Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   54   55   56   57   58   59   60   61   ...   68

118 
 
uzaqda  qalan  Abbas  Mirzə  ölü  kimi  bir  varlığa  dönüşəcək.  Çünkü  Xorasanda  nə 
yenilikçi reformlarına davam edə bilərdi, nə də Xorasan əhalisi Azərbaycan xalqı 
qədər ona sahib çıxardı. 
*** 
Səfəvilər  ehtişamından  boşalmış  İsfahan,  Fətəli  Şahın  gəlişi  ilə  təkrar  bir 
ünə  qovuşmaqda  idi.  Bütün  yaxın  əyalətlərin  elbay  (vali)  şahzadələri  öz  hədiyyə 
sürüləri,  naxırları  ilə  İsfahana  gəlmiş  və  Şaha  olan  sədaqətlərini,  vəfadarlıqlarını 
sərgiləyirdilər.  Abbas  Mirzə,  Kirman  hökumətini  oğlu  Xosrov  Mirzəyə  tapşırdı. 
Bir neçə xanı ətrafına alıb hələ də Kirmanın güvənliyini təhdid edən Rzaquluxanı 
təqib  edib,  yaxalamaq  üçün  isə  ordunun  böyük  bir  bölümünü  oğlunun  əmrinə 
buraxıb  İsfahana  yola  düşdü.  Abbas  Mirzə  sadəcə,  kiçik  bir  ordu  və  yüngül 
topxanası  ilə  İsfahana  gəldi.  Şah,  Abbas  Mirzənin  bu  kiçik  ordusunun  paradını 
izlədi.  Ard-arda  savaşlara  qatılan  və  xüsusən  böyük  məğlubiyyətdən  sonra  təkrar 
özünü bu şəkildə toparlayan Azərbaycan ordusunu və onun komandanını alqışladı. 
Padşah, Abbas Mirzəni Xorasan məmuriyyətinə  göndərəcəyindən dolayı bir anlıq 
üçün  də  olsa  içindəki  şübhəni  bir  yana  almış  və  Şahzadəni  övməyə  başlamışdı. 
Şahzadə  bilmirdi  ki,  bu  övgünün  arxasında  Azərbaycandan  əbədi  olaraq  ayrılma 
planı  yatmaqdadır.  Abbas  Mirzə  atasının  Xorasan  əməliyyatına  “yox”  deyə 
bilməmişdi. Xorasan ismən Qacariyyəyə aid idi, əslində isə mərkəzə bir o qədər də 
tabe deyildi. Məşhəddə Şahın kiçik oğullarından biri olan  Əhmədəli Mirzə hakim 
olaraq görəv başında idi. Lakin onun heç bir idarəçilik qabiliyyəti yox idi. Ancaq 
Mirzə  Musa  adında  bir  qələm  əhli  onun  yardımçısı  idi.  Xorasan  kimi  kaos  içində 
çağlayıb  duran  bir  məmləkəti  Əhmədəli  Mirzənin  yönətə  biləcəyi  sanılmırdı.  Bu 
üzdən  də  Şah,  öncə  İrəvanın  əski  hakimi  yaşlı  Hüseyn  Xan  Sərdarı  Əhmədəli 
Mirzəyə yardımçı olaraq göndərmək istədi. Artıq yüz yaşını doldurmuş olan Sərdar 
Hüseyn Xan bu işə razı oldu. Lakin tam atlanıb yola düşərkən əcəl onu yaxaladı. 
Hüseyn Xan, Xorasana səfər öncəsində dünyasını dəyişdi. 
Şah,  Xorasanda  istiqrarın  bərqərar  olunması  üçün  Abbas  Mirzəni 
görəvləndirdi.  Abbas  Mirzə  heç  sormadı  ki,  nədən  bu  görəv  ona  verilir.  Çünkü 
sadəcə, bu sorunun sorulması ilə Şahın şübhələrinin tüğyan edib və Abbas Mirzəni 
sərt şəkildə cəzalandıracağı bəlli idi. 
Bir  neçə  gündən  sonra  Şah  hər  kəsi,  özəlliklə  Abbas  Mirzəni  də 
heyrətləndirəcək  bir  nitq  etdi.  Fətəli  Şah,  zərrin  paltarlar  içində,  başında  parlayan 
tacı  ilə  şəhərin  törən  mərkəzində  bütün  dövlət  ərkanının  hazır  bulunduğu  bir 
zamanda  yüksək  səslə  Abbas  Mirzənin  üstün  cəhətlərini  övgü  ilə  xatırladı  və 
davam  etdi  ki,  artıq  bu  gündən  sonra  Şahzadə  sadəcə,  Azərbaycanın  elbayı 
(hakimi) deyildir, Xorasanın da elbaylığı Abbas Mirzəyə verilir. Abbas Mirzə həm 
Azərbaycanın,  həm  də  Xorasanın  valisidir.  Abbas  Mirzənin  böyük  oğlu 
Məhəmməd  Mirzəni  də  övdü.  Ona  bir  şeylər  verməsə  də  gələcəkdə  arzularına 
çatmasını diləyib və zamanında vəliəhd olmasını arzu etdi. 


