Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   49   50   51   52   53   54   55   56   ...   68

108 
 
dönməkdə  israr  etdi.  Qriboyedova  Qafqazdan  gətirilmiş  Asəf-əd  Dövlənin 
sarayında sanki həbsdə imiş kimi yaşayan iki erməni qadınının durumunu anlatdı. 
Yəqub  Xan  Qriboyedova  dedi  ki,  onları  zorla  müsəlman  olmağa,  müsəlman  kimi 
davranmağa və qapanmağa zorlamışlar. 
O zaman müsəlman qadınların evdə məhbus kimi yaşamaları sosial törələrin 
icabatlarından  idi.  Müsəlman  qadınlar  bunu  bir  növ  qadına  hörmət  kimi 
anlayırdılar.  Qadınların  sosial  hadisələrin  arxasında  özlərinə  məxsus  bir  həyatları 
var idi. Qadın ağlının gəlişməməsi üçün dini törələr hər tür əngəl yaratmışdı. Qadın 
həyatı anlamsız bir sirlər içində itib batmışdı. İslamda qadın şəhvət qaynağı olan ət 
yığını kimi anlaşılmaqdadır. Kişilər isə bu durumdan çox razı idilər. Xüsusən hər 
hansı  bir  ailənin  toplumsal  (sosial)  statusu  yüksəldiyi  zaman  o  ailədə  qadınlara 
olan basqı daha da şiddətlənirdi. Bir dövlət adamı, qadınının nə şəkildə yaşamasını 
gizlin  saxlayır  və  ictimai  yerlərdə  görünməməsi  üçün  hər  tür  önləmlər  alırdı. 
Qriboyedov,  Allahyar  Asəf-əd  Dövlənin  siqə  qadını  olan  iki  ermənini  səfirliyə 
gətirtmiş  və  onlardan  geriyə  dönüb-dönməyəcəkləri  haqda  sormuşdu.  Erməni 
qadınlar  geri  dönməkdən  yana  olduqları  üçün  səfirlikdə  saxlanılmışdılar.  Bu 
hadisədən Asəf-əd Dövlə yararlanıb, Qriboyedovdan intiqam almaq  fikrinə düşdü. 
Lakin  o,  bu  işini  Fətəli  Şahdan  gizlin  və  ruhanilər  vasitəsi  ilə  etmək  istəyirdi. 
Çünkü  Şahın  artıq  ona  qarşı  heç  bir  hörməti  qalmamışdı.  Asəf-əd  Dövlə  də  din 
xadimlərinin arasında gizlincə sıx irtibat yaranmağa başladı. Tehranda bir neçə kişi 
bir  yerə  toplaşıb  söhbət  etdiyində  mütləq  Asəf-əd  Dövlənin  namusunun   
ayaqlanmasını danışır, qadınlarının Qriboyedov tərəfindən zorla  evindən çıxarılıb 
aparılmasını  dartışırdılar.  Bu  söz-söhbət  ağızdan-ağıza  dolaşıb  bütün  şəhəri  sardı. 
Dindar  kəsimin  “müsəlman”  qadınların  namusunu  qurtarma  duyğusu  qabarmışdı. 
Tehran elbayı bu həyəcanın bir intiqamla nəticələnəcəyini zənn etmədiyi üçün rus 
səfirliyinin  güvənliyini  sağlamaq  amacı  ilə  heç  bir  önləm  almamışdı.  Lakin 
əhalinin  dərin  dini  duyğuları  çox  sərt  şəkildə  coşmağa  başlamışdı.  Torpağının 
ruslar  tərəfindən  işğal  olunmasına  təpki  göstərməyib  susan  bu  əhali  və  onun  dini 
rəhbərləri  sanki  İslamı  qəbul  etmiş  iki  erməni  qadınının  intiqamını  almaq  üçün 
macəra  axtarırdılar.  Xatırladalım  ki,  rus  ordusu  Təbrizə  girdiyi  zaman  din 
xadimlərinin  istəyi  üzərinə  onların  qarşısında  qurban  kəsmişdilər.  Tarix  boyu 
mövcudluqlarını  toplumun  bu  şəkildə  cəhalətinə  borclu  olan  din  xadimləri  isə 
intiqam  və  “namus  davası”  atəşini  körükləyirdilər.  İslam  ölkələrində  bu  tür  kor 
duyğulardan  yararlanaraq  toplumu  sürətli  bir  şəkildə  örgütləndirmə  çox  rahatdır. 
İslam  tarixində  bu  tür  cəhalət  qaynaqlı  hərəkətlərə  çox  rastlanılmaqdadır.  Din 
xadimləri İslamın təhqir olunduğunu sanırdılar. Lakin iki erməni  qadınının İslamla 
nə ilgisi ola bilərdi. Əslində isə heç bir ilgisi yox idi. Sadəcə, şəxsi hesablaşmalar 
söz konusu idi. Hər zaman olduğu kimi, din xadimlərinin və siyasətbazların əlində 
oyuncaq olan İslam isə ortalıqda bir arac olaraq kullanılmaqda idi. Tehranın Adinə 
məscidindən  hərəkətə  başlayan  böyük  bir  qrup  əllərində  qara  bayraqlar  daşıyırdı. 
Tehran elbayı (valisi) tərəddüd içində qaldı ki, bu yığıncağa müdaxilə etsin ya yox. 


109 
 
Çox qısa bir sürədən sonra əhalinin hərəkəti iğtişaşa dönüşdü. Əhalinin birdən-birə 
şiddətə  əl  atması  bir  çox  vəzirləri  və  Tehran  elbayı  Zill-ül  Sultanı  şaşırdı.  Artıq 
istəsəydilər  də  fətvalar  üzündən  ağlını  itirmiş  bu  əsəbi  əhalini  kontrol  edə 
bilməzdilər.  Əsəbi  əhali  bağıra-bağıra  rus  heyətinin  bulunduğu  mərkəzə  doğru 
hərəkət  etdi.  İslam  psixolojisini  bilməyən  Qriboyedov  durumu  bu  şəkildə 
gördüyündə,  onların  para  ilə  satın  alına  biləcəyini  zənn  etdi.  Səfirliyin  qapılarını 
möhkəmcə  qapayıb  və  pəncərələrdən  noxdaları  din  xadimlərinin  əlində  olan 
əhalinin  qarışqa  kimi  qaynaşdığı  yerə  para  səpməyə  başladılar.  Lakin  əhalinin 
sanki  gözü  kor  olmuş  və  bu  kağızların  pul  olduğunu  görmürdülər.  Səfirliyin 
qapısını qırmağa  başladılar. Lakin  əhalinin içində  olan din  xadimlərinin casusları 
hər  şeyi  düşünmüşdülər.  Onlar  bağırırdılar  ki,  bu  kağız  yarpaqlara  aldanmayın.  
Həm  intiqamınızı  alın,  həm  də  içəridə  altun  kisələri  var,  o  altunları  da  qarət 
edəcəyik. Əhali balta ilə və əllərinə gələn hər nə varsa onunla qapını qırmağa nail 
oldu.  Əhali  sadəcə  qarşılarına  çıxan  rusları  deyil,  səfirliyin  bəkçisi  olan  Qacar 
məmurlarını  da  əllərindəki  qılınc,  qəmə  və  bıçaqla  öldürürdü.  Bu  olayda  ancaq 
səfirliyin  katibi  olan  Malzov  qaçıb  canını  qurtara  bilmişdi.  Başda  Qriboyedov 
olmaq üzrə hamısı qətl edildilər. 
*** 
Bu  olaydan  sonra  Rusiyanın  intiqam  amacı  ilə  hücum  edəcəyi  sanılırdı. 
Lakin  aylar  keçdi  və  ruslar  hücum  etmədi.  Ancaq  müxtəlif  səbəblərdən  dolayı 
Abbas  Mirzə  Təbrizdə  sıxıntı  içində  idi.  Abbas  Mirzənin  büdcəsi  boş  idi.  Şahdan 
da  heç  bir  yardım  gəlməməkdə  idi.  Arzularının  şəhəri  olan  Təbrizin  qalxınması 
üçün  heç  bir  iş  edə  bilmirdi.  Bütün  bunlara  rəğmən  Abbas  Mirzə  1829-cu  ilin 
yayında  savaşdan  sonra  ilk  kəz  olaraq  ordusunun  böyük  göstərisini  hazırladı. 
Azərbaycan ordusunun paradını izlədi. Rusiya hər zaman Abbas Mirzədən ehtiyat 
edirdi. Daima onun Osmanlı və ya Avropa gücləri ilə birləşib intiqam alacağından 
ehtiyat  edirdi.  Ancaq  onlar  bilmirdilər  ki,  mali  əksiklik  Abbas  Mirzəni  elə 
çökdürmüşdü ki, hələlik bu planları ağlında daşımamaqdadır. Yalnız Abbas Mirzə 
böyük  bir  özən  və  iradə  ilə  Azərbaycan  ordusunun  sadəcə,  ayaqda  durmasını 
sağlaya bilirdi. Şahzadə iki ay Ucanda qaldıqdan sonra 14 alayı 14 topla bir yerdə 
təkrar  aktiv  hala  gətirməyi  başardı.  Bu  parada  qatılmaq  üçün  ingilis  heyətini  də 
dəvət etdi. 
Abbas Mirzə düşünürdü ki, nədən rus imperatoru Qriboyedovun intiqamını 
almaq  istəmir?  Bu  intiqam  üçün  onun  əlində  hər  tür  imkan  mövcuddur. 
Qriboyedov  hadisəsindən  sonra  General  Paskeviçin  Abbas  Mirzəyə  yazdığı 
təhdidkar  məktublar  yerini  yumşaq  məktublara  buraxmağa  başlamışdı.  Bunun 
yalnız bir səbəbi var idi, o da rus imperatorunun Qriboyedovu önəmsəməməsi. Rus 
imperatoru hesab edirdi ki, keçmişdə Dekabristlərlə bir yerdə Çara qarşı çıxan bir 
şəxs uğrunda savaşa qatılmağa dəyməz. 
Lakin Sankt-Peterburqda daima Abbas Mirzə ilə ilgili olaraq bir rahatsızlıq 
duyulmaqda idi. Düşünürdülər ki, Şahzadə özünü toparlayıb savaşa başlayacaqdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə