq yaranır. Bununla əla qə dar ola-

raq, müvafiq törədicilərə qarşı kütləvi vaksinasiyanın aparılması 

yolu ilə kollektivlərdə “immun təbəqənin” yaradılması epidemi-

yaların qarşısının alınmasının ən təsirli yoludur.

Patogen  amil  (mikroorqanizmlər,  ibtidailər,  helmintlər,  pri-

onlar) əsas etibarilə yoluxucu xəstəliyin spesifikliyini təmin edir, 

onun  təza hür  forması,  davametmə  müddəti,  ağırlıq  dərəcəsi  və 

n ə ticəsi  mikro orqanizmin  müdafiə  mexanizmlərindən  asılıdır. 

Ma k roorqanizmin  həssaslığı  feno-  və  genotipik  xüsusiyyətləri, 

ətraf mühit amillərinin təsiri ilə şərtlənən reaktivliyin dəyiş kən-

li yi ilə təyin olunur.

Müdafiə baryerlərinə xarici (dəri, gözün, tənəffüs yollarının, 

mədə-bağırsaq  yolunun  və  cinsiyyət  üzvlərinin  selikli  qişaları), 



daxili (histiohemositar) baryerlər, hüceyrə və humoral (qeyri-spe-

sifik və spesifik) sistemləri aiddir.

Dəri  mikroorqanizmlərin  əksəriyyəti  üçün  dəfedilməz  mexa-

niki baryer sayılır, tər vəzlərinin şirəsində bir sıra mikro or qa niz m-

lərə münasibətdə bakterisid sayılan lizosim vardır. Se likli qişalar 

da həmçinin mikroorqanizmlərin yayılmasında mexaniki baryer 

hesab olunur. Selikli qişaların şirəsində sekretor im mun qlo bu lin-

lər, lizosim, faqositar hüceyrələr vardır.

Xlorid turşusu hasil edən mədənin selikli qişası yüksək bak-

terisid təsirə malikdir. Mədə şirəsinin turşuluğu aşağı olduqda və 

ya  sek resiyaarası  dövrdə  onun  miqdarı  minimal  olan  şəxslərdə 

b a ğır saq  infeksiyalarının  inkişaf  etməsini  məhz  bununla  əla qə-

lən dirmək lazımdır.



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə