Az rbaycan Respublikas t hsil Nazirliyinin


Epidemiologiyanın tibb elmi və səhiyyə üçün əhəmiyyəti



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə12/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   8   9   10   11   12   13   14   15   ...   234

37

Epidemiologiyanın tibb elmi və səhiyyə üçün əhəmiyyəti

Epidemiologiyanın təbabət elmində, xüsusilə yoluxucu xəs-

təliklər və peşə xəstəlikləri sahəsində əhəmiyyəti böyükdür. Epi-

demiologiya sahəsində elmi yeniliklər təbabət elmini xeyli zən-

gin ləş dirmişdir,  təcrübi  səhiyyədə  yoluxucu  xəstəliklərə  qarşı 

m ü  hüm tədbirlərin təklif edilməsi isə bu xəstəliklərin qarşısının 

alınması sayəsində minlərlə insan həyatının qorunması ilə n ə ti-

cə ləndi. Epidemiologiya elminin əldə etdiyi nailiyyətlərdən biri 

dünya miqyasında təbii çiçəyin ləğv edilməsidir. Vaxtilə mil yon-

larla insanın ölümünə səbəb olan təhlükəli vəba və taun xəs tə-

likləri epidemiologiya elminin təklif etdiyi tədbirlər nəti cəsində 

bir çox ölkələrdə yox dərəcəsinə endirilmişdir. Uşaqlar arasında 

ömürlük  əlilliyə  səbəb  olan  poliomielit  xəstəliyi  qısa  müddət 

ər zində  dünya  miqyasında  epidemiyalardan  tək-tək  xəstələnmə 

d ə rəcəsinə en dirilmişdir.

Əsrimizin taunu adlandırılan viruslar tərəfindən törədilən insa-

nın qazanılmış immunçatışmazlıq sindromu (QİÇS) xəstəliyi epi-

demiologiya elmi tərəfindən əvvəlcədən proqnozlaşdırma yolu ilə 

a y dınlaşdırıldı, sonra isə ona qarşı mübarizə tədbirləri işlənib h a-

zırlandı. Epidemiologiya elminin mütərəqqi üsulları müasir t ə ba-

bətdə  somatik  xəstəliklərlə  mübarizədə  geniş  istifadə  edilir.  Bu 

xəstəliklər sırasında bədxassəli şişlər və ürək-qan damar sistemi xəs-

təlikləri ilə mübarizədə epidemiologiya elmindən daha geniş istifadə 

edilir.


Epidemik prosesin idarə olunmasının elmi və təşkilati 

əsasları və ayrı-ayrı infeksiyaların ləğvi

Yoluxucu xəstəliklərin ləğv edilməsi tibb elminin mürəkkəb 

prob  lemlərindəndir. Amerikanın Boston şəhərində yerləşən Har-

vard universitetinin profilaktik təbabət və epidemiologiya kafed-

rasının professoru Qordon qeyd edir ki, xəstəliyin ləğv edilməsi o 

deməkdir ki, yer kürəsinin heç bir yerində yenidən baş ver mə sin. 

Xəstəlik  yalnız  bütün  dünyada  ləğv  edildikdən  sonra  ona  qarşı 

profilaktik tədbirləri dayandırmaq olar.




38

Deyildiyi  kimi,  yoluxucu  xəstəliyin  nozoloji  növ  kimi  ləğv 

e d il  məsi (devastasiya) törədicinin bioloji növ kimi qlobal miq-

yasda  məhv  edilməsi  (eradikasiya)  ilə  təmin  edilir.  Yoluxucu 

xəs  təliyin  qlobal  ləğv  edilməsi  onun  regional  ləğv  edilməsi  ilə 

baş  lanır. Yoluxucu xəstəliyin regional ləğv edilməsi ərazi da xi-

lində t ö rə  dicinin məhv edilməsi (eliminasiya) və bir daha bu əra-

zidə g ə tirilmə törədicinin inkişafının qarşısının alınması yolu ilə 

mümkündür.

Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  rəhbərliyi  altında 

dün  yanın bir çox ölkələrinin səyi nəticəsində dünya miqyasında 

təbii çiçək xəstəliyi ləğv edilmişdir. Uzun müddətdir ki, təbii çi -

çək xəstəliklər sırasından çıxarılmış və ona qarşı profilaktik təd-

birlər dayan dırıl mışdır.

ÜST  tərəfindən  üçgünlük  malyariyanın  ləğvi  proqramı  hazır-

lanmış  və  dünya  miqyasında  həyata  keçirilir. Ancaq  bu  tədbirlər 

nəticəsində malyariya parazitinin məhv edilməsi hələlik mümkün 

olmamışdır. Hazırda tropik və subtropik ərazilərdə ÜST-ün mal ya-

riyanın qarşısını almaq proqramı geniş miqyasda yerinə yetirilir.

Müasir dövrdə bir çox təhlükəli yoluxucu xəstəliklərin (vəba, 

taun, viruslu gənə ensefaliti və s.) ləğv edilməsi mümkündür, a n-

caq onun həyata keçirilməsi bir çox dünya ölkələrinin iştirakı və 

ÜST-ün  rəhbərliyi  altında  aparılarsa,  müəyyən  müddətdə  buna 

nail olmaq olar. Lakin bu, çox mürəkkəb işdir və ancaq külli v ə-

sa it qoyuluşu onun gerçəkləşməsinə zəmanət verə bilər.

Yoluxucu  xəstəliklərin  ləğv  edilməsi  problemi  epidemiya  ə l ey-

hinə tədbirlərin əsasında həll ola bilər. Parazitar sistemin özü nü tən-

zimləmə nəzəriyyəsi bu problemin anlaşılmasına böyük yenilik g ə  -

tirir (V.D.Belyakov, 1989). Nəzəri baxımdan yoluxucu x ə s    tə liklərin 

ləğv  edilməsinə  epidemiya  əleyhinə  tədbirlərin  aparılması  ilə  nail 

olmaq olar. Epidemiya əleyhinə tədbirlərin ək səriy yəti xəstə liklərin 

qarşısının alınmasına yönəldilib. Törə di ciyə bioloji növünü saxla-

maq üçün hökmən bir mər hələdən başqa mə r  hələyə fasiləsiz keç-

məsi vacibdir. Bununla yanaşı, yoluxucu xəs təliyin ləğv edil məsi 

mər  hə ləsində klinik-diaqnostik təd bir lə rin ( m ə sələn: pey vənd) çox 

yüksək səviyyədə aparılması lazımdır. Yoluxucu xəs təliklərin ləğv 

edilməsi hipodiaqnostikaya meylin olması, xəstəlik göstə ri ci  lə ri-



39

nin süni şə kildə aşağı salınması ilə mümkün deyildir. Bu və ya 

d i gər yoluxucu xəstəliklərin ləğv edilməsi təkcə xəstəliyin yayıl-

masının qarşısını almaqla deyil, eyni zamanda epidemik prose-

sin başqa həssas mexanizminə təsir etməklə müəyyən edilir.

Yoluxucu  xəstəliklərin  ləğvi  müəyyən  yoluxucu  xəstəliyin 

ölkə və ya bir sıra ölkələrin hüdudlarında, yaxud bütün yer kürə-

sində  həmin  xəstəliyin  törədicisinin  tam  məhv  edilməsi  və  ya 

yox  olması  ilə  müşa yiət  olunan  ləğvini  nəzərdə  tutur.  Bu,  x a-

ricdən  törədici  gətirilmə məklə  müəyyən  ərazidə  əhali  arasında 

ləğv olunan infeksiyanın hər hansı bir formada baş vermə ehti-

malını istisna edir. Antroponozlar zamanı yoluxucu xəstə liklərin 

ləğ vi  dedikdə  müəyyən  ərazidə  törədicinin  dövr  etməsinin  tam 

dayan dırılması başa düşülür. Zoonozlar zamanı heyvanlarda mü -

vafiq  xəstəliklər  aşkar  edildikdə,  insanların  xəstələnməsinə  yol 

verilməməsi  vacibdir,  buna  ya  spesifik  profilaktika,  ya  da  təbii 

ocaq ların ləğv edilməsi yolu ilə nail olmaq mümkündür.

Müasir şəraitdə yoluxucu xəstəliyin tam ləğvi üçün həmin i n-

fek siyanın  epidemik  prosesini  tamamilə  qırmağa  və  bununla  da 

xəstəliyin ləğvini təmin etməyə, həmçinin onun törədicisini məhv 

etməyə qadir yüksək effektiv vasitələr lazımdır.

Yoluxucu xəstəliklərin ləğvi məsələsi 1946-cı ildə ÜST ya ra dıl -

dıqdan sonra daha da canlandı. Bununla yanaşı, eradikasiya (xəs tə-

lik törədicilərinin kökünün kəsilməsi) termini istifadə edil məyə baş-

lanıldı.  Eradikasiyanı  həyata  keçirərkən  mübarizə  təd  birləri  o 

za man effektiv ola bilər ki, onlar epidemik prosesin hər üç halqa-

sına qarşı yönəldilsin. Bu, aşağıdakıları nəzərdə tutur:

1) infeksiya mənbəyinin zərərsizləşdirilməsi;

2) yoluxma mexanizminin qırılması;

3) orqanizmin xəstəliklərə qarşı rezistentliyinin yaradıl ması.

Yoluxucu xəstəliklərin real ləğvi o zaman mümkündür ki, gös-

tərilən üç yoldan hər birinə qarşı yönəldilsin və aparılan təd bir lər 

n ə ti cəsində üç amildən, heç olmasa, biri tamamilə sıradan çıxsın. 

İnfeksiya mənbələri çox olduqda, yoluxma mexanizmi a san lıqla r e-

a lizasiya olunduqda, xəstəliyin yayılmasının qarşısı çə tin alındıqda 

və orqanizmin xəstəliklərə qarşı həs saslığını zəiflət mək müm kün o l-

ma dıqda yoluxucu xəs tə liklərin ləğvi imkanı qeyri-r e aldır.



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə