Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə142/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   138   139   140   141   142   143   144   145   ...   223

290 

 

Qadın  klubları  onların  dövlət  və  ictimai  iĢlərdə  fəal  iĢtirakını  təmin 



etməyə Ģərait yaratmaq məqsədilə əmək və məiĢ ət komissiyaları vasitəsilə bir sıra 

qanunvericilik,  iqtisadi  və  mədəni  xarakterli  tədbirlər  keçirirdilər.  Respublikada 

azərbaycanlı  qadınların  özlərinin  təĢəbbüsü  ilə  çadranı  atmaq  uğrunda  hərəkat 

geniĢlənməyə baĢladı. Bu hərəkat əhalinin qabaqcıl hissəsi tərəfindən müdafıə edilirdi. 

Səciyyəvi  haldır  ki,  1928-ci  ilin  oktyabrında  toxucuların  konfransında  çıxıĢ  edən 

nümayəndə  -  Nadir  qızı  Gülcə  demiĢdi;  "Mən  çoxdan  çadranı  atmaq  istəyirdim,  

ancaq  qorxurdum.  Mən  bunu bütün həyatım  boyu  arzulamıĢam,  ancaq  indi qərara 

almıĢam and içirəm, b ir daha onu geyməyəcəyəm"

84



Bu  Ģəraitdə  C.Cabbarlının  "Sevil"  əsəri  də  az  iĢ  görmür,  teatrların 



repertuarından düĢmürdü, hətta film çəkilirdi. 1928-ci ilin oktyabrında Bakıda çadra 

məsələsinə  həsr  edilən  yığıncaqda  Azərbaycan  SSR  MĠK-dən  xahiĢ  edilirdi  ki, 

qadınların çadra örtməsini qadağan edən dekret versin. Ümumilikdə respublikada çadra 

əleyhinə aparılan mübarizə nəticəsində 1928-ci  ildə  12573 nəfər, 1929-cu ildə isə 

20387 nəfər qadın çadradan imtina etmiĢdi 

85



Azərbaycanın  ucqar  kəndlərində  çadranı  atmaq  hərəkatı  ciddi  maneələr, 

hədələr, hətta cəza və ölümlə qarĢılanırdı.  Ġrticaçı qüvvələr əhalinin geridə qalmıĢ 

təbəqələrinin  mövhumatçılığından  istifadə  edərək,  onları  qabaqcıl  qadınları 

öldürməyə təhrik edirdilər. 1930-cu  ilin  yanvarında  Ə.Bayramov  adına  klubun  tikiĢ 

fabrikinin iĢçisi Səriyyə Xəlilova mövhumatçı atasının əli ilə öldürüldü. S.Xəlilovanın 

dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məiĢətinin dayaqlarına qarĢı 

ciddi  etiraz  nümayiĢinə  çevrildi.  S.Xəlilovanın  öldürülməsi  Azərbaycanın  bütün 

əməkçi kütlələrini ayağa qaldırdı. Fabrik, zavod, kolxoz və sovxozlarda iĢçi və kəndli 

qadınlar  S.Xəlilovanın  öldürülməsi  münasibətilə  dərin  hiddətlərini  bildirir  və  öz 

hüquqları  uğrunda  daha  inadla  mübarizə  aparacaqlarına  and  içirdilər.  Bu  cür 

vəziyyətin  səbəblərindən  biri  "çadranı  atmaq  kampaniyası"  zamanı  yol  verilmiĢ 

kobud  səhvlər  idi.  1929-cu  ilin  fevralında  Azərbaycan  partiya  rəhbərliyi  çadra 

geyinməyi qadağan edən dekret hazırlamaq niyyətində idi 

86

. Köhnəliyin hələ güclü 



olduğu  Azərbaycanda  belə  dekretin  nəĢri  ağır  nəticələrə  gətirib  çıxara  bilərdi. 

ÜĠK(b)P MK 1929-cu ildə Azərbaycanda qadınlarla aparılan iĢlə tanıĢ olaraq, çadra 

kampaniyasında  kobud,  inzibatı  metodlara  yol  verildiyini  pislədi,  gələcəkdə  belə 

səhvləri buraxmamağı tapĢırıb qeyd etdi ki, ancaq inandırma metodu və azərbaycanlı 

qadınların  həqiqətən  azad  olması  üçün  bütün  zəruri  Ģəraiti  yarat maqla  bu  iĢdə 

uğur qazanmaq o lar. 

Azərbaycan  MĠK  yanında  azərbaycanlı  qadınların  azad  edilməsi  üzrə 

komissiya  dövlət  büdcəsindən  Bakı  Ģəhəri  və  qəzalarda  uĢaq  bağçalarına  vəsait 

artırılması,  tikiĢ,  corab,  həmçinin  nümunəvi  quĢçuluq  artellərinin,  uĢaq 

meydançalarının təĢkili ilə bağlı daim tədbirlə r keçirirdi 

88




291 

 

1930-cu  ilin  fevralında  SSRĠ  MĠK  Rəyas ət  Heyəti  qadınların  sosial 



müdafiəsi  tədbirlərini  gücləndirmək  barədə  qərar  verdi 

89

.  Bunun  ardınca 



Zaqafqaziya  MĠK  Rəyasət  Heyəti  həmin  il  martın  10-da  qəbul  etdiyi  qərarla 

ZSFSR-ə  da xil  olan  respublikaların  MĠK-lərin  qadınları  öldürənlərə  qarĢı,  əgər 

öldürmənin  köləlikdən  azadolma  zəminində  baĢ  verdiyi  dəqiq  təsdiq  olunardısa, 

"Dövləti  cinayətlər  haqqında  Əsasnamə"nin  8-ci  maddəsini  (bu  maddəyə  görə 

qadınların  öldürülməsi  əksinqilabi  akta  bərabər  tutulurdu)  tətbiq  etməyi  tövsiyə 

etdi


90

Qadınların respublikada ictimai-siyasi və iqtisadi həyata cəlb olunmasında 



"ġərq  qadını"  jurnalının  böyük  rolu olmuĢdu.  Bu  mətbuat  orqanı öz  ətrafına bütün 

savadlı, oxumuĢ, mübariz qadınları toplamıĢ, qadın publisistlərin, Ģair və yazıçıların 

yetiĢməsi  üçün  bir  məktəb  rolunu  oynamıĢdı.  Elmə,  mədəniyyətə,  incəsənətə, 

təbabətə  marağı  olan  qadınların,  qızların  ilk  məqalələri  bu  jurnalın  səhifələrində  dərc 

edilmiĢdi.  Azərbaycanın  ilk  yazıçı və  jurnalist qadınları  ilə  bərabər, görkəmli  bədii 

söz  ustalarının  -  C.Məmmədquluzadə,  S.S.Axundov,  A.ġaiq,  S.Hüseyn, 

Y.V.Çəmənzəminli,  T.ġahbazi,  H.Cavid,  Qantəmir,  B.Talıblı,  H.Nəzərli  və  baĢqa 

yazıçıların  öz  hüquqları  uğrunda  mübarizəyə  qoĢuları  qadınların  həyatlarına  həsr 

etdikləri hekayə və Ģeirləri də jurnalda tez-tez çap olunurdu. 

Ġyirminci  illərin  sonları  və  otuzuncu  illərin  əvvəllərində  "ġərq  qadını" 

jurnalının mövzu dairəsi daha da geniĢlənirdi. Jurnalın kənd mü xbirindən  redaktoru 

səviyyəsinə  yüksəlmiĢ  Gülarə  Göylü  qızı  "ġərq  qadını  yeni  vəzifələr  qarĢısında" 

adlı məqaləsində qadınların çadradan xilas olması, savadlanması üçün jurnalın böyük 

xidmətlərini  vurğulayaraq  yazırdı  ki,  indi  qarĢıda  yeni  vəzifələr  durur.  Ġstehsalatda 

qadınların  rolunun  artması,  ictimai-siyasi  həyatda  fəallaĢması  və  onların  irəli 

çəkilməsi, yeni uĢaq bağçaları, körpələr evlərinin  təĢkili, qadınların mədəni-məiĢət 

iĢi  və  həyat  Ģəraitinin  yaxĢılaĢdırılması  və  baĢqa  problemlərin  həlli  jurnalın  əsas 

məqsədi olmalıdır. 

"ġərq qadını" 1938-ci il fevral ayından baĢlayaraq "Azərbaycan qadını" adı 

ilə  nəĢr olunmağa baĢladı.  Repressiya nəticəsində  həbs edilib sürgünə  göndərilmiĢ 

görkəmli ictimai xadim, alovlu publisist Gülarə Göylü qızından sonra 1940-cı illərdə 

o  zaman  hələ  lazımı  qədər  bilik  və  təcrübəsi  olmayan  Zəhra  Səlimova,  Barat 

Kərimova Züleyxa Əliyeva jurnalın redaktoru təyin edildilər. Jurnalın bir çox  mü xbir  

və yazı müəllifləri həbs olundular və o, böhran vəziyyətinə düĢdü 

91



Klara  Setkin  Sovet  ġərq  respublikalarının  qadınlarını  azadlıq  uğrunda 



geniĢ hərəkata baĢlamaları  ilə əlaqədar salamlayaraq  yazırdı: "Biz Sizinlə birlikdə 

hiss edirik,  Sizin  mübarizəniz  necə  ağırdır  və  Sizə  necə  böyük  qurbanlar  vermək 

lazım  gəlir.  Ancaq,  biz  görürük  ki,  Sizin  azadlıq  və  iradəniz  və sizin  bəĢəriyyətin 

azad və mədəni nümayəndələrini tərbiyə etmək cəhdiniz bütün düĢmən səylərindən 

güclüdür. Biz inanırıq ki, siz qalib gələcəksiniz" 

92




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə