Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   2   3   4   5   6   7   8   9   ...   35

19
qamışlıq idi. İçində də tez-tez su ilanları gözə dəysə 
də, kənd uşaqlarını qorxutmurdu bu. Çünki bilirdilər 
ki, bu ilanlar zərərsizdir.
Kənddə demək olar ki, bütün evlər iki mərtəbəli 
idi. Yalnız sonradan tikilmiş iki ev vardı ki, onlar bir 
mərtəbəli idi. Ən qədim evlər belə iki mərtəbəli tikil-
mişdi. Çiy kərpicdən inşa edilmiş bu evlərin divarla-
rı çox qalındı. Sanki qala divarları idi.
Azərgilin evi də elə idi. Deyilənlərə görə, onların 
ata yurdunun ən azı 160 yaşı vardı. Anası danışar-
dı  ki,  “mən  bu  yurda  gəlin  gələndə  böyüklərimiz 
deyirdilər ki, evin 120 yaşı var”. Anası da 1950-ci ildə 
gəlin gəlmişdi. Bu isə o demək idi ki, onların evinin 
təməlləri  haradasa  1830-cu  illərdə  atılıb.  Yetərincə 
qədimi ev sayıla bilərdi. Özü də çiy kərpicdən tikil-
miş,  1980-ci  illərin  sonuna  qədər  ayaqda  qalan  və 
hələ daha neçə illər qalacağı bəlli olmayan bu evin 
indi 160 yaşı olurdu.
Hə, bir də onu deyirdilər ki, Dədəli binə olanda 
yeddi yurd salınıbmış. O yurdlardan biri də Azərgilin 
yurdu imiş. Ona qədər kənd sadəcə meşəlik bir ərazi 
olub. Yavaş-yavaş insanlar məskunlaşmağa başlayıb 
və aradan bu qədər zaman keçdikdən sonra meşələr 
kənddən xeyli aralanmalı olub.


20
Kəndin salınma tarixi haqqında isə dəqiq heç nə 
bilinmir.  Yalnız  qəbristanlıqdakı  məzar  daşları  bu 
yerin daha qədim olduğunun xəbərçisidir. Ağac baş 
taxtaları  çürüsə  də  daşdan  hazırlanmış  baş  daşları 
yaxşı saxlandığından onların üzərində əski əlifbayla 
yazılanları oxumaq mümkündür.
Bir  də  ayrıca  bir  qəbir  var  ki,  onun  haqqın-
da  müxtəlif  əfsanələr  söylənir.  Bu  qəbrin  başdaşı 
üzərində atlı insan şəkli cızılıb. Yerli camaatın yad-
daşına  görə,  həmin  qəbir  Koroğlunun  dəlilərindən 
birinə  aiddir.  Təbii  ki,  bu  da  elmi  cəhətdən  sübut 
edilməyib  və  ümumiyyətlə  araşdırılmayıb.  Amma 
nəsildən nəslə ötürülərək xalqın yaddaşında hələ də 
yaşamağa davam edir.
Qəbristanlıqdan  söz  düşmüşkən,  bura,  əslində, 
bir ziyarətgahdır. Gözəl bir meşə ərazisində yerləşən 
ziyarətgahın adı Çələbilər Piridir. Bu pirə Dədəliylə 
yanaşı ətraf kəndlərdən, hətta ətraf rayonlardan belə 
ziyarətçilər  gəlir.  Ziyarətgahın  adını  isə  Şəki  xanı 
Hacı  Çələbi,  hətta  ünlü  türk  səyyahı  Övliya  Çələbi 
ilə bağlayanlar da var yerli xalq arasında. Di gəl ki, 
tutarlı  elmi  araşdırma  aparılmadığı  üçün  bunu  da 
təsdiq və ya inkar etmək çətin idi.


21
Bir də xalq arasında belə danışırdılar ki, Çələbilər 
Piri  -  qəbristanlıqda  yeddi  qəbir  qatı  var.  Yəni  bu 
məkan o qədər qədimdir ki, illər keçdikcə məzarlar 
torpağa  qarışmış,  üzərində  yeni  qəbirlər  qazılaraq 
mərhumlar dəfn edilmişdir.
Ümumiyyətlə, bu ziyarətgah sirli bir yerdir. Onun 
aşağı tərəfində yerli camaatın İsitmə Piri dediyi bir 
yer də var. Uzunoba yolunun düz üzərində, kəndin 
ayağında  yerləşən  bu  yer  özünün  suyuyla  ad  çıxa-
rıb.  Yaşı  bir  neçə  yüz  ilə  çatan  palıd  ağacının  düz 
kökündən qaynayan bu suda bir kəramət var sanki... 
Özəlliklə də soyuqdəyməsi olanlar həmin sudan bir 
qurtum içməklə sağalırmış. İlgincdir ki, həmin palıd 
ağacı hər iki tərəfi çökəklik olan bir yerdə yerləşir. 
Bu isə o deməkdir ki, oradan - yəni yüksəkliyin tam 
da təpəsindən su çıxmamalıdır. Amma çıxır. Özü də 
neçə illərdir bu su eyni “təmkin”lə süzülüb gedir...
Dədəli  belə  bir  kənd  idi.  Azər  də  o  kəndin 
yetirməsi.  Amma  bütün  bunlar  uşaqlıqda  qalmış-
dı.  İndi  o,  əsgərlikdən  gəlmiş,  Bakıda  texnikumda 
təhsilini davam etdirirdi...


22
***
- Ay bala, çıx bax, gör kimdir?
Anası  idi. Azəri  haylayırdı.  Küçədən  kimsə  onu 
çağırırmış.
Azər  isti  yay  günündə  özünü  çiy  kərpicdən  hö-
rülmüş  qalın  divarlarının  hesabına  sərin  olan  ota-
ğın uzaq küncünə verib kitab oxuyurdu. Hələ 19-cu 
yüzildə babalarının tikdiyi bu iki qatlı evin divarları-
nın qalınlığı düz bir metr idi. Nə səs keçirirdi, nə də 
isti-soyuq. Ona görə də qışda yaxşı isinir, yayda da 
yaxşı sərin olurdu bu ev.
Azər  anasının  səsinə  dışarı  çıxdı.  Balkondan 
ətrafa boylanırdı ki, səs eşitdi:
- Azər, ay Azər! Çıx bayıra da, haradasan?! - Sar-
van idi. Sinif yoldaşı. - Yenə də kitab oxuyursan? Əşi, 
əl çəkmədin də bu oxumaqdan. Axırda alim olacaq-
san bu gedişlə.
- Hə, sənsən? İndi gəlirəm. Keç həyətə, görüm nə 
deyirsən?
- Keçmirəm, işə gedirəm. Gəl, düş aşağı görüm. 
Sö züm var sənə.
Bir neçə ev güneydə, Dədəlinin Nərəcan məhəl-
ləsində olurdu Sarvan. Uşaqlıqdan bir yerdə böyü-
müşdülər.  Elə  ailələri  də  çox  yaxın  idi.  Sarvanın 


23
atası  Şahbaba  kişi  də  Azərin  atası  Hacıqulu  kimi 
yetimliklə,  kasıblıqla  böyümüşdü.  Onların  uşaqlı-
ğı  1941-45-ci  illərdəki  Böyük  Vətən  Müharibəsinə 
tuş gəlmişdi. Əli silah tutan hər kəs əsgər getmişdi. 
Bunlar  14-15  yaşlı  yeniyetmələr  olaraq  artıq  kənd 
təsərrüfatında  böyüklərdən  də  çox  işləməli  olmuş-
dular. Lakin zaman keçmiş, dinc dövr başlamış, on-
lar da ev-eşik, oğul-uşağa sahiblənmişdilər. İndi bu 
yetimlərin  hərəsinin  evində  8  uşaq  vardı.  Çoxu  da 
həmyaşıd.
Sarvanla Azər bir sinifdə oxumuşdular. Məktəbi 
bitirəndən  sonra  Azər  texnikuma  qəbul  olunmuş-
du. Sarvan isə uşaqlıqdan meyl saldığı fotoqraflıqla 
məşğul olurdu. Azəri çağırması da bununla bağlı idi.
- Hə, gəldim, gəldim. Hayandasan? Aha, gördüm 
səni,  düşürəm  aşağı,  -  deyən  Azər  cəld  pilləkənlə 
aşağı endi. Sarvan həyətin girişində idi.
- Nə xəbər? Nə məsələdir, - deyə Azər soruşdu.
- Dedim,  gedirəm  Nərəcana,  fotoatelyeyə.  Vax-
tın  olsa,  gəl,  şəklini  çəkim.  Yadigar  olsun.  Həm  də 
məndən sənə hədiyyə olar.
- Nərəcana?  Ora  niyə?  Burada  çəkə  bilmirsən 
şəklimi?


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə