114
doldurulması üçün vəzifələrin və valiliklərin satışını önərməkdə idi. Qaimməqam
təklif edirdi ki, bütün şəhərlərin hakimləri işlərindən alınsın və bu vəzifələr satışa
buraxılsın. Hər kəs daha çox para versə şəhərin hakimliyi ona verilsin.
Qaimməqam gerçək bir siyasətçi idi. Bu şəkildə işlərin öhdəsindən rahatca gələ
bilər, büdcədəki boşluğu doldura bilərdilər. Ancaq onun uyğuladığı siyasət bir çox
hallarda Şahzadənin səliqəsi və doğruluq xarakteri ilə uyuşmamaqda idi.
Baxmayaraq ki, bir çox yazarlar və araşdırmaçılar Abbas Mirzənin vəzirinə olan
etimadından, güvənindən söhbət etməkdədirlər, lakin Şahzadənin bir neçə məktubu
isbat edir ki, o, Qaimməqamdan razı deyilmiş. Bəzən də ona çox qızırmış.
Cahangir Mirzə açıq şəkildə öz başına gələn müsibətlərdən dolayı Qaimməqamı
suçlamaqdadır. Ancaq Abbas Mirzə onun bəzi xidmətlərini və idarəçilikdə olan
təcrübələrini nəzərə alaraq onu tamamən də uzaqlaşdırmaq istəməmişdi.
Abbas Mirzənin Təbrizdə olmadığı bir zamanda Təbrizi ziyarət edən bir
yabançı Qaimməqam haqqında çox gülünc bir imaj yaratmaqdadır. Bu yabançının
yazdığını olduğu kimi gətirəlim:
“Bu adamı (Qaimməqamı) çox zinəti olmayan böyük bir evdə təsəvvür
edəlim. Bu ev daima gediş-gəlişlərə səhnə olmaqdadır. Çünkü o, bütün səxavəti ilə
mehmannəvazlıq etməkdədir. Ondan öncə onun atası da bu şəkildə davranmışdı.
Hədsiz dərəcədə yaraşıqsız geyinən bu vəzir çox uzun boyludur. Həddindən artıq
yemək yeyir, özəlliklə inanılmaz dərəcədə yemiş (qovun) yeyir. Nizam-intizamsız
dağılmış olan kağızlar ətrafını sarmışdı. Bu intizamsızlıq içində bəzi işlər görürdü.
Bir gün önəmli bir kağızı axtarmağa başladı və tapa bilmədi. Katiblərindən birini
müttəhim etdi ki, onu sən itirmişsən. Ancaq bir neçə saatdan sonra o kağızı öz
cibindən tapdı. Sürətlə oxuma yetənəyi çox yüksəkdir. Kağızı gözlərinin önündə
tutur və bir neçə saniyəyə onu oxuyur.” Zahirən çox şişirdilmiş bir tip kimi görünsə
də, bu şəxs ancaq Qaimməqam ola bilər. Söylənənlərə görə o olmasa imiş, Abbas
Mirzə ödəyəcəyi borcların qaynaqlarını tapa bilməyəcəkmiş.
Ucan qərargahında yay fəslinin son günləri keçməkdə idi. Bu günlərdə
Şahzadəyə elə bilgilər gəldi ki, bu xəbərlər onun həyatının istiqamətini
dəyişdirəcəkdi. Yəzd şəhərinin hakimi olan Abbas Mirzənin qardaşı Zill-ül Sultan
ona bir məktub göndərərək yazmışdı ki, bu şəhər və Kirman artıq imperatorluğun
bir parçası kimi deyildir. Gerçəkdən imperatorluqdan bağımsız şəkildə
davranmaqdadır. 1828-ci il hadisəsindən sonra iqtidarını artırmış olan Həsənəli
Mirzə yerli xanlıqlarla, özəlliklə Rzaquluxan adlı bir şəxslə birləşərək Yəzdi
mühasirəyə almış və işğal etmişdi. Zill-ül Sultan məktubunda yazırdı ki, “...onların
bu özbaşınalığını yalnız inzibatlı Azərbaycan ordusu durdura bilər.” Ancaq
Azərbaycan ordusunun bu iğtişaşı durdura bilməsi və onlarla savaşa girməsi üçün
Fətəli Şahın onayı (təsdiqi) gərəkirdi. Şah, Azərbaycan ordusuna başqa əyalətlərdə
əməliyyat izni verməkdən çəkinirdi. Çünkü bu əməliyyatda Azərbaycan ordusunun
qalib gəlməsi Abbas Mirzəni sadəcə, Azərbaycanda deyil, bütün imperatorluqda
sevilən bir sərkərdəyə dönüşdürəcəkdi. Şah da belə olmasını istəmirdi. Lakin başqa
115
çarəsi də yox idi. Ya bu bölgələrin imperatorluqdan ayrılışına izn verməli, ya da
Azərbaycan ordusuna Azərbaycanın sınırları dışında əməliyyat keçirməyə müsaidə
etməli idi. Əslində Abbas Mirzə özü də bu əməliyyata qatılmaq istəmirdi. Çünkü
başqa bir əyalətin savaş xərcini Azərbaycana yükləmək istəmirdi. Çünkü Şahzadə
bilirdi ki, Azərbaycan ordusu bu əməliyyata qatılsa, mərkəzdən ona heç bir maddi
yardım gəlməyəcəkdir. Ruslara ödənilən borclar Azərbaycana yükləndiyindən
dolayı artıq Azərbaycanın nəfəsi kəsilmək üzrə idi. Azərbaycan ordusunun
toparlanıb, toplanıb və geniş hərbi manevrlər etməsi üçün uyğun mərkəzlər
bulunmamaqda idi. Bir çox yerlər ruslar tərəfindən təxrib edilmişdi. Ən sonda
Ərdəbil bu iş üçün seçildi. Çünkü Ərdəbil ruslara təslim edilən ən son qala
olmuşdur. Bu üzdən də orada böyük təxribat yapılmamışdı. Çünkü Ərdəbil
anlaşma ilə ruslara təhvil verilmişdi. Bu şəhərin modern imkanlarla təchiz edilmiş
qalası və savunma sistemi olduğu kimi durmaqda idi.
İlk hərbi birimlər Məhəmməd Mirzənin komutanlığında hərəkətə başladı.
Toplar, 2.000 süvari və 4.000 piyadə Məhəmməd Mirzənin əmrində idi. Qısa bir
sürədən sonra Abbas Mirzə özü də təqribən bir o qədər ordu ilə hərəkət etdi. Bu
səfərdə Təhmasib Mirzə, Xosrov Mirzə və Abbas Mirzənin qardaşı oğlu Şeyx-ül
Məluk Abbas Mirzəyə eşlik etməkdə idilər. Bu sıralarda Abbas Mirzənin
oğullarından biri əmrində olduğu ordusu ilə Kürdistanda əməliyyata başlamış və
Qacariyyənin iqtidarını orada tətbiq etməyə çalışmışdı. Azərbaycan ordusu
Azərbaycan sınırlarını tərk etdikdən sonra Azərbaycan bir xərabəzarlıq kimi
görünməyə başlamışdı. Azərbaycan təqribən 30 il müddətində öz canı, varı və
dövləti ilə oluşdurduğu ordusunu geri dönməmək üzrə yola salırdı.
Sonralar Abbas Mirzə övladlarına yazdığı məktublarda Azərbaycandan
uzaqda qalmanın onu nə qədər üzdüyünü yazırdı. O, məktublarında Azərbaycanı
xatirələrinin yuvası kimi anımsayır.
Abbas Mirzənin Yəzdə doğru hərəkət etdiyi zaman bu şəhəri quraqlıq
çökərtməkdə idi. Həsənəli Mirzə Azərbaycan ordusunun yaxınlaşdığını
duyduğunda dərhal Yəzdi tərk edib Kirmanda yerləşməyi düşündü. Çünkü
Kirmanın savunma sistemi və qalaları Yəzdlə müqayisədə daha möhkəm və
güvənilir idi. Həsənəli Mirzə hesab edirdi ki, Kirmanda Abbas Mirzə ilə qarşı-
qarşıya gələ bilər. Abbas Mirzə Yəzdə yetişdiyində bir qurtarıcı sifəti ilə gəlməsinə
rəğmən ciddi bir istiqballa qarşılanmadı. Çünkü şəhər aclıq və səfalət içində məhv
olmaqda idi. Bu şəhər bir ordunun ehtiyaclarını necə sağlaya bilərdi? Bu üzdən
Abbas Mirzə iki gündən artıq orada qalmadı. Təkrar ordusunu Kirmana doğru
hərəkətə keçirdi. Lakin heç tələsmirdi, çünkü yağı olmuş qardaşına fikirləşmək
üçün fürsət tanımaq istəyirdi. Abbas Mirzə sülh yolu ilə Kirmana girmək istəyirdi.
Yağı olmuş qardaşına çaparlar aracı ilə məktublar göndərib və təslim olmasını
dövlətə qarşı baş qaldırmasından vaz keçməsini dilədi.
54
Kirman əhalisinin
54
Cahangir Mirzə “Tarixe no”.
Dostları ilə paylaş: |