292
Beləliklə, bu dövrdə Azərbaycanda qadınların bəĢəri, hüquqi azad
olunması, onların ictimai-siyasi, iqtisadi və mədəni həyata cəlb edilməsi yolunda
mühüm addımlar atılarkən qadın probleminin həllində, o cümlədən qadın
əməyindən istifadə olunmasında tələskənliyə, əyintilərə, bayağılığa yol verilir,
ənənəvi dini mənəviyyatla ĢərtləĢən, islam mədəniyyətindən doğan milli
xüsusiyyətlər, əsrlərdən qalmıĢ və yaĢamaqda olan, adət-ənənə, milli-əxlaqi irs
nəzərə alın mırdı.
Dinə münasibət. 20-ci illərin sonları və 30-cu illərin əvvəllərində, bütün
sovet ölkəsinin hər yerində olduğu kimi, Azərbaycanda da din üzərinə açıq hücum
baĢlanmıĢdı. Ġllər keçdikcə dinlə mübarizə daha geniĢ vüsət alırdı. 1928-ci ilin
oktyabrında AK(b)P Bakı ġəhər Komitəsi plenumunda AK(b)P MK katibi Y.
Qasımov çıxıĢ edərək demiĢdi: "Bakı ruhaniləri o qədər həyasızlaĢmıĢlar ki, internatı
olan ruhani məktəbi açmağa cürət etmiĢlər"
93
. Belə ki, ibadət tikililərinin alın ması
üzrə irimiqyaslı kampaniya baĢlandı. 1928-cı ilin dekabrında AK(b)P MK Rəyasət
Heyətinin iclasında "Kəndlilərə mədəni ehtiyacları üçün verilmiĢ məscidlər
haqqında" məsələyə baxıldı, bir sıra məscidlərin mədəni-maarif müəssisələri kimi
kəndlilərə verilməsi bəyənildi. Artıq 1929-cu ilin fevralında Naxçıvan MĠK-i və
XKS-nin kommunist fraksiyalarında, AK(b)P MK-da olduğu kimi, bu adda məsələni
müzakirə etdilər. Müxtəlif idarələrə əmrlər, habelə "...lövhələr sifariĢ etmək
(məscidlərə Azərbaycan (türk), kilsələrə rus və erməni dillərində), məscidlərdən
"minbərləri" və kilsələrdən "xaçları" çıxarmaq, ağartmaq və içərinin hissə-hissə
təchizatına baĢlamaq" üçün əmr verildi
94
. Bütün Ġttifaqda olduğu kimi,
Azərbaycanda da məscid, kilsə və sinaqoqların kütləvi bağlanmasına, din
xadimlərinin təqib olunmasına baĢlandı. Quran zərərli bir kitab kimi qadağan
edildi. A zərbaycan qəzalarında elə bir məscid qalmadı ki, ya dağıdılmasın, ya da
anbara, kluba, kitabxanaya çevrilməsin. Quba qəzasında 1928-c i il dekabrın 15-dən
1929-cu il yanvarın 6-dək - 22 gün ərzində 18 məscid anbara və mədəni-maa rif
idarələri binasına çevrilmiĢdi
95
.
Ümu milikdə təkcə 1929-cu ildə Azərbaycan qəzalarında 120 məscid
binası zəbt edilib məktəb üçün istifadəyə verilmiĢdi
96.
Bütün Azərbaycanda 1929-cu ildə seçki kampaniyası vaxtında 400 məscid
bağlanmıĢdı
97
. Hələ vaxtilə Azərbaycan AK(b) P-nin II qurultayında N.Nərimanov
öz çıxıĢında qeyd edirdi: "Bizdə elə müsəlman kommunistləri var ki, kəndə girən
kimi adamları məsciddən qovur və deyir ki, məscidləri bağlayın. Bu faktdır və belə
kommunistlər öz əməlləri ilə fəxr edirlər ki, guya böyük iĢ görürlər. Onlar elə
güman edir ki, bizim inqilabımızı geniĢləndirir və möhkəmləndirirlər. Mən
belələrini əksinqilabçı ad landırıra m, çünki bunlar bizim iĢlərimizi korlayırlar
98
.
Məscid və kilsələrin bağlanması və onların məktəb üçün uyğunlaĢdırılması
əksər hallarda ruhanilərin, dini ideologiyanın res publika əhalisi arasında olan
293
nüfuzunu qırmağa çalıĢan yerli partiya təĢkilatlarının rəhbərliyi altında aparılır,
onların bəziləri daha çox kilsə və məscid bağlamaq üçün sosializm yarıĢı
metodlarından istifadə edirdilər. Bir sıra qəza yerlərində bəzi məscid və kilsələr
inzibati qaydada mədəniyyət müəssisələri üçün alınmıĢdı. Bu sahədə inzibati-
amirlik o dərəcəyə çatmıĢdı ki, "kollektiv ləĢmə" ilə eyni zamanda ictimai-siyasi
vəziyyətin kəskinləĢdiyini nəzərə alan AK (b) P IX qurultayı (1929-cu ilin martı)
bu iĢdə əyintilərə yol verildiyini göstərmiĢ və bu cür məsələləri müstəsna olaraq
könüllülük əsasında həll etmək barəsində xəbərdarlıq etmiĢdi
99
. Bu xəbərdarlığa
baxmayaraq, yenə də dinə qarĢı fəaliyyətlərdə ciddi təhriflər, yolverilməz hadisələr
baĢ verirdi: zor iĢlədilməsi, ko msomolçuların mollalara hücum etməsi və onları
döyməsi; məscid və kilsələrə basqın edilməsi; məscid xadimlərinin təhqir olunması
və s. bu kimi hadisələr.
Bununla belə, partiya öz ateist mövqeyinə sadiq qalaraq, hər vəchlə dinin
rol və əhəmiyyətini ictimaiyyətin gözündən salmaq üçün müxtəlif vasitələrdən
istifadə edirdi. Bakıda din tarixi və ateizm mu zeyi yaratmaqda məqsəd dinin tarixini
öyrənmək, tədqiq etmək əsasında onun əleyhinə təbliğat kampaniyası aparmaq,
"mürtəce" rolunu göstərən materiallarla onu geniĢ xalq kütləsi qarĢısında ifĢa etmək
idi
100
. 1938-ci ildə muzeyə 38 min nəfərə qədər ekskursant gəlmiĢdi
101
. Belə bir
muzeyin Gəncədə də açılması planlaĢdırılmıĢdı. Hətta "Kommunist" qəzeti yazırdı
ki, "Rusiyada olduğu kimi, Azərbaycanın da milli və dini bayramları ləğv etmək və
onları inqilabi bayramlarla əvəz etmək lazımdır!"
102
. Din pərdəsi altında bu illərdə
xalqın yaddaĢında kök salmıĢ Novruz bayramı da yasaq edildi. Amma buna
baxmayaraq, xalq bu bayramı qoruyub saxlaya bildi.
1929-cu ildən baĢlayaraq dinə qarĢı mübarizə daha da qüvvətləndi.
Mərkəzdə və rayonlarda "Allahsızlar cə miyyəti"nin iĢini daha da sürətlə
gücləndirmək məqsədilə xüsusi plenum çağırıldı. Azərbaycan K(b)P 1929-cu il
aprel plenumu dinə qarĢı mübarizə, çadranın və papağın atılması ilə bağlı məsələni
müzakirə etdi
103
. Plenumda göstərildi ki, din lə mübarizə iĢlərin i qü vvətləndirmə k
üçün "Allahsızlar cəmiyyəti"nin iĢi canlandırılmalıdır. Onun qərarında deyilirdi:
"Allahsızlar ittifaqının iĢi gücləndirilsin. Azərbaycan dilində din əleyhinə müntəzəm
iĢi qaydaya salmaq və geniĢləndirmək, kəndlərdə qabaqcıl ictimaiyyəti, kolxozçu,
komsomolçu və baĢqalarından ibarət cəmiyyət özəkləri təĢkil etmək lazımdır"
104
.
Bir qədər sonra "Allahsızlar cəmiyyəti" "Mübariz Allahsızlar ittifaqına"
çevrildi. Hətta kənddə "sinfi düĢmənə qarĢı mübarizə' "çadraya qarĢı mübarizə" ilə
eyniləĢdirilir və onlara qarĢı birgə mübarizə aparmaq təklif o lunurdu.
GeniĢ oxucu kütləsinin "Molla Nəsrəddin" adı ilə tanıdığı jurnalın adını
dəyiĢdirib "Allahsız" qoymaq istəyirdilər. Aprel plenumunun qərarında "Molla
Nəsrəddin" jurnalı haqqında yazılmıĢdı: "Molla Nəsrəddin" jurnalı din əleyhinə
oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təĢkil edilsin"
105
. Buna etiraz edən