Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə30/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   26   27   28   29   30   31   32   33   ...   234

92

İkincibölmə (yarımsistem) – epidemik prosesin inkişaf m e-

xa nizmi (özünütənzimləmə, yoluxma mexanizmi, təbii-ocaqlılıq 

nəzəriyyələri).

Üçüncübölmə (yarımsistem) – epidemik prosesin aşkar o lu n-

ması (yoluxucu xəstəliklərin ərazidə, insanlar arasında müəyyən 

vaxtda yayılması).

Alimə görə, epidemik prosesin təzahürlərində insanların təbii 

və  sosial  yaşayış  mühitləri  əhəmiyyətli  rol  oynayır.  Parazitar 

sistemlərin  özünütənzimləmə  nəzəriyyəsi  əsasında  V.D .Belya-

kov  epidemik  prosesin  daxili  tənzimlənməsinin  4  müddəasını 

müəyyən etmişdir:

1) bir-birinə münasibətlərinə görə parazit və sahib popul ya si-

ya  la rı nın genotipik və fenotipik heterogenliyi

2)  bir-biri  ilə  qarşılıqlı  təsirdə  olan  populyasiyaların  bioloji 

xüsu siy yətlərinin qarşılıqlı dəyişkənliyi; 

3) epidemik prosesin qeyri-bərabər inkişafını müəyyən edən 

pa ra zit populyasiyasının fazalı yenidənqurulması; 

4)  epidemik  prosesin  fazalı  yenidənqurulmasında  sosial  və 

təbii şə raitlərin tənzimedici rolu.

Bölmələr bir-biri ilə sıx əlaqədədir. Epidemik proses yalnız 

səbəblərin təsirini müəyyən edən şəraitlər olduqda təzahür edir. 

Problem kifayət dərəcədə öyrənildikdə müəyyən şəraitlərdə epi-

demik  prosesin  təzahürlərini  proqnozlaşdırmaq  mümkündür. 

Ey ni zamanda təhlil və müqayisə yolu ilə epidemik prosesin t ə-

zahürlərini  xarakterizə  edən  rəqəm  materiallarının  və  onun  i n-

kişaf  mexanizmini  göstərən  məlumatların  əsasında  səbəblərin 

təsirini  müəyyən  edən  konkret  şəraiti  aşkar  etmək  olar.  Epide-

mik  prosesin  təzahür  formalarını  proqnozlaşdırmaq  üçün  y o-

lux ma  amillərini  və  inkişaf  mexanizmini  bilmək  lazımdır.  Epi-

demik  prosesin  xüsusiyyətlərinə  dair  məlumat ların  və  onun 

i n kişaf  mexanizmi  haqqında  biliklərin  əsasında  epidemik  diaq-

nostika (epidemioloji prosesin inkişafını müəyyən edən ami l lə-

rin   aydınlaşdırılması) həyata keçirilir.

Epidemik  prosesin  əsas  amilləri  bunlardır:  bioloji,  sosial, 

təbii.  Onlardan  birincisi  səbəb,  digərləri  isə  epidemik  prosesin 

f a siləsiz inkişafını təmin edən şərait kimi çıxış edir. Buna görə 

də biz epidemik prosesin amillərini ayrıca təsvir etməklə yanaşı, 




93

ümumilikdə  infeksion  patologiyada  səbəbiyyət  probleminə  də 

toxunmağı lazım bildik.

Epidemik prosesin hərəkətverici qüvvələri – epidemik p ro-

sesin bioloji, təbii və sosial amilləridir. Törədicinin və sahibin 

populyasiyasının qarşılıqlı təsiri müəyyən sosial və təbii ş ə ra it-

lər də baş verir və deməli, həmin şəraitlərdən asılı olur. 

İnfeksion prosesin aparıcı determinantları 

(V.İ.Pokrovski və başqa., 1993)

Determinantlar

Amillərin təsirinə daha çox məruz qalan 

infeksiyalar



Sosial amillər:

demoqrafik amillər

Qızılca,  göyöskürək,  difteriya,  s u   ç i çə-

 yi, e pi demik parotit, qrip, şi gel yoz (Qri-

qor yev -Şiq)

– sanitar-kommunal abadlıq

Qarın  yatalağı,  vəba,  Fleksner  şi gel yo-

 zu, VHA, VHE

– əmək və məişət şəraiti 

Legionelyoz,  bruselyoz,  qarayara,  səp-

kili yatalaq, qrip və digər KRVİ, vərəm

– sosial davranış xüsusiyyətləri

İİV-infeksiya, cinsi yolla yayılan infek-

siyalar, VHB, VHc

– tibbi xidmət

İİV-infeksiya, VHB, VHc

– əhalinin qidalanmasının 

   təş ki li nin  xüsusiyyətləri

VHA,  VHE,  Zonne  şigelyozu,  salmo-

nel yoz,  bağırsaq  yersiniozu,  p se v do və -

rəm, prion xəstəlikləri

Bioloji amillər:

– sahiblərin və keçiricilərin 

   ekologiyası

Təbii-ocaqlı  zoonozlar,  tropik  xəs təlik-

lər,  biohelmintozlar

əhalinin immun strukturu

Qızılca, göyöskürək, poliomielit, su ç i-

çə yi, epidemik parotit



Təbii amillər:

– iqlim


Qan  infeksiyaları,  geohelmintozlar,  b a-

ğır  saq infeksiyaları, VHE

hidrogeoloji

Leptospiroz,  tulyaremiya,  legionelyoz, 

şi stosomozlar

– torpaq


Geohelmintozlar, tetanus, klostridiozlar, 

yersiniozlar

– kosmik 

Kifayət dərəcədə öyrənilməmişdir




94

Başqa  sözlə,  epidemik  proses,  yəni  yolu xucu  xəstəlik  t ö rə-

di ci  və  insan  populyasiyasının  qarşılıqlı  təsirinin  nəticəsidir, 

qeyri-həmcinslik  və  xüsusiyyətlərin  dəyişkənliyi  bu  populyasi-

yaların  xarakteris tika sıdır.  Ona  görə  də  epidemik  prosesin 

təzahürləri nəinki yoluxma riski ilə, həm də xəstələnmə riski ilə 

təyin edilir. Epidemik prosesin şərtlərinə sosial və ya təbii a mil-

lər daxil olur ki, bunlar mikro- və makroorqanizmin xa s sə lə rinə 

təsir göstərir.

Yoluxucu xəstəliklərin törədicilərinin yoluxmaamilləri – t ö-

rə dicilərin infeksiya mənbəyindən həssas orqanizmə daşınma sını 

təmin edən ətraf mühit elementləridir.

Hər bir yoluxucu xəstəliyin klinikası törədicinin spesifikliyi 

ilə təyin olunur, lakin eyni bir törədici iştirak etdikdə belə, kli-

nika  müxtəlif  ola  bilər:  bir  törədici  zamanı,  məsələn,  Epşteyn-

Barr virusu ilə infeksion mononukleoz və Berket limfoması, su 

çiçəyi və kəmərvari herpes (herpes zoster virusu), yaxud qızılca 

və yarımkəskin skreozlaşmış panensefalit (qızılca virusu) inkişaf 

edə bilər.

Yoluxucu xəstəliyin yaranması şəraiti

Hələ  keçmiş  dövrlərdən  məlumdur  ki,  epidemiyalar  m ü əy-

yən  yerlərdə  və  müəyyən  vaxtlarda  inkişaf  edir.  Orta  əsrlərdə 

alimlər qeyd etmişlər ki, sosial amillər də epidemiyanın inkişa-

fına təsir göstərə bilir.

Xəstəliklərin  yaranma  riskini  yüksəldən  və  xəstələnmənin 

mü əy yən  səviyyəsini  təyin  edən  şərait  xəstəliyin  risk  amilləri 

adlanır. İnfeksion patologiyada yoluxma riski olmadan xəstəlik 

baş  vermir.  Bu  şəraitə  həmçinin  xəstələnmə  riskini  yüksəldən 

insanın  davranış  tərzi,  orqanizmin  fərdi  xüsusiyyətləri  daxildir. 

Ekspertlərin  məlumatlarına  görə,  əhalinin  sağlamlıq  səviyyəsi 

50%-də həyat tərzi, 20%-də yaşayış mühiti, 20%-də irsiyyət və 

y a lnız  10%-də  tibbi-sanitar  yardımın  keyfiyyəti  ilə  müəyyən 

olunur. Lakin bu, heç də bütün yoluxucu xəstəliklərə aid deyil-

dir:  bağırsaq  infeksiyalarında  bu  asılılıq  özünü  tam  doğruldur, 

h a va-damcı  infeksiyalarında  bu  nisbət  fərqlənir.  Məsələn,  ə h a-

linin  ölüm  göstəriciləri  8-10%-dən  xeyli  yüksək  olub  40%-ə 

çatır.



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə