Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   27   28   29   30   31   32   33   34   35

157
lıqla öz şəhidlərini yad edəcəkdi. Təkcə Bakıda de-
yil,  ölkənin  hər  tərəfində  çadırlar  qurulmuş,  ehsan 
süfrələri  açılmağa  başlamışdı.  O  cümlədən  Bakıda 
da  hazırlıqlar  yüksək  səviyyədə  idi.  Hava  işıqla-
şar-işıqlaşmaz  insanlar  böyük  qruplarla  Şəhidlər 
Xiyabanına  axışmağa  başlamışdı.  İndi  şəhərin  bü-
tün  yolları  bu  müqəddəs  məkana  aparırdı.  Qadın, 
kişi, uşaq, böyük demədən hər kəs şəhidlərin əbədi 
uyuduğu son məkanı ziyarətə gedirdi. Bölgələrdən 
də  gələnlər  vardı.  Əlində  qırmızı  qərənfil  dəstələri 
tutmuş minlərlə insan səhər erkəndən nizamla eyni 
istiqamətə  addımlayırdı  bu  şəhərdə.  Sakit,  həzin 
bir ovqat vardı ətrafda. Bir daha təsdiqlənirdi ki, 
bu  böyük  faciə Azərbaycan  xalqını  daha  da  doğ-
malaşdırıb...
20  yanvar  qətliamınadək  sevgililərin  bir-birinə 
hədiyyə etdiyi qırmızı qərənfillər artıq şəhid çiçək-
lə rinə  dönmüşdü.  20  yanvar  gecəsindən  sonra  bu 
çiçəyin də taleyi dəyişmişdi. İndi o sadəcə toy-bay-
ram, doğum günlərində deyil, məhz belə müqəddəs 
günlərdə  müqəddəs  məkanlara  layiq  görülürdü. 
O bir simvol halına gəldi həmin günlərdə. Qırmızı 
qərənfil Azərbaycan şəhidliyinin bir rəmzinə çevril-
di. Özü də əbədi rəmzinə...


158
Üzü Ali Sovetin binasına sarı gedən bütün yolla-
ra qırmızı qərənfillər döşənmişdi. Şəhidlər Xiyabanı 
bir müddət sonra artıq dolub-daşırdı. İynə atsan yerə 
düşməzdi.  İnsan  selinin  ardı  gəldikcə  gəlirdi.  Heç 
kim heç kimi çağırmamışdı bura; lakin hər kəs məhz 
bu gün bura gəlməyi özünə borc bilirdi.
Saatlar  keçdikcə  insan  seli  daha  da  böyüyürdü. 
Öncə  onlarla,  daha  sonra  yüzlərlə,  bir  an  içində 
minlərlə  insan  bir-birinin  ardınca,  nizamla  20  yan-
var  qəhrəmanlarının  məzarları  önünə  can  atırdı. 
Artıq bir neçə saatdan sonra minlər on minlərə, yüz 
minlərə  döndü!  Bəli,  şəhidlərin  qırx  mərasimində 
yüz minlərlə, sonradan elan edilmiş rəqəmlərə görə, 
iki  milyonadək  insan  iştirak  etdi!  Tanıyan-tanıma-
yan,  bilən-bilməyən  hər  kəs  o  müqəddəs  məkana 
gəldi.  O  iki  milyonadək  insan  həmin  tarixi  olayın 
iştirakçıları  arasına  öz  adını  yazdırdı.  Yazdırdı  ki, 
gələcək nəsillər millətin bu şanlı və qanlı gününü heç 
zaman unutmasın. Yazdırdı ki, millətin bu faciə qar-
şısında sınmadığını sübut edəcək dəlilləri yüzillərin 
ötəsinə daşısın.
O gün Azərbaycan xalqı üçün bir sınaq günü idi. 
Birlik sınağı günü. O gün yenidən dirçəlib ayağa qalx-
maq,  düşmənin  acığına  bir  daha  özünü  göstərmək 


159
günü idi. Millət bunu  bacardı o gün. Bacardı, dün-
yaya göstərdi, sübut etdi.
O gün, həm də, Azərbaycan xalqının bir söz de-
mədən, bir güllə atmadan rus əsgərlərini həmin mü-
qəddəs məkandan uzaqlaşdırmağı bacardığı gün idi. 
Bəli, bir söz demədən, bir güllə atmadan Azər baycan 
xalqı öz susqun, lakin qətiyyətli birlik iradəsilə rus 
əsgərlərini  Şəhidlər  Xiyabanının  həndəvərindən 
uzaqlaşdıra bilmişdi.
...Məlumat vardı ki, rus əsgərləri Xiyabana gələ-
cək  hər  bir  ziyarətçinin  üzərində  axtarış  aparmaq, 
sənədlərini  yoxlamaq  fikrindədir.  Dəfn  komis-
siyası bunun mümkün olmayacağını desə də, dinlə-
məmişdilər  işğalçılar.  Lakin  sonradan,  sadəcə  fakt 
qarşısında qalmışdılar. Evdəki hesab çarşıya uyma-
mışdı. Onlar ziyarətçi sayının az olacağını düşünərək 
bunu  bacaracaqlarını  iddia  etsələr  də,  qarşılarında 
yüz minlərlə insanı görüncə, sakitcə oradan uzaqlaş-
mağa məcbur qalmışdılar...
Martın 1-dəki ziyarət gecə saat 10-dək davam etdi. 
Havanın soyuq və qaranlıq olmasına baxmayaraq in-
sanlar gəldikcə gəlirdi... Uzun növbələr yaranmışdı. 
Ancaq kimsə təşviş keçirmir, hər kəs səbr edirdi. Yo-


160
rulan, haldan düşən də yox idi elə bil. Yaşlı insanlara 
belə gümrahlıq hakim olmuşdu sanki.
Martın 2-də də ziyarət davam etdi. Eyni izdiham, 
qələbəliklə. Eyni coşqu, eyni qəzəb hakimdi üzlərdə. 
Bu millətlə nə desən etmək olardı. Minlərlə insan o 
anda hazır idi ki, bir əmrlə rus tanklarını yerindən 
götürüb  tullasın.  Yalın  əllə  dünyanın  ən  qüdrətli 
ordusunun  üzərinə  getməyə  hazır  idi  bu  millət.  O 
günlərdə  bu  millətin  qorxağı,  satqını  yox  idi.  Heç 
kim özünü qırağa çəkmirdi. Çəkən vardısa belə gözə 
görünmürdü.  Çünki  millətin  doxsan  doqquz  faizi 
ayaqda idi. Ayaqda idi ki, düşmənə, işğalçıya bir ol-
duğunu göstərib göz dağı versin.
Verdi  də.  Bu  böyük  olaydan  sonra  Azərbaycan 
xalqı haqqında dünyada əfsanələr yarandı. Millətin 
cəsurluğu, adını eşidəndə dünyanın tir-tir əsdiyi rus 
ordusuna  göz  dağı  verməsi  adi  məsələ  deyildi.  Bu 
qüdrətli ordu əlində hər cür silah olduğu halda bir 
millətin yalın əlli fərdlərinin qarşısında aciz duruma 
düşmüşdü.
Dünya bunu görürdü. İşğalçılar da görürdü, an-
layırdı.  Ona  görə  də  daha  dərinə  gedə  bilmirdilər. 
Yavaş-yavaş  çəkilib  getmək  zamanı  idi.  Bunu  anla-
mışdılar. Məğlub olmuşdular onlar. Artıq Moskvada 


161
oturan başbilənləri də başa düşürdü ki, Azərbaycan 
onlar üçün birdəfəlik itirilmişdir.
Şəhidlər Xiyabanını ziyarət. Foto: S.Rasim
20 yanvar işğalı bu millətə 200 il sonra bir daha 
kim  olduğunu  xatırlatmışdı.  Oyatmışdı  onların 
yaddaşlarını  bu  faciə.  Dostun,  düşmənin  kimliyini 
təkrar anlatmışdı. Dünənədək Moskvanın ətəyindən 
yapışanlar belə indi ona qarşı çevrilmişdilər. Moskva 
daha  dost,  qiblə,  sığınacaq,  ümid  yeri  deyildi.  İtir-
mişdi bu haqqı o imperiya paytaxtı. İndi öz əlimiz, 
öz başımız olmaq haqqında düşünürdük biz.


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə