Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə222/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   218   219   220   221   222   223   224   225   ...   234

678

talar  ətraf  mühitdə  qalmağa  çox  davamlı  olub,  6-8  aya  qədər 

həyat qabiliyyətini saxlayırlar.

İnvaziya mənbəyi. Toksoplazmoz həm ev, həm də sinantrop 

heyvanlarda (it, pişik, donuz, iribuynuzlu qaramal, at, keçi, q o-

yun, dovşan, toyuq, hinduşka, göyərçin, siçan, siçovul), həm də 

vəhşi heyvanlarda (gəmiricilər – qum siçanı, gəlincik, dələ; mey-

munlar və s.) aşkar olunub. İnsan üçün ev heyvanları (itlər və p i-

şik) daha təhlükəli sayılır. Heyvanlarda toksoplazmoz daha çox 

p a ra  zitgəzdirmə  (simptomsuz  forma)  şəklində  gedir,  ancaq  kli-

nik ifadə olunan formalara da rast gəlinir.



İnvaziya mənbəyinin yoluxduruculuq dövrü.  Toksoplaz mo-

zun törədicisi, xüsusən də sista formasında insan və heyvan ların 

or qanizmində  uzun  müddət  saxlana  bilər.  Heyvanların  o r qa niz-

mindən toksoplazmalar kəskin dövrdə intensiv şəkildə nəcis, s i-

dik, selik, süd vasitəsilə, balasalma zamanı döl və dölyanı maye 

ilə  ifraz  olunurlar;  latent  formalarda  törədicinin  ifrazı  dəyişkən 

x a rakterdə gedir.

Yoluxma mexanizmi və yolları. Toksoplazmoz zoonoz in fek -

siyadır, insana 3 yolla keçir: general – bitki məhsulları, ksenotrop 

–  ət  məhsulları  ilə,  vertikal,  yaxud  bətndaxili.  Toksoplazmozla 

yoluxma  qida  məqsədilə  kifayət  qədər  termiki  işlənməmiş  ət  və 

süd məhsullarının istifadəsi zamanı, heyvanlara qulluq etdikdə z ə-

də  lənmiş dəri örtüyü və ya selikli qişalardan, heyvanların dəri lə-

rini soyduqda, əti emal etdikdə və s. zamanı baş verir. Hava-dam-

 cı mexanizmi tam sübut edilməyib. İnsandan insana tok  so p laz moz 

anadan dölə transplasentar yolla da ötürülür.

Həssaslıq  və  immunitet.  Toksoplazmozda  həm  humoral, 

həm də hüceyrə immuniteti inkişaf edir. Əmələ gəlmiş əksci sim-

lər orqanizmdə prosesin inkişafını qeyri-steril immunitet nəticə-

sin də məhdudlaşdırır, ancaq onların müdafiə təsiri yoxdur. H ü-

cey rə immuniteti toksoplazminlə aparılan dəri sınağı ilə müəy yən 

edilir.  Ümumilikdə  toksoplazmozda  immunitet  az  gər gin likli  və 

davamsızdır.  O,  interkurrent  xəstəliklərin  təsiri  ilə  zəifləyə  bilər 

ki, bu da kəskinləşmə və residivlərə gətirib çıxarır və tokoplaz-

moz xronik formaya keçir. İmmunitet toksoplazmozda davamsız-

dır.



679

Epidemik  prosesin  təzahürləri.  Toksoplazmoz  bir  çox  ö l-

kə  lərdə – Avropa, cənubi Amerika, Afrika, Asiya və Avstra liyada 

qeyd olunur (10-30%). Əslində, bu, həqiqi xəstələnməni gös tər-

mir. Rəsmi qeydiyyat əksər ölkələrdə aparılmır. İnsanların tok-

soplazmoza görə həssaslığı ümumidir. Ən çox kənd əhalisi y o lu-

xur ki, bunu da onların şəhər əhalisinə nisbətən heyvanlarla daha 

çox təmasda olması ilə izah edirlər. Sənəti ilə əlaqədar (hey van-

darlıq, ət kombinatlarının işçiləri, ovçular və s.) heyvan larla t ə-

ma s da olan şəxslərdə xəstəlik əhalinin digər qruplarına nis bə tən 

çox qeydə alınır.



İnkubasiya dövrü müxtəlifdir, onu müəyyən etmək invazi-

yalaşma ilə əlaqədar çox çətindir, ancaq 15-20 gün sürməsi g ü-

man edilir.

Klinik  əlamətləri.  Anadangəlmə  və  qazanılmış  toksoplaz-

moz ayırd edilir. Anadangəlmətoksoplazmoz o vaxt baş verir ki, 

qadın hamiləlik dövründə ilk dəfə yoluxmuş olsun. Digər tərəf-

dən bu, parazitemiya baş vermiş qadınlarda və cift zədə lən dikdə 

mümkündür.  Bətndaxili  yoluxma  özünü  təxminən  25%  halda 

yenidoğulmuşlarda klinik əlamətlərlə göstərir. Xəstələrin vəziy-

yə tinin ağırlığı daxil olmuş parazitin miqdarından asılıdır.

Döl hamiləliyin son dövründə yoluxmuşdursa, xəstəliyin kəs-

kin forması inkişaf edəcəkdir. Belə hallarda xəstəlik dalağın, q a-

ra ciyərin böyüməsi, miokardit, interstisial pnevmoniya, ensefalit 

əlamətləri və s. ilə müşayiət oluna bilər. Spesifik müalicə n  ə  in  ki 

xəs təni müalicə edir, hətta belə ağırlaşmaların qarşısını alır. Ana-

dan gəlmə  toksoplamozda  getdikcə  artan  hidrosefaliya,  xori  ore ti-

nit,  kəllədaxili  kalsifikatlar,  daxili  orqanlar  tərəfindən  müx  təlif 

dəyişikliklər  (hepato-  və  splenomeqaliya),  habelə  gözlə rin  zədə-

lən məsi qeyd edilir. Anadangəlmətoksoplazmozun ayrı-ayrı təza-

hürləri  sinir-psixi  pozğunluqlar,  qıcolmalar,  uşaqların  əqli  i n ki-

şafdan geri qalması şəklində ola bilər. Qazanılmış toksoplazmoz 

(qida  məhsulları  ilə  yoluxma)  çox  zaman  simp tomsuz,  ya  xud 

subklinik keçir və aşkarlanmamış qalır. Klinik cəhətdən tam təza-

hür edən toksoplazmoz nadir hallarda yoluxmadan 3-10 gün son-

ra  prodormal  əlamətlərlə  başlayır:  ümumi  zəiflik,  əzələ  a ğ rı ları, 

uzun sürməyən ishal.



680

Qazanılmış  toksoplazmoz  klinik  təzahürlərin  müxtəlifliyi  ilə 

xarakterizə olunur. Xəstəliyin göz, serebral, limfadenopatik və e k-

zantemalı formaları ayırd olunur. Xəstəliyin kəskin mərhə lə sin də 

titrətmə, qızdırma, səpgi, limfadenopatiya, mio kardit, i n ter stisial 

pnevmoniya müşahidə edilir, qaraciyər böyüyür. Dalaq hiss edi-

lə cək dərəcədə böyümür. Kəskin mərhələdə ensefalomielit simp-

tomları  müşahidə  edilir.  Spesifik  terapiya  olmadıqda  xəs tələrin 

əksəriyyəti bir neçə həftə ərzində ölür. Qazanılmış kəskin toksop-

lazmoz zamanı orqan və ya sistemlərin zədə lən mə sin dən asılı ola-

raq limfadenopatik, visseral, serebral və göz formaları ayırd edilir. 

Böyüklərdə toksoplazmoz əsasən subklinik, latent i  n  fek siya şək-

lində  gedir.  Kəskin  gedişli  hallara  (ölümlə  nəticə lə nən)  az  rast 

g ə linir.



Müalicə. Toksoplazmoza qarşı 2 spesifik preparat – xloridin 

(sinonimləri  –  pirimetamin,  daraprim,  tindurin)  və  sulfanila-

midlər işlədilir. Onlar sinerqizmə təsir edərək folin turşusundan 

foli turşusunun sintezinə imkan vermir, eləcə də P-aminobenzoy 

turşusunun  metabolizminə  təsir  edir.  Xəstələr  bu  preparatları 

yax şı  keçirir.  Bəzən  trombositopeniya  və  ya  leykopeniya  baş 

verir. Bu əlavə təsirin qarşısını almaq üçün xəstələrə folin turşusu 

təyin edilir ki, bundan orqanizm özündə folin turşusu sintez edir. 

Xloridin  (daraprim)  sulfadimezinlə  birgə  metranidazol  isti fa də 

edi lir.


Laborator diaqnostika. İnsan sağ ikən toksoplazmoz törə di -

cisini aşkar etmək üçün onurğa beyni mayesi, limfa düyün lə ri nin 

punktatı, biopsiya edilmiş limfatik düyünlər və badamcıqlar, döl-

yanı qişaların qalıqları və cift müayinə edilir. Seksiya materialı 

mü a yinə edildikdə dalaq və baş beyindən törədicini ayırd et  mək 

olar. Bu zaman yaxmalar, kəsiklər hazırlanır, Romanovski üsulu 

ilə boyanır. Daha yaxşı nəticə siçanlarda bioloji sınaq q o yul   duq-

 da əldə edilir. Ölmüş siçanları toksoplazmaya görə müa yinə e di r -

lər:  əgər  onlar  sağ  qalırsa,  öldürür,  3-5  kortəbii  ək mə  apa  rırlar. 

İmmunoloji  müayinə  üçün  KBR,  HAR,  İFR,  h a belə  tok sop laz-

minlə dəriiçi sınaq qoyulur. Dəriiçi sınaq hətta xəs tə likdən son ra 

ömürlük qalır.




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə