Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə230/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   226   227   228   229   230   231   232   233   234

702

Yeni qaydalar beynəlxalq əlaqələrə (yük, sərnişin daşınması 

və  s.)  çox  cüzi  dərəcədə  mənfi  təsir  etməklə  beynəlxalq  miq-

yasda əhalinin təhlükəli xəstəliklərdən etibarlı qorunması məq sə-

dini  güdür.  Bu qaydalar xəstəliyin qeyd edilən ölkələrdən digər 

ölkələrə keçirilməsi və gətirilməsi zamanı onun yayılmasının qar-

şısını almağa yönəldilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bütün üzvləri (c ə-

nubi Afrika respublikası, Avstraliya və Sinqapurdan başqa) qay-

daların yerinə yetirilməsinə ciddi əməl etməyi öhdələrinə götür-

müş lər.  Qaydalar  bütün  ölkələrdən  dövlət  səhiyyə  idarələrinin 

aşağıdakı  hallarda  ÜST-ə  təcili  (24  saat  ərzində)  məlumat  ve r-

mə yi tələb edir:

a) xəstəliklərin insanlar arasında baş verməsi (gətirilmə və ya 

yerli xəstələnmə hadisələri, eləcə də gəmi və ya təyyarə ilə gəti-

ril məsi);

b) Sarı qızdırma virusunun ağcaqanadlarda və onurğalılarda 

ta pıl ması, vəhşi və sinantrop gəmiricilərin taun mikrobları ilə y o-

lux ması haqqında;

c)  yoluxmuş  ərazinin  sərhədlərinin  müəyyən  edilməsi  haq-

qında; bu, epidemioloji mülahizələrə əsaslanaraq təyin edilir və ö l-

kə nin inzibati ərazi bölgüsü ilə uyğun gəlməyə bilər (burada ancaq 

yerli yoluxma nəzərə alınır);

ç) xəstəliyin mənbəyi və yayılma şəraiti, xəstələrin və ölən-

lərin sayı, epidemiya əleyhinə aparılan tədbirlər haqqında;

d) yoluxmuş rayonun infeksiyadan azad olunması haqqında 

(o şərtlə ki, vəba, taun və təbii çiçəklə xəstələnmə və ölümdən 

sonra tam sağalma baş versin və ya sonuncu xəstənin təcrid edil-

mə sindən sonra inkubasiya dövründən 2 dəfədən az olmamaqla 

vaxt keçsin).

ÜST  alınan  məlumatın  tezliklə  yayılması  üçün  məsuliyyət 

daşıyır.


“Beynəlxalq  tibbi  sanitariya  qaydaları”ndan  (burada  yalnız 

taun, vəba və sarı qızdırmaya tədbirlər nəzərdə tutulmuşdur) fər-

q  li  olaraq,  “MDB  ərazisinin  sanitariya  mühafizəsi  qaydaları 

nəinki  k a ran tin  xəstəliklərinə  (taun,  vəba,  təbii  çiçək,  sarı  qız-

dırma),  həm çi nin  xaricdən  gətirilməsi  və  yayılması  mümkün 



703

olan  yoluxucu  xəs təliklərə  –  Lass,  Ebol,  Marburq  kontagioz 

virus  hemorragik  qız  dırmaları;  malyariya  və  ağcaqanadlarla 

yayılan təhlükəli xəs təliklər (denge qızdırması, yapon ensefaliti) 

və  s.  (səpgili  və  q a yı  dan  yatalaq,  qara  yara,  brüselyoz,  dabaq, 

manqo, melioidoz, q  u  duzluq, psittakoz) aiddir.

Qaydalar digər ölkə və ərazilərdən yuxarıda qeyd edilən xəs-

tə   liklərin  gətirilməsinin  qarşısını  almaq  üçün  MDB  ərazisinin 

sani  tariya mühafizəsinin ümumi dövlət tədbirlər sistemidir. Qeyd 

etmək  la zımdır  ki,  MDB  ərazisinin  sanitariya  mühafizəsi  pro fi-

lin dən, yerləşməsindən və s. səbəblərdən asılı olmayaraq b ü tün 

müalicə-profilaktika  və  sanitariya-epidemiya  əleyhinə  m ü ba rizə 

idarələrinin əsas vəzifəsidir.

Sanitariya-karantin  tədbirləri  (daha  doğrusu,  milli  səviyyədə 

epi demioloji  nəzarət)  MDB-nin  bütün  ərazisində  daim  aparılır, 

ilk növbədə bu iş beynəlxalq dəniz və çay limanlarında, aeroport-

larda, sərhədi keçən dəmiryol və avtomobil yollarında, eləcə də 

xaricdən gələn nəqliyyat vasitələri üzərində aparılır.

Bu tədbirləri həyata keçirmək üçün dövlət sərhədindəki mən tə-

qələrdə  MDB  Səhiyyə  Nazirliyi  yerli  GEM-lərin  nəzdində  s a ni-

tariya-karantin  şöbələri  SKŞ  (beynəlxalq  dəniz  və  çay  l i man la-

rın da),  sanitariya-karantin  məntəqələri  SKM  (beynəlxalq  a e ro   port 

və avtomobil yollarında, sərhəd dəmiryol stansiyalarında) yaradır.

Qaydalara əsasən, sərhədi keçdikdə SKŞ və SKM aşağıdakı 

tədbirləri görür:

a) xaricdən gələn və xaricə gedən (ancaq MDB-dən gedənlər 

üçün) nəqliyyat vasitələri, heyət, sərnişinlər və yüklər tibbi b a xış-

dan keçirilir, bununla yanaşı, səyahətçilər sorğu-sual edilir, lazım 

gələrsə,  onlar  tibbi  müayinədən  keçirilir  və  xaricdən  MDB- yə 

gələnə qədər hərəkət marşrutunu öyrənmək üçün pasportu yoxla-

nılır;

b) sanitariya sənədlərinin olması və düzgün doldurulması yox-



la nılır (peyvəndlər haqqında beynəlxalq şəhadətnamə, dəniz s a ni -

ta riya  bəyannaməsi,  baş  təyyarə  bəyannaməsinin  sanitariya  his-

səsi, deratizasiya və ondan azad olmaq haqqında şəha dət na mə);

c) karantin xəstəlikləri ilə xəstələnənlərin (xəstəliyə şübhəli ş ə xs -

lərin) aşkar edilməsi, eləcə də təcrid olunması və ya tibbi nəza rətə 

alı n malı şəxslərin aşkar edilməsi;




704

ç)  nəqliyyat  vasitələri,  yük  və  baqacın  (göstəriş  olarsa)  d e-

zin   feksiya, dezinseksiya və deratizasiyasının təşkili.

MDB ərazisinin sanitariya mühafizəsi qaydaları nəzərdə tutur 

ki, beynəlxalq yük daşınması ilə məşğul olan idarələr aşağıdakı-

ları etməlidir:

a)  SKŞ  və  SKM-nin  yerləşməsi  üçün  pulsuz  bina  verir  ki, 

o n lar sanitariya-karantin nəzarətini aparmaq üçün əlverişli yerdə 

yer  ləş dirilməlidir;  bu  zaman  sanitariya  sənədlərini  doldurmaq, 

bak terial və dezinfeksiya preparatlarını saxlamaq, aşkar edilmiş 

tək -tək  xəstələri  xəstəxanaya  göndərilənə  qədər  təcrid  etmək 

üçün m ü vafiq şərait olmalıdır;

b)  ərazi,  obyektlər  və  nəqliyyat  vasitələri  lazımi  sanitariya 

vəziy yətində saxlanılmalıdır;

c) ətraf mühitin müxtəlif tullantılarla (təsərrüfat, nəcis, ballast, 

su, zibil və s.) çirklənməsinin qarşısı alınmalıdır;

ç)  obyekt  və  nəqliyyat  vasitələri  keyfiyyətli  su  ilə  təmin 

olun malıdır;

d)  sanitar  dayanacaq  (körpü),  (dəniz  və  çay  limanlarında), 

s a ni tariya-meydança (aeroport və avtovağzallarda) və sanitariya 

dön gə (sərhəd dəmiryol stansiyalarında) təşkil edilməlidir;

e) nəqliyyat vasitələrinin gedib-gəlmə saatı SKŞ, SKM-ə vax-

tında xəbər verilməlidir.

Karantin  xəstəliklərinin  zoonoz  ocaqlarının  ləğv  edilməsi 

üçün nəzərdə tutulan işləri SKŞ və digər tibb idarələri əvvəl cə-

dən  hazır lanmış  tədbirlər  planı  əsasında  aparırlar.  MDB  ərazi-

sin də karantin xəstəliklərinin gətirilməsinin və yayılmasının qar-

şısını  almaq  üçün  sanitariya  mühafizə  planı  tərtib  edildikdə 

n ə zərə  almaq  lazımdır  ki,  onlar  profilaktik  və  epidemiya  əley-

hi nə tədbirlərə ayrılmalıdır.

Profilaktik  tədbirlər  karantin  infeksiyalarının  baş  vermə sin-

dən əvvəlki dövrdə aparılır. Epidemiya əleyhinə tədbirlər MDB 

əra zisinə  karantin  infeksiyasının  gətirildiyi  və  yayıldığı  dövrdə 

apa rılır.  Təd birlər  kompleks  planlaşdırılmalıdır.  Onların  həyata 

k  e  çi rilməsində  iştirakı  lazım  olan  bütün  tibb  və  kənar  idarələr 

nəzərə alınmalıdır. Hər tibb idarəsi karantin infeksiyalarının s a-

la  matlıq  dövrü  və  xəstə liyin  ölkə  ərazisinə  gətirilməsi  dövrünə 



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə