Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə27/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   23   24   25   26   27   28   29   30   ...   234

83

formalar)  və  müxtəlif  parazitgəzdirmə  formaları  (xəstəlik  baş 

vermədən törədicigəzdirmə, immun şəxslərin kəs kin və xroniki 

törədicigəzdirənliyi) məlumdur.

Epidemiologiyanın  bu  kateqoriyası  universaldır,  o,  patogen 

p a  ra zitin (bakteriyaların, göbələklərin, rikketsiyaların, virusların, 

helmintlərin,  birhüceyrəlilərin,  buğumayaqlıların)  bioloji  xas  sə-

lə  rin dən  asılı  olmayaraq  bütün  xəstələnmə  hallarına  aid  edilir. 

Yoluxucu xəstəlik halı, o cümlədən infeksion proses təbi ət lə i n-

sanın vəhdətinin formalarından biri olaraq, orqanizmlə p a to gen 

parazit arasında təkamül nəticəsində yaranmış zid diy yətli əla qə-

lə rin  vəhdətidir.  Epidemik  prosesə  patogen  parazit  de yil,  b i-

lavasitə ekoloji (heyvan) və sosial (insan) əlaqələri olan yolux-

muş heyvan və ya insan daxil olur.



İnfeksiya mənbəyi

Patogen parazitin yaşaması və həyat fəaliyyəti üçün təbii ş ə-

rait rolunu oynayan yoluxmuş orqanizm (insan, heyvan) infek-

siya mən bəyidir. Bu kateqoriya həm infeksiya mənbəyinin təbii 

mahiyyətini,  həm  də  insanla  təbiətin  (infeksiya  mənbəyi  olan 

hey  vanlarla) qarşılıqlı əlaqəsini aydınlaşdıraraq, hər şeydən əv -

vəl, insanın infeksiya mənbəyi kimi sosial təbiətini üzə çıxarır. 

İnfeksiya  mənbəyi  kateqoriyasının  əhəmiyyəti  ilə  əlaqədar 

ola raq qeyd etmək lazımdır ki, bir çox müəlliflər onu yoluxma-

nın baş ver mə sin də iştirak edən xarici mühit obyektləri ilə eyni 

səviyyədə  qiymət ləndirirlər.  Lakin  bu,  heç  də  düzgün  deyildir. 

cansız obyektlərin epidemioloji əhəmiyyətini təsvir etmək üçün 

“yoluxma amillər” və “yoluxma yolları” anlayışları qəbul edil-

mişdir (İ.İ.Yolkin, 1973).



Yoluxma mexanizmi

 Bu kateqoriya patogen parazitin yoluxmuş orqanizmdən sağ-

lam orqanizmə yoluxması zamanı məruz qaldığı bioloji adapta-

siya  hallarının  tam  məzmununu  ifadə  edir.  Bununla  belə,  bu 

anlayış  patogen  parazitin  yoluxmuş  orqanizmdən  sağlam  şəxsə 

fasiləsiz və fasiləli hərəkətindən və bu zaman baş verən yerdə-




84

yişmələrdən danışır. Yoluxma mexanizmi təsadüfi hal deyil, p a ra-

zitin patogen mahiyyətindən irəli gələn qanunauyğun epidemioloji 

haldır, o, bir tərəfdən sahibin orqanizminə parazitin a d ap tasiyası, 

digər tərəfdən fərdi sahibini dəyişən zaman yaranan şəraitə uyğun-

laşması deməkdir (L.V. Qomaşevski, 1965).

 Yoluxma mexanizmi insanların və istiqanlı heyvanların ana-

tomik-fizioloji sistemlərinin 4 tipinə uyğundur: həzm, tənəffüs, 

qan döv ranı və xarici örtük. Patogen parazitin yoluxması prosesi 

3 mər hələdə baş verir: törədicinin yoluxmuş orqanizmdən ifraz 

edilməsi,  ətraf  mühitdə  qalması  və  yenidən  həssas  orqanizmə 

d a xil olması.

Patogen parazitin xaricə ifraz edilməsi mərhələsi orqanizmin 

fizioloji (tənəffüs, tüpürcək ifrazı, defekasiya, sidik ifrazı, epite-

lin deskvamasiyası) və patoloji (öskürək, zökəm, qusma, ishal, 

irin  axması,  tüpürcək  ifrazı,  hematofaq  buğumayaqlıların  qan 

sorması) prosesləri ilə bağlıdır. 

 İkinci mərhələ patogen parazitin sonrakı mərhələyə bi la va-

si tə və dolayı yolla ötürülməsinə şərait yaradan spesifik, müəy-

yən biotik və abiotik elementlərlə (parazit və qeyri-parazit canlı 

k e çi ricilər, aralıq sahiblər, torpaq, hava, su, qida məh sulları, m ə i  -

şət  əşyaları  və  s.)  birlikdə  xarici  mühitdə  qalması  ilə  bağ lıdır. 

Ye ni həssas orqanizmə daxil olma (yoluxma) mərhələsi əsas eti-

ba rilə iki yolla baş verir: 1) patogen parazitin xarici mü hitlə əla-

qə si olan daxili üzvlərə daxil olması; 2) tamlığı pozulmuş və ya 

pozulmamış  dəri  və  xarici  selikli  qişalar  vasitəsilə  orqanizmə 

daxil olması (Y.N. Pavloviski, 1950, L.V. Qro maşevski,1965) . 

Birinci yolla patogen parazit yeni orqanizmə fizioloji proses lər 

zamanı (tənəffüs, qida və su qəbul etdikdə – tənəffüs üzv lə ri nin 

və  bağırsağın  yoluxucu  xəstəliklərində)  daxil  olur,  ikinci  yolla  

patoloji hallar (qanla keçən və xarici örtük infeksiyaları zamanı – 

dəri  örtüklərinin  zədələnməsi)  və  fizioloji  proseslər  (cin si  əlaqə, 

bəzi  xarici  örtük  xəstəlikləri  zamanı  –  tualet  əməliyyatları)  z a-

manı orqanizmə daxil olur. 




85

Epidemik ocaq

Epidemik ocaq anlayışı keyfiyyət (yoluxma təhlükəsi) və k ə-

miy yətcə  (çoxlu  xəstəlik)  fərqli  olmasına  baxmayaraq,  mən tiqi 

ehtimal  kateqoriyasında  birləşir  (müəyyən  ərazidə  və  mü ə y yən 

vaxtda yoluxma ehtimalı). 

 Ədəbiyyatda çox vaxt “yoluxucu xəstəlik ocağı”, “yoluxma 

ocağı”  terminləri  işlədilir.  “Yoluxucu  xəstəlik  ocağı”  anlayışı 

pa toloq  və  klinisistlər  tərəfindən  qəbul  edilib,  yoluxucu  xəs tə-

lik lə  yoluxmuş  xəstənin  orqanizmində  gedən  məhəlli  patoloji 

pro sesi təmsil edir, ona görə də, bu anlayışlar epidemiologiyada 

işlədilmir.  “Yoluxma  ocağı”  hərbi  epidemiologiyanın  xüsusi 

kateqoriyasıdır. “Yoluxucu xəstəlik ocağı” anlayışı epidemioloji 

məz munludur,  ancaq  o,  tam  deyil  və  məntiqi  cəhətdən  dəqiq 

deyil. Əvvəla ona görə ki, xəstəlik həmişə orqanizmin həyat f ə-

al liyətinin pozulması ilə özünü büruzə verir. Ocağın varlığı tək-

cə  xəstəni  deyil,  törədicigəzdiriciləri  də  əhatə  edir.  “Yoluxucu 

xəs təlik” mürəkkəb halın bir tərəfini göstərir. Ona görə də “epi-

demik  ocaq”  terminini  işlətmək  bu  cəhətdən  daha  məq sə də uy-

ğundur (İ.İ.Yolkin, 1958; L.V.Qromaşevski, 1965).

Epidemik  ocaq  epidemik  prosesin  ilkin  elementidir.  Epide-

mik  ocağa  məzmunca  fərqlənən  bir  neçə  müxtəlif  tərif  veril-

mişdir. L.V.Qromaşevskiyə görə, epidemik ocaq müəyyən ş ə ra-

itdə hazırkı xəstəliyi keçirmək qabiliyyətinə malik olan i n  fek siya 

mənbəyinin  yerləşdiyi  yer  və  onu  əhatə  edən  ətraf  mühitdir 

(L.V.Qromaşevski, 1965).

İ.İ.Yolkinin fikrincə, epidemik ocaq infeksiya mənbəyi, onun 

ətrafında  olan  sağlam  şəxs  törədicilərin  ötürülməsinin  konkret 

t ə bii və sosial elementləri olan yerdir. Baş vermiş yoluxucu xəs-

tə lik ona xas olan maksimal inkubasiya müddəti ərzində öz t ə-

sirini göstərir (İ.İ.Yolkin,1973).

Başqa  sözlə  desək,  epidemik  ocaq  yoluxucu  xəstəliyin  baş 

ver  diyi  və  ya  onun  yayılma  ehtimalı  olan  müəyyən  ərazidə  və 

kol lektivdə fəaliyyət göstərən epidemik prosesin əsas şərtlərinin 

(infeksiya mənbəyi, yoluxma amilləri, həssas orqanizm) cəminə 

deyilir (D.V.Vinoqradov-Voljinski,1973).



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə