166
cündə “Can Azərbaycan!” deyib sızladı, ağladı,
“intiqam!” deyib coşmağı bacardı. O günlərdə Tür-
kiyə Cümhuriyyətinin bütün məscidlərində dua lar
Azərbaycan üçün oxundu. Xütbələr ancaq Azər-
baycanla bağlı oldu.
İmamlar, sadə müsəlmanlar Azərbaycan üçün,
Azərbaycan xalqı üçün göz yaşları tökdü o günlərdə
Türkiyədə.
“Sənə olan bizə olmuşdur, can Azərbaycan” dedi
Türkiyə o günlərdə. Əli çatmasa da, ünü yetməsə də
dedi, yaşadı bunu qan qardaşlarımız.
Təbriz başda olmaqla Güney Azərbaycan da qan
ağlayıb durdu. Əlini uzatdı, əli çatmadı rusla farsın
ikiyə bölüb ayırdığı quzeydəki qardaşlarına.
Gizli şəkildə də olsa, Daşkənd, Alma-Ata, Bişkek,
Aşqabad, Kazan, Ufa və daha neçə türk başkəndi,
türk şəhəri Azərbaycanın acısını öz acısı kimi qəbul
etdi.
Amma bütün bu xəbərlər Azərbaycana yetərincə
çatmırdı hələ də. Çünki rəsmi təbliğat vasitələri
hərbi senzuradan keçirdi, yeni-yeni boy verməyə
başlayan müstəqil media qapadılmışdı, əngəllənirdi.
Adda-budda sızan xəbərlər isə sadəcə ağızdan ağıza
dolaşırdı.
Bu da yetərli deyildi, əlbəttə.