119 
 
O gün bir çox insanın ürəyi nifrətdən az qala partlamaqda idi. Əcəba, illər 
boyu  islahatçı  Şahzadəyə  qarşı  planlar  çizən  din  xadimlərinin  və  bəzi  dövlət 
adamlarının  işlərinin  nəticəsi  bumu  olmalı  idi?  Şahzadə  zəifləmək  yerinə  daha  da 
güclənmişdi.  Ancaq  bu  güclənmə  ödülü  ilə  də  Azərbaycandan  daimi  olaraq 
uzaqlaşacaqdı.  Padşah  isə  böyük  bir  qürur  və  inancla  Abbas  Mirzə  vasitəsi  ilə 
İmperatorluğun  sınırlarının  Ceyhun  və  Seyhuna  qədər  genişlənəcəyindən  söhbət 
edirdi. 
Abbas  Mirzə,  İsfahanı  Xorasana  doğru  tərk  etmədən  öncə  Azərbaycan 
ordusunun  Xorasana  intiqalı  üçün  bütün  işləri  gördü.  Eləcə  də  Kirmanın  idarəsi 
üçün  təkrar  yeni  tapşırıqlar  verdi.  Şah,  Şeyx-ül  Məluku  Kirmanın  yönətimi  üçün 
təyin etmişdi. Qaragözlü xanlarının fərmanı altında olan Həmədan alayları Şeyx-ül 
Məlukun  əmrinə  verilirdi.  Qaragözlü  xanları  Qacarlara  sadiq  olmalarını  bir  neçə 
kərə isbatlamışdı. 
Ancaq  Kirmanda  hökumət  edən  Xosrov  Mirzəyə  daha  çətin  görəv 
verilmişdi.  Xosrov  Mirzə,  Yusif  Xan  Topçu  ilə  bir  yerdə  Azərbaycan  ordusunun 
böyük  bir  hissəsini  topları  ilə  bir  yerdə  Kirman  və  Xorasan  arasında  yerləşən 
qumsal çöllükdən keçirib Xorasana sövq etməli idilər. 
 
XORASAN OLAYLARINA GĠRĠġ 
 
Buxara və Xeyvə əmirləri Çingiz Xan imperatorluğunun kiçik qalıqları olan 
özbək  toplumuna  hökm  etməkdəydilər.  Onlar  türkmən  xanlıqları  ilə  sıx 
irtibatdaydılar.  Türkmən  xanlıqlarının  Xorasandakı  Qacarlara  qarşı  dirənişlərini 
dəstəkləyirdilər. 
Səfəvi şahları və sonra da Nadir Şah bir çox kürd sərkərdələrini ailələri və 
qəbilələri  ilə  bir  yerdə  Xorasana  yerləşdirmişdilər.  Bu  şəkildə  bir  sınır  qvardiyası 
oluşdurmağı düşünmüşdülər. Türkmənlər isə kürdlərin buraya yerləşməsinə başdan 
bəri  qarşı  çıxmış  və  onları  öz  düşmənləri  kimi  görürdülər.  Bu  coğrafiyada 
yerləşdirilən  kürdlər  isə  özlərini  özbək  və  türkmən  qarşısında  qorumaq  zorunda 
qalmışdılar. Mərkəzi iqtidarların da himayəsini arxasına alan kürd silahlı dəstələri 
özbək-türkmən təhlükəsini önləmək üçün bir arac kimi kullanılmaqda idi. 
Lakin  kürdlər  artıq  dörd  nəsl  idi  burada  yaşamaqda  idilər,  yerli  əhalinin   
dəyərlərinə  zamanla  uyum  sağlamışdılar.  Bəzən  də  öz  mənafelərini  yerli  əhali  ilə 
birləşməkdə görürdülər. 
Xatırlatmaq  gərəkir  ki,  Türküstanın  uzantısı  olan  Xorasanın  savaşçı 
qəbilələri  bəzən  bir  liderin  ətrafında  birləşib  və  cahangüşalığa,  fütuhata  başlayıb 
qısa ömürlü imperatorluqlar qururdular. Dehli padşahlığı bunlardan birisidir. 
XVII  əsrdə  Səfəvi  şahları  bu  qəbilələrin  dağınıqlığından  yararlanıb 
hakimiyyətlərini  o  ərazilərə  qədər  götürməyi  başarmışdı.  Ancaq  sonralar  İsfahan 
mərkəzli  Səfəvi  iqtidarı  çökdüyündə,  bu  bölgələrin  xanları  üsyana  qalxmış  və 
Səfəvi mirası nə varsa, hamısını yerlə yeksan etmişdilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə