Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə24/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   20   21   22   23   24   25   26   27   ...   234

73

Fekal-oral yoluxma mexanizmi törədiciləri insanların həzm 

yo lunda olan bağırsaq infeksiyaları üçün xarakterikdir.



Transmissiv yoluxma mexanizmi törədiciləri qanda yerləşən 

xəstəliklər zamanı qansoran həşəratlar (buğumayaqlılar) v a si tə si-

 lə həyata keçirilir.

Kontakt (təmas) yoluxma mexanizmi xarici örtüklərin infeksi-

yaları zamanı yoluxmuş və həssas orqanizmin dəri örtüyü, s e likli 

qişaları  ilə  (bilavasitə  təmas)  və  ya  törədicilərlə  çirk lən miş   ə ş-

yalar vasitəsilə (dolayı təmas) həyata keçir.



Vertikalyoluxma mexanizmi dölün bətndaxili dövrdə müx tə-

lif   xəstəliklərlə  yoluxması  zamanı  həyata  keçir  (toksaplazmoz, 

məxmərək, İİV-infeksiya).

Təbii  mexanizmlərlə  yanaşı,  süni  yoluxma  mexanizmləri 

(artifisial)  də  mövcuddur.  Süni  (artifisial)  yoluxma  mexanizmi 

daha  çox  xəstəxanadaxili  infeksion  xəstəliklər  zamanı  realiza-

siya olunur.

Yoluxma  mexanizmi  haqqında  təlim  L.V.Qromaşevski  tərə-

findən  işlənib  hazırlanmışdır.  O,  törədicinin  yoluxma  mexa niz-

minin  onun  orqanizmdə  lokalizasiyasına  uyğun  gəlməsi  qanu-

nunu forma laşdırmışdır. Bu qanuna əsasən törədicinin yoluxmuş 

orqanizmdən  xaric  edilməsi  və  həssas  orqanizmə  daxil  olması 

üsulu  onun  sahib  orqanizmdə  lokalizasiyası  ilə  müəyyən  edilir 

ki, bu da əksər hallarda törədicinin bir fərddən digərinə ötü rül-

mə si  mexanizminə  müvafiq  gəlir. Təbii  şəraitdə  infeksiyanın  4 

əsas  yolux ma  mexanizmi  realizə  olunur:  fekal-oral  (bağırsaq 

infeksi yalarında), aerozol (tənəffüs yolu infeksiyalarında), trans-

missiv (qan infeksiyalarında) və təmas (xarici örtüklərin infek si-

ya   la rında).

Törədici  əsasən  bağırsaqda  lokalizasiya  etdikdə  yoluxmuş 

o r qa nizmdən onun xaric edilməsi ifrazatlarla (nəcis, sidik) və ya 

q u suntu  kütlələri  vasitəsilə  baş  verir.  Törədicinin  həssas  or  qa-

niz mə  daxil  ol ması  ağız  vasitəsilə  (əsas  etibarilə  çirklənmiş  su 

və ya qidanın qəbulu zamanı) həyata keçir, sonra o, yeni o r qa-

niz min həzm yolunda yer ləşir. Ona görə də bağırsaq infeksiyala-

rının  törədicilərinin  yoluxma  mexanizmi  fekal-oral  mexanizm 

adlanır.



74

Əgər  törədici  əsasən  tənəffüs  yolunun  selikli  qişasında  l o-

kali za siya edirsə, onda nəfəsvermə zamanı aerozolun tər ki bin  də 

xaric edilir. Həssas orqanizmə törədicinin düşməsi havanın u d ul-

ması  zamanı  baş  verir,  nəticədə  törədici  təkrarən  yeni  orqaniz-

min  tənəffüs  yollarında  yerləşir.  Ona  görə  də  tənəffüs  yolunun 

törədicilərinin yoluxma mexanizmini aspirasion (aerozol) mexa-

nizm adlandırırlar.

Törədici qan-damar sistemi və limfada yerləşdikdə yoluxmuş 

orqanizmdən qansoran buğumayaqlıların (həşəratların və gə nə lə-

rin)  vasitəsilə  xaric  edilir  və  həssas  orqanizmin  qan-damar 

sisteminə yoluxmuş buğumayaqlının qansorması zamanı yeridi-

lir. Qan infek siyalarının törədicilərinin yoluxma mexanizmi tran-

smissiv mexanizm adlanır.

Törədicinin xarici örtüklərdə (dəri və onun törəmələri, ətraf 

m ü hitə  çıxışı  olan  selikli  qişalar)  lokalizasiyası  zamanı  resipi-

yentin xarici örtüklərinə onun keçməsi infeksiya mənbəyi ilə t ə-

mas zamanı həyata keçir. Bununla əlaqədar olaraq, xarici ör  tük-

lərin  infeksiya larının  törədicilərinin  yoluxma  mexanizmi  təmas

mexanizmi adlanır.

Bu əsas yoluxma mexanizmlərindən başqa, törədicilərin bir 

nəsildən digər nəslin fərdlərinə ötürülməsi (horizontal yoluxma) 

beşinci –vertikal yoluxma mexanizmi ilə həyata keçir ki, bu da 

tö rədicinin anadan dölə, yəni bir nəsildən digərinə ötürülməsini 

təmin edir.

Beləliklə,  müasir  dövrdə  aşağıdakı  yoluxma  mexanizmləri 

məlumdur:  1.Fekal-oral;  2. Aerozol  (hava-damcı,  ha  va -toz) ;  3. 

Transmissiv;  4.  Təmas  (o  cümlədən  hemokontakt);  5.  Vertikal 

(transplasentar).

Yoluxma mexanizmi haqqında təlimə görə patogen mikrob-

ların  yoluxma  mexanizmi  xəstəliklərin  törədicilərinin  parazitik 

təbiəti ilə bağlı olub, onların təbiətdə bioloji növ kimi saxlanma-

sını təmin edir.

Törədicilər  parazit  sahibin  orqanizmində  özünün  yaşa ması 

üçün  ən  yaxşı  əlverişli  şərait  (lazımi  qida,  optimal  temperatur, 

rü tubət  və  s.)  tapır.  Lakin  təbiətdə  öz  növünü  saxlamaq  üçün 

pa razit  hökmən  sahibini  dəyişməlidir.  Törədicinin  başqa  or  qa-




75

niz mə keçməsinin labüdlüyü ondan irəli gəlir ki, xəstəlik zamanı 

yoluxmuş orqanizmdə immunoloji dəyişikliklər (müdafiə reaksi-

yaları)  baş  verir,  nəticədə  parazit  həyat  tərzi  keçirən  mikrobun 

ölü münə gətirib çıxaran qeyri-əlverişli şərait yaranır. Bəzi xəs tə-

lik lərdə (qızılca, pappataçi qızdırması və s.) immunitet elə s ü rət lə 

yaranır  ki,  törədici  xəstəlikdən  artıq  bir  neçə  gün  sonra  məhv 

olur. Bir qrup xəstəliklərdə isə (vərəm, qarın yatalağı və s.) i m-

munoloji  cavab  reaksiyanın  zəifliyi  nəticəsində  törədici  yolux-

muş orqanizmdə uzun müddət, bəzən isə bütün ömrü boyu sax-

lanılır.  Bu  halda  da  törədicinin  bir  orqanizmdən  başqasına 

k e ç  məsi bioloji cəhətdən olduqca vacibdir, istənilən orqanizmin 

yaşama müddəti məhduddur, onun ölməsi ilə bərabər törədici də 

məhv ola bilər. Beləliklə, əgər xəstəliklərin törədiciləri özlərinin 

bioloji  fərdi  sahiblərini  dəyişmək  qabiliyyətindən  məhrum  o l-

saydılar, onda bu, onların ölümü ilə nəticələnər, bioloji növ kimi 

yox  olmasına  və  nəticədə  həmin  yoluxucu  xəstəliklərin  ləğv 

olmasına  gətirib  çıxarardı.  Əslində  isə,  göründüyü  kimi,  y o-

lux ma mexanizminin sayəsində törədicilər digər sahib o r qa niz m-

lərə keçərək öz inkişaflarını davam etdirirlər.

Yoluxucu xəstəliklərin törədicilərinin infeksiya mənbə yindən 

yeni həssas orqanizmə yoluxması prosesi mürəkkəb proses olub. 

3  mərhələdən  ibarətdir:  birinci  mərhələdə  –  törədici  yoluxmuş 

orqanizmdən  xaric  olur,  ikincidə  davamlılığından  asılı  olaraq 

xarici mühitdə müəyyən müddət yaşayır, üçüncü mərhələdə isə 

yenidən həssas orqanizmə daxil olur.

Patogen  mikrobun  bioloji sahibin  orqanizmində spesifik  l o-

ka lizasiyası hər bir yoluxucu xəstəliyin törədicilərinin mü  əy yən 

yoluxma mexanizmi üçün şərait yaradır. Başqa sözlə desək, t ö-

rədicinin orqanizmdə lokalizasiyası və bir bioloji sa hibdən d i gə-

rinə yoluxma mexanizmi bir-birilə sıx əlaqədardır.

Yoluxucu xəstəlik törədicilərinin xarici mühitdə müxtəlif d a-

vam lılığı  yoluxma  mexanizmi  ilə  təyin  edilir.  Məsələn,  malya-

riya  paraziti  xarici  mühit  amillərinə  davamsızdır,  ona  görə  də 

xəs təliyin yayılmasında iştirak edən qansoran həşəratlar (ağcaqa-

nadlar) törədiciləri xarici mühitin mənfi təsirlərindən qoruyur və 

öz inkişaf tsikllərini başa çatdırmağa imkan verir.



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə