120
Nadir Şah iqtidara gəldikdən sonra onları öz dağlarına tərəf geri püskürtdü.
Lakin bu ərazilərin insanlarının savaş qabiliyyətinə bələd olduğu üçün bir çoxunu
öz ordusunda yerləşdirdi. 1747-ci ildə Nadir Şahın öldürülüşündən sonra
Abdaliyan qəbiləsindən olan Nadir Şahın Əhməd Xan Dəvərani adında bir sərdarı
varislik iddiasında bulundu. Bu da ona Xorasanın işlərinə müdaxilə haqqı verirdi.
Əhməd Xan Dəvərani heyrətamiz işlər görməyə başladı. Dehliyə təkrar hücum
etdi. Qısa sürədə böyük bir imperatorluq qurmağı başardı. Onun imperatorluğu
Herat, Bəlx, Qəndhar, Keşmir, Lahur, Multan, Pişavər, Kabil, Bəlucistan və bütün
Xorasandan ibarət idi. Onun imperatorluğu varisləri tərəfindən parçalandı. Ancaq
Əhməd Xan soyundan olan şahzadələr öz iddialarını sürdürməkdə idilər. Qacarlar
bəzən bu şahzadələri bir-birinə qarşı qoyub, hər iki tərəfin savaşaraq çökmələrini
sağlayırdı. Artıq Abdaliyan sərkeş, üsyankar rəiyyətlər kimi bir sosial status almış
durumdaydılar. Herat və Qəndhar isə Qacar dövlətinə vergi ödəyən bağımsız
əmirliklər şəklindəydilər.
Xorasan xanlarının üsyanlarını yatırmaq amacı ilə bu bölgəyə gələn Abbas
Mirzənin başqa planları da var idi. O, Qacariyyə dövlətinin sınırlarını Ceyhuna
tərəf genişlətmək fikrindəydi. Xorasan üsyanlarını yatırmaq üçün öncə Heratı ələ
keçirməyi düşündü. Lakin Abbas Mirzəni rahatsız edən ciddi bir hadisə var idi:
İngiltərə məsələsi. Abbas Mirzə bilirdi ki, Hindistanda bu qədər güclənmiş olan
İngiltərə gec-tez Türküstana doğru açılmağa başlayacaqdır. Qarşısında belə bir
güclü dövləti görməsi onun xəyallarını alt-üst edirdi.
Herat o zaman bağımsız bir əmirnişin idi. Buraya Kamiran Mirzə hökm
etməkdə idi. Abbas Mirzə öncə Heratı almağı ağlına qoymuşdu.
Abbas Mirzənin Xorasana gəlişi ingilisləri çox rahatsız etməyə başlamışdı.
Mərkəzi Asiyada Rusiya ilə İngiltərənin çıxarılarının qarşı-qarşıya gəldiyi bir
dönəmdə Azərbaycan ordusunun Xorasana gəlməsi İngiltərəni əndişələndirməyə
başlamışdı. İngilislər düşünürdülər ki, Abbas Mirzə ruslarla gizlin anlaşaraq
Xorasana gəlmişdir. Rusiyanın Abbas Mirzəyə hərbi yardımından ehtiyat edirdilər.
XORASAN OLAYLARI
Peyğəmbər soyundan olduğu söylənilən Məsumə xanımın məzarı bir sürü
ziyarətçini şor suları ilə məşhur olan Qum şəhərinə sövq etmişdi. Bir çox dövlət
adamları məzarlarının burada olmasını arzu edirdi, Məsumənin məzarının yanında!
Sanki bu dünyada etdikləri zülm və sitəmləri Məsumənin aracılığı ilə o dünyada
hesablarından sildirə biləcəklərmiş kimi bir xurafi inanc mövcud idi. Qısa bir
sürədən sonra həyata göz yumacaq olan Fətəli Şah da Məsumənin məzarının
yanında axirət dünyası üçün yer ayırmışdı. Bu üzdən özünün də məzarının burada
olacağını düşünən Şah bu məkanın onarımına çox əhəmiyyət verməkdə idi.
Abbas Mirzə öz ordusu ilə bir yerdə bu məkandan keçməkdə idi. İstəyənlərə
gedib Məsumənin məzarını ziyarət etmələri üçün izn verdi. Ordu Xorasana doğru
121
hərəkətinə davam etməkdə idi. Damğanda Azərbaycandan gələn çaparlar Abbas
Mirzənin yolunu gözləməkdə idilər. Ordu Damğana çatarkən Azərbaycan
əyalətinin elbayı təyin edilən Feridun Mirzənin məktubunu Abbas Mirzəyə
verdilər. Feridun Mirzə, Abbas Mirzənin oğlu idi. O, Kirmana yollanarkən oğlunu
Təbrizin hakimi olaraq təyin etmişdi. Abbas Mirzə Təbrizdə olub bitənlərdən
xəbərdar oldu. Feridun Mirzə atasına Laçın Xanın yazdığı bir diləkçəni də
göndərmişdi. Abbas Mirzə Laçın Xanın bu diləkçəsinə bir sonrakı düşərgədə, yəni
Şahrudda cavab yazacaqdı. Abbas Mirzənin bu məktubunu olduğu kimi gətiririk:
55
“Laçın Xan, Sizin diləkçəniz Feridun Mirzə tərəfindən Damğanda mənə
çatdırıldı. Sağlığınızın yerində olması məni çox sevindirdi. Rəcəb ayında Xorasana
gəlmənizi istəmişsiniz. Bu istəyiniz gerçəkdən də mənim hədsiz sevincimə səbəb
oldu. Umarım ki, bütün işlərinizi yerbəyer edib və üç ayın içində Xorasanda
olursunuz. Əmin-əd Dövlə cənablarına yazacağam ki, Tehrana gəldiyinizdə Sizi
qarşılasın və dərhal izn alıb Xorasana gətirsin. Oğlum Feridun Mirzəyə də
yazmışam ki, bütün səfər ehtiyaclarınızı və bütün istəkləriniz, nə varsa yerinə
yetirsin. Siz də çəkinməyin və Təbrizdə nə ehtiyacınız olursa Feridun Mirzəyə
söyləyin. Sənin Tiyul
*
un haqqında da Feridun Mirzəyə yazmışam. Onlar sənin
mülkündür, necə istəyirsən elə də düzənlə. Bu, artıq sənin biləcəyin işdir. İstəsəniz
Tehrandakı Məhəmməd Mirzə
*
nin Tiyuluna da baş çəkib və istədiklərinizi əldə edə
bilərsiniz. Məhəmməd Mirzə Mehranabaddakı tiyulunu çox gözəl vəziyyətə
gətiribdir. Yaxşı imarətlər tikmiş və tikməkdədir. Tanrı izn verərsə, özünüz
yaxından görəcəksiniz. Mənim sağlığımla ilgili sorular sormuşsunuz. Tanrı Sizdən
razı olsun. Siz Azərbaycana çox xidmətlər etmişsiniz. Bu haqda nə qədər də
yazsam azdır. Sizin xidmətləriniz haqda öz övladım Məhəmməd Mirzəyə
yazmışam. Bu arada Sizin bacınız oğlu Zal Bəyə Tehrandan xələt göndərməyi
unutmuşam. Bu səbəbdən də öz əynimdəki arxalığımı göndərirəm. Ona vermənizi
rica edirəm. Sizin övladınız və bacınız oğlu mənim də övladlarım kimi sayılırlar.
Zal Bəyi öz atasının adı Zəki Xan adı ilə çağırsanız, daha yaxşıdır. Xorasana
çatdığımda təkrar məktub yazacağam.
NAĠB-ÜS SƏLTƏNƏ ABBAS QACAR VƏLĠƏHD- ġAHRUD
56
Bu məktubun ləhni Abbas Mirzəni yaxşı bir ailə başçısı kimi
göstərməkdədir. Məsələn, Azərbaycan ordusuna əməyi keçən insanları tiyulla
ödülləndirməsi diqqəti cəlb etməkdədir. Şahzadənin duyğusal və qəlbi həyatı da
55
Bu məktubun orijinalı Tehranın “Səltənət kitabxanası”nda saxlanılmaqdadır.
*
Tiyul, Padşah tərəfindən bəzi insanlara verilən mülk idi. Bu mülkdə o şəxsin mal davarı, atları da
yerləşirdi (G.C).
*
Laçın Xanın 3-cü oğlu.
56
Məktubun farsca mətni “Əhvalat və dəst xəthaye Abbas Mirzə” kitabından alınmışdır.
Dostları ilə paylaş: |