46
çıxarmışdır. Tədqiqatların baş lanğıc mərhə lə sində ürək-damar,
şiş, sinir, psixi, allergik, endokrin və digər xəstə liklərin epidemi-
ologiyasının öyrənilməsinə diferensiasiyalı y a naş ma sadalanan
istiqamətlər üzrə işlərin məhdud şəkildə aparılmasını şərtlən dir-
miş dir.
QİXE-ni kliniki fənnlərdən prinsipial fərqləndirən xü su siy-
yət tədqiqat obyektinin fərdin sağlamlıq vəziyyəti deyil, popul-
yasiyanın sağlamlıq vəziyyətinin olmasıdır. Epidemioloji baxım-
dan “populyasiya” dedikdə müəyyən xüsusiyyətlərlə fərqlənən
əhalinin təbii yolla formalaşmış hissəsinin və ya ərazinin bütün
əhalisi başa düşülür.
QİXE bir sıra cəhətləri ilə infeksion epidemiologiyadan
fərqlənir. QİXE-nin latent dövrü infeksion xəstəliklərin latent
dövrünə nisbətən daha uzunmüddətlidir və onun konkret müd də-
tini qabaqcadan söyləmək mümkün deyildir. Xroniki xəstəliklər
təd ricən inkişaf edir və müayinə olunan şəxslərdə xəstəliyin
əlamətləri geniş diapozonda təzahür edə bilər ki, bu da səhv d i-
aq nostikanın verilmə ehtimalını artırır. QİX üçün etiologiya və
p a togenizin çox amilliyi səciyyəvidir, dominant amil çox zaman
müəyyən olunmur. İnfeksion epidemio lo giyadan fərqli olaraq,
burada populyasiyanın qeyri-həssas hissəsini ayırmaq və konk-
ret şəxsdə konkret xronik QİX-yə qarşı mütləq davamlılığı m ü-
əy yən etmək mümkün deyildir. Xəstələnmənin proqnozları və
pro filaktiki tədbirlərin effek tivliyi ehtimal xarakteri daşıyır və
ü mu miyyətlə, populyasiyaya münasibətdə təsdiq olunur.
QİXE-nin məqsədi əhalinin xroniki xəstəliklərlə xəs tələn mə-
si nin inkişaf qanunauyğunluqlarını müəyyən etmək və ona n ə za -
rət yollarını işləyib hazırlamaqdır. Müayinələrin əsas ob yek ti və
son hədəfi insandır, onun sağlamlıq vəziyyəti və sağlamlığının
qorunmasıdır.
47
İNFEKSİYA HAQQINDA TƏLİM
İnfeksion Proses və Parazitizm
Epidemiologiya – epidemik prosesin inkişafı və yaranması
qanunauyğunluqlarını, metodlarını, yoluxucu xəstəliklərin yayıl-
masının qarşısının alınması və xəstələnmənin azaldılmasına y ö-
nəl dilmiş əksepidemik və profilaktik tədbirləri işləyib hazırlayan
elmdir.
Demək olar ki, hər il planetin hər üçüncü sakini minimum
bir yoluxucu xəstəlik keçirir. Bir çox yoluxucu xəstəliklər qlobal
ya yılmağa meyllidir.
Məlum olduğu kimi, mikroorqanizmlərin makro orqa nizmlə
təma sı kommensializm, simbioz və ya infeksiyanın inkişafı şək-
lində təzahür edə bilər. Kommensializm zamanı mikrobun sahib
orqa nizmdə saxlanması sonuncunun zədələnməsi ilə müşayiət
o lun mur, lakin spesifik və qeyri-spesifik rezistentlik sistemləri
aktivləşir.
Simbioz (mutualizm) dedikdə o hal başa düşülür ki, həm mik-
rob, həm də sahib adaptiv üstünlüklər qazanır. İnsan orqanizmi
üçün vacib olan bir sıra qidalı maddələr endogen mik roflora
tərəfindən sintez olunur. Mikroorqanizmlər insan o r qa nizmində
ətraf mühitin sabitliyini (temperatur göstə ricilərinə, ion tər ki-
bi nə, qidalı maddələrin miqdarına görə) əldə edir. Bakteriyaların
və insanın birgə yaşayışı tamamilə bərabər hü quq ludur, özü də
insan-mikrob sistemində insan hücey rə lərinin ümumi miqdarı
10
13
, mikrobların – 10
14
-10
15
təşkil edir.
İnfeksionprosesvəyainfeksiya – törədici ilə həssas orqaniz-
min qarşılıqlı əlaqəsi olub, yoluxucu xəstəlik və ya simptomsuz
t ö rə di cigəzdirənlik şəklində təzahür edir. Törədicinin makro or q-
a nizmə daxil olması və orada çoxalması nəticəsində pozulmuş
h o m e ostazın bərpasına yönəldilmiş uyğunlaşma reaksiyaları k o-
m p leksi inkişaf edir. İnfeksion prosesin gedişində insan (və ya
hey van) orqanizmində patoloji dəyişikliklər inkişaf edir. Mikro-
orqanizm ilə sahibin hü cey rəsi arasında təmas aşağıdakı pro ses-
lər lə səciyyələnir: a) mikro or qa nizmlərin sahibin epitel hü cey rə-
48
si nə adheziyası; b) sahibin or qanizminin daxili mühitinə
mikroorqanizmlərin invaziyası; c) sahibin orqanizminin daxili
mühitində mikroorqanizmlərin proliferasiyası. Bir çox infeksi-
yalar üçün hər üç prosesin ardıcıl inkişaf etməsi xarakterikdir,
d i gərlərində isə yalnız adheziya baş verir.
İnfeksion xəstəlik – sahiblə parazit arasında qarşılıqlı təsir
n ə ti cəsində meydana çıxan makroorqanizmlərin zədələnməsinin
klinik təzahürləridir.
Persistensiya – o haldır ki, sahibin rezistentlik amilləri mik-
roorqanizmin eliminasiyasını təmin etmir, bu isə uzunmüddətli,
lakin cüzi zədələnmə ilə müşayiət olunur.
Kolonizasiya – sahibin yeni mikroorqanizm qazanmasının
ardınca yaranan vəziyyətdir, sahib-parazitin qarşılıqlı əla qələ ri-
nin dinamikliyi və davamsız olması ilə səciyyələnir.
Adheziya. Mikroorqanizmlərin əksəriyyətinin təbii həyat tər zi
hər hansı substratlarda onun möhkəmlənməsi ilə bağlıdır, ona
g ö rə də bütün mikroorqanizmlər üzvi və qeyri-üzvi səthlərə ya pış-
maq qabiliyyətinə malikdir. Adheziyanın iki qrup me xa niz m ləri
ayırd edilir – qeyri-spesifik və spesifik. Birincisi bakteriyaların
səthlərlə fiziki-kimyəvi qarşılıqlı əlaqəsi ilə şərt lənir: e l ek tros ta-
tik, hidrofob, Broun hərəkəti və s. Qeyri-spesifik adheziya, adə tən
geriyədönəndir.
İstənilən infeksion proses adheziya ilə başlanır. İnsan orqa-
niz mində adheziyanı məhdudlaşdıran müdafiə sistemi mövcud-
dur. Ətraf mühitlə təmasda olan insan orqanizminin başlıca mü da-
fiə mexanizm lərində əsas yer normal mikrofloraya məxsusdur: o,
pato gen mikroorqanizmlərin adhezinlərinin sahibin reseptorları
ilə təmasda olmasına maneçilik yaradır.
İnvaziya infeksion prosesin ikinci mərhələsidir. İnvaziya d e-
dikdə sahibin orqanizmində toxumaların hüceyrəarası sahə lə rin də
mikro orqanizmlərin yayılması və hüceyrənin daxilinə o n ların n ü-
fuz etməsi başa düşülür. Hüceyrəarası sahələrdə m ik ro or qa nizm lə-
rin yayılması zülallar tərəfindən hasil edilən, fer men tativ a k tivliyə
malik və hüceyrəxarici matriksin tamlığını pozan mad dələrlə təmin
edilir.
Hüceyrənin daxilinə mikroorqanizmlər passiv və ya aktiv
şə kildə keçirlər. Passiv yol – faqositoz prosesi olub, mikro or qa-
Dostları ilə paylaş: |