Azer-dili 5s Derslik 2016 Layout 1


§ 13. ŞAHZADƏ VƏ BALACA ÇOBAN



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə17/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

§ 13. ŞAHZADƏ VƏ BALACA ÇOBAN
1­ci hissə
Bir zamanlar bir ölkənin çox ağıllı bir padşahı varmış. Bu padşahın
gözünün ağı­qarası tək bir oğlu varmış. Padşah yeganə oğlunu canından
da artıq sevərmiş. 
Bunu bilən saray əyanları padşahın xoşuna gəlmək üçün balaca
şahzadəni elə hey tərifləyərmişlər. Deyərmişlər ki, hələ yer üzünə
padşahın oğlundan gözəl, qəşəng, ağıllı, zəkalı oğul gəlməyib. 
Zaman keçdikcə balaca şahzadə deyilənlərin hamısının doğru oldu ğu ­
na inanmağa başlayır. 
Padşah yeganə övladının o biri uşaqlardan qabiliyyətcə 
üstün
olub­olmadığını bilmək üçün tez­tez balacalar arasında rəsm, hekayə,
mahnı yarışları keçirərdi. Ancaq bu dəfə də hakimlik eləyənlər padşahın
xoşuna gəlsin deyə həmişə birinci yeri balaca şahzadəyə verərmişlər.
Axırda padşah da ina nıb mış ki, bu balaca şah za də, doğrudan da, bütün
həm ağıllıdır,
həm də bacarıqlı.
Bir gün padşah
çöl də  gə zib  dolaşar­
mış. Birdən qu lağına
gözəl bir 
tütək
sə si
gə lir.  Tütək  çalan  o
qə  dər  gözəl  çalırmış
ki, pad şah axır da da ­
yana bil mir, səs gə ­
lən tərəfə gedir.  Ba ­
xır ki, ba laca bir ço ­
ban 
tü tə yini
ça lır.
Padşah üzünü
çobana tutub:
– Sən nə gözəl tütək çalırsan, – deyir. Sonra isə ondan soruşur: 
– 
Tütəkdə
belə gözəl çalmağı mə nim oğluma da öyrədə bilərsənmi?
Çoban:
– Əlbəttə, böyük həvəslə öyrədərəm, – cavabını verir.
Padşah balaca çobanı saraya gətirir. Çobanla balaca şahzadə az bir za­
manda dost olurlar. Çoban başlayır şahzadəyə tütək çalmağı öyrətməyə.
Ancaq balaca şahzadə tütək çalmağı öyrənə bilmir ki, bilmir. Bircə günün
içində şahzadənin canı sıxılır. Üzünü çobana tutub deyir:
– Sən tütək çalmağı mənə yaxşı öyrədə bilmirsən. 
63
Çap üçün deyil
Çap üçün deyil


Çoban isə 
deyir:
– Mən yaxşı öyrədirəm. Amma öyrənmək üçün də vaxt lazımdır. Elə
bircə gündə öyrənmək olmaz. 
Şahzadə isə deyir: 
– Mən başqalarının tayı deyiləm. Hər şeyi həm tez, həm də gözəl
öyrənirəm.
yer üzündə mənim qədər qabiliyyətli, mənim kimi ağıllı birisi
yoxdur.
1. Mətnin məzmununa uyğun olmayan sualları səsləndirin.
1) Saray əyanları balaca şahzadəni niyə çox tərifləyirdilər?
2) Padşah nə üçün tez­tez yarışlar keçirərdi?
3) Niyə balaca çoban şahzadəyə tütək çalmağı öyrətməyə razılıq vermir?
4) Niyə şahzadə həmişə üçüncü yer tutarmış?
5) Padşah tütək çalana harada rast gəlir?
6) Tütək çalan kim idi?
7) Balaca çobanı sarayda necə qarşılayırlar?
2. Mətndəki yaşıl boşluqların yerinə aşağıdakı sözlərdən uyğun gələni
qoyub cümlələri oxuyun.
KÖMƏKÇİ: 
təmkinlə, doğrudan da, ancaq, çünki, haqqında, uşaqlardan
3. Birləşmələri Azərbaycan dilinə yazılı tərcümə edin. 
единственный сын – 
умный пастух – 
талантливый принц – 
звук свирели – 
самый способный –                                 маленький пастух –
4. Cəmdə işlənmiş isimlərin altından xətt çəkməklə aşağıdakı cüm­
lələri  dəf tə ri nizə  köçürün.
1) Saray əyanları padşahın xoşuna gəlməyə çalışırdılar. 2) Yarışa bax­
mağa çoxlu adam toplaşmışdı. 3) Padşah inandı ki, şahzadə bütün uşaqlar­
dan ağıllıdır. 4) Xalq çobanın şahzadədən daha ağıllı olduğunu görür.
64
SÖZLÜK
yeganə–единственный
əyan – дворянин
şahzadə – принц
zəkalı – умный
tütək – свирель
təmkinlə – сдержанно
SÖZ EHTİYATI
gözünün ağı­qarası – единственный
zaman keçdikcə – со временем
gəzib dolaşmaq – гулять
qulağına gəlmək – услышать
canı sıxılmaq – скучать
Çap üçün deyil
Çap üçün deyil


5. Uyğun şəkilçiləri artırmaqla cümlələri tamamlayın və yazın.
Mən bacarıqlı.. .
Biz bacarıqlı.. . 
Sən bacarıqlı.. .
Siz bacarıqlı.. . 
O, bacarıqlı.. .
Onlar bacarıqlı.. .
BUNLARI BİLİRSİNİZMİ?
Əziz uşaqlar, mətndəki “tütək” sözünün yazılışına diqqət yetirsəniz,
görərsiniz ki, sonu “k” samiti ilə bitən sözlərə saitlə başlayan şəkilçi
artırıldıqda “k” “y”­y çevrilir. Məsələn: çiçək – çiçəy
in
, çiçəy
im
,
çiçəy
i
, çiçəy
iniz
... Sözə samitlə başlanan şəkilçi qoşulduqda isə sözün
son samiti dəyişmir. Məsələn: çiçək
lər
, çiçək
dən
, çiçək
dir
, çiçək
lik
...
6. Oxuyun və əlamətlər əsasında sözləri tapıb yazın. Son səsin düzgün
yazılışına diqqət yetirin.
1) Unu nə ilə ələyirlər?
2) Qarlı havalarda uşaqlar nə ilə sürüşürlər?
3) Əlin qola birləşdiyi yer necə adlanır? 
4) Barmağa taxılan qızıl əşya necə adlanır?  
5) Yazda və payızda tez­tez nə əsir?
6) Soyuq havalarda əlimizə nə geyinirik? 
7.  Aşağıdakı cümlədə altından xətt çəkilmiş sözlərlə bağlı düzgün
cavab hansıdır? Fikrinizi əsaslandırın.
Deyərmişlər ki, hələ yer üzünə padşahın oğlundan gözəl, qəşəng,
ağıllı, zəkalı oğul gəlməyib.
a) sinonim          b) antonim           c) omonim         d) çoxmənalı söz 
ŞAHZADƏ VƏ BALACA ÇOBAN
2­ci hissə
Şahzadə birinci dəfə idi  elə bir adamla qarşılaşmışdı ki, onu heç də
hər kəsdən üstün qabiliyyətli saymırdı. Buna görə də çobana bərk əsə­
biləşərək oradan 
və bir daha çobanla danışmamışdı.
Şahzadənin çobandan küsdüyünü görən o biri uşaqlar da şahzadəyə
baxıb çobandan küsürlər. Çobanı saraydan uzaqlaşdırmaq üçün padşahın
hüzuruna gedirlər:
– Şah sağ olsun, gətirdiyiniz balaca çoban şahzadəni yaman qısqanır.
Onun üçün də şahzadəmizin elədiklərinin heç birini bəyənmir.Yaxşısı
budur ki, çobanı burdan uzaqlara gön də rək, – deyirlər.
Padşah  balaca  ço ba  nı  yanına  çağı rıb  şah  zadənin  kön lü nü  ni  yə  sındır ­
dı ğını  so ru şur.
65
a
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